Тёмный

"Qızım daun sindromludur deyə uşaqlar yanında oturmur" 

Meydan TV
Подписаться 612 тыс.
Просмотров 3,1 тыс.
50% 1

“Bu uşaq dişləmir, ya nəsə eləmir, yanımda gəlir. Sırf üzünün görünüşündə daun sindromludur deyə valideynlər uşaqlarının yerini dəyişir, biz oturan yerdən durub gedirlər”.
Bakı sakini Sevda Məmmədova belə deyir. Onun 3 uşağından biri daun sindromludur.
2006-cı ildən bəri hər ilin bu gün- 21 mart Ümumdünya Daun Sindromu Günü olaraq qeyd edilir. Bu günün məqsədi onların qarşılaşdığı çətinliklərə diqqət çəkməkdir. Azərbaycanda da təqribən 1000-ə yaxın daun sindromlu şəxs həm cəmiyyətin, həm də dövlətin qayğısından kənarda qalır.
Sevda Məmmədovanın 9 yaşlı qızı Leyla inklüziv məktəbə gedə bilmir. Anası deyir ki, inklüziv məktəblərdə sinifdə 1 müəllim 20 tipik şagirddən savayı atipik uşaq olduqda dərsi keyfiyyətli keçə bilmir. Ona görə də gərək köməkçi müəllim də olsun.
“Düzdür, daun sindromu xromosom anomaliyasıdır, onun müalicəsi yoxdur, amma misal üçün beyinə siqnallar getmir, bundan ötrü müalicələr var, o da çox bahadır. Bir valideyn daun sindromlu uşağa ayda bir 1000 manat xərcləməlidir ki, o uşaq hərtərəfli inkişaf eləsin”, - Sevda Məmmədova deyir
Ananın sözlərinə görə, daun sindromlu uşaqlara qarşı həm cəmiyyətin, həm də dövlətin də diqqəti yetərli deyil:
“Daun sindromlu uşaqlara 1-ci qrup əlillik verilmir. Daun sindromlu şəxs uşaq ikən əgər 2-ci qrup əlildirsə, 200 manat pensiya, 100 manat isə baxım pulu, 3-cü qrup əlildirsə, 100 manat pensiya, 50 manat baxım pulu alır”
“ Valideyn işləyə bilməz, uşağa qulluq lazımdır. Niyə mən dayə tutmalıyam? Dayə də aparıb-gətirə bilmir. Ya elə dayə tutmalıyam onu aparsın, gətirsin, baxsın, onda da bütün maaşımı ona verməliyəm. Ya da bu uşaq evdə qalmalıdır. Qapını bağlayıb çıxmalıyam. Mən ya uşaqların ehtiyaclarını ödəmək ümün qazancı seçməliyəm, ya da bu uşağı seçməliyəm. Yəni bu dəqiqə inklüziv təhsil də, mərkəz də bizim ehtiyaclarımızı ödəmir”, - Sevda Məmmədiva bildirir.
Xumar Kərimli xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı uzun illər sosial işlə məşğul olan fəallardan biridir.
O deyir ki, ölkədə daun sindromlu uşaqlarla işləyən mərkəzlər yetərli deyil:
“İnsanlar daha çox Bakıya diqqət ayırırlar, bölgələr yaddan çıxır. Ən pis vəziyyət kənar yerlərdədir. Mən belə fikirlər səsləndirəndə deyirlər ki, buradan başlamalıyıq. Razıyam, buradan başlamalıyıq, sadəcə olaraq illərdir hər şey burada davam edir, amma Azərbaycan təkcə Bakıdan ibarət deyil”.
Xumar Kərimli inklüziv cəmiyyətin, təhsil müəssisələrinin azlığından narazıdır. O,
Azərbaycan üzrə cəmi 5 məktəbin inkluziv təhsil verməsini yetərsiz hesab edir:
“Niyə çoxalmır? Niyə bu bölgələrə keçmir? Niyə bu kəndlərə keçmir? Mənə misal üçün maraqlı olan odur. Azərbaycan kimi hal-hazırda, fərqli fərqli yarışlar keçirən, fərqli-fərqli işlər görən bir ölkə üçün və kifayət qədər də büdcəsi olan bir ölkə üçün bunu etməmək bir az absurd gəlir. Mən çox istəyərdim ki, hər məktəbdə inklüziv siniflər, bağçalar olsun. Artıq köhnə nəsildən keçdi, heç olmasa bizim nəsil anlasın ki, bu uşaqlar digər uşaqlarımız kimidir və onlar hər şeyi bir yerdə edə bilərlər və diskriminasiya olmamalıdır”.
Kanala abunə ol - goo.gl/TcM9Fm
Bizə maddi dəstək ol cutt.ly/destek
WebSite: www.meydan.tv
Facebook: MeydanTelevision
Twitter: / meydantv
Google+ plus.google.com/+MeydanTelevi...
İnstagram: / meydantv
__________________________________________________________________
Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277

Опубликовано:

 

20 мар 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 42   
@tuncayisgenderov7333
@tuncayisgenderov7333 Год назад
Sizə təşəkkür edirik Daun sindromlu ailələrin problemlərini üzə çıxardığınız üçün bizdə Bir daun valideyni olaraq dövlətdən dəstək istəyirik.Çox çətindi
@yasarrustemov5582
@yasarrustemov5582 Год назад
Daun Sindromlu anası kimi sizə təşəkkür edirəm bizim pobləmlərimizi işıqlandıdıqınız üçün Allah sizdən razı olsun Düzdü rayondakı uşaqların vəziyyəti bərbaddı sizə minnətdaram
@memmedovasevda432
@memmedovasevda432 Год назад
Mən Sevda Məmmədova çox şey demişdim.Yəgin vaxt baxımından qısa olub.Daun Sindromlu Uşaqlar üçün çox şey etmək lazzımdır ona görə biz 20 valideyin,əlbətdə ki,Daun Sindromlu Uşaq valideyinləri ictimai birlik yaratmışıq və bu uşaqlar üçün lazım olan hər şeyə nail olmağa çalışacağıq.
@cebiqasmov7832
@cebiqasmov7832 10 месяцев назад
bizide daxil edin qrupa
@cebiqasmov7832
@cebiqasmov7832 10 месяцев назад
qizim surunur yerde komeklik ede bilmirem ona
@aynurunelishleri190
@aynurunelishleri190 Год назад
Allah bütün balaları qorusun həmçinin sizidə daun güllərimiz. ❤
@memmedovasevda432
@memmedovasevda432 Год назад
Pensiya 3-cü qrupdursa 150 manat+100 baxım pensiya 2-ci qrupdursa 220 manat+100 baxım pul 1-ci qrup 270manat pensiya+100baxım pulu+ 200preziden təqaüdu
@memmedovasevda432
@memmedovasevda432 Год назад
Mən inklyuziv məktəbdə işləsəmdə inklüziv sinifdə deyiləm.Xüsusi uşaqlar olan sinfə köməkçi müəllim lazımdır.Həmin sinifde uşaq sayı 30-dən çox olmamalıdır..30 şagird olan sinifdə müəllim xususi diqqət tələb ədən uşağa necə vaxt ayırsın?
@eciElibeyli
@eciElibeyli Год назад
Daun sindromlu uşaqlar , çox mehriban olur , çox səmimi olurlar .
@KamaLIZAD-ww5sx
@KamaLIZAD-ww5sx Год назад
Bəli Autizmli nitqi olmayan uwaqa 2ci derece verdiler tek iyneye 350 azn verirem hekim qebulu 50 en azi dermanlar 150 azn aparat mualicesi 300 azn bunun laqapedi var pisxoluqu var aydada 300 az alir bununla nece ireli aparaq uwaqi
@isfndiyarmlikov5651
@isfndiyarmlikov5651 Год назад
Allah wefasini versin bu gozel balanin. Cox tesufler olsun ki bugun uwaglar bu xestelikden eziyyet cekirler. Allah bu xanimdanda razi olsun ki bu uwaglarla yaxindan maraglanir ve onlarin qeydine qalir.
@memmedovasevda432
@memmedovasevda432 Год назад
Biz 200(aşağıda 20 -i düşüb səhfən) valideyin birləşib Daun Sindromlu uşaqların hər terefli inkişafı üçün çalışırıq.Amma bizim dəstəyə ehtiyacımız var.
@fatime1531
@fatime1531 Год назад
Allah saxlasın övladınızı mənimdə daun sindromlu qızım var çox sağolun ki problemlərimizi işıqlandırdız
@sqocayev6087
@sqocayev6087 Год назад
Çox sağ olun Sevda xanım bizim yaralı yerimizə toxunmusunuz.Mənim nəvəm daun sindromludur.Ürəyi xəstədir.dərmanı bahadır.pensiyası azdı.1 qrup vermək lazımdır uşaqlara.Mırkəzin heç bir kömıyi yoxdu
@nadirqulizade2012
@nadirqulizade2012 Год назад
Mənim də oğlum daun sindromludur. Bir tək pensiyadan başqa dövlətdən heç bir dəstək görmürük
@memmedovasevda432
@memmedovasevda432 Год назад
Möhtəşəm alınıb
@arzumirzeyeva940
@arzumirzeyeva940 Год назад
BƏLİ DÜZ DEYİRSİZ 200 M PENSYAYLA HANSI UŞAQI SAQALTMAQ DEMİRƏM MALİCƏ ETMƏY OLAR BİR GÜN MASAŞ 30M DIRSA YA 25 M 10 GÜN 250 VER BAŞQA MALİCƏSİ BƏS PSİXOLUQ,LAKAPET,İDMAN,TRİNAJOR COXXX CƏTİNDİ COXXX😔
@samirismayilov2962
@samirismayilov2962 Год назад
Menim oğlumda daun sindromlu dur.cox çətindir həm Maddi həm mənəvi dövlət bu uşaqlara biraz da imkanlar yaratmalıdır.
@kamaleabbaszade5945
@kamaleabbaszade5945 Год назад
Təəssüf ki, cəmiyyətdə bu cür hallara rast gəlinir. Əklilliyi olansanları bu səbəbdən cəmiyyətə inteqrasiyası çətin olur. Bu sahədə maarifləndirmə işləri məktəblərdən başlanmalıdır. Uşaq vaxtından əlillərə münasibət aşılansa cəmiyyət get gedə düzələr. Allah köməyiniz olsun, səbr versin.
@nicatrehimli9590
@nicatrehimli9590 Год назад
Menim oğlum ataktik serebral iflic nevraloji uşağdı mektebede ona çix pis davranılırdı qoymadım getmeye 3 ildi bu uşağ mektebden uzağdı bir müellim marağlanmır senedlerin düzeldib verdim ev tehsili hele xeber yoxdu şirvanda bu cür uşağlar qayğı azdı bayramlarda heç bir yardım almırığ
@xayalarza544
@xayalarza544 Год назад
Allah qorusun ❤
@ozubilir9179
@ozubilir9179 Год назад
Rayon və kəndlərimiz də də daun sindromlu uşaqlar üçün şərait yaradılsa onlar ucun məktəb əyləncə zalları açılsa çox gözəl olar
@Sabirmemmedov-wb2uw
@Sabirmemmedov-wb2uw Год назад
çox sağ olun ki bizim bu problemimimizi üzə cıxarmısız mənimdə qızım daundur ratonda yaşadığımızcün çox əziyyət cəkirik
@ekberismaylzad812
@ekberismaylzad812 Год назад
Salam çox sağ olun xanım mənimdə oğlum daun sindromludu səsimizi duyurursuz bizi eşitsinlər Allah qorusun bizim günəş balaları
@ekberismaylzad812
@ekberismaylzad812 Год назад
Sevda xanım inşallah ki səsimizi eşidələr bir daun sindromlu uçaqın anası kimi arxanızdayam hər zaman çətindi bizə dəsdək lazımdı
@feridenurullazade7983
@feridenurullazade7983 Год назад
Duzdu Sevda xanim mende raziyam sizinle.Bizim uwaqlara yeterince baxan yoxdur bu uwaqlara verdiyleri.vesayit hec derman iynesine catmir .Biz bu ölkede yawamiriq surunuruk.Harada gedirik bizim sesimize ses veren yoxdur.Bu ölkenin axiri hara gedecek
@g5lg8a54
@g5lg8a54 Год назад
Cahillik .bizim cemiyyet xestedir
@ferruxhakverdiyev9128
@ferruxhakverdiyev9128 Год назад
O yerini deyisenlerin Allah o biri dunyada yerin deyisecey narahat olma 😢
@zuleyxaniqmatva2421
@zuleyxaniqmatva2421 Год назад
ALLAH ŞÌFA VERSÌN YA RABBÌM AMÌN
@royalek1176
@royalek1176 Год назад
Allah belə yaradıbda uşağın ne günahı varki.Cəmiyyət başa düşmür bunu ki hər birimizin balası bele ola bilər
@ismayilnamazov6262
@ismayilnamazov6262 Год назад
Kim qaçır şərəfsızdır!
@ozubilir9179
@ozubilir9179 Год назад
Onlar bir mələkdir
@YusufPro80
@YusufPro80 Год назад
Xüsusi qaygiya ehtiyaci olan daun sindromlu şəxslərin ailə dəstəyinə ehtiyaci oldugu kimi dövlət desteyinədə ehtiyaci var adi pensiyacı kimi pensiya almasi bele usaglarin qaygilarini öhtelemir uşaglarin inkişafi ücün dövlətimiz xüsusi yardim ayirmalidi ki bu usaglarda heyatini normal yasaya bilsin
@elcinhesenov1325
@elcinhesenov1325 Год назад
Heqiqeten insanlar niye bele hereketler edirler hec bawa duwe bilmirem. Onlarda uwagdilar bawa duwun bunu. Sabahsi gun sizin bawiniza ne gelecek hec bilmirsiz. Sizin ovladlariniz nece olacaq onuda bilmirsiz
@cebiqasmov7832
@cebiqasmov7832 10 месяцев назад
gelin xiziya hec bir seraiti you. usagim Daun sindromludu.hele ustelik kasibiqda bir yandan.hec usaga mualice eletdire bilmirem. pensiyasini duzeldirmekcun yol pulu tapa bilmirem.pox gunundeyik
@atheistgigtv4814
@atheistgigtv4814 Год назад
Heçkes sizin uşağınızı sevmek mecburiyyetinde deyil. Amma devlet o uşaq üçün şerait yaratmaq mecburiyyetindedir.
@memmedovasevda432
@memmedovasevda432 Год назад
Sevginin bura nə dəxli var.Bizi görəndə durub yer dəyişirlər ,sanki Daun Sindromlu uşaq bunları yeyəcək.
@atheistgigtv4814
@atheistgigtv4814 Год назад
@@memmedovasevda432 Sizi görende durub yer deyişe biler öz işidir. Amma durub size tepik ata bilmez.
@memmedovasevda432
@memmedovasevda432 Год назад
@@atheistgigtv4814 Təpik kimi bir şeydir bəzi insanların bu uşaqlara rəftarı,sözləri.Yaşamayan bilməz.Mən uşaq deyiləm 41 yaşım var.Kənardakibrəftarların nə olduğunu görüb ,anlayacaq həyat təcrübəm var.
@hmdcavad9830
@hmdcavad9830 Год назад
QƏBBƏ HAKİM AİLƏ RƏDD OLMALİDİR İSTEFAYA
Далее
Who Can Break Most Walls? Ep.2 | Brawl Stars
00:26
Просмотров 478 тыс.
Nurse's dream !! 😂😂
00:17
Просмотров 5 млн
How Many Balloons Does It Take To Fly?
00:18
Просмотров 28 млн
Birinci yer yaranıb, ya göy?
7:55
Просмотров 2 тыс.
Who Can Break Most Walls? Ep.2 | Brawl Stars
00:26
Просмотров 478 тыс.