Тёмный

Qədir gecelerinin emelleri🌹🌹 

_her_weyden_1.az_
Подписаться 2 тыс.
Просмотров 110
50% 1

#Din #statuslar #qedirgecesi

Опубликовано:

 

22 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 3   
@_her_weyden_1.az_475
@_her_weyden_1.az_475 4 года назад
*"QƏDR"GECƏLƏRİ ÜÇÜN MÜŞTƏRƏK ƏMƏLLƏR AŞAĞIDAKILARDIR* 1. Gün batarkən Qədr gecəsinin qüslunu almaq, şam və xiftən namazlarını həmin qüsuldan sonra qılmaq 2. Əhya saxlamaq (şam azanından sübh azanına qədər oyaq qalmaq) 3. Quran oxumaq 4. Peyğəmbər(s) və onun Əhlibeytinə(ə) salavat göndərmək 5. Qədr gecəsinin namazını qılmaq. Həmin namaz iki rükətlidir, hər rükətdə “Fatihə” surəsindən sonra yeddi dəfə “İxlas” surəsi oxunulur. Namaz bitdikdən sonra dərhal səcdəyə gedib yetmiş dəfə “Əstəğfirullahə və ətubu ileyh” (Allahdan günah və xətalarıma görə üzr diləyir və ona tərəf qayıdıram) deyilməlidir. 6. 100 rükətlik namaz qılmaq. Qəza namazları olanlara tövsiyə olunur ki, bu namazı qılmaq əvəzinə 6 günün qəza namazlarını qılsınlar. 7. Yaxşı olar ki, dualara keçməmişdən öncə sədəqə verilsin.Habelə, Allahdan çoxlu əfv dilənsin. 8. Yaxşı olar ki, bu gecə hamıya haqqınızı halal edəsiz, Sizə pislik edən hər kəsi bağışlayasız ki, Allah da sizə rəhmət nəzəri ilə baxsın. 9. Quranı açıq halda qarşısına qoyub, aşağıdakı duanı oxumaq sonra isə Allahdan istəyini diləmək: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِكِتَابِكَ الْمُنْزَلِ وَ مَا فِيهِ وَ فِيهِ اسْمُكَ الْأَكْبَرُ وَ أَسْمَاؤُكَ الْحُسْنَى وَ مَا يُخَافُ وَ يُرْجَى أَنْ تَجْعَلَنِي مِنْ عُتَقَائِكَ مِنَ النَّارِ. [Allahummə inni əs’əlukə bi kitabikəl-munzəli və ma fihi və fihismukəl-əkbəru və əsmaukəl-husna və ma yuxəfu və yurca ən təc’ələni min utəqaikə minənnar] “İlahi, nazil etdiyin Kitaba, onun içində olanlara, onun içindəki ən uca adına və gözəl adlarına, onun içində qorxudan və ümidverici şeylərə Səni and verirəm ki, məni cəhənnəm atəşindən azad edəsən”. 10. Quranı başa qoyub aşağıdakı duanı oxumaq: اللَّهُمَّ بِحَقِّ هَذَا الْقُرْآنِ وَ بِحَقِّ مَنْ أَرْسَلْتَهُ بِهِ وَ بِحَقِّ كُلِّ مُؤْمِنٍ مَدَحْتَهُ فِيهِ وَ بِحَقِّكَ عَلَيْهِمْ فَلا أَحَدَ أَعْرَفُ بِحَقِّكَ مِنْكَ [Allahummə bihəqqi hazəl-Quran və bi həqqi mən ərsəltəhu bihi və bi həqqi kulli mu’minin mədəhtəhu fihi və bi həqqikə əleyhim fəla əhədə ə’rafu bihəqqikə minkə] “İlahi, bu Qurana və bu Quranı göndərənə xatir, bu Quranda mədh etdiyin bütün möminlərə xatir və Sənin onların üzərindəki haqqına xatir ki, Səndən başqa Sənin haqqını tanıyan yoxdur”. (10 dəfə) بِكَ يَا اللَّهُ Bikə ya Əllah! - Özünə xatir, ilahi! (10 dəfə) بِمُحَمَّدٍ Bi Muhəmmədin! - Muhəmmədə (s) xatir! (10 dəfə) بِعَلِيٍّ Bi Aliyyin! - Əliyə xatir (10 dəfə) بِفَاطِمَةَ Bi Fatimətə! - Fatiməyə xatir! (10 dəfə) بِالْحَسَنِ Bil-Hasəni! - Həsənə xatir! (10 dəfə) بِالْحُسَيْنِ Bil-Huseyni! - Hüseynə xatir (10 dəfə) بِعَلِيِّ بْنِ الْحُسَيْنِ Bi Aliyyibnil-Huseyni! - Hüseynin oğlu Əliyə (İmam Səccada) xatir (10 dəfə) بِمُحَمَّدِ بْنِ عَلِيٍّ Bi Muhəmməd ibni Aliyyin! - Əlinin oğlu Muhəmmədə (İmam Baqirə) xatir (10 dəfə) بِجَعْفَرِ بْنِ مُحَمَّدٍ Bi Cəfər ibni Muhəmməd! - Muhəmmədin oğlu Cəfərə (İmam Sadiqə) xatir (10 dəfə) بِمُوسَى بْنِ جَعْفَرٍ Bi Musəbni Cəfər! - Cəfərin oğlu Musaya (İmam Kazıma) xatir (10 dəfə) بِعَلِيِّ بْنِ مُوسَى Bi Aliyyibni Musa! - Musanın oğlu Əliyə (İmam Rzaya) xatir (10 dəfə) بِمُحَمَّدِ بْنِ عَلِيٍّ Bi Muhəmməd ibni Aliyyin! - Əlinin oğlu Muhəmmədə (İmam Cavada) xatir (10 dəfə) بِعَلِيِّ بْنِ مُحَمَّدٍ Bi Aliyyibni Muhəmməd! - Muhəmmədin oğlu Əliyə (İmam Hadiyə) xatir (10 dəfə) بِالْحَسَنِ بْنِ عَلِيٍّ Bil-Həsən inbni Aliyyin! - Əlinin oğlu Həsənə (İmam Həsən Əskəriyə) xatir (10 dəfə) بِالْحُجَّةِ Bil-Huccəti! - Höccətə (İmam Sahibəzzamana) xatir Duanın bu yerində Allahdan öz istəklərinizi istəyin. 11. "Təvəssül" duasını oxumaq. 12. " Ziyarəti aşura"nı oxumaq. 13."Fərəc" duasını oxumaq. 14. Cövşən-Kəbir duasını oxumaq. *XAHİŞ EDİRƏM HƏR KƏSLƏ PAYLAŞIN*
@_her_weyden_1.az_475
@_her_weyden_1.az_475 4 года назад
*🌸1-ci Qədr Gecəsinin Əməlləri🌸* *1.* Qüsl almaq. Əllamə Məclisi buyurmuşdur: “Bu gecənin qüsüllərini günbatan vaxtı almaq daha yaxşıdır ki, şam namazını qüsüllə yerinə yetirsin. *2.* İki rükət namazdır. Hər rükətdə “Həmd” surəsindən sonra yeddi dəfə “İxlas” surəsini oxusun və qurtardıqdan sonra yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” -desin. Peyğəmbər (ə)-in hədisində deyilir ki, yerindən ayağa qalxmamış (bu insanın) özü və ata-anası Allah taala tərəfindən bağışlanar... *3.* Quranı açıb qarşınızda tutub deyin: Əllahummə inni əs`əlukə bi-kitabikəl munzəli və ma fih, və fihismukəl əkbəru və əsmaukəl husna, və ma yuxafu və yurca ən təc`ələni min utəqaikə mi-nən nar *4.* Quranı götürüb başınıza qoyub deyin: Əllahummə bihəqqi hazəl Qur`an, və bihəqqi mə ərsəl-təhu bih, və bihəqqi kulli mu`-minin mədəhtəhu fih, və bihəq-qikə ələyhim fəla əhədə ə`rəfu bihəqqikə mink. Sonra on dəfə de: Bikə ya Allah Sonra on dəfə de: Bi Muhəmmədin Sonra on dəfə de: Bi Əliyyin Sonra on dəfə de: Bi Fatimətə Sonra on dəfə de: Bil Həsəni Sonra on dəfə de: Bil Husəyni Sonra on dəfə de: Bi Əliyyibnil Husəyn Sonra on dəfə de: Bi Muhəmmədibni Əliyyin Sonra on dəfə de: Bi Cəfəribni Muhəmmədin Sonra on dəfə de: Bi Musəbni Cəfərin Sonra on dəfə de: Bi Əliyyibni Musa Sonra on dəfə de: Bi Muhəmmədibni Əliyyin Sonra on dəfə de: Bi Əliyyibni Muhəmmədin Sonra on dəfə de: Bil Həsənibni Əliyyin Sonra on dəfə de: Bil Höccəti Sonra öz hacətlərini istəyirsən *5.* İmam Hüseyni (ə) ziyarət etmək. Hədisdə belə deyilir; Qədr gecəsi yetişdikdə yeddinci səmadan carçı qışqırır ki, Allah taala hər kim İmam Hüseyni (ə) ziyarətinə gəlib onların günahlarını bağışlayar. *6.* Bu gecələri ehya saxlamaq (oyaq qalmaq). Nəql olunur ki, hər kim Qədr gecələrini ehya saxlasa, günahları göydəki ulduzların, dağların ağırlığı və dənizlərin tutumu qədər olsa belə bağışlanar. *7.* Yüz rükət namaz qılmağın böyük savabı vardır. Daha fəzilətlisi isə hər rükətdə “Həmd” surəsindən sonra on dəfə “İxlas” surəsini oxumaqdır. *8.* Aşağıdakı duanı oxumaq: Əllahummə inni əmsəytu ləkə əbdən daxirən la əmliku linəfsi nəf`ən və la zərra, və la əsrifu ənha sua, əşhədu bizalikə əla nəfsi və ə`tərifu ləkə bizə`fi quvvəti və qilləti hiləti, fəsəlli əla Muhəmmədin və ali Muhəmməd, və ənciz li ma vəədtəni, və cəmiəl mu`mininə vəl mu`minat, minəl məğfirəti fi hazihil ləyləh, və ətmim ələyyə ma atəytəni, fəinni əb-dukəl miskinul mustəkinuz zəiful fəqirul məhin, Əllahum-mə la təc`əlni nasiyən lizikrikə fima əvləytəni, və la (ğafilən) liihsanikə fima ə`təytəni, və la ayisən min icabətik, və in əbtəət ənni fi sərraə (kuntu) əv zərraə əv şiddətin əv rəxa, əv afiyətin əv bəlain əv bu`sin əv nə`ma, innəkə səmiud dua. *Tərcüməsi:* İlahi, özünə heç bir xeyir və zərər verə bilməyən və özündən heç bir acı hadisəni uzaqlaşdıra bilməyən xar və zəlil bir bəndə olaraq bu gecəyə daxil oldum. Bunların özümə qarşı olduğuna şəhadət verirəm. Sənin dərgahında gücümün zəifliyi və çarəmin azlığını etiraf edirəm! İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir. Bu gecədə mənə və bütün mömin kişi və qadınlara vəd etdiyin məğfirətə əməl et və mənə verdiklərini (nemətlərini) tamamla! Həqiqətən, mən Sənin miskin, əlacsız, zəif, yoxsul və xar bəndənəm. İlahi, məni Sənin mənə verdiyin nemətlər qarşısında zikrini və mənə əta etdiyin ehsanı unudanlardan, dərgahında qəbul etməyindən naümid olanlardan təyin etmə, istər uzun vaxt keçsin, istər xoş olum, istərsə də narahat, istər çətinlikdə olum, istərsə də asanlıqda, istər sağlamlıqda olum, istərsə bəlada, istər möhtac olum, istərsə də nemət içində! Həqiqətən, Sən dualarım eşidənsən. *9.* Yüz dəfə bu zikri oxumaq: «Əstəğfirullahə rəbbi və ətubi iləyh» *10.* Yüz dəfə bu zikri oxumaq: «Əllahumməl`ən qətələtə Əmirəlmöminin” *11.* Aşağıdakı duanı oxumaq: Ya zəlləzi kanə qəblə kulli şəyin summə xələqə kullə şəyin summə yəbqa və yəfna kullu şəyin ya zəlləzi ləysə kəmislihi şəyun və ya zəlləzi ləysə fissəmavatil-ula və la fil-ərəzinəs-sufla və la fəvqəhunnə və la təhtəhunnə və la yəbnəhunnə ilahun yu'bədu gəyruhu ləkəl-həmdu həmdən la yəqva əla ihsaihi illa əntə fəsəlli əla Muhəmmədin və ali Muhəmmədin səlatən la yəqva əla ihsaiha illa ənt. *Tərcüməsi:* Ey hər şeydən öncə və əvvəl olan, sonra hər şeyi yaradan və daha sonra bütün şeylər fani olacağı halda, baqi və əbədi qalan! Ey tayı-bərabəri olmayan! Ey uca göylər və aşağı yerlərdə, onların üstündə, altında və onların (yer və göylər) arasında ondan başqasına ibadət olunmayan! Səndən başqa kimsənin saya bilmədiyi həmd-səna yalnız Sənə məxsusdur! Məhəmməd və Məhəmmədin Əhli-beytinə Səndən başqa kimsənin saya bilmədiyi qədər salam göndər! *12.* Aşağıdakı duanı oxumaq: Əllahumməc`əl fima təqzi və tuqəddiru minəl əmril məhtum, və fima təfruqu minəl əmril həkim, fi ləylətil qədr, və fil qəzailləzi la yurəddu və la yubəddəl, ən təktubəni min huccaci bəytikəl həramil, əl məbruri həccuhum, əl məşkuri sə`yuhum, əl məğfuri zunubu-humul mukəffəri ənhum səy-yiatuhum, vəc`əl fima təqzi və tuqəddiru ən tutilə umri, və tuvəssiə ələyyə fi rizqi, və təf`ələ bi kəza və kəza (Kəza və kəza sözlərinin yerinə öz hacətlərinizi istəyin) *Tərcüməsi:* İlahi, hökm və müqəddər etdiyin qaçılmaz əmrində, ayırdığın hikmətli əmrində, dəyişilməyən və geri qaytarılmayan hökmündə məni Öz evinin - “Beytül-Haram”ın həcləri gözəl, səylərinin əvəzi verilmiş, günahları bağışlanmış və pis əməlləri pərdələnmiş hacılarından hesab edəsən. Həmçinin hökm və müqəddər etdiyin işlərdə ömrümü uzun edib ruzimi bol edəsən və mənim üçün bu işləri yerinə yetirəsən...
@_her_weyden_1.az_475
@_her_weyden_1.az_475 4 года назад
🌺🍀🌺🍀🌺🍀🌺🍀 *✨QƏDR GECƏSİNİN HZ.İMAM ƏLİYLƏ BAĞLILIĞI✨* *Qədr gecəsinin xüsusiyyətlərindən biri bu gecənin İmam Əli (ə) ilə bağlılığıdır. Sanki Allah-taala bu gecə rəhmət qapılarını açaraq, İmam Əli (ə) kimi məqam sahibi bir şəfaətçi vasitəsilə camaatı dərgahında şəfaət etmək istəyir.* Qədr gecəsi min aydan üstün bir gecədir və bu gecə Əmirəl-möminin Əlinin (ə) adı ilə yanaşıdır və biz, o həzrəti şəfaətçi qərar verib İslam dünyasındakı problemlərin həlli üçün dua edə bilərik (2). *Qədr gecəsi ilə həzrət Əli (ə) arasındakı mövcud bağlılıq insanı həm təbrik deməyə, həm də başsağlığı verməyə vadar edir; təbrik ona görə ki, bu nurlu və fəzilətli gecələr böyük dəyərə malikdir və min aya - 80 ilə bərabərdir. Belə isə, bu böyük fürsətin, ali nemətin qədrini bilmək və ondan maksimum yararlanmaq lazımdır.* Başsağlığı da ona görə ki, Əmirəl-möminin Əlinin (ə) şəhadətidir. Qədr gecələrinin və o həzrətin başından zərbə aldığı və şəhid olduğu günlərə yaxınlığı, bəlkə də Allahın bəndələrindən belə bir böyük şəxsiyyəti Ona yaxınlaşmaq üçün vasitə tutması istəyindən irəli gəlir . 🌺🍀🌺🍀🌺🍀🌺🍀 *_"♥EŞQİ ƏLİ (ə)♥"_* *_🧕🏻YALNIZ XANIMLAR ÜÇÜN🧕🏻_* chat.whatsapp.com/KB5C2iePY5XAbwGXQxDqie *_Linki silməyə, yazıda dəyişiklik etməyə halallıq verilmir_* 🌺🍀🌺🍀🌺🍀🌺🍀 🌼🍁🌼🍁🌼🍁🌼🍁🌼 *✨Qədr gecəsinin Quranla əlaqəsi✨* Quranla Qədr gecəsinin əlaqəsini izah edən dəyərli və həlledici məqamlar vardır. *"Qədr” surəsində Quranın Qədr gecəsi nazil olması birbaşa qeyd edilmişdir. Nə qədər də mənalıdır bu söz! Bəndələrin müqəddəratı, nemət və ruziləri müəyyən olan gecədə Quran Peyğəmbərin (s) pak qəlbinə nazil olmuşdur.* 🌼Görəsən, bu cümlə *"Sizin tale və müqəddəratınız bu səmavi kitabın məzmunu ilə sıx əlaqəsi var!”* mənasını çatdırmırmı? 🌼Görəsən, bu kəlamın mənası *"Sizin mənəvi həyatınızdan əlavə, maddi həyatınızın da onunla ayrılmaz əlaqəsi var!”* - deyilmi? Düşmənə qələbəniz, başucalığınız, azadlığınız, şəhərlərinizin abadlığı, bir sözlə hər şey onunla bağlıdır (15). *Bəli, taleyimizin yazıldığı anlarda yuxuda, qəflətdə olmamalıyıq. Belə olan təqdirdə qəmli müqəddəratımız olacaq! Qurani-kərim tale və müqəddərat müəyyən edən kitab olduğu və insanların səadət və hidayətini təyin etdiyi üçün Qədr gecəsində, talelərin yazıldığı gecədə nazil olmalıdır. Quranla Qədr gecəsinin əlaqəsi necə də gözəldir! Necə də mənalıdr bu ikisinin bir-birilə əlaqəsi!* 🌼🍁🌼🍁🌼🍁🌼🍁🌼 *_"♥EŞQİ ƏLİ (ə)♥"_* *_🧕🏻YALNIZ XANIMLAR ÜÇÜN🧕🏻_* chat.whatsapp.com/KB5C2iePY5XAbwGXQxDqie *_Linki silməyə, yazıda dəyişiklik etməyə halallıq verilmir_* 🌼🍁🌼🍁🌼🍁🌼🍁🌼
Далее
ПОДШОХ ВА СЕХРГАР ХАДИС
21:01
Просмотров 205 тыс.
Папины Дочки Наоборот!
24:57
Просмотров 434 тыс.
Arabic vs Turkish vs Persian: which is the hardest?
20:14
Similarities Between Arabic and Sicilian
14:11
Просмотров 1,3 млн