Тёмный

Nəriman Həsənzadə - Tələbəlik 

biraddimla YOL
Подписаться 4 тыс.
Просмотров 12 тыс.
50% 1

Şeir: Nəriman Həsənzadə - Tələbəlik
Səsləndirmə: Nəriman Həsənzadə
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
NƏRİMAN HƏSƏNZADƏ - TƏLƏBƏLİK
Durur ayrıldığım kölgəli çinar,
Durur Gəncədəki bizim institut.
Xəyalım bir yerdə tutmadı qərar,
İlləri andırdı bir anlıq sükut.
Neyləyim, unutmur insan ürəyi,
Yaşadım dünyadan könlü yanıqlı.
Düz dörd il geyindim köhnə pencəyi,
Qolu gödək oldu, boynu yamaqlı.
O pencək saxladı məni soyuqdan,
Doğru danışmağı çoxu ar bilir.
Əynindən çıxardıb vermişdi atan,
Heç kim bilməsə də qonşular bilir.
Bəzən ac da qaldım daha nə danmaq,
Danışıb gülməyə könlüm olmadı.
Şerim qəzetə çap oldu, ancaq
Bir qəzet almağa pulum olmadı.
Lakin bu dərdimi bilmədi heç kim,
Mən bildim qədrini sevincin qəmin.
Arabir xəlvəti baxıb sevindim,
Təzə yamağına köhnə çəkməmin.
Gülmə, görməmisən o sevinci sən,
Xoşbəxt böyümüsən, xoşbəxt ol, anam.
Bir də bilirsənmi mən o sevincdən
Dünyada heç kəsə arzulamıram.
Oldu sevincim də, oldu qəmim də.
Bir tələbə qıza könlümü verdim.
Onun hər sözünü öz aləmimdə
Seminar dərsitək əzbərləyirdim.
Deyirdim, nə qədər baha olsa da,
Gərək üzük alım, bu bir adətdir.
Ancaq avtobusun keçib yanından,
Piyada gedirdim dərsə arabir.
Qoy indi ağrısın vicdanın varsa -
Girdi aramıza onda bir nəfər.
Bir gəncin taleyi alt-üst olursa,
Ağırdır dağılan ailə qədər.
Fikir ver hökmünə sən misalların,
Deyir su quyunun dibində olur.
Hayıf ki, ürəyi bəzi qızların
Başqa oğlanların cibində olur.
Qoy bir sözdə deyim, çıxarma yaddan,
Bu da, necə deyər, bir məsləhətdi.
Çalış ki, əvvəlcə yanılmayasan,
Təəssüf ikinci məğlubiyyətdi.
Ömrün yolları da pilləkan kimi
Gendən ucalara lap çox baxmışam.
Mən o pillələrlə bir insan kimi
Gör ki, necə gəlib, necə qalxmışam.
Nəriman Həsənzadə və xanımı Sara..
"... Nəriman ilə Sara uşaqlıqdan bir yerdə böyüyüblər. Nəriman, İnstitutda oxuyarkən Sara hələ orta məktəbdə oxuyurmuş. Hətta Nəriman xoşu gələn qızların yanına da Saranı göndərirmiş. Ancaq kiçik ürəyində böyük sevgi yaşadan Sara bütün qızları Nəriman üçün pisləyir, onları Nərimandan uzaq tutmağa çalışarmış.
1957-ci ildə isə Nəriman ilə Sara ailə həyatı qururlar. Şair deyir ki:
".. Xəlil Rza Uluturkün həyat yoldaşı Firəngiz xanımla Sara rəfiqə idi. Sara ilə mən evləndim, Firəngiz'lə də Xəlil. Getdim Salyanda Xəlil'in sağdışı oldum. O da Gəncəyə gəlib mənim sağdışım oldu. İndi isə o illərdən mənə Firəngiz qalıb ancaq.."
Nəriman ilə Sara'nın iki övladları - bir qız və bir oğulları dünyaya gəlir. Amma Sara çox yaşamır. Amansız xəstəlik onu Nərimandan alıb aparır.
Şair: ".. Sara tez öləcəyini bilirdi. Hər zaman mənə deyərdi ki, 50 yaşdan çox yaşamayacam. Mən isə çalışırdım ki, onu bu fikirlərdən uzaqlaşdırım.."
Həyat Saranın dediklərini duydu yəqin.. O, elə 50 yaşında da dünyasını dəyişdi.
".. Sara gedəndən sonra Nekrasov'un kitabının arasında onun əl yazmasını tapdım. Orda yazılırdı ki: "Mən Nekrasov'u qız vaxtımda çox sevirdim. Arzulayırdım ki, kaş, mənim də yoldaşım şair olaydı. Gəldi, yoldaşım şair oldu..."
#nerimanhesenzade #telebelik #biraddimla #biraddimlayol

Опубликовано:

 

2 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 5   
Далее
Сколько стоит ПП?
00:57
Просмотров 96 тыс.
alqayit yep yeni 2018 maraqlı əhvalat
8:48
Просмотров 324 тыс.
iranlı dan super ifa gözəl seir
3:05
Просмотров 14 тыс.
Lütfəli Abdullayev
5:14
Просмотров 699 тыс.
Сколько стоит ПП?
00:57
Просмотров 96 тыс.