Тёмный
No video :(

Qəfil Zəng - Mehriban Zəki (Ramiz Rövşən) 

Sonsuz Misra
Подписаться 294
Просмотров 3,3 тыс.
50% 1

Bu payız gecəsi boş küçələri
Gəzirəm kimsəsiz bir uşaq kimi.
Sənə zəng vurmağa gicişir əlim;
Sənə... bir qəfil zəng... şapalaq kimi.
Bir zəng... çoxdandı ki, yadından çıxan
O sevgi dolusu illərdən sənə.
Bir vaxt saçlarına yüz sığal çəkən,
Səni əzizləyən əllərdən sənə.
Sənsiz o əllər də indi yetimdi -
Bu payız gecəsi, ay işığında
Gəzir ciblərimi o əllər indi
Bir ikiqəpiklik axtarışında.
Tapdım, yavaş-yavaş yığdım nömrəni;
Əvvəli beş idi, axırı iki.
Səsin səksəndirdi qəflətən məni:
- Alo, eşidirəm... Alo, kimdi, kim?!
Nə deyim? Səninçün mən kiməm axı?
Köhnə sevgilimi? Köhnə tanışmı?
Ömrün bir ötəri səhvi, günahı,
Bir şirin yuxumu, ya aldanışmı?!
Daha o yuxudan ayılmısan sən,
Daha bu zəngimə nə ehtiyac var?
Gör sənin dərdindən nə qədər ölən,
Gör sənin sevginə nə qədər ac var.
Eşitdim səsini... mənə bəsdi, bəs...
Bağışla bu dəli istəyimi də.
Bir kəlmə demədən, dinməz-söyləməz
Asdım telefonun dəstəyini də.
... Yenə tək gəzirəm boş küçələri,
qapıdan qovulmuş bir qonaq kimi.
Yenə zəng vurmağa gicişir əlim;
sənə... bir qəfil zəng... şapalaq kimi...

Опубликовано:

 

25 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1   
@sonsuzmisra
@sonsuzmisra Месяц назад
Sevgi şeirləri(1 saat) - Əminə Yusifqızı öz səsi ilə ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-fT7GFQjQ1Ww.html
Далее
Sevgi şeirləri(#1) - Ramiz Rövşən
30:19
Просмотров 9 тыс.
C’est qui le plus fort 😂
00:18
Просмотров 6 млн
INSAN HEYATI HAQQINDA MENALI QEZEL
33:27
Просмотров 146 тыс.
XƏZƏR SÜLEYMANLIDAN 5 GÖZƏL ŞEİR
8:52
Просмотров 230 тыс.
Qəfil Zəng - Mehriban Zəki (Ramiz Rövşən)
2:23
C’est qui le plus fort 😂
00:18
Просмотров 6 млн