Тёмный

Nordic Talks: Skandinaviya yaşıl modeli 

Kitabıstan TV
Подписаться 3,8 тыс.
Просмотров 46
50% 1

#NordicTalks nədir?
“Nordic Talks” layihəsi #Kitabıstan və dörd #Skandinaviya ölkəsinin - #Danimarka, #Finlandiya, #Norveç və #İsveç - Azərbaycandakı səfirliklərinin tərəfdaşlığı, Skandinaviya Nazirlər Şurasının dəstəyi ilə başladılıb. Məqsədimiz qlobal problemlərə həll yolu olaraq Skandinaviya ölkələrinin strategiyalarını, həmçinin bu ölkələrin inkişaf modellərini, təcrübələrini konfranslar, müzakirələr vasitəsilə təqdim etməkdir.
Niyə Skandinaviya ölkələri?
Yüksək həyat keyfiyyəti, güclü sosial strukturları ilə tanınan Skandinaviya ölkələri davamlı inkişaf, təmiz ekologiya, təhsil, gender bərabərliyi kimi məsələlərdə də qlobal indekslərdə liderdir. Buna görə bu ölkələrin sosial həyat və ətraf mühitə dair uğurlu modelləri və təcrübələrini Azərbaycanda daha geniş auditoriyaya çatdırmağı hədəfləyirik.
Nədən başladıq?
Hazırda dünyanın ən böyük problemlərindən biri #iqlim dəyişikliyidir. Karbon emissiyalarının artması, buzlaqların əriməsi, okenların səviyyəsinin qalxması və ekstremal təbiət hadisələrinin tez-tez baş verməsi planetimizin gələcəyini təhdid edir. Bu vəziyyət təcili və effektiv həllər tələb edir.
Bu sahədə effektiv həll yolları təqdim edən ölkələr arasında Skandinaviya ölkələrinin xüsusi yeri var. Buna görə də biz “Nordic Talks”a “Skandinaviya yaşıl modeli”ni təqdim etməklə başlayırıq. Məqsədimiz Skandinaviya ölkələrinin yaşıl keçidini və onların iqlim dəyişikliyi ilə mübarizə təcrübələrini təqdim etməkdir. Skandinaviya ölkələri bərpa olunan enerjidən istifadə, karbon emissiyalarının azaldılması sahəsində dünyada ilk sıralarda yer alır. Bu kontekstdə biz yaşıl enerji layihələri, tullantıların idarə edilməsi, ekoloji təmiz nəqliyyat və təbiətin mühafizəsi kimi bir çox sahələrdə qabaqcıl təcrübələri təqdim etməyi hədəfləyirik.
Biz kimik?
Kitabıstan tədqiqat mərkəzidir və Skandinaviya ölkələrinin modellərini Azərbaycanda təqdim etmək fəaliyyətimizin mərkəzində dayanır. Biz bəşəri dəyərləri Azərbaycan ictimaiyyətinə tədqiqatlar, müsahibələr, konfranslar və kitablar vasitəsilə təqdim edirik. Bu uğurlu inkişaf modellərinin və təcrübələrin tədqiqi vasitəsilə məlumatlılığın artırılmasına, gənclərin maarifləndirilməsinə, cəmiyyətdə pozitiv inkişafa töhfə veririk.
“Nordic Talks” layihəsinin həyata keçməsində bizimlə eyni həssasiyyəti nümayiş etdirdiyinə görə Danimarkanın, Finlandiyanın, Norveçin və İsveçin Azərbaycandakı səfirliklərinə, eləcə də Skandinaviya Nazirlər Şurasına təşəkkür edirik.
🔴 SƏSLİ KİTAB bit.ly/2Vjw8l5
🔴 ƏDƏBİYYAT VƏ FƏLSƏFƏ bit.ly/2kBtSav
🔴 TARİX bit.ly/37UAnYS
🔴 MÜSAHİBƏLƏR bit.ly/2maUcIS
🔴 MÜZAKİRƏLƏR bit.ly/2kFfbDc
🔴 SORĞULAR bit.ly/2KLAGv9
Kitabıstan haqqında daha ətraflı 🔻
🔵 kitabistan.org
🔵 / kitabistanpage
🔵 / kitabistan_page
🔵 / kitabistan_page
🔵 t.me/kitabistan_page

Опубликовано:

 

30 июн 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 2   
@kamilveliyev9462
@kamilveliyev9462 27 дней назад
Möhtəşəmsiniz. Uğurlar arzu edirəm. Çox önəmli mövzulara toxunursunuz həmişə.
@gunayalieva2873
@gunayalieva2873 26 дней назад
Çox doğrudur
Далее
Wait for the BOWLING BALL! 👀
00:38
Просмотров 32 млн
ВОТ ЧТО МЫ КУПИЛИ НА ALIEXPRESS
09:35
Просмотров 910 тыс.
Türkiyədə təhsil: YÖS yoxsa, SAT?
2:45
Просмотров 1,1 тыс.
"STEAM Vaxtı". Müəllimlər üçün təlimlər.
2:57
Amazing Places to visit in Finland - Travel Video
9:10
Wait for the BOWLING BALL! 👀
00:38
Просмотров 32 млн