Тёмный

Orkhan Zeynalli ft. Ayni Khalid - İllər Sonra (Rəsmi Musiqi Videosu) 

Orkhan Zeynalli
Подписаться 90 тыс.
Просмотров 4,4 млн
50% 1

Orkhan Zeynalli-nın Ayni Khalid ilə birgə ifa etdiyi “İllər Sonra” treki artıq onlayndır.
Orkhan Zeynalli-ya RU-vid-da abunə ol: mikpro.az/ozeynalliyt
Rəqəmsal platformalarda dinlə: bfan.link/iller-sonra
Musiqi: Clavis
Söz: Orkhan Zeynalli
Səs uzlaşması: Adil Nəcəfov
Rejissor: İman İmanov
Orkhan Zeynalli sosial şəbəkələrdə:
Facebook: mikpro.az/ozeynallifb
Instagram: mikpro.az/ozeynalliig
Genius: mikpro.az/ozeynallign
Orkhan Zeynalli rəqəmsal platformalarda:
Keçid: mikpro.az/ozeynallidinle
Sözlər:
[Bənd 1]
Səni başqa sahildə görmək ürəyimi incitdi illər sonra
Xoşbəxtliyin iki şəkli - biri dağ idi, biri yol
Nağıl kimiydi evimizə qayıtmaq illər sonra
Nağılı açdım ki, valideynimin biri var idi, biri yox
Getmək-gəlmək qalmaq beyində əbədi dilemma
Son dəfə qərar verirsən, çıxır yenə də bir əmma
Xeyir dəftərində istədim şəhərə qayıb qoymaq
Mən sadəcə istədim hansısa şəhərə aid olmaq
İllər keçir, böyüyür bədən, artır rəqəm, ürəksə
Sanki daha çox sevgi tuturdu balaca vaxtı
Evim dəniz, illər günəş, dəniz sahilinə isə
Ürəyimə çəkdiyi dağdan atam çay olub yarıcan axdı
Nə qədər varıqsa, var bizlə bir yaşayanlar
Pillə-pillə tərtib edəcək yaddaşı anlar
Nə qədər varam musiqinin dəyişən axışı olacaq
Gedəndə anam mesaj yazdı “hər şey yaxşı olacaq”
[Nəqərat]
Düşdü dənlər saçlarıma illər sonra
Soyuq insan bağlarında güllər solar
Yaşa dolmaq yaşla dolan gözlər kimi
Gedir üzlər, qalır izlər illər sonra
[Bənd 2]
Zaman oğurlayır ruhu evimizdən
Yerində tikir otel
Böyük ailəlik çay süfrəsində indi iki latte
Məndən qabaq görsən atama de
Bircə dəqiqəlik zəng vursun, ona əlvida deyim
Bu şəhərin hər küçəsində, hər parkında xatirə
Bütün izlər sanki uşaqlığımın yerini deyir
Neçə yaxın tükəndi ki, doğmalaşdım yad ilə?
Köhnə mahnılarım eyni olsa da
Hisslər eyni deyil
Neçə ac ruha çörək verdim dərdlərimdən üyüdüb
Bu şəhərdə, görən, neçə fərd dərdlərimlə böyüdü?
İntihar edən gəmilər lövbərin atır dərinə
Kəsib atmalı olduqlarımı da
Həyat kəsib atır yerimə
Xoşbəxtliyi tapmaq çətin, olmadan güclü varlı
Necə ki, tikilə bilməz heç bir ev üç divarlı
Bütün savablarımı puç edə biləcək günah sənsən
Mənim evim yoxdur, çünki dördüncü divar sənsən
[Nəqərat]
Düşdü dənlər saçlarıma illər sonra
Soyuq insan bağlarında güllər solar
Yaşa dolmaq yaşla dolan gözlər kimi
Gedir üzlər, qalır izlər illər sonra
Düşdü dənlər saçlarıma illər sonra
Soyuq insan bağlarında güllər solar
Yaşa dolmaq yaşla dolan gözlər kimi
Gedir üzlər, qalır izlər illər sonra
Orkhan Zeynalli tərəfindən Ayni Khalid-in iştirakı ilə ifa olunan “İllər Sonra” parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları "mikpro” MMC tərəfindən qorunur. © 2023
Etiketlər:
#OrkhanZeynalli #İllərSonra #mikpro

Опубликовано:

 

4 май 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 5 тыс.   
@Kamran...
@Kamran... Год назад
Ansızın bir gece biri gəlib bəyənsə, məndə gəlib dinləsəm ❤
@nigarbabazade3819
@nigarbabazade3819 Год назад
90-nın uşağları bu mahnıya kövrəldi ❤
@Alpaslan07
şarkıyı dinledikçe keşke büyümeseydik de hep çocuk kalsaydık hayat o yıllara göre çok daha güzeldi.
@azer.azizov
Bura şərh buraxıram bəlkə biri bəyənər nə vaxtsa gəlib təkrar dinləyərəm 🫤
@promete
@promete Год назад
İnsanlar gedir və boş yer qalır. Kədərlidir.
@NazrynMusic
@NazrynMusic Год назад
O vaxt atamın dəbdə olan Sony Walkman-i ilə 5 saata HOST-un mahnısını yükləyib əlimdəki gitaramla akkordları tutmağa çalışırdım, anam ordan "dur dərs oxu!"deyərdi, mən isə bu ifaçılarla dueti xəyal edərdim, illər sonra arzunun reallaşması və indi dostumuz Orxana bütün bu xatirələri canlandırdığı üçün təşəkkür edirəm. İllər öncə Eurovision seçimlərində gördüyüm çıkqılı Aynişana da illər sonra xatirələri canlandırdığı üçün təşəkkürlər. İştirak edən hər kəs bizə illər öncəni yaşatdı💫 konsertə az qaldı 🎉
@luzia213
@luzia213 Год назад
1 il sonra burda imtahanlarını uğurla vermiş tələbə olaraq bu mahnını yenidən dinləmək ümidi ilə..)
@heartlessis
Darıxıram ata.Sıxılıram hər şeydən.Bəzən sadəcə uşaqlığıma qayıtmaq istəyirəm,bəzən də tez böyüyüb xəyallarımı gerçəkləşdirmək(yada indi ki həyatımdan uzaqlaşmaq).Bilirsən ata əslində indidə çox gülürəm ama sanki ürəkdən yox yada güldüyümə görə sonradan peşman oluram.Evimiz sənsiz qəribə gəlir.Hələdə sənin yoxluğuna inana bilməmək hissidə qəribədir.Yeni rəhmətə getdiyin günlər qapıdan bayra baxıb gözləyirdim ki bəlkə gələrsən.Ama gəlmirdin.Qəbrüstünə ziyarətə gələndə də ağlaya bilmirəm.Çünki o yerdə sənin yatdığına hələ də inanmıram.Birdə təklik istəyirəm.Bir gün tək başıma gəlim yanına.Hərşeyi danışım sən mənə səs verə bilməsəndə.Bəlkə də danışmağıma ehtiyac da yoxdu.Ümid edirəm ki bizi daima izləyirsən.Ata bax sənə söz verirəm universitetə girdiyim gün sənin yanına gəlib sevincimi bölüşəcəm.Çünki ən çox sən görmək istəyirdin o günü.İndi görürəm ki səndən başqa mənə çoxda dəstək olan yoxdu.Maddi yox mənəvi baxımdan.Sənin mənə "sən oxu ,ata həmişə arxandadı"deməyin məni elə qürurlandırır,mənə güvən hissi verirdi ki...Eh kaş kaş kaş.Kaş dediyimiz o qədər şey var ki.Allah yerini cənnət eləsin atam.(15042024).
@Kodbil
@Kodbil Год назад
"Öz aramızdır" "Yaraşır" sənə "Günbatımları" "İllər sonra"
@leila8704
@leila8704 Год назад
Necə də gözəl mahnıdır bu 🌟 gözlərim doldu. Mesajı görsəz əgər istərsəz sə bəyənin də birdə gəlib birgə dinləyim sayənizdə. Təşəkkürlər.❤
@madinaclean
@madinaclean 16 часов назад
yeganə mahnıdır ki hər gün qulaq asıram gündə 10 dəfə məni belə ağladan mahnı olmamışdır ((
@yusifhsnov4754
@yusifhsnov4754 Год назад
İstər acı olsun istər şirin, xatirələr hər zaman əzab verir.....
@gulhys1915
@gulhys1915 Год назад
Şərhlər balaca uşaqların ruhu doludur . Və gün gələcək bu mahnının altındakı şərhlər bizim Xatirə dəftərimiz olacaq . Nəvələrimiz girib qarşılaşar bəlkə gələcəkdə 🌱
@aysu5317
@aysu5317 Год назад
Bu sözlərim sənədir, ata..
@Prettygirl20249
Canım ATA'm bugun artıq 8 gündür yoxsan. Çox şanslıyam ki senin qizin oldum. Dünyanin en gozəl hissini yaşatdın bizə, bu 20 ildə ata sevgisini iliyimə qədər hiss etdim. Sənə doymasam da, o hissə dibinə qədər doydum. Nə qədər uzaqda da olsan qəlbimizdəsən nəfəs qədər yaxınsan mənə. Mən sənin qızınam ona görə də güclü olacam. Cənnətdə görüşməyimiz ümidilə...🙏🏻🖤
@sentire.musicia
@sentire.musicia Год назад
Nə qəribə mahnısan sən. Həm 90lar həm 2000-lərin başı kimisən. İllər heç keçməmiş kimi. Uşaqlığımız kimisən. Sanki yeniyetməyikmiş kimi hələ də. Safıq, gözəlik, toz-duman altında qalmamışıqmış kimi sanki. Nə qəribə mahnısan sən. Ən gözəl illərim kimisən...
@farrukhabdullaev9243
@farrukhabdullaev9243 Год назад
Hər dəfə "Orxan bundan o yana nə edə bilər?!" deyəndə bizi təəccübləndirirsən, sevindirirsən. MÖHTƏŞƏM❤
@Tofuuuu2
Mən sadəcə istədim hansısa şəhərə aid olmaq..🪐
@elmarevezli2229
@elmarevezli2229 Год назад
"Sən və mən"lə başladığım hekayədən İllər də keçdi...
Далее
Orxan Zeynallı | Ən Çox Dinlənən Mahnılar
26:59
🇮🇩Let’s go! Bali in Indonesia! 5GX Bali
00:44
Jeyhun Samedov - Getmə (Rəsmi Video)
4:09
Просмотров 20 млн
Orkhan Zeynalli ft. Röya Miri - 40-cı Paralel
4:11
Gəl Gedək (Live)
4:34
Просмотров 1,5 млн
Okaber ft. Qara Dərviş - Qocalmısan
4:25
Просмотров 8 млн
🇮🇩Let’s go! Bali in Indonesia! 5GX Bali
00:44