Тёмный

Nəriman Həsənzadə - Ayrılıq 

biraddimla YOL
Подписаться 4 тыс.
Просмотров 36 тыс.
50% 1

Şeir: Nəriman Həsənzadə - Ayrılıq
Səsləndirmə: Nəriman Həsənzadə
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
NƏRİMAN HƏSƏNZADƏ - AYRILIQ
Mən səni həyatda daşa dəyişdim,
Torpağa dəyişdim, məzara döndün.
Mən öz baharımı qışa dəyişdim,
Çinara dönmüşdün, hasara döndün.
Bir ana bənd imiş bu əbədiyyət,
Duydum buza dönən nəfəsimi də,
Anamı əlimdən alan təbiət
Gözü götürmədi, aldı səni də.
Mən bir xəcalətdən çıxa bilmədim,
Bu gizli dərdimi açıq desəm də.
Sənə - sənə layiq baxa bilmədim,
Səni - sənə layiq dəfn eləsəm də.
Yerə söykədilər mərmər üzünü,
Qışqırdım dayanın, əl saxladılar.
Mən özüm örtərdim evdə üzünü,
Burda, qəbristanda torpaqladılar.
Sən getdin, dəyişdi həyatın özü,
Getdi dadı-tamı, hər şeyi getdi.
Evi bəzərdin ki, gözəl görünsün,
Evimin ən gözəl bəzəyi getdi.
Gedib dost-qohumun qəbri üstünə,
Gül-çiçək qoyurduq ikilikdə biz.
Mən sənsiz ölərəm! Demişdim sənə,
Hamısı yalanmış, yaşadım sənsiz…
Sənə sədaqətdi bütün həyatım
Deyərdim, baxardın gülümsəyərək.
Səni qəbristanda qoyub qayıtdım,
Sədaqət şüarım bu imiş demək.
Bu gün qəbristanda gecikib səhər,
Üstünə nur səpir qızıl dan yeri.
Torpaq ot bitirər, ağac bitirər,
Burda daş bitirir qəbristan yeri.
Bir gözəllik itib duman içində,
Dünya imtahanmış, işləri ovsun.
İlahi, bu qədər insan içində,
Bir insan tapılmır söz demək olsun…
Fikirli qalxıram üzüyuxarı,
Nə qədər yaxınsan, nə qədər uzaq.
Təzə ot göyərib örtür cığırı,
İtirmək istəyir qəbrini torpaq…
Mənsiz darıxardın evdə hər dəfə,
Dözümsüz olmuşdu gecə-gündüzün.
Gedəndə deyirdin: “Tez qayıt evə”,
Bəs niyə qayıdıb gəlmirsən özün?!
Gözüm yolda qalıb, qulağım səsdə,
Gedibsən, qalmışam mən qonaq kimi.
Sən yerin altında, mən yerin üstə,
Biz ayrı düşmüşük kök-budaq kimi…
"... Nərimanın Sarası 50 yaşında dünyasını dəyişir. O zamanlar artıq Nəriman Həsənzadənin qızı ailə həyatı qurubmuş. Şair oğlu ilə tək qalır. Anasının ölümü ilə barışmayan şairin oğlu da gec ailə həyatı qurur.
"Oğlum 1963-cü ildəndir. Amma 3 yaşında oğlu var. Deyirdi, evlənməyəcəyəm. Amma şükür olsun, evləndi. Təklik çox qorxuludur. Əvvəllər tək olmağı arzulayırdım əsər yazmaq üçün. Allah səsimi eşitdi. İndi deyirəm "Ay Allah, tək olmaq istəmirəm.."
"... Günün çox hissəsini bu evimdə oluram, amma yatmağa o biri evimə gedirəm. Orada illərim keçib, bura isə yavaş-yavaş öyrənirəm. Həm də burada qorxuram. Bir dəfə Bəxtiyar Vahabzadəyə dedim ki, ay Bəxtiyar, mən gecələr qorxuram, işığı yandırıram. Bilmirəm nədəndir. Dedi ki, "sən yaxşısan, mən hələ çarpayının da altına baxıram"
Sonra düşündüm ki, hə, mən tək deyiləm. Amma tək qalanda düşünürəm ki, kimsə məni çağırır, kimsə var. Vahimələnirəm".
Gözlərində kədər oxunur. Uzaqlara baxır, susur, daha çox anasını xatırlayır, sonra vaxtsız itirdiyi Sarasını. Barışmaq istəmir onların itkisi ilə, üsyan edir ürəyində. Amma susur. Təkliyi də sevmir. Daha əvvəllər olduğu kimi əsər yazmaq üçün tənha qalmağı da arzulamır. Deyir ki, həyatda qəbul etmədiyi yeganə qanun var o da " Qadının ölməsidir..."
"Qadın gözəllikdir, qadın sevgidir. Qadın yaşamalıdır" - söyləyir..
#nerimanhesenzade #ayriliq #biraddimlayol #biraddimla

Опубликовано:

 

3 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 21   
@raviakber
@raviakber 4 года назад
Neriman mellimi Allah qorusun. Cox deyerli şairimizdir. Deyerini bilmek lazimdir
@rzaqemberov7188
@rzaqemberov7188 4 года назад
Allah Bütün Analara Can Sağlığı Uzun Ömür Versün Ölənlərədə Qəni Qəni Rəhmət Etsin Yerləri Behişt Olsun.. Şair Allah Sənündə Canuvu Sağ Təbüvü Rəvan Eyləsin
@rufetbabayev6678
@rufetbabayev6678 2 года назад
Bu seiri heyat yoldasi ucun yazmisdir dahi sair.
@arazrzayev7553
@arazrzayev7553 5 лет назад
Allah sizi kimi vefali erlerden cox elesin
@hacilogmanabbasli1248
@hacilogmanabbasli1248 2 года назад
Allah anaya rəhmət,böyük şairə can sağlığı versin.
@fatimamamedova9373
@fatimamamedova9373 4 года назад
Cox sevdiyim şairim Nəriman Həsənzadə.
@rasimbayramov8620
@rasimbayramov8620 2 года назад
Bu acını mən yaşamışam.İndi də bununla barışa bilmirəm.Həqiqətən də evimin ən böyük bəzəyi getdi
@biraddimla
@biraddimla 2 года назад
🌹
@nsibliyeva8414
@nsibliyeva8414 4 года назад
Cox vefali omur gun yoldasi
@vasifmemmedov8120
@vasifmemmedov8120 5 лет назад
Çox sağ ol Nəriman məllim
@nigarbabayeva1381
@nigarbabayeva1381 4 года назад
Allah can sağlığı versin sizə
@nsimiqarabaglnovruzogluhsn7192
...🌹👑❤️🔥😔☝️
@oduncu7821
@oduncu7821 3 года назад
Ad günün mübarək gözəl şairimiz
@xalidaaliyeva9779
@xalidaaliyeva9779 3 года назад
Salam əleykum. Tək gözəl şair deyil həm də gözəl insan
@dnizdalgasdnizdalqas7299
@dnizdalgasdnizdalqas7299 2 года назад
Duzdeyirsen xudi xanim
@ulviyyagasymova6137
@ulviyyagasymova6137 4 года назад
😢❤
@jalmmmdova9599
@jalmmmdova9599 Год назад
🖤
@zeynbmuxtarli7831
@zeynbmuxtarli7831 2 года назад
😢😢😢
@nuranehesenova1587
@nuranehesenova1587 2 года назад
Arxa fondaki musiqinin adi nedir?
@manchesterunited9007
@manchesterunited9007 2 года назад
Terlan memmmedhuseynov Ses.
@aaaa8125
@aaaa8125 2 года назад
Еле бил сохбет едир адамла,сесдеки малахети нейе дейишмек олар?!сизин шерлерле кенчлийимзи яшамышыг.Чан саглыгы арзулайырам Сизе.Шукур хер не варса наил олмусуз
Далее
HA-HA-HA-HA 👫 #countryhumans
00:15
Просмотров 3,1 млн
V16 из БЕНЗОПИЛ - ПЕРВЫЙ ЗАПУСК
13:57
Ramiz Rövşən  Sevgi şeirləri
5:42
Просмотров 259 тыс.
Sevgi şeirləri(#1) - Ramiz Rövşən
30:19
Просмотров 4,8 тыс.
HA-HA-HA-HA 👫 #countryhumans
00:15
Просмотров 3,1 млн