Тёмный

Nərimanov sakinləri etiraz edir: "Küçələrdə qalmaqdan bezmişik" 

Meydan TV
Подписаться 613 тыс.
Просмотров 12 тыс.
50% 1

Bu vətəndaşlar Nərimanov rayon Təbriz küçəsinin sakinləridir.
Onlar 2017-ci ildən pilot layihə adı ilə binalarından çıxarılıblar.
Binanın yerində tikinti aparan “Sipark” şirkəti sökülən evlərinin yerində onlara mənzil verməyi vəd edib.
Şirkət bu prosesin 18 aya bitəcəyini də deyib. Lakin sakinlər deyir ki, 6 ilə yaxındır ki, bu vədə əməl edilmir.
Bina təhvil verilməyib. Üstəlik, sakinlər onlara veriləcək kirayə pullarını da vaxtı-vaxtında ala bilmirlər.
Şirkətdən qənaətbəxş cavab ala bilməyən sakinlər Nərimanov Rayon İcra hakimiyyətinə üz tutublar.
“Camaat əsir qalıb, hamını kirayəçi atır qırağa. 300 manata indi ev yoxdur. Bu dəqiqə millət tökülüb küçələrə. İnanırsan, 300 manata ev tapmaq mümkün deyil? Yoxdur, ruslar da gələndən bəri ümumiyyətlə yoxdur”, şikayətçi bildirir.
Haqlarının pozulduğunu deyən, şirkətin laqeyd münasibətindən gileylənən sakinləri burada Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev qəbul edib.
O, sakinlərə şirkət nümayəndəsi ilə görüş və müzakirə təklif edib.
Lakin sakinlər ümidsizdir. Onlar dəfələrlə şirkət rəhbərliyi ilə təşkil edilən görüşlərdə verilən vədlərin nəticəsiz qaldığını deyirlər.
“Vəd veriblər, yerinə yetirməyiblər ki, hər şey yaxşı olacaq. Kirayə pullarınızı alacaqsınız. Nə kirayə pulu ala bilirik, nə də ki tikinti getmir”, Əbülfət Qulamalıyev deyir.
“Başçıya inanırıq, amma şirkətə inanmırıq. Biz evimizi də icra başçısının nümayəndələrinə vermişik, şirkətə verməmişik. Şirkətdə adam yoxdur. Yalandan müqəvva kimi 3-4 adam qoyublar orada”, - şikayətçi danışır.
Meydan TV-yə danışan sakinlər deyir ki, bu görüşdən sonra şirkət rəhbərliyi ilə görüş təşkil olunub, onlara kirayə pullarının vaxtında veriləcəyi və binanın 1 il ərzində təhvil veriləcəyi söz verilib.
Sakinlər demək olar ki, hər həftə nə vaxtsa evlərinin yerləşdiyi bu ərazidə ucalan natamam binanı ziyarətə gəlirlər.
Onlar şirkət nümayəndələrini və işçiləri sorğuya tutur, dəqiq bir cavab umurlar.
“Tikmirlər ki, bunlar. Mən türklərlə işləmişəm, Aİ-nin nümayəndələri ilə. Onlar deyir ki, belə binalarda işləyən adam 80-90 nəfər olmalıdır. Burada cəmi 5-6 nəfərdir. 5-6 nəfərlə də bu tikilməz”, - sakin Musa Məmmədov vurğulayır.
“Pullar vaxtı-vaxtında verilmir, evimiz tikilmir. 5 ildir biz bu yollardayıq, get-gəl, get-gəl. Ölən öldü, qalan qaldı. Camaat zülm, əziyyət çəkir. İndi də qış gəlir qarşıdan”, - şikayətçi deyir.
“Küçələrdə qalmaqdan bezmişik biz də. Nə qədər küçələrdə... Oradan-ora köçmək, buradan-bura köçmək... Bezmişik biz”, - Simayə Mirzəyeva deyir.
“Sipark” şirkəti Meydan TV-yə məsələ ilə bağlı hələ ki şərh verməyib.
Sakinlər isə bina təhvil verilməyənədək dövlət qurumlarına müraciət edir, bir gün bu binada öz şəxsi evlərində yaşamağın arzusu ilə yaşayırlar.
Kanala abunə ol - goo.gl/TcM9Fm
Bizə maddi dəstək ol cutt.ly/destek
WebSite: www.meydan.tv
Facebook: MeydanTelevision
Twitter: / meydantv
Google+ plus.google.com/+MeydanTelevi...
İnstagram: / meydantv
__________________________________________________________________
Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277

Опубликовано:

 

31 окт 2022

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 50   
@sahilallahverdiyev2826
@sahilallahverdiyev2826 Год назад
BU MİLLƏTİN YİYƏSİ YOXDU İT KİMİ ÖLÜB
@Ziyaoglu
@Ziyaoglu Год назад
Allah köməyimiz olsun
@fayazheydarov6274
@fayazheydarov6274 Год назад
Tikinti sektorunda özbaşnaliq baş alib gedir !
@rsulliyev7189
@rsulliyev7189 Год назад
Özbaşnalıq dör tapşırıq veriblər
@sahilallahverdiyev2826
@sahilallahverdiyev2826 Год назад
BU MİLLƏTİN YİYƏSİ OLMAYİB VƏ OLMAYACAQ YİYƏSİZ AZƏRBAYCAN
@emilabbas7581
@emilabbas7581 Год назад
Senin yiyen yoxdur yeqin umumi danisma bala.Prablem varsa hellide var agzina grleni danismaqla bele gelb belede gedeceksen agzina geleni danismaqla burdada qalacaqsan.
@azerseyidov2648
@azerseyidov2648 Год назад
Ойан.ай.милат.айыл.ойан.азарбайчан.халгы.
@habilxanlarov7309
@habilxanlarov7309 Год назад
Elgin müəllim dəyərli və xalqini sevən insandır.
@helenbelomoina1400
@helenbelomoina1400 Год назад
Pul ancaq 3 cibe gedir onsuzda . Hami da onu bilir !
@helenbelomoina1400
@helenbelomoina1400 Год назад
Bu ölkede hemiwe qanunsuz her şey olub ve olacaq!!!! Deputatin maaşi ise 5min manatdir !! Bütün onlarin , ministirlerin uşaqlari xaricde oxuyub yaşayir !!! Özleri de ele ! Zehlem gedir her şeyden !!! Heç yaşamaq ister yoxdur !!! Allah bütün işlerivize göre versin !!!!!
@elnurtapdik2189
@elnurtapdik2189 Год назад
Bu dövlətin bu camaatı sayan var görəsən?
@nargizagamirovavalieva9833
@nargizagamirovavalieva9833 Год назад
Saat 7 de cekilis hani?
@user-xr4on5hb4t
@user-xr4on5hb4t Год назад
Soruşsan hamisi ilxam eliyevi Tam desteqleyir ve siyasete qarişmirlar.
@ventervellar8726
@ventervellar8726 Год назад
Qorxudan ele deyiller
@elgunhesenov7193
@elgunhesenov7193 Год назад
😃😃👍👍
@rsulliyev7189
@rsulliyev7189 Год назад
@@ventervellar8726 Qorxudan yox götə girənlik ilirlər
@rsulliyev7189
@rsulliyev7189 Год назад
Hamsının başında ilham durur də
@emilabbas7581
@emilabbas7581 Год назад
Duduy ele.dehrsenki burda Ilham.Eliyevlik ne varki seni kimi qani xarablarda cirt olan kimi Prezident pisleyir ermenisen bala.?ozel sirketdir masenniklik edir olkede qanum qayda var cezasinda alacaq gunahkarlar.
@user-id8qn5nc9h
@user-id8qn5nc9h Год назад
Олкени Хауса додерибле. Дешети 🤦‍♂️
@shakhverdihuseynov6221
@shakhverdihuseynov6221 Год назад
Bakı şəhəri icra hakimiyyəti bunan belə 5 mertebeleri söküb yeni binalar tikmək istəyir vətəndaşlar üçün .Bir binanı tikib camaat verə bilmirlər minlərlə 5 mertebenni söküb yerinə yeni bina tikmək istəyirlər.5 ildi insanlar zülüm çəkirlər.
@cingizsultanzade9356
@cingizsultanzade9356 Год назад
Boboyda binada hələ bu 10 nəfər danışır qalanı icranın qohum əqrəbəsini evləridi
@dusuncvmdniyyt4809
@dusuncvmdniyyt4809 Год назад
Demək olar çox şirkətlər bu yola əl atır.Əslində dövlət belə şirkətləri nəzarətdə saxlamalıdır ki,özbaşnalıq etməsinlər.Tendri icra etməyən şirkətdən layhə alınsa onların da gördükləri pul da batar bir daha belə süründürməçilik etməz digər şirkətlər.
@rsulliyev7189
@rsulliyev7189 Год назад
Nə özbaşnalıq özbaşnalıq dör ilham tapşırıq verib
@elvinaliyev180
@elvinaliyev180 Год назад
Milyonlarla etraz i insanlar var bir gun bu milletin sebri dasacaq
@sevdahuseynova5507
@sevdahuseynova5507 Год назад
məsələ ictimailəşdisə yəqin tədbir görülər yaxın zamanda. 6 il həqiqətən də uzun zamandır indiyə qədər çoxdan bina tikilib təhvil verilməliydi. ən azından kirayə haqları verilir yaxşı ki. heç olmasa vaxtında verilsə insanlar da əziyyət çəkməz etiraz etməz.
@nofelxan4568
@nofelxan4568 Год назад
Bunlari yaman forladiblar Allah komeyleri olsun bela şey olmaz vallah here bir qalustuku vurub olum muellim heqiqi muellimler baxişlasin ki hamiya oo adla muraciyet edirik!!
@cingizsultanzade9356
@cingizsultanzade9356 Год назад
O icranı və muavini haramzadəıəri yola salmaq lazımdı o gün olsun elə insanlar təyin olsunlarkı insan olsunlar
@zemfira2104
@zemfira2104 Год назад
Yazığın gəlmir o insan dediyin İNSAN lara ? Təyinatdan sonra insanlıqdan çıxacaqlar axı
@cavidhuseyinov2146
@cavidhuseyinov2146 Год назад
Yeyib üstün ƏNDƏ su içiblər
@yasaryasar5140
@yasaryasar5140 Год назад
Allah lenet elesin bizi bu gunlere qoyanlari!!
@isfndiyarmlikov5651
@isfndiyarmlikov5651 Год назад
Bu mesele arawdirilib baxilacag elbetdeki. Hec bir wirketi ixtiyari yoxdur ki bu qeder insani nece illerle kucelerde yawatsin. Ve en esasi bina tehvil verilene qeder. Wirket onlarini yawayiw yeri ile temin etmelidir
@user-rl2dv9fe6d
@user-rl2dv9fe6d Год назад
Bunlar hamisi Ogru ilham eliyevin destesidi
@sekinehuseynli9337
@sekinehuseynli9337 Год назад
Yaxsi edler size oda azdi vaxtnda nagdi pulvzu almadan cxmazduz qoyun milet meeeeee
@zemfira2104
@zemfira2104 Год назад
Ay dayı, bütün novostroykalarda elə 5- 6 nəfər işləyir də 😂 Hər şey göz qabağındadı
@yunusibrahimov7939
@yunusibrahimov7939 Год назад
sakinlərin problemləri ictimailəşdirildi, tezliklə aidiyyatı qurumlar maraqlanarlar və məsələ həllini tapar.
@cingizsultanzade9356
@cingizsultanzade9356 Год назад
Başcı inanırsız həıə bu gündəsiz o bina da hələ başcınındı
@Fitnes888
@Fitnes888 Год назад
Camatin evin verde ne danismaq uzadarsiz
@huseynelekberov2078
@huseynelekberov2078 Год назад
Allah bunlara lenet eləsin bu ev dellallarna
@emilaxundov8717
@emilaxundov8717 Год назад
Niyə məhkəməyə şikayət etmirlər?? Cavabdehin kim olmasından asılı olmayaraq müraciət etsinlər məhkəməyə cərimələsinlər, gec tez haqlarını bərpa eləsinlər.
@zemfira2104
@zemfira2104 Год назад
Sənə cərimə lazımdı ? Millət evsiz qalıb ey , çatmır sənə? Sən cərimə yığ 🤨
@rsulliyev7189
@rsulliyev7189 Год назад
Hə bu saat
@kamaleabbaszade5945
@kamaleabbaszade5945 Год назад
Bu cür hayla küylə iş həllini tapmaz. Əgər həqiqətən də deyildiyi kimi bir şey varsa məhkəməyə müraciət etmək lazımdır. Polislər öz işlərini görür, sizə evi satan da nə polisdir nə məmur. Kim ki, sizə bu cür haqsızlıq edibsə məhkəmədə haqqınızı axtarın. Məhkəmə ən ədalətli qərarı verəcəkdir. Allah köməyiniz olsun.
@agamilezizov4729
@agamilezizov4729 Год назад
Sizə buda azdır azara düşürsüz etiraz etməyə
@alifaracov5736
@alifaracov5736 Год назад
Azərbaycan qanunlar ilə idarə olunur heç kim heç kimin hakını yeyə bilməz inanıramkı bu məsələ adiyəti qurumlar tərəfindən ətraflı şəkildə araşdırılıcaqdır Vətəndaşların problemləri həl ediləcəkdir tezliklə
@rsulliyev7189
@rsulliyev7189 Год назад
Gorbagorun şəkli
@emilabbas7581
@emilabbas7581 Год назад
Atavin seklini gorende ele deyersen ay alcaq seni kimi xainler qepik qurusa varyoxunu satanlar bu meselede bele Prezident dovlet deyr.tupoylugun trollugu melumdurki Ozel sirketdir.camaati aldadib qanun qayda cercivesinde hellini tapacaq bu meselede.hurme get topunu oyna.
@agamilezizov4729
@agamilezizov4729 2 месяца назад
Qoy minsinlər sizə buda azdır ancaq öz probleminiz olanda danışırsız onlarda bir bir minirlər
Далее
Azərbaycanlıların “nisyə” həyatı
10:10
Просмотров 47 тыс.
НОВАЯ ПАСХАЛКА В ЯНДЕКСЕ
00:20
Просмотров 1,4 млн
Телеграмм-Колян Карелия #юмор
00:10
Выпускаем трек? #iribaby
00:14
Просмотров 228 тыс.
Nərimanov parkı sakinlərin istifadəsinə verilib
2:53
"Sabunçuda 21-ci əsrdən əsər- əlamət yoxdur"
2:57
"Sovetski"də narazılıq səngimir
3:22
Просмотров 1,4 тыс.
НОВАЯ ПАСХАЛКА В ЯНДЕКСЕ
00:20
Просмотров 1,4 млн