Mütləq bax və paylaş! Yeni araşdırma! Sənədlərlə, sübutlarla, faktlarla✌️Azərbaycan xalqına məxsus olan sərvəti kimlər oğurlayır və hara xərcləyir? Saxta TV-lərimiz belə araşdırmalar görsətmir! Daha bir korrupsioner məmur və onun “kasıb” oğlu ❌
Bu dəfə yeraltı dünyanın kralı, Bakı metropolitenin rəisi Zaur Hüseynovun milyonlarını tapmışıq. Bahalı maşınlar (Chevrolet Kamaro, Audi S7. Hər iki maşının nömrəsi 90-HH-090), şirkətlər, restoranlar (Yaşıl Məkan). Çirkli pulların yuyulması necə baş verir? Diqqətlə baxın 🇦🇿💵
Ay camaat, pullarınızı hazırlayın, bu yaxınlarda metro fəaliyyətə başlayır. Metronun rəisi Zaur Hüseynov ciblərini açıb bizi gözləyir. Axı bizim metroya verdiyimiz hər 30 qəpik onun biznesini böyüdür. Necə? Buyurun baxın...💰
Metropoliten rəisinin oğlu Həbib Hüseynzadənin milyonluq şirkətlərini, bahalı maşınlarını, restoranlarını araşdırıb ortaya çıxartmışıq. Metroda oğurlanan pulları xarici şirkətlər vasitəsi ilə ölkədən çıxardırlar. Türkiyədə “Pinnacle East” şirkəti, Birləşmiş Krallıqda “Pinnacle West” şirkəti❌ Bakıda isə restoranlar işlədirlər. Misal üçün YAŞIL MƏKAN adlanan restoran oğurlanmış pullar hesabına tikilib 🇦🇿💵
Metronun əvvəlki rəisi Tağı Əhmədov etiraf edib ki, vəzifədə olarkən MTN-ə 3 milyon manat dolya verib ki, ona heç kim toxunmasın, rahat vəzifədə qalıb metrodan gələn pulları yesin. Bəs indiki rəis Zaur Hüseynov milyonları necə qazanır və vəzifədə necə toxunulmaz qala bilir?
Kimsə deyə bilər metropolitenin rəisində bu qədər pul para haradandır? Düz fikirləşirsiz, yenə də bizim cibimizə girib, sərvətimizi, var dövlətimizi oğurlayıb kef edirlər, özlərinə dəbdəbəli həyat qururlar. Biz isə yatırıq
Faktlar "SANCAQ MEDİA GROUP" tərəfindən yoxlanılıb. Müəllif hüquqları qorunmalıdır!
Mehman Hüseynov rəsmi Facebook: / mehman.irfs
Instagram: / sancaq.production
SANCAQ facebook: / sancaq.biz
RU-vid: / mehmanhuseynovofficial
27 авг 2024