Тёмный

PAYIZ Yarpaqlarından PİŞİK Aplikasiyası / Anacan 

Anacan
Подписаться 1,4 тыс.
Просмотров 2,6 тыс.
50% 1

Aşmaz-uçmaz.
Yerə düşsə,
Beli sınmaz.
Sizcə bu nədir, uşaqlar?
Əlbəttə ki, yarpaq.
Uşaqlar, bu gün sizin görüşünüzə bu cür gözəl yarpaqlarla gəlmişəm. Mən bunları əvvəlcədən qurutmuşam. Bunlar qurudulmuş payız yarpaqlarıdır. Parklardan, həyətlərdən yığdığım bu cür gözəl yarpaqları mətbəx salfetlərinin arasına qoyub üstünə ağır kitablardan düzmüşəm və bu cür qurutmuşam. Hamısı çox gözəldi və rəngbərəngdi. Mən bu yarpaqlardan indi müxtəlif aplikasiyalar hazırlamaq istəyirəm. İlk öncə bir heyvan aplikasiyası düzəldəcəm. Ancaq sizə indi bir tapmaca deyəcəm. Əgər tapmacanı tapa bilsəz, onda biləcəksiniz ki, mən nə hazırlayacam:
Ovun alsan mırıldar,
Sığallasan xoruldar.
Siz tapmacanı tapın. Mən isə hazırlayım.
Uşaqlar, mənə bu aplikasiyanı düzəltmək üçün A3 vərəqi, müxtəlif ölçülü yarpaqlar, yapışqan, qayçı və flomaster lazımdır.
Yəqin, siz bildiniz ki, mən hansı heyvanı düzəldirəm. Bu, pişikdir. Uşaqlar, sizcə bu pişiyə oxşayır?
Uşaqlar, əgər siz də bu cür aplikasiya hazırlamaq istəsəniz, onda mütləq yarpaqları yaxşı qurutmağa fikir verin. Yığdığınız yarpaqlar mütləq quru və təmiz olmalıdır.
Gələn videoda yeni aplikasiya ilə qarşınızda olacam. Hələlik isə bu tapmacanı tapmağa çalışın:
Araba gedər, izi yox,
Yanar, yanar, közü yox.
Sizcə bu nədi?
***
Salam, dəyərli izləyicilərim. Kanalıma xoş gəldiniz!
Bu kanalda uşaqlarımızı:
Azərbaycan dilində öyrədici videolar;
Uşaq şeirləri;
Yaradıcı əl işləri;
Uşaqlar üçün faydalı yemək reseptləri;
Əyləncəli və maraqlı (oyuncaqlar, slime, orbeez, barbi, lol, play doh və s. ilə) videolar gözləyir.
Bütün videolar ana qayğısı ilə hazırlanır.
Kanala üzv olmaq, videoları bəyənmək, şərh yazıb videoları bölüşməklə biz bir yerdə böyüyəcəyik.
Kim Anacanla yoldaşlığa hazırdır?
#yarpaqdanpişik #qurudulmuşyarpaqlar #pişikaplikasiyası #anacan
Telegram: tele.click/ana...

Опубликовано:

 

10 янв 2021

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии