Тёмный

NAMAZ QILMAYANIN HÖKMÜ 

Quran və Əhli-Beyt Platforması
Подписаться 56
Просмотров 135
50% 1

Namaz - insanla Allah arasında olan mənəvi bir əlaqədir.
Namaz İslam dininə görə vacib sayılan ibadətlərdəndir.
Bəs namaz qılmayan şəxsin hökmü nədir?
Bu məsələdə əhli-sünnə ilə şiə fiqhi arasında prinsipial fərq var.
Əhli-sünnə imamlarına görə namaz qılmayan şəxsin hökmü ölümdür. Belə ki, namaz qılmayan şəxs namaza dəvət edilir, lakin namaz qılmamaqda israr edərsə, o halda 4 sünni məzhəbindən üçünə - şafii, maliki və hənbəli məzhəbinə görə həmin şəxs öldürülməlidir, yalnız hənəfi məzhəbinə görə isə, ömürlük həbs edilməlidir.
Lakin həmin şəxsin İslam dinindən çıxıb-çıxmaması məsələsində əhli-sünnə alimləri fərqli fikirlər söyləmişlər. Bəzilərinə görə namazı rədd etdiyinə görə qılmayan şəxs İslamdan çıxıb kafir olar, amma rədd etməsə, məsələn tənbəllikdən namaz qılmasa İslamdan çıxmaz, bununla belə yenə də tövbə edib namaz qılmasa, ölüm hökmünə məhkumdur. Belələrini öldürüb, müsəlman kimi İslam şəriət qaydaları əsasında dəfn etmək lazımdır.
Lakin digər alimlərə görə istənilən səbəbə görə namazı tərk edən şəxs dindən çıxıb kafir olar. Bu görüşün tərəfdarları "müsəlmanla kafiri ayıran - namazdır" hədisinə istinad edərək, namaz qılmayanları kafir hesab edirlər.
Lakin Quran və Əhli-beyt məktəbinə görə, namaz bir ibadət olaraq hər bir şəxsin özünə aid bir məsələdir. Dində məcburiyyət yoxdur (Quran, 2/256) və heç kəsi zorla namaz qılmağa məcbur etmək olmaz. Namaz qılmadığına görə öldürmək də olmaz. İmanlı şəxs namaz qılmayanın namaz qılmasını istəyirsə, onu - Allahın Quranda buyurduğu kimi - hikmətlə və gözəl öyüd-nəsihətlə namaza dəvət edə, ona namazın əhəmiyyətini, faydalarını izah edə bilər. Amma namaz qılıb-qılmayacağı artıq həmin şəxsin özünə aid bir məsələdir...

Опубликовано:

 

29 июн 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 2   
@opheliamoustafa5224
@opheliamoustafa5224 27 дней назад
👍🏻👍🏻
@AlisaHediyyeler
@AlisaHediyyeler 26 дней назад
Əlaa
Далее
FƏDƏK HAQQINDA HƏQİQƏTLƏR
14:21
Просмотров 304
MÖHÜR İLƏ NAMAZ QILMAQ OLARMI?
16:18
Просмотров 168
Hansı namaz düzdür, şiə, yoxsa sünni?
3:14
Просмотров 137 тыс.
Niyə Quran və Əhli-Beyt
10:02
Просмотров 86
Şiəlik: Quran və Əhli-Beyt məktəbi
12:44