Тёмный

Programlaşdırma (İT)  

Ausbildung Yashami
Подписаться 7 тыс.
Просмотров 1,9 тыс.
50% 1

Salam dostlar. ✌🏻 Bugün programlaşdırma ( Fachinformatiker für Anwendungsentwickler #ausbildung ) peşəsi üzrə danışdım. Bu peşə üzrə ausbildung etmək istəyən insanlara yol göstərməkdir əsas məqsədim. Yeni bir ölkəyə gəlirik və heç birimiz heç bir peşə haqqında ətraflı və düzgün məlumatlar tapa bilmirik. Sırf buna görə məndən sonra ausbildung etmək istəyən insanlara öz təcrübələrimi ötürmək istəyirəm. Əgər siz də dəstək olmaq istəyirsinizə, kanalı izləyərək və videoları digər ausbildungla maraqlanan insanlara göndərərək dəstək ola bilərsiniz. Videonu sona qədər izləyib bütün məlumatları almağınızı məsləhət görürəm. Uğurlar hər birinizə 👌🏻
Videoda olan mövzular:
00:00 Intro
00:10 Məzmun
00:37 Interview prosesi və suallar
03:02 Programlaşdırma üzrə təcrübə lazımdırmı❓
03:55 Ausbildung şirkətimlə tanışlıq
04:35 İlk iş günü necə olur ❓
05:35 Hansı programlaşdırma dillərindən istifadə edirəm❓
06:00 Sınaq müddətim necə keçdi❓
06:45 Almanların bu peşəyə marağı varmı ❓
07:20 Hansı dərslər var ❓
09:15 Dərslərdə hansı dil səviyyəsi lazım olur ❓
10:00 Dərslərin çətinlik səviyyəsi necədir❓
10:35 İş yerində hansı dil səviyyəsi lazım olur ❓
10:55 Məktəbdə yazdığımız testlər
12:08 Ausbildung imtahanları necə olur❓
13:45 Ausbildung maaşları (təqaüdləri) nə qədərdir ❓
14:16 Ausbildungdan sonraki maaşlar nə qədər olur❓
15:00 Son
16:15 Outro
Social Media:
Instagram → ausbildungyashami
Tiktok → tiktok.com/@ausbildungyashami

Опубликовано:

 

27 июл 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 89   
@Zero-0577
@Zero-0577 11 месяцев назад
Çox super izah edirsən. Çox sağol qardaş.
@ausbildungyashami
@ausbildungyashami 11 месяцев назад
✌️🍀
@tarlanmalikov9264
@tarlanmalikov9264 7 месяцев назад
vallah billah mən birinici dəfədir ki, youtube da videoya tam axıra kimi baxıram.özüdə 4 videoda dalbadal.kobud səslənə bilər.yediyin Azərbaycan çörəyi sənə halal olsun.halaldır sənə.
@ausbildungyashami
@ausbildungyashami 7 месяцев назад
✌️🍀
@talehhuseynov6588
@talehhuseynov6588 2 месяца назад
Əla
@ausbildungyashami
@ausbildungyashami 2 месяца назад
✌️🍀
@elmar7_
@elmar7_ 11 месяцев назад
Təşəkkür məlumat üçün )
@ausbildungyashami
@ausbildungyashami 11 месяцев назад
✌🍀
@letifrehimbeyli1516
@letifrehimbeyli1516 11 месяцев назад
Çox sağol qardaş mulumatlara görə 👍
@ausbildungyashami
@ausbildungyashami 11 месяцев назад
✌🍀
@kostlischesmenu5791
@kostlischesmenu5791 11 месяцев назад
Əhsən qardaş, çox gözəl çox əhatəli və komplekt izah etdiniz, davamı gəlsin ugurlar 👍👍👍
@ausbildungyashami
@ausbildungyashami 11 месяцев назад
✌️🍀
@jeyhunshirizada9421
@jeyhunshirizada9421 11 месяцев назад
etrafi melumat ucun cox sagol
@ausbildungyashami
@ausbildungyashami 11 месяцев назад
✌️🍀
@dunyamalimalidunya5812
@dunyamalimalidunya5812 10 месяцев назад
Emeyinize sagliq qardash ))
@ausbildungyashami
@ausbildungyashami 10 месяцев назад
Təşəkkürlər ✌️🍀
@ilhamqenberov4326
@ilhamqenberov4326 11 месяцев назад
Salam çox sağolun məlumatlandırıcı video üçün duales Studium haqqıında video çəkə bilərsiz zəhmət olmasa?
@ausbildungyashami
@ausbildungyashami 11 месяцев назад
Mütləq ✌🍀
@gismatsakafi
@gismatsakafi 4 месяца назад
Salam ilk olaraq deyəsən İT sistem üzrə Ausbildung etmisiz somra İT programlaşdırma ?Neçə yaşında başlamısız Ausbildung a?
@Memmedov98
@Memmedov98 4 месяца назад
Salam Bəhlul bəy. Mənim şəbəkə inzibatçılığından anlayım var. Özüm evdə oturub müstəqil surətdə öyrənmişəm. Bilmək istəyirəm ki, bunun önəmi var ora müraciət etmək üçün yoxsa nəsə sertifikat filan almalıyam proqramlaşdımaya müraciət etmək üçün. Əlavə olaraq da, bu sahədə ausbildungdan sonra maaş nə qədər olur?
@musakhudaverdiyev2906
@musakhudaverdiyev2906 11 месяцев назад
Salam. zehmet olmasa Idman sahesi uzre cekilis edersiniz. futbol uzre zehmet olmasa
@ausbildungyashami
@ausbildungyashami 11 месяцев назад
✌🍀
@orkhanruth
@orkhanruth 11 месяцев назад
Salam. Mənim bakalavr və magistr diplomlarım var; Amma iş təcrübəm heç yoxdur. Mən Almaniyada Duales Studium etməyi düşünürəm, ancaq ikinci variant olaraq Ausbildung-u da saxlamışam. Əsas sualım budur ki, bu diplomlarımın olması məni “overqualified” edə bilər? Həm Duales Studium, həm də Ausbildung üçün soruşuram bunu. İkinci sualım da, diplomları CV-də qeyd etməsəm, amma daha sonra interview vaxtı üstü açılsa problem yarada bilərmi?
@ausbildungyashami
@ausbildungyashami 11 месяцев назад
Salam. Ausbildung üzərindən götürdüyümüzdə bəli, bu sizin üçün mənfi cəhətdir. Çünki şirkətlər düşünürki siz ən az 6 il bunun təhsilini alıbsınız və heçnə öyrənməyibsiniz. Ama yaxşı bir motivasiya məktubu ilə fikirıərinizi və gələcək planlarınızı yazaraq qəbul ala bilərsiniz. Çox da problem olmaz 👌🏻ama sizə məsləhətim bu programlaşdırmaya sıfırdan başlayanlar üçün videomu izləyib müəyyən şeyləri öyrənərək cv nizi şişirdin. Ps. Təbiiki sizin biliklərinizin aşağı olmasını düşünərək deyirəm. Əgər bilikləriniz yaxşı səviyyədədirsə və sadəcə təcrübəniz yoxdursa bu zaman situasiya sizin üçün daha yaxşı ola bilər 👌🏻
@saaaaall8814
@saaaaall8814 11 месяцев назад
bakalavr hüquq təhsili almış birinə hansı ausbildung etməyi tövsiyə edirsiniz (ümumiyyət bakalavrı hüquq oxuyub ausbildung etməyə dəyər yoxsa ağılsız bir addım olardı) ? Və bir digər sualım odur ki, ausbildung etdikdən sonra magistr təhsili almaq mümkündür?
@ausbildungyashami
@ausbildungyashami 11 месяцев назад
Hüquq çox yaxşı peşədir Azərbaycanda. Təbiiki Azərbaycanda aldığınız bakalavr təhsili daha yüksək mərtəbə olaraq sayılır təhsildə. Əgər Azərbaycanda bu sahə üzrə işləmək istəmirsinizsə, Almaniyada hüquq üzrə yalnız hüquqşunas köməkçisi peşəsi üzrə ausbildung edə və işləyə bilərsiniz. Ausbildungu bitirdikdən sonra magistr təhsili ala bilməzsiniz, çünki magistr təhsili bakalavr təhsilinin davamıdır. Ausbildung isə bakalavr təhsilindən aşağı səviyyədə sayılır. Ümid edirəm bu məlumatlar sizə köməkçi olar ✌️🍀
@saaaaall8814
@saaaaall8814 11 месяцев назад
@@ausbildungyashami Yox, mən burda artıq bakalavr təhsilimi (hüquq) almışam deyək və əlavə olaraq bunun davamı kimi hüquq yönümlü magistr təhsili almaq istiyirdim Almaniyada. bu mümkündür? Və bu arada, cavablandırdığınız üçün minnətdaram.
@mubariznacafov1453
@mubariznacafov1453 10 месяцев назад
Salam mən komputer mühəndisliyi oxuyuram və Front end developerəm sizcə ausbildungla ora gəlib bir başa normal maaşla işə başlaya bilərəmmi yoxsa mənədə standart maaş verəcəklər?
@ausbildungyashami
@ausbildungyashami 10 месяцев назад
Salam. Əgər ausbildung etməyə gəlirsinizsə, ausbildung maaşınız(təqaüdünüz) nə qədərdirsə onu alacaqsınız. Əgər iş vizasına dəyişəcəksəniz(bunun da öz şərtləri var), bu zaman şirkətlə sizin aranızda razılaşdırılmış maaş alacaqsınız. Hərçənd ki, developerlər min. 16-17 eurodan aşağı olmur saatlıq əmək haqqı. Ama çox vaxt 20+ alırlar saatlıq maaş. 👌🏻
@miri4616
@miri4616 11 месяцев назад
Salam, Mühəndislik sahəsi üzrə ausbulding mövcuddur? (Cad drafter kimi)
@ausbildungyashami
@ausbildungyashami 11 месяцев назад
Sizin dediyiniz iş haqqında ilk dəfədir eşidirəm. Ümumi olaraq hansı sahəyə aid işdirsə, o sahədə ausbildung olub olmadığını araşdırmaq lazımdır 👌🏻
@necefrauf79
@necefrauf79 11 месяцев назад
salam web developer kimi ausbildung etmek olur ? siz almanyaya azerbaycandan ev tapib getmisiz yoxsa almanya gedenden sonra ev tapmisiz ?
@ausbildungyashami
@ausbildungyashami 11 месяцев назад
Salam. Almaniyaya gəlmədən əvvəl də ev tapmışdım. Lakin mən ausbildungumu sonradan dəyişərək başqa şəhərə köçmüşəm. Digər sualınız üçün isə bu videodan əvvəlki videonu izləməyinizi tövsiyyə edirəm. Ətraflı məlumat vermişəm o videoda. Xüsusəndə sual cavab hissəsində ✌🍀
@elzamammedova2424
@elzamammedova2424 11 месяцев назад
34 35 yashinda olanlari onda, eger 25 26 yashindakina bugeder yox deyilerse hec goturmuler Auzbildunga?
@ausbildungyashami
@ausbildungyashami 11 месяцев назад
40+ yaşında İT ausbildungu edəb azərbaycanlı belə tanıyıram. Təbiiki qəbul edirlər. Ama üstünlük az yaşlı insanlara verilir əsasən.
@Zero-0577
@Zero-0577 11 месяцев назад
Mən şəxsən kimya və biokimya sahələrinə daha çox maraqlıyam. Bəzi laborantlıq sahələrdə İT üzrə bilikli olmağı tələb edirlər, bunun haqda ümumi məlunat varmı?
@ausbildungyashami
@ausbildungyashami 11 месяцев назад
IT biliyi dediyiniz yəqinki standart komputer biliyidir. Bu çox normaldır. Ən azından kompüter istifadə etməyi və bəzi programları istifadə etməyi bacarmaq lazımdır. Çünki artıq bütün lobarotoriya işləri komputerlərdə edilir 👌🏻
@Zero-0577
@Zero-0577 11 месяцев назад
​@@ausbildungyashami O, bəzi programlar yalnız Microsoft programlarıdır? Yoxsa Python, Java kimi programlar lazımdır. Bu haqda məlumatsızam.
@ausbildungyashami
@ausbildungyashami 11 месяцев назад
@@Zero-0577komputeri istifadə qaydaları, ofis programları və s. lazım olur. Programlaşdırmaya ehtiyac yoxdur, çünki bu tam başqa bir peşədir ✌️🍀
@qalibmustafayev2796
@qalibmustafayev2796 7 месяцев назад
salam heçbir proqramlaşdırma dilini bilmədən ausbildung təhsilinə başlamaq olar? Hal hazırda B1 hazırlaşıram və 3 ay sonra imtahanım var,gələn il üçün ausbildunga başlamaq istəyirəm sizcə proqramlaşdırma dilləri haqqında biliklərimi artırmağım şərtdir?
@ausbildungyashami
@ausbildungyashami 7 месяцев назад
Bəli, başlamaq olur. Ama heçbir bilik olmadan qəbul almaq birax çətindir. Ən azından bəzi mövzularda baza biliklərini bilmək sizin üçün üstünlük olacaq ✌️🍀
@mma-vb2fr
@mma-vb2fr 11 месяцев назад
Qardaş Ausbildung başlama vaxtı ilə başlamayanda sonradan qəbul olub ortada başladiqda yenə 0dan örgədirlər individual olaraq yoxsa necə?Çünki deyirlər ki,Ausbildung sentyabr və ya avqust aylarında start götürür,bir neçə ay gec başlayanda yoxsa geri qalırsan dərslərdən?
@ausbildungyashami
@ausbildungyashami 11 месяцев назад
Şirkətlər əsasən 1 il əvvəldən tələbə axtarırlarki belə bir situasiya olmasın. Ama belə hallar olduqda bəli bəzi dərslərdən geri qalmış olursunuz. Vəya ilin tam ortasında başlayırsınızsa bu zaman dərsə getmirsiniz və yeni tədris ilində dərslərə başlayırsınız. O vaxta qədər isə ancaq işləyirsiniz. 👌🏻
@mma-vb2fr
@mma-vb2fr 11 месяцев назад
​@@ausbildungyashamiÇox sağol qardaş dolğun məlumat üçün!
@ausbildungyashami
@ausbildungyashami 11 месяцев назад
@@mma-vb2fr ✌️🍀
@Whoneedschannelname
@Whoneedschannelname 10 месяцев назад
Salam, məlumatlar üçün çox sağol. Mənim mexanika mühəndisliyi üzrə magistr təhsilim və 3 il staj var, amma programlaşdırma üzrə ausbilding etmək istəyirəm. Yaş 30. Bundan sonra programlaşdırma üzrə qəbul ala bilərəm? AWS Sertifikatlar ala bilərəm amma faydası olarmı bilmirəm. Mənə nə məsləhət verədiz?
@ausbildungyashami
@ausbildungyashami 10 месяцев назад
Salam. Reallıq odurki biraz yaş artdıqda qəbul almaq da çətinləşir. Ama təbiiki mümkündür. Əsas sizin motivasiyanız və öyrənmə istəyinizdir. Sıfırdan başlayanlar üçün programlaşdırma ausbildungu videom var. O video sizə çox köməyi olacaq sona qədər izləmək ✌🏻🍀
@Whoneedschannelname
@Whoneedschannelname 10 месяцев назад
Cox sagolun, baxacam @@ausbildungyashami
@ilkinnesrullayev2633
@ilkinnesrullayev2633 11 месяцев назад
Abi mən neft sectorunu bitirmisəm. Ancaə ha hazirda data science uzrə dərslər aliram. Sadəcə 2 sualim var 1 ailəli bir səxs ausbulding edə bilərmi və nə qədər pul veirlər İT sahəsi uzrə 2 ci sualim Alman dilinin oyrənilməsi ilə bagli bir video cəkərsiz zəhmət olmasa
@ausbildungyashami
@ausbildungyashami 11 месяцев назад
Bəli, təbiiki edə bilərsiniz ✌ Maaşlarla bağlı məlumat vermişəm videoda. Alman dili ilə bağlı video da hazırlayacam ✌🍀
@anaryusub
@anaryusub 10 месяцев назад
Salam Aleykum.Yalniz ixtisas derslerimi kecirilir?Ya basqa Mathe, Logik kimi dersler de kecirilir?
@ausbildungyashami
@ausbildungyashami 10 месяцев назад
Salam. Xeyr, riyaziyyat və digər fən dərsləri keçirilmir. İxtisas dərsləri və əlavə qanunlar, alman dili, etik və s. kimi dərslər olur. ✌🏻🍀
@anaryusub
@anaryusub 10 месяцев назад
Tesekkur edirem🤝
@ausbildungyashami
@ausbildungyashami 10 месяцев назад
@@anaryusub ✌️🍀
@Byhesen
@Byhesen 6 месяцев назад
Saatlıq 18 və ya 19 avro net məbləğdir? Yoxsa vergi çıxılır? Çıxılırsan nə qədər çıxılır?
@ausbildungyashami
@ausbildungyashami 6 месяцев назад
brutto məbləğdir. Vergi və sığorta tutulur daha sonra ✌🏻🍀
@ayselqalandarova
@ayselqalandarova 10 месяцев назад
Salam dövlət və ictimai münasibətlər üzrə bakalavr təhsili alıb İt üzrə ausbildung edə bilərəm?
@ausbildungyashami
@ausbildungyashami 10 месяцев назад
Salam. Bəli, təbiiki ausbildung edə bilərsiniz ✌️ Ausbildung üçün attestat belə bəs edir 🙂 Ali təhsiliniz heç bir əhəmiyyət daşımır bu prosesdə
@mma-vb2fr
@mma-vb2fr 10 месяцев назад
Qardaş orda bütün proqram dillərini örgədirlər yoxsa bir proqram üzrə örgədirlər?
@ausbildungyashami
@ausbildungyashami 10 месяцев назад
Salam. Bütün programlaşdırma dillərini öyrətmələri mümkün deyil. Lakin sizə lazım olacaq səviyyədə öyrədilir hərşey ✌️🍀
@mma-vb2fr
@mma-vb2fr 10 месяцев назад
​@@ausbildungyashamiÇox sağolun qardaş.
@agaaliyev3361
@agaaliyev3361 9 месяцев назад
29 yaşım var İT üzre oxumaq artıq gec olar? Bakida Alman dili kursuna gedib əlava C# və ya java örgənib ausbildung etmək olar bəy? Zamanda itirmek istemirem
@ausbildungyashami
@ausbildungyashami 9 месяцев назад
bəli, mümkündür. Sadəcə biraz vaxt alacaq bu. Buna görə də davamlılıq və motivasiya əhəmiyyətlidir✌🏻🍀
@agaaliyev3361
@agaaliyev3361 9 месяцев назад
@@ausbildungyashami Vaxt ayırıb cavablandırdığınız üçün təşəkkür edirəm.🙏
@ausbildungyashami
@ausbildungyashami 9 месяцев назад
@@agaaliyev3361 ✌🏻🍀
@sonoseva
@sonoseva 7 месяцев назад
35-36 yaşı olan birisi IT üzrə ausbildung edə bilər? Yoxsa mumksuzdur?
@ausbildungyashami
@ausbildungyashami 7 месяцев назад
@@sonoseva bəli, edə bilər. Hal-hazırda İT Audbildungunun 2-ci ilində olan 43 yaşında bir dostum belə var. ✌🏻🍀
@deadpool2466
@deadpool2466 11 месяцев назад
Salam, Sizden Meslehet almaq isteyirdim zehmet olmasa. Menim 22 yaşım var ve Universiteti bitirmişem İT Üzre ve Hal-hazırda Magistere Qebul olmuşam Azerbaycanda ancaq ki, Almanyaya Gedib Ausbildung etmek isteyirem İT üzre , ve Tezelikcen Alman dili Öyrenmeye başladım, sadece Sual vermek isteyirdim men Ausbildung etmek Üçün Burdaki Magister tehsilimi dayandırıb gelmeliyem ancaq dayandırsam Esgerliye çağıracağlar. Men de Getmek isdemirem esgerliye, Ausbildung etmek isdeyirem. Meselen Almanyaya Ve ya Hansısa Ölkeye Magister Tehsili Ve ya Bakalavr Tehsili almağa gedende Esgerlik Qarişmir, Bu Ausbildungda da beledir mi ?
@ausbildungyashami
@ausbildungyashami 11 месяцев назад
Salam. Təəssüfki Azərbaycanda peşə təhsili üçün hərbi möhlət verilmir. Siz magistrı dayandırıb Ausbildunga getsəniz sizə çağırış gələcək. ✌️🍀
@deadpool2466
@deadpool2466 11 месяцев назад
Bes, burdakı magister tehsilimi dayandırmadan Almanyaya Ausbildung a gede Bilerem ? Sualıma Cavab verdiyiniz üçün Çox sağolun
@ausbildungyashami
@ausbildungyashami 11 месяцев назад
@@deadpool2466 edə bilərsiniz ama bu zaman da universitetdən atılacaqsınız bir müddət sonra
@deadpool2466
@deadpool2466 11 месяцев назад
Almanya’dan Deportasiya etmezler? Cavablandırdığınız Üçün çox minnetdaram size 🙏🏻
@ausbildungyashami
@ausbildungyashami 11 месяцев назад
@@deadpool2466 Almaniyada qanunsuz bir şey etmədiyiniz müddətcə etməzlər ✌
@azrbabayev7606
@azrbabayev7606 11 месяцев назад
41 yaşında Ausbildung edə bilərəm ?
@ausbildungyashami
@ausbildungyashami 11 месяцев назад
Bəli, mümkündür. Sadəcə yaşdan dolayı biraz çətin olacaq qəbul almaq 🙂
@user-vr3dy8lw2n
@user-vr3dy8lw2n 11 месяцев назад
Salam.Sizin çalışdığınız iş hansıdır? Və Çox yaxşı maaşı olan peşələr hansılardır.
@ausbildungyashami
@ausbildungyashami 11 месяцев назад
Salam. Videoda elə öz işim və dərslərim haqqında danışmışam 🙂
@user-vr3dy8lw2n
@user-vr3dy8lw2n 11 месяцев назад
@@ausbildungyashami Cavabınız üçün çox sağ olun. Bəs yaxşı peşələr hansını məsləhət bilirsiniz?
@user-vr3dy8lw2n
@user-vr3dy8lw2n 11 месяцев назад
@@ausbildungyashami ''Fachinformatiker'' nə deməkdir?
@ausbildungyashami
@ausbildungyashami 11 месяцев назад
@@user-vr3dy8lw2n İT Mütəxəssis deməkdir🙂
@ausbildungyashami
@ausbildungyashami 11 месяцев назад
@@user-vr3dy8lw2n heç bir peşəyə pis deyə bilmərik. Sevərək etdiyiniz, xarakterinizə, bilik və bacarıqlarınıza uyğun olan peşə sizin üçün ən məsıəhətli peşədir. Peşə seçimi ilə bağlı video hazırlayacam. Ümid edirəm sizə köməyi dəyər 👌🏻
@kral5174
@kral5174 11 месяцев назад
Şəbəkə administratoru sahəsi üzrə qəbul varmı ?
@ausbildungyashami
@ausbildungyashami 11 месяцев назад
Fachinformatiker/in für digitale vernetzung peşəsi var. Bu peşəyə baxa bilərsiniz 👌🏻 Ama yerlər az olduğu üçün çox insana systemintegration peşəsini tövsiyyə edirəm. ✌️
Далее
IT Söyleşileri | Almanya'da Ausbildung & Umschulung
1:35:50
#Almaniyada necə #magistr təhsili ala bilərəm?
4:42