Abone OL: goo.gl/W99fFm
Copyright © ARB Şəki
Sayt: goo.gl/NfKDu5
Facebook: goo.gl/XVhVzG
Hadisə Oğuz rayonun Xaçmaz kəndində baş verib. Xaçmaz kənd sakini Cəbrayıl Məmmədli ötən gün bostan sahəsini suvarmaq üçün ərazidən keçən çay qırağına gedib və itkin düşüb. Axşam saatlarında atası çay kənarında oğlu Cəbrayılın velosipedini və paltarını tapıb. Rayon polis şöbəsinin əməkdaşları, Fövqəladə Hallar nazirliyinin müvafiq xilasetmə qüvvələri və kənd sakinlərindən ibarət qrup səhər saatlarında qədər axtarış aparıb. Cəbrayılın meyidi 2 km aralıda dağlıq ərazidə, Nazar çayından tapılıb. Meyit aidiyyatı orqanlar tərəfindən Potoloji Anatomiya və tibbi Ekspertiza birliyinin Oğuz rayon bölməsinə təhvil verilib. Onun meşədə yırtıcı heyvanlar tərəfindən, ayı hücumu nəticəsində parçalandığı ehtimal olunur. Ölümün dəqiq səbəbi ekspertizadan sonra bilinəcək. Faktla bağlı araşdırma aparılır.
21 май 2020