Тёмный

Nə etməli? Rəsulzadənin ilk yazısı və onun nəticələri 

Kitabıstan TV
Подписаться 3,8 тыс.
Просмотров 549
50% 1

✅ Kanalımıza abunə olmağı və şərh yazmağı unutmayın.
#Rəsulzadə deyir ki, diaqnoz yanlış olsa, təbii olaraq, təklif olunan əlaclar da yanlış olar. #Azərbaycan maarifçiləri əsrin əvvələrində cəmiyyətin problemlərinin diaqnozunu doğru müəyyən etdikləri üçün işləri uğurla nəticələnmişdi. Qəzetin təsisi, tərcümə ənənəsinin yaradılması, xeyriyyə cəmiyyətləri, Şərqin ilk qızlar məktəbi, ilk operası, ilk cümhuriyyəti...
Onlar da bilirdilər ki, əgər bir problem həll edilə bilmirsə, deməli, əvvələ qayıtmaq lazımdır. Cümhuriyyətin quruluşu, əslində, həm də buna, yəni əvvələ, kökə qayıtmağa söykənirdi. Sübutu bayrağımızda təsbit olunub.
Ən başa qayıdaq. 1903-cü ildə bir yazı ilə başlayan tarixə. Həmin dövrdə M.Ə.Rəsulzadə ilk məqaləsini yazmışdı: “Cəhd və təşəbbüs vaxtıdır”. Bundan artıq stimul?!. Adam ilk yazdığı yazıda “dur işləməyə başla”, deyir. Bundan artıq #motivasiya?!. Üstəlik, real təcrübələrlə. Nəticələri də ortada.
“Rəsulzadə belə deyirdi” kitabında onun bütün əsas fikirləri toplanıb. Dövrün reallığı da, necə işlədiyi də, dünyaya baxışı da. Üstəlik, Rəsulzadənin öz fikilərindən yola çıxaraq #Kitabıstan həmin yazıları müasir Azərbaycan dilinə uyğunlaşdırıb. Yəni nə oxuduğunu anlayacaq, düşünəcəksən. Düşünəcək, sevəcək, sevməyi öyrənəcəksən...
🔴 SƏSLİ KİTAB bit.ly/2Vjw8l5
🔴 ƏDƏBİYYAT VƏ FƏLSƏFƏ bit.ly/2kBtSav
🔴 TARİX bit.ly/37UAnYS
🔴 MÜSAHİBƏLƏR bit.ly/2maUcIS
🔴 MÜZAKİRƏLƏR bit.ly/2kFfbDc
🔴 SORĞULAR bit.ly/2KLAGv9
Kitabıstan haqqında daha ətraflı 🔻
🔵 kitabistan.org
🔵 / kitabistanpage
🔵 / kitabistan_page
🔵 / kitabistanpage
🔵 t.me/kitabistan_page

Опубликовано:

 

21 дек 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 9   
@Ulya_Kerimli78
@Ulya_Kerimli78 7 месяцев назад
Möhtəşəmsiniz. Sizinlə fəxr edirik. Kitabıstan ,maarifləndirici yolun uğurlu olsun. Aydınların çoxalır , Azərbaycan... M.Ə. Rəsulzadəni dərk edən toplum yetişdirmək cəhdi elə təkamülün başlanğıcıdır.
@user-yb1rx6gd7o
@user-yb1rx6gd7o 7 месяцев назад
Hakimiyyetin unutdurmaq istediyi Resulzadeni xalqa tanitmaq cehdlerinize gore tesekkurler .
@gunayalieva2873
@gunayalieva2873 7 месяцев назад
Həqiqətən çox doğrudur əsl motivasiya alacağımız şəxsiyyət bizdən biridir lakin biz onun əsərlərini tapıb oxuya bilmirdik. Bu əsərlər ona görə də daha da dəyərlidir. Film ilə əlaqələndirmənizə heyran qaldım. Çünki biz problemlərə doğru həll yollarını qoymadığımız müddətcə fəsadlar daha da artmağa davam edəcək. Universitetlər, məktəblər belə kitabların təbliğatını aparılmalıdır ki, yara daha da böyüməsin.
@emilrustemov2882
@emilrustemov2882 5 месяцев назад
Çox sağolun dəyərli Kitabıstan mediasının bütün əməkdaşları. Hər birinizə təşəkkür edirəm ki, cəmiyyəti maarifləndirməyə cəhd edirsiniz. Allahın köməyi ilə cəhdiniz xeyirli olar.Sizin kimi insanlar var olduqca Azərbaycan var olacaq. 🇦🇿✊️
@ultraskarabakh
@ultraskarabakh 6 месяцев назад
Salam, hər vaxtınız xeyir. Çox gözəl videodur və mesajıda yaxşıdır. Öz fikrimi desəm, yoxdan bir dövlət yaradan insanın ən başa qayıtması çox əladır. Lakin məsələ Rəsulzadənin yolundan davam etməkdən gedirsə, məncə hazırda onun və onun silahdaşlarının etdiyi kimi başa qayıtmaq deyil, maariflənmək və ya müasir dünya ilə ayaqlaşan Azərbaycan lazımdı
@dilarehuseynzade3577
@dilarehuseynzade3577 6 месяцев назад
Çox gözəl təhlil olunub.
@kamilveliyev9462
@kamilveliyev9462 7 месяцев назад
Artıq səbrsizliklə videolarınızı gözləyirəm. Davamlı olsun. Möhtəşəmsiniz Kitabıstan
@NurlanRahimli-yv5gp
@NurlanRahimli-yv5gp 7 месяцев назад
Problemin səbəbini bilmədən onu necə həll etmək olar ki? Əhsən sizə. Rəsulzadənin bu kitablarını alıb oxuduğum üçün özümü şanslı saydım)
@barmonsterzz1390
@barmonsterzz1390 7 месяцев назад
Sizin kimi kanal yoxdur da
Далее
Komedixana  373-cü Bölüm 27.07.2024
1:03:56
Просмотров 398 тыс.
ВОТ ЧТО МЫ КУПИЛИ НА ALIEXPRESS
09:35
Просмотров 910 тыс.
УРА! Я КУПИЛ МЕЧТУ 😃
00:11
Просмотров 966 тыс.
Fuad Rəsulzadə - Krisha Show
1:28:48
Просмотров 17 тыс.
SUAL - CAVAB / 25 iyul 2024
34:11
Просмотров 4,3 тыс.