Qırmızı "07"nin sahibi Ərdoğanla görüşdü - BAKU TV
Azərbaycandan Türkiyəyə yardıma gedən könüllülərdən ibarət qrup fevralın 27-də Adıyamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Baxçalı ilə görüşüb.
Heyətin içərisində köhnə “VAZ-2107" markalı avtomobili ilə Türkiyənin zəlzələ bölgəsinə yardım daşıdığı üçün məşhurlaşan azərbaycanlı Sərvər Bəşirli də olub.
Qeyd edək ki, Sərvər Bəşirli qardaş ölkəyə yardım daşımaqla kifayətlənməyib, o, hazırda Adıyamanda axtarış-xilasetmə işlərində də fəal iştirak edir.
t.me/bakutvxeber
/ www.baku.tv
/ baku.tv
/ bakutvofficial
www.baku.tv
Qırmızı "07"nin sahibi Ərdoğanla görüşdü
© 2023 © All Rights Reserved ℗ Baku TV
#turkiye #erdogan #07ninsahibi #turkiyedezelzele
27 фев 2023