Тёмный

Oğulluğu narkom*n oldu, yadigar üzüyünü oğurladı, arvadını pula görə boğub öldürdü -Dəhşətli faktlar 

TV11
Подписаться 54 тыс.
Просмотров 17 тыс.
50% 1

Azərbaycanın Xalq artisti Niyazi Zülfüqar oğlu Tağızadə - Hacıbəyov 1912-ci il avqustun 20-də Tiflis şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan olub. SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan Lenin komsomolu laureatı, Beynəlxalq Nehru mükafatı laureatıdır.
Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı onun adı ilə bağlıdır. Q.Ropov, P.Ryazanov, L.Rudolfun bəstəkarlıq məşğələlərində iştirak edən Niyazi dirijorluq fəaliyyətinə 1934-1935-ci illərdə başlayır. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini - “Rast” və “Şur”u nota köçürür. 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanır. 1949-cu ildə məşhur əsərini - “Rast” simfonik muğamını yazır.
Niyazinin ifaçılıq fəaliyyəti daha çox Opera və Balet Teatrı ilə bağlıdır. O, 1937-48, 1951-52-ci illərdə teatrın dirijoru, bədii rəhbəri və baş dirijoru olub. 1979-cu ildən filarmoniyanın direktoru vəzifəsində çalışıb.
Üzeyir Hacıbəyovu özünün ustadı sayıb. Yeganə adam olub ki, ömrünün son gününə qədər Üzeyir bəyin ölüm və doğum günün qeyd edib. Üzeyir bəy ona “Knyaz” adı verib və dostları onu həmişə Knyaz deyə çağırırdılar.
Maesrto, Qara Qarayev və Fikrət Əmirovla bir-biri dindirmirdilər. Onlar ölənəcən barışmayıblar. Niyazi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Leninqrad Opera və Balet Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Filarmoniyada işlədiyi illərdə onun təşəbbüsü ilə “Humayun” xalq çalğı alətləri ansamblı yaradılıb. Xarici ölkələrdə işləmək təklifi alan dirijor Türkiyəni seçib, Ankara Opera və Balet Teatrında, İstanbul Opera Teatrında bir sıra uğurlar qazanıb. Dünyanın bir çox ölkələrinə qastrol səfərlərinə gedib.
Maestro Niyazi Həcər xanımla Mahaçqalada tanış olub. Həcər xanım əslən Cənubi Azərbaycandan olub. Həcər xanımın qardaşı Əli İsgəndər Mahaçqaladakı İran konsulluğunda çalışırmış. Əli İsgəndərin təşəbbüsü ilə bir gün Niyazinin ailəsini qonaq çağırırlar və yaxın münasibətləri yaranır. Niyazi bəy Həcər xanımı burada görür və bir-birlərinə aşiq olurlar. Sonradan bu ailənin İrana geri dönmək fikri olduğundan, Həcərin Niyazi ilə yaxınlaşmasını əngəlləmək istəyiblər. 1932-ci ilin sonları Həcərgilin ailəsi İrana köçməli olur. Həcərin ailəsi bu izdivaca heç cür razı olmur. Gənclər qaçıb gizlincə evlənmək qərarına gəlirlər. Elə belə də edirlər. Ancaq həmin dövrdə Hacıbəyovlar ailəsində də vəziyyət yaxşı deyilmiş. Gənclər harda, necə yaşayacaqlarını bilmirmişlər. Bütün çətinliklərə baxmayaraq, onlar düz 51 il birgə ömür sürüblər. Niyazi öz həyat yoldaşı Həcər xanımı çox sevirdi. Hər dəfə restoranlara gedəndə Niyazi qəfildən çıxırdı stolun üstünə də qışqırırdı
-Həcər, ay Həcər
-Cannn
-Mən sənin nəyinəm?
-Sən mənim Appolonum, Sevdiyim və Ərimsən
Niyazi bu sözləri eşidib stolun üstündən düşürdü..
Belə sevgi yaşamaq bilirsiz nə gözəldir…
Digər faktlarla TV11-in "Bu adam" verilişində tanış ola bilərsiniz.
Materialdan istifadə zamanı TV11-ə istinad zıruridir.

Опубликовано:

 

3 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 36   
@TV11-azerbaijan
@TV11-azerbaijan 7 месяцев назад
Rəylərdə etikanı qoruduğunuz üçün öncədən təşəkkür edirik.
@эльманбабаев-х3д
@эльманбабаев-х3д 7 месяцев назад
😢çox pis oldum
@sevda6331
@sevda6331 7 месяцев назад
Ceyhun həbsxanadan çıxdıqdan sonra həmin evdə yaşayırmış. Həbsxanada ölməyib. Mundar əskiyə od düşməz...
@elshadjafar2437
@elshadjafar2437 4 месяца назад
Hər vaxtiniz xeyir olsun. Allah sizdən razi olsun. Bəyənmə etməyi də unutmadim. Təşəkkürlər.
@Partizan-bh8oz
@Partizan-bh8oz 7 месяцев назад
Təşəkkür edirik. ❤
@sevincrehmanova8100
@sevincrehmanova8100 7 месяцев назад
Xeyr həbsdə ölməyib.Həbsdə çıxıb yenə başlayıb qapı qapı gəzməyə
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy 7 месяцев назад
Dəhşətdi. Həmişə oddan kül qalır. Bir də, oğulluğa fötürülən uşaqlar adətən naxələf olur. Yazıü qadın. Qərib adam. Sonda da belə.
@ДжейранИдрисова-ь1ь
@ДжейранИдрисова-ь1ь 7 месяцев назад
Niyazi bir dahiydi òz dòvrùne gòre
@TV11-azerbaijan
@TV11-azerbaijan 7 месяцев назад
Proqramda daha hansı şəxslər haqda veriliş görmək istəyirsinizsə, qeyd edə bilərsiniz. Eyni zamanda fikirləriniz də bizə maraqlıdır. Öncədən təşəkkür edirik.
@az.555
@az.555 7 месяцев назад
Səhv etmirəmsə Aydın Xırdalanlı haqqında belə rublikaniz olmalıdır tapa bilmədim linkini yerləşdirərdiz
@AfetKerimova-v1b
@AfetKerimova-v1b 7 месяцев назад
Biz sizə təşəkkür edirik maraqlı proqramlar hazırladığınız üçün❤
@ff_eren044
@ff_eren044 7 месяцев назад
Maraqlıdı.Amin bəy təşəkkürlər.
@tebrizugur5857
@tebrizugur5857 7 месяцев назад
Ceyhun hələdə sağdı ölməyib .
@teymurlngteymurlng2906
@teymurlngteymurlng2906 7 месяцев назад
Barlıların coxunun övladları narkaman olur.
@TV11Office
@TV11Office 7 месяцев назад
Oğulluğa götürülən uşaqlar çox vaxt belə faciələr törədir.
@KenanMehdiyev-x1t
@KenanMehdiyev-x1t 7 месяцев назад
Kədərlidir
@TV11-azerbaijan
@TV11-azerbaijan 7 месяцев назад
Montaj bitdikdən sonra TV11-ə Niyazi haqda yeni faktlar daxil olub. Həmin faktları da verilişin sonunda yazılı formatda təqdim etmişik.
@sevda6331
@sevda6331 7 месяцев назад
Düz yazılıb. Videoda söhbət əvvəldən axıra kimi maestrodan gedir.Allah hər ikisinə də rəhmət etsin. Narkoman Ceyhuna da lənət...​@@sahinibadov692
@ff_eren044
@ff_eren044 7 месяцев назад
Allah övlad payı vermirsə demək belə məsləhətdir.Götürülən uşaqlar çox vaxt nadürüst olur.Ata ana qatili bele olurlar.Əksəri.İstisnalar da var əlbəttə.
@StandardUser-zh9bt
@StandardUser-zh9bt 7 месяцев назад
Allah rəhmət eləsin 😔 Şura hökuməti dövründə, narkot.ik satırdılar tanınmış adamların uşaqlarına , pul çox olurdu. Uşaq nəzarətsiz qalırdı. Çox heyf ailənin sonu faceynən bir 😔
@gulsnnsibova5265
@gulsnnsibova5265 7 месяцев назад
Senarist indidə mafiya oyunu oynayır bilmir seryalı neçə uzatsın .
@sevda6331
@sevda6331 7 месяцев назад
Boğmayıb, boğanı kəsıb. O narkoman Həcər xanımın qardaşının oğulluğuydu...ccz
@ilahaaajjkkxhhhh
@ilahaaajjkkxhhhh 7 месяцев назад
Yazıqlar sonları yaxşı olmayıb Allah rəhmət etsin her ikisi edə ona görə atalardan misal var özgə danasını bağlayanın çatısı əlində qalar çox təssüf.....
@TV11Office
@TV11Office 7 месяцев назад
Allah rəhmət eləsin.
@nrmnrza7939
@nrmnrza7939 7 месяцев назад
Yazıq qadın😢
@СемаДаниз
@СемаДаниз 7 месяцев назад
Сен чох адамсан, сене не дехли вар, дахи, танынмыш инсанларын кечмиш, озуне аид секрети ачырсан. Не учун миллетин, халгын гозунде инсанларын хошагелмез кешмишинде не хадиселер варса ону ачыб данышырсан. Онун дахилийинден, йаздыхы есерлерден, охудуху махнылардан, йахшы ишлеринден йазын, данышында. Халгын .гозунде нийе алчалдырсыз, танынмышлары. Айыблар олсун.
@OrucMehdiyev-g6h
@OrucMehdiyev-g6h 7 месяцев назад
🎉
@aytacmehdiyeva5661
@aytacmehdiyeva5661 7 месяцев назад
🎉
@allahverdiimamquluyev5818
@allahverdiimamquluyev5818 4 месяца назад
Ceyhun Həcər xanımı boğmuyub, sadəcə Həcər xanım dəlixanaya zəng vurmasın deyə Həcər xanımı itəliyib, başı stola dəyib və dünyasını dəyişib
@dursunrzabeyli5456
@dursunrzabeyli5456 7 месяцев назад
@nrmnrza7939
@nrmnrza7939 7 месяцев назад
😮😮
@ДжейранИдрисова-ь1ь
@ДжейранИдрисова-ь1ь 7 месяцев назад
Ele ahura gònderib turk qardawlari
@serdaramin1910
@serdaramin1910 7 месяцев назад
*******
@SerdArt
@SerdArt 7 месяцев назад
*******
@KenanMehdiyev-x1t
@KenanMehdiyev-x1t 7 месяцев назад
🎉
Далее
Telman Adıgözəlovu həkimlər necə öldürüb?
11:46
Китайка стучится Домой😂😆
00:18
Китайка стучится Домой😂😆
00:18