Тёмный
No video :(

Puzzle - Hər Şey Ola Bilər 

Puzzle a.k.a KorYOLÇU
Подписаться 25 тыс.
Просмотров 2,3 тыс.
50% 1

Mixing & mastering: Melan Məhər
Beat: producerX & Encore
Covers: ViscomStudio
Thanks: Babu
Musical Aphorism/2024
İlk hissə:
Uzaqlarda bir diyarda baş verəcək dediklərim.
Orda yaxşılıq heç nə gözləmir qarşılığında.
Təbəssüm edən mələklər uçur yaşıllığında.
Heç nə heç nədən artıq deyil, öz ağırlığında(dı).
- Tək olmazmı orda?
- Doymaz özün də öz'ünə.
Tək "olmaz" var, o da "olmaz" sözünün özünə!
Orda dəyər vermir, adi dəyər anlayışı.
Dəyər verməyə başlasa, dəyər əyər qavrayışı.
Orda zaman kəşf edilməyib, təbiət qocalmır.
Cazibə qüvvəsi cazibəsiz, heç nə ucalmır.
Amma, sanki hər şeyi çəkir ilahi tərəzi.
İlk öncə o gedir, yol verin, bir dahi tələsir.
Gözəlliyini ifadə et, amma sözü çox az qoy.
İstəyirsən mənə inanma və adımı "yobaz" qoy.
Sanki, gerçək edə bildi "Utopiya"nı, Thomas More.
Yenə söz və Güc qazandı... Show must go on!
Körpü:
Orda hər şey ola bilər, bol nəşən ola bilər.
Bu qəşəng ola bilər - ola bilər hər şey.
Orda hər şey ola bilər, bu da şən ola bilər.
Və qəşəg ola bilər - ola bilər hər şey.
Orda hər şey ola bilər - bu, bəşər ola bilər, çox qəşəng ola bilər.
Ola bilər hər şey.
Orda hər şey ola bilər, daima şən ola bilər.
Hər şey qəşəg ola bilər - ola bilər hər şey.
Keçid:
Orda hər şey ola bilər və hər şeyi bilər O!
Hər şey ola bilər (x2) orda.
Orda hər şey YOLa görə, və hər şeyi bilər O!
Hər şey ola bilər (x2) YOLda.
Orda hər şey gözəl olur, çalış qoru gözəli!
Hər şey ola bilər (x2) onda.
Orda hər şey özəl olur, çalış qoru özəli!
Hər şey ola bilər (x2) sonda.
İkinci hissə:
Uzaqlarda bir diyarda kəşf edildi mədəniyyət.
Bizsə, burda - Dünyada, yaşadıq qırıntısı ilə.
Dünya artıq qocalır, yaş alır xırıltısı ilə.
Yeni bir mədəniyyət yaşayır parıltısı ilə.
Orda hər şey baş verir yaxından, vaxtında.
"Heçnə qurtula bilməz axından", ağlımda(dı).
Orda yoxdu gözəllik, hər şeyi təbiidi.
Bəşəri təmir idi - mənşəyi təbi idi.
Orda sənə lazım olmur, qazanmırsan pullar.
Orda "dəyər" zirvədi, sən hazır olsan, tullan!
Keçmə xatırlayıb bir də, buna gərək yoxdu.
Heçnə satılmayan yerdə pula gərək yoxdu.
Orda sözə gərək yoxdu, ünsiyyət tap yeni.
Orda inam - YOLdu, altı yoxdu, inan, yeri.
İnam yaradan inamsız insan etdirdi heyrət.
Sonda, sözü yaradan qeybət qışqırdı: Qeyrət!
Körpü:
Orda hər şey ola bilər, bol nəşən ola bilər.
Bu qəşəng ola bilər - ola bilər hər şey.
Orda hər şey ola bilər, bu da şən ola bilər.
Və qəşəg ola bilər - ola bilər hər şey.
Orda hər şey ola bilər - bu, bəşər ola bilər, çox qəşəng ola bilər.
Ola bilər hər şey.
Orda hər şey ola bilər, daima şən ola bilər.
Hər şey qəşəg ola bilər - ola bilər hər şey.
Son hissə:
Orda hər şey ola bilər və hər şeyi bilər O!
Hər şey ola bilər (x2) orda.
Orda hər şey YOLa görə, və hər şeyi bilər O!
Hər şey ola bilər (x2) YOLda.
Orda hər şey gözəl olur, çalış qoru gözəli!
Hər şey ola bilər (x2) onda.
Orda hər şey özəl olur, çalış qoru özəli!

Опубликовано:

 

27 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 19   
@aslanmikayilzade1733
@aslanmikayilzade1733 4 месяца назад
Çox əla alınıb bəy, let's go show must go on Puzzle
@crow-l_music
@crow-l_music 4 месяца назад
Yenə Söz və Güc qazandı... Show must go on Əlaaaa
@Rsad-kurd
@Rsad-kurd 4 месяца назад
Mükəmməl usdad
@melanmeher
@melanmeher 4 месяца назад
🗽
@agarustam
@agarustam 4 месяца назад
Düşüncə maşını 🔥
@temar.21
@temar.21 4 месяца назад
💯🎶
@Oktay683
@Oktay683 4 месяца назад
💥🔥
@n.p.m.59
@n.p.m.59 4 месяца назад
Hər zaman O'.
@ElvinMusayev0.21
@ElvinMusayev0.21 4 месяца назад
Old qayıtdııı❤❤
@suleymanaghamoglanli4439
@suleymanaghamoglanli4439 4 месяца назад
getdiyin hardan çıxartdız
@XB_Prod
@XB_Prod 4 месяца назад
Super
@babunano252
@babunano252 4 месяца назад
🔥🔥🔥
@ruslanqaflanov
@ruslanqaflanov 4 месяца назад
Əla
@royadadasova7987
@royadadasova7987 4 месяца назад
❤😍
@emilislamov3552
@emilislamov3552 3 месяца назад
👍👍👍
@velizadeiman
@velizadeiman 4 месяца назад
Puzzle Azrap Boss 🪐
@aliqiyazov
@aliqiyazov 4 месяца назад
🧩✏️
@namiqbakhshaliyev
@namiqbakhshaliyev 4 месяца назад
Pikkk🔥
@old.hiphop
@old.hiphop 4 месяца назад
Pik
Далее
Puzzle - True
3:56
Просмотров 57 тыс.
Puzzle - Qladiator
3:01
Просмотров 9 тыс.
FTB diss to Tefo,Puzzle,Yeraltı (Lyrics)
1:49
Просмотров 4 тыс.
Javid Amir - Hardan Hara (Rəsmi Audio)
3:44
Просмотров 2,3 млн
Qaraqan-Men ve sen
3:59
Просмотров 1,5 млн
MC B.U.S × Dəniz - Səndən Sonra (Rəsmi Audio)
2:49
Paster 5'9 feat. KorYOLÇU - Küçələr Bizimdir!
3:43