#VaginalAxıntı #Pediatr #KənanQarayev
Həkim-Pediatr Dr Kənan Qarayev
Tel: 050 587 18 48
Facebook: / pediatr.usaqhekimi
İnstaqram: / dr.kenan_qarayev
🔴Bəzi yenidoğulmuş qız uşaqlarında həyatlarının ilk həftəsində vaginal qanama müşahidə edilir. Bu qanama anadan keçən estrogenlərin çəkilməsinə bağlı normal fizioloji vəziyyətdir, müalicəyə ehtiyac yoxdur. Məktəbəqədər dövrdə qız uşaqlarında görünən vaginal axıntı ziyansız hormonal axıntılardır.
🔺Axıntı, vaginada və ya vulvoda (qadın xarici genital orqanında) görünə bilər. Həm vagina, həm vulvoda görünən axıntılar vulvovaginit adlandırılır. Vulvovaginit axıntı ilə bərabər, genital bölgədə qaşıntıya, sıx sidiyə getmə və sidik qaçırmağa da səbəb ola bilir.
📋Vulvovaginitin səbələri:
✔Bakterial vulvovaginit - onun əlamətlərinə xarici cinsiyyət orqanlarının hiperemiyası, irinciklər və irinli ifrazat aiddir.
✔Enterobioz - xarici cinsiyyət orqanları nahiyəsində qurd invaziyası.
✔Ekssudativ diatez - bu xəstəlik çox vaxt cinsiyyət orqanlarının quruluq və hiperemiyasını törədir.
✔Kandidoz - göbələk infeksiyası, hansı ki, stress və immun sisteminin fəaliyyətinin pozulması nəticəsində yaranır.
✔Trixomoniaz - yaşılı axıntının olması bu xəstəlikdən xəbər verir. O, bəzən məişət yolu ilə ötürülür, amma praktik olaraq həmişə anadan yenidoğulmuş körpəyə keçir.
✔Gigiyena vasitələri və ya alt paltarlarına allergik reaksiya.
👨⚕️Səbəbindən asılı olmayaraq qız uşaqlarında axıntı yaranan kimi, həkimə müraciət etmək lazımdır.
12 сен 2024