Тёмный

Nurəddin Mehdixanlı, Adil Babayev - Yaşamağı bacarmıram... 

Elshan T.
Подписаться 532
Просмотров 77 тыс.
50% 1

“Yaşamağı” bacarmıram,
deyirlər ki, çox fərsizəm,
zəmanədən xəbərsizəm.
Yaşamağı bacarmıram…
Kəsməmişəm ömrüm boyu,
bir yetimin tikəsini.
Seçməmişəm adamların
Xırdasını, yekəsini.
Döyməmiəm şöhrət üçün
vəzifəli adamların qapısını.
Gəzməmişəm üzdə məğrur,
dalda sınıq.
Palaz kimi sərilərək
qalamışam ayaq altda.
Mərdlik, namus axtarmışam
əzəl başdan mən həyatda.
Balalarım yeyib, ancaq
zəhmətimin çörəyini.
Qazanc üçün, mənsəb üçün
qırmamışam neçə insan ürəyini.
Saxta dostluq, yalançı vəd
düşmənimdir əzəl gündən.
Xoşlanmıram bir yaltağın
Təmənnalı söhbətindən,
ülfətindən.
Vəzifəni şöhrət üçün körpü bilən,
dalda söyən, üzdə gülən
adamlarla yoxdur aram.
Mən - İnsanlıq yollarında
fədaiyəm,
Mən - Ədalət yollarında
cəfakaram
Anbarları siçan kimi
acgözlüklə gəmirənlər,
Rəislərə bəxşiş deyə
pay verənlər,
pul verənlər,
göz yaşları bahasına
evlərini gümüşlərlə, büllurlarla
dolduranlar,
İnsanların sevincinə
od vuranlar,
Uzaq-yaxın şəhərlərə
pul tökənlər harın-harın,
düşmənimdir əzəl gündən,
düşməniyəm mən onların!
Yaltaqlığı, xəyanəti,
qara fikri, bəd niyyəti
nəzakətin pərdəsinə bürüyənlər,
Üzdə məğrur gəzə-gəzə
gözümüzdə miskinləşib çürüyənlər
bəyənməsin məni, nə qəm?
Mən dünyaya insan gəldim,
İnsan kimi gedəsiyəm.
Qəh-qəh çəkib gülsün mənə
Neçə yaltaq, neçə harın,
yaşamağı bacarmıram qoltuğunda
sözü meyxoş,
ürəyi boş,
ərin haram pullarından
fikri sərxoş
xanımların!
Bəzən benzin, bəzən beton,
bəzən pambıq hesabına
maşınları qoşalayan,
ürəklərə, şüurlara
zəhər tökən, şübhə yayan
zəlillərin,
qəlbi, fikri
zəlillərin
düşməniyəm!
Tüpürürəm o həyata.
Çörəyinə neçə haram,
Dediyinə neçə yalan
qata-qata
yaşayanlar bəyənməsin məni,
nə qəm?
Mən şairəm,
ürəyimi günlərimə yedirirəm.
Mən şairəm,
ədalətdir tanrım mənim.
Ürəyimin döyüntüsü,
gözlərimin işığıdır
varım mənim.
Yaşamağı bacarmıram…
Mənə yaddır yalmanaraq
yaşamağı bacaranlar.
Bu amala gedən yolda
Həm dostum, həm düşmənim var.
Yaşamağı bacarmıram…
Yaşamağa bir şərəfdir
bu həyatım.
Mənim bu cür fərsizliyim
fəxri adım,
Həyatımdan mənə çatan
ən dəyərli mükafatım.
ağı” bacarmıram,
deyirlər ki, çox fərsizəm,
zəmanədən xəbərsizəm.
Yaşamağı bacarmıram…
Kəsməmişəm ömrüm boyu,
bir yetimin tikəsini.
Seçməmişəm adamların
Xırdasını, yekəsini.
Döyməmiəm şöhrət üçün
vəzifəli adamların qapısını.
Gəzməmişəm üzdə məğrur,
dalda sınıq.
Palaz kimi sərilərək
qalamışam ayaq altda.
Mərdlik, namus axtarmışam
əzəl başdan mən həyatda.
Balalarım yeyib, ancaq
zəhmətimin çörəyini.
Qazanc üçün, mənsəb üçün
qırmamışam neçə insan ürəyini.
Saxta dostluq, yalançı vəd
düşmənimdir əzəl gündən.
Xoşlanmıram bir yaltağın
Təmənnalı söhbətindən,
ülfətindən.
Vəzifəni şöhrət üçün körpü bilən,
dalda söyən, üzdə gülən
adamlarla yoxdur aram.
Mən - İnsanlıq yollarında
fədaiyəm,
Mən - Ədalət yollarında
cəfakaram
Anbarları siçan kimi
acgözlüklə gəmirənlər,
Rəislərə bəxşiş deyə
pay verənlər,
pul verənlər,
göz yaşları bahasına
evlərini gümüşlərlə, büllurlarla
dolduranlar,
İnsanların sevincinə
od vuranlar,
Uzaq-yaxın şəhərlərə
pul tökənlər harın-harın,
düşmənimdir əzəl gündən,
düşməniyəm mən onların!
Yaltaqlığı, xəyanəti,
qara fikri, bəd niyyəti
nəzakətin pərdəsinə bürüyənlər,
Üzdə məğrur gəzə-gəzə
gözümüzdə miskinləşib çürüyənlər
bəyənməsin məni, nə qəm?
Mən dünyaya insan gəldim,
İnsan kimi gedəsiyəm.
Qəh-qəh çəkib gülsün mənə
Neçə yaltaq, neçə harın,
yaşamağı bacarmıram qoltuğunda
sözü meyxoş,
ürəyi boş,
ərin haram pullarından
fikri sərxoş
xanımların!
Bəzən benzin, bəzən beton,
bəzən pambıq hesabına
maşınları qoşalayan,
ürəklərə, şüurlara
zəhər tökən, şübhə yayan
zəlillərin,
qəlbi, fikri
zəlillərin
düşməniyəm!
Tüpürürəm o həyata.
Çörəyinə neçə haram,
Dediyinə neçə yalan
qata-qata
yaşayanlar bəyənməsin məni,
nə qəm?
Mən şairəm,
ürəyimi günlərimə yedirirəm.
Mən şairəm,
ədalətdir tanrım mənim.
Ürəyimin döyüntüsü,
gözlərimin işığıdır
varım mənim.
Yaşamağı bacarmıram…
Mənə yaddır yalmanaraq
yaşamağı bacaranlar.
Bu amala gedən yolda
Həm dostum, həm düşmənim var.
Yaşamağı bacarmıram…
Yaşamağa bir şərəfdir
bu həyatım.
Mənim bu cür fərsizliyim
fəxri adım,
Həyatımdan mənə çatan
ən dəyərli mükafatım.

Опубликовано:

 

8 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 85   
@arzunesirova1732
@arzunesirova1732 10 месяцев назад
Bu şerdə nə qədər fəlsəfə var.Nə qədər gözəl,insani keyfiyyətləri özündə cəmləşdirən bir insan olasan ki,bir şerdə bu qədər geniş fikirləri izah edəsən.Gözəl cavabdı özündən,sərvətindən razı olanlar üçün.Nə qədər cılız insanlardı onlar.
@arzunesirova1732
@arzunesirova1732 8 месяцев назад
Bu şerə bəlkə 200 dəfə baxmışam.Amma bezmirəm.Çox gözəl və məntiqli,mənalı şerdi.Əsl gözəl insanlar, insalıq üçün yaşayanlardı.Əsl dəyərli insanlara, dəyərsizlər həmişə fərsiz deyirlər.Amma onlar dünyaya niyə gəldiyini unudanlardı.
@azreynullazd3966
@azreynullazd3966 8 месяцев назад
Eşq olsun KİŞİ kimi yaşayan ADİL BABAYEVƏ
@elcinqasmov7195
@elcinqasmov7195 11 месяцев назад
Nürəddin Mehdixanlı var ol böyük Sənətkar yaxşıki varsan tamaşaçıların sevgisini qazanan sənətkar 👍👍👍👍👍
@aybenizbayramova423
@aybenizbayramova423 3 года назад
Nurəddin bəy eş qolsun sizə Allah ömür versin sizin ifanızda şer insanın ruhunu dincəldir 👍🏻👍🏻
@dayswithmarva4560
@dayswithmarva4560 4 года назад
Mükemmel bir şeir,mükemmel bir ifa!!!
@agdasagdasli3008
@agdasagdasli3008 2 года назад
Tsk
@haticeeken6658
@haticeeken6658 Год назад
Tek kelime ile muhteşem yüreğine sağlık olsun ❤️😪❤️😪❤️😪❤️😪❤️😪❤️😪❤️
@arzunesirova1732
@arzunesirova1732 10 месяцев назад
Mən bu şerə çox sənətkarlarımızın ifasında qulaq asmışam.Amma bu qədər gözəlliyi sizin ifanızda eşitdim.😊Möhtəşəm ifadı.Bəlkə 100 dəfə təkrar təkrar qulaq asmışam.Şerdə çox gözəl və tam əsl insanlığı özündə tərənnüm edən fikirlər çəmləşib.
@snva1603
@snva1603 2 года назад
Əhsən Nurəddin müəllim neçə vaxtdı belə şerə qulaq asmaq istəyirdim çox sağ olun
@xediceezimova5621
@xediceezimova5621 4 года назад
Cox gozəl Adil Babayevə rəhmət Nurəddin bəyin ifasinda bu serin ayrica yeri var
@teoaliyev
@teoaliyev 2 года назад
Eynən
@amilmemmedov433
@amilmemmedov433 3 года назад
Allah sizə ömür versin Nurəddin müəllim🤲səsiniz var olsun🤲Vətənimin qeyrətli və şərəfli oğlu🤲
@aygunkazimova2172
@aygunkazimova2172 3 года назад
Məndə bacarmıram yaşamağı .Nə gozell sözlərdi.
@seymurmemmedli4956
@seymurmemmedli4956 Год назад
Nuredin bey bu seyirden sonra cox adam inanın pis emelerden el cekibler esq olsun ureyinze
@bakcellbakcell5069
@bakcellbakcell5069 Год назад
Çox gözəl insan kimi insana aid şeir.Həqiqət sözlər......
@asiyeasiye6479
@asiyeasiye6479 Месяц назад
HALALDI VALLAH❤ COX SAĞ OL ŞAİR.COX SAĞ İL NÜRƏDDİN BƏY❤ ÜRƏYİM FƏRƏHLƏNDİ❤
@zulyafarzaliyeva4918
@zulyafarzaliyeva4918 3 года назад
Vicdanla yaşayıb insan adına layiq olanlara Allah can sağlığı uzun ömür versin. Rəhmətə getmişlərə də Allah rəhmət eləsin nur içində yatsınlar. Kaş ki bütün insanlar vicdanı öndə tutsaydılar, onda həyat çənnət olardı
@Turalquliyev956
@Turalquliyev956 2 года назад
Ğör necə gözəl sözlər.
@user-xp9lz6vs1i
@user-xp9lz6vs1i Год назад
Deyerli sözler
@alimnuriev4152
@alimnuriev4152 3 года назад
sənətkara təşəkkür. Cox mükəmməl!!!
@user-my2zl1fk9j
@user-my2zl1fk9j 3 года назад
Yaşamagı baçarmıram...😔Hər iki sənətkara təşəkkür. Cox mükəmməl!!!
@ehmedsuleymanov6875
@ehmedsuleymanov6875 2 года назад
Şerə görə çox sağ olun.Gozəl ifadır.Allah sizə saqlam qocalıq nəsib etsin.Amin inşəallah
@Mamedova6130
@Mamedova6130 Год назад
Cox sevdiyim wair esil kiwi simali insan kimi insan Allah omur versin
@sevincnazimzade7313
@sevincnazimzade7313 2 года назад
Mûellife Allah rehmet elesin.Qelbiniz var olsun!Qelbimin sõzleri setrlerde
@Huseynovadida
@Huseynovadida Год назад
Cox sevirem Nureddin muellimi.ifasinda butun şerler başqa cur seslenir.demek olar yaşidiq.onun tamaşalarini hemişe izlemişem seve seve.evvelden hemişe esl kişi xarakterler yaradib.cunki o özunu yetişdirdi bu rollarda.esl azerbaycanli kişisidi.allah can sagligi versin.
@user-el3bt3vv4v
@user-el3bt3vv4v 3 года назад
Allah rehmet etsin Adil beye
@aslanl1907
@aslanl1907 Год назад
Bu şeir Nanəyə çox pis təsir edər ☹
@arifnuruzad8520
@arifnuruzad8520 Год назад
Cox gozel sozler ve ifa
@subhanfermanov6334
@subhanfermanov6334 3 года назад
Insanin icindekileri deyir sanki.
@telli1473
@telli1473 3 года назад
Allah sizi qorusun Nurəddin Mehdixanlı.Tesekkur edirəm sizə Allah can sağlığı versin.Adil Babayev Azərbaycanın görkəmli şairi Allah sizi qorusun
@mehledostlari1234
@mehledostlari1234 3 года назад
Bu şerə dəfələrlə baxmışam.Hər dəfə də xüsusi zövqlə baxıram.Çox gözəl və mənalı şerdi.
@elmiramuradalieva9488
@elmiramuradalieva9488 2 года назад
boyuk menali sheir! Allah rehmet elesin Adil Babsyeva!🙏 Insanliga xidmet eden!
@user-xh6bz8ur4j
@user-xh6bz8ur4j 3 года назад
Nureddin Mehdixanli gozel insan.Cox sevilen senetkar qarsinizda bas eyirem.Hemise sesiniz gelsin var olasiniz.
@ZenthyrVoid
@ZenthyrVoid 3 года назад
Nureddin Mehdixanli atamla birlikde esgerlikde olub ve her zaman ata kimi xatirlacam onu mene O menali sozlerile
@sevgulyagubova7868
@sevgulyagubova7868 Год назад
Allah qorusun🧿🧿🧿
@faxraddinmeydanli3114
@faxraddinmeydanli3114 2 года назад
Min rəhmət şair Nur içində yat
@saykaaliyeva3079
@saykaaliyeva3079 2 года назад
Gözel 👏👏👏👏👏
@user-rs4tj3ji8o
@user-rs4tj3ji8o 3 года назад
К сожалению, именно у таких людей власть в руках. А честные, от зарплаты до зарплаты еле концы сводят.
@user-my2zl1fk9j
@user-my2zl1fk9j 3 года назад
Cox yaşa Adil bəy.
@_bismillah-_
@_bismillah-_ Год назад
Şair o zaman Şair olur ki Haqqı desin şeirlərdə.
@asiyeasiye6479
@asiyeasiye6479 Месяц назад
NÜRƏDDİN MÜƏLLİM SİZİ COX SEVİRƏM. QARDAŞIM❤ SƏSİNƏ QÜVVƏ❤T❤❤❤❤❤
@Turalquliyev956
@Turalquliyev956 2 года назад
Elə bil ki mənim üçün deyir şeiri.Ay allah
@alihuseynzada8229
@alihuseynzada8229 2 года назад
Mukemmel əser.Sag ol senetkar.goresen utandilarmi bu Sheridan ogru memurlar
@beturesadiqova7802
@beturesadiqova7802 2 года назад
Sere bir şerdə rəngdə qatıldı Alqışlarla Nurəddin Mehdixanlı
@sefeqqasimov4553
@sefeqqasimov4553 2 года назад
mükəmməl insan mükəmməl şer
@azerbajcanbaki3364
@azerbajcanbaki3364 Год назад
Eşg olsun
@rovsenbayramov2631
@rovsenbayramov2631 2 года назад
Nurəddin məllim. ALLAH SƏNİ QORUSUN kişi adamsan yaxşıki varsız
@elnareazizova2039
@elnareazizova2039 Год назад
Var olun Nurəddin bey .. Allah can sağlığı uzun ömür versin
@user-hs9tx5zh2m
@user-hs9tx5zh2m Год назад
Халал олсун
@manzarasadova26
@manzarasadova26 2 года назад
Mükəmməl şe"r, mükəmməl ifa
@turalqafarli1197
@turalqafarli1197 Год назад
Əhsənnnn sadəcə Əhsənnnnnnnnn
@user-tg7zu8pz5g
@user-tg7zu8pz5g 2 года назад
Cox heyif bu cur insanar bu cur ziyali insanar qiymet veran yoxdu luta cirpaqa qaldi bu dunya
@celalasifoglu
@celalasifoglu Год назад
Çox gözəl 😍
@aytenalesker560
@aytenalesker560 Год назад
Allah size ömür versin🙏sizin kimi insanlara çox ehtiyac var❤️🙏
@zekiyyenuriyeva3802
@zekiyyenuriyeva3802 3 года назад
Sağlığında qiymət verin insanlara!
@aidmikaylova4774
@aidmikaylova4774 3 года назад
Allah sevimli şairimiz cabir novruza rəhmət eləsin🤲🤲nurəddinbəyədə can saglıgı versin inşəllah..əlbətdəki saglıgında qiymət verilsə yaxşı olar
@aydinsarxanov
@aydinsarxanov 2 года назад
Allah rəhmət eləsin şairə.
@snva1603
@snva1603 2 года назад
İstambuldan salamlar verlişini aparırdı Adil müəllim Allah rəhmət eləsin
@sltntagarhimova
@sltntagarhimova 3 года назад
Allah qorusun sizi🤲🤲🤲
@solmazcabbarzade9086
@solmazcabbarzade9086 3 года назад
əla.super
@user-xp9lz6vs1i
@user-xp9lz6vs1i Год назад
Yaşa
@blinkhayran5270
@blinkhayran5270 2 года назад
☝👍👍🙏
@elmiragayev8837
@elmiragayev8837 2 года назад
ALLAH QORUSUN 🥰
@st1v673
@st1v673 Год назад
Allah sizi qorsun gozel insan
@iftxarhacizade2235
@iftxarhacizade2235 3 года назад
👍🏻
@user-cj1dz6ug2u
@user-cj1dz6ug2u 7 месяцев назад
👏
@rehmanyaqubov4111
@rehmanyaqubov4111 2 года назад
eşq olsun həm şairə həm qiraətciyə şair urəklərdə dolub qalan donub qalan sözlərilə fəth elədi urəkləri cətinki şarin şeiri nadanlara cata
@gulumir3067
@gulumir3067 Год назад
👍👏🌹🌹🌹
@zeynb9034
@zeynb9034 3 года назад
6 nefer haram yeyenlerdi yeqi serf etmiyib beyenmiyib
@aytelzizova6380
@aytelzizova6380 2 года назад
Əhsən,eşq olsun sizə
@vesilebedelova238
@vesilebedelova238 Год назад
Sanki gerçəkliyimizi şerlə çatırır Nürəddin müəllim 😔Allah sizə ömür versin
@user-rc7ml1jh2n
@user-rc7ml1jh2n 2 года назад
Афэрин сизэ❤👏👏👏👏👏
@ulkrliyeva9001
@ulkrliyeva9001 3 года назад
Mənim atam..
@zeynb9034
@zeynb9034 3 года назад
Menim zehmet kes halal fehle ATAm 15 il halal coreyini yedim megrur ATAm
@Hazar_deniz777
@Hazar_deniz777 2 года назад
Serhsiz.....✅❤
@tebrizelekberov1337
@tebrizelekberov1337 2 года назад
Bütün googlda axtarışa verdim bu şeri tapa bilmədim.Bunu mənə kim ata bilər
@elshant.3678
@elshant.3678 2 года назад
Sözlərini deyirsizsə bu videonun altında şeirin sözləri mövcuddur.
@user-tg7zu8pz5g
@user-tg7zu8pz5g 2 года назад
Deyiram medeniyat Exlaq terbiya qalmayiv bu cur ziyali insan qarşisina cixmaqi Her insan isi deyil bu geyimdi men verliş aparan qizin geyminan zehlem gedir Kadin kadin olmalidi sirina sifatina Baxin ey milat efirda bu cur geyiniv cixanda tay bayram nurlu neynasin
@heyatesed6190
@heyatesed6190 2 года назад
Dogru sözə nə deyəsən🙏
@iradeeliyeva5996
@iradeeliyeva5996 2 года назад
Səhnəmizin sonuncu mogikanlarından ...
@habilhesenov214
@habilhesenov214 3 года назад
Goresen Azerbaygan xalqjnjn maljn talayanlar gorduler nazirler igra orqanlarj ve daha kimler. Angaq ALLAHjn muhakimesi wubhesizdir
@zaurmanafov5967
@zaurmanafov5967 Год назад
MIKAYIL MIRZE SENDEN YAXSI DEYIB.
Далее
Nurəddin Mehdixanlı - Sən müsəlman deyilsən
11:22
Я ж идеальный?😂
00:32
Просмотров 143 тыс.
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
Gedim biraz ağlayım...
5:14
Просмотров 1,3 млн
AZƏRBAYCAN TOYLARI | GÜLMƏLİ HADİSƏLƏR (+81)
4:58
ilk məhəbbət unudulmur..
3:17
Просмотров 18 тыс.
Ağalar Bayramovun dediyi şeir hamını ağlatdı
5:35