Nurlan Ordubadlı & Nesimi Şamaxili - Gecələr
Söz, Mus: Nəsimi Şamaxılı
Aranjiman: Zeynəddin Səda
Video: Elnur Uğur
Menecer: 050 823 59 79
"Gecələr"
Sən səbəbsən mənim odlanmağıma
Qalıb həsrətdə alovlanmağıma
Tamaşa etmək üçün yanmağıma
Göydə ulduzlar olur cəm gecələr
Mənə yar olmasa həmdəm gecələr
Gülər əhvalıma aləm gecələr
Mənə yar olmasa həmdəm gecələr
Gülər əhvalıma aləm gecələr
Sönüb eşqin çırağı yol haradır
Qara zülfün kimi bəxtim qaradır
Bu qaranlıq mənə imkan yaradır
Gecə gündüz qəm gecələr
Məni yandırdı nazıyla o mələk
Dedi yanmağla deyil gündüzü tək
Yanacaqsansa bu atəşdə gərək
Həm gündüz yanasan həm gecələr
Sənə həsr etdim hər sözümü
Qoyarammı yuxu tutsun gözümü
Elə öyrətmişəm artıq özümü
Səni yad eyləyim hərdən gecələr
Mp3 Music Download:
Social Media History:
Tiktok ; www.tiktok.com/@nurlan.orduba...
instagram ; nurlan.ordubadl...
Facebook ; nurlan.o.ali...
RU-vid Official ; youtube.com/@NurlanOrdubadli?...
RU-vid VLOG ; youtube.com/@NurlanOrdubadiVL...
Google ; g.co/kgs/RYsh4a
© Bütün müəllif hüquqları Yoola Media tərəfindən qorunur! Audio və video-vizual materialların nüsxələnməsinə icazə verilmir.
All rights reserved © 2021, Yoola Media Company
#NurlanOrdubadlı #NesimiSamaxili #Geceler
19 авг 2021