Тёмный

Qəhrəman Ağdam kəndinin sakinləri zəfərimizin qürurunu yaşayırlar - Baku TV 

Baku TV
Подписаться 1,1 млн
Просмотров 2 тыс.
50% 1

Qəhrəman Ağdam kəndinin sakinləri zəfərimizin qürurunu yaşayırlar - Baku TV
Yolumuz Tovuzun Ağdam kəndinədir. O Ağdam kəndinə ki tam bir il əvvəl erməni təxribatı ilə üz-üzə qaldı. Düşmən təxribatlarına cavab olaraq həyata keçirilən uğurlu hərbi əməliyyatlar böyük qələbəyə gedən yolun əsasını qoydu. İndi Ağdam kəndinə qalib xalqın qalib vətəndaşı kimi gedirik.
Azərbaycan tarixinə İyul döyüşləri və ya Tovuz döyüşləri kimi düşən 2020-ci ilin 12 iyulunda erməni təxribatı nəticəsində 12 hərbiçimiz və bir mülki vətəndaşımız dünyasını dəyişdi. Həmin şəhidlərdən biri olan Elşad Məmmədovun evində olduq. Şəhidin evinin qarşısında İyul döyüşlərində canından keçən qəhrəmanlarımızın xatirəsinə bulaq inşa edilir.
Ağdam kəndində düşmən təxribatının izləri də yavaş-yavaş silinməkdədir. İşğalçı Ermənistanın silahlı qüvvələri tərəfindən dağıdılan yaşayış evləri bərpa olunub, yeni və daha müasir evlər tikilib.
1400-dən artıq əhalisi olan Tovuzun Ağdam kəndi 30 ilə yaxındır düşmənlə təmas xəttində yerləşir. Öz mərdliyi, cəsarəti ilə seçilən kənd sakinləri həmişəki kimi yenə vətənimizin keşiyindədir.
Rəsmi məlumata görə, iyul döyüşləri zamanı Ağdam kəndində 15 mülki şəxsin evinə zərər dəyib. Bu evlərin əksəriyyəti yenidən inşa edilib, bəziləri isə əsaslı təmir olunub. İndi Ağdam kəndində yeni layihələrin icrası istiqamətində işlər aparılır.
Bu gün general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha 10 hərbçinin qəhrəmancasına şəhid olduğu Tovuz döyüşlərindən fəxarətlə söz açılır. İndi hər bir azərbaycanlı kimi onlar da qürurludur. Vətən müharibəsində qazandığımız şanlı qələbə Ağdam şəhidlərinin də qisası, tarixi zəfərimizin rəmzidir.
Kanalın əsas məqsədi dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri azərbaycan və rus dillərində geniş auditoriyaya çatdırmaqdır.
Baku.Tv ölkədə və dünyada baş verən ən aktual və maraqlı hadisələr barədə operativ videosujetlər hazırlayaraq auditoriyaya təqdim edir.
Facebookda səhifəmiz:
/ www.baku.tv
/ __baku_tv__
baku.tv
Kanalda bütün müəllif hüquqları qorunur.
#BakuTv #Azerbaycan #trend

Опубликовано:

 

4 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 3   
@numunaazizova331
@numunaazizova331 3 года назад
CAN AY ATA.
@shidlrolmur2423
@shidlrolmur2423 3 года назад
Ruhunuz şad olsun Şəhidlərim
@rasimqarayev7383
@rasimqarayev7383 2 года назад
🇹🇷🇦🇿 Allah ŞƏHIDLƏRIMIZƏ rəhmət etsin,Qazilərə də can sağlığı versin ! Canım gözüm Tovuzum ! Tovuza və tovuzlulara eşq olsun bir qarış torpaq vermədi,əksinə az da olsa Ağdam kəndindəki süni göl ətrafındakı xeyli torpaqları igidlərimiz aldı. ( müharibə yeni başlayanda ) isa Əliyev mənim xalamoğludur onu adi kənd sakini kimi qeyd olundu. Ancaq o canını sipər etdi gəncliyini verdi və bölük komandiri idi,yə'ni bir sözlə Qazidir !🇹🇷🇦🇿
Далее
Tovuzun Ağdam kənd şəhidi,Elburus Yusifov
5:12
Просмотров 1,6 тыс.
ELA NÃO ESPERAVA POR ISSO 🥶 ATTITUDE #shorts
00:20
ELA NÃO ESPERAVA POR ISSO 🥶 ATTITUDE #shorts
00:20