Тёмный

QƏHRƏMANIMIZ NƏCƏFQULU RƏFİYEVİN XATIRƏSİ MİNSKDƏ YAD EDİLİB 

АЗЕРБАЙДЖАНЦЫ МОСКВЫ
Подписаться 7 тыс.
Просмотров 4 тыс.
50% 1

MİNSKDƏ QƏHRƏMANIMIZ NƏCƏFQULU RƏFİYEVİN XATİRƏSİ YAD EDİLİB
Moskva azərbaycanlıları milli-mədəni muxtariyyəti öz fəaliyyətini Rusiya paytaxtı hüdudlarından kənar genişləndirdiyini çoxdan əməli işləri ilə sübut edib. Bu dəfə isə təşkilatın həyatında yeni bir səhifənin açılmasından - praktiki müstəvidə beynəlxalq səviyyəyə çıxmasından danışa bilərik. Söhbət Moskvadakı Azərbaycan diasporunun lideri Bəxtiyar Həsənovun başçılıq etdiyi böyük nümayəndə heyətinin Belarus paytaxtı Minskə səfərindən gedir. Qeyd edək ki, qonaqlar Minskdə, Sovet İttifaqı Qəhrəmanı, soydaşımız Nəcəfqulu Rəfiyev küçəsində yerləşən 170 saylı orta məktəbi ziyarət ediblər.
Moskva azərbaycanlıları muxtariyyətinin sədr müavini, professor Həşim Əliyev, Qəhrəman Nəcəfqulu Rəfiyevin qardaşı oğlu, vəkil Azər Rəfiyev, “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının baş redaktoru, Azərbaycanın əməkdar jurnalisti, filologiya elmləri doktoru, professor Flora Nəciyeva, Bakı Slavyan Universitetinin dosenti Kəmalə Umudova, Moskva Dövlət Lingvistika Universitetinin dosenti, Azərbaycan dili və mədəniyyəti mərkəzinin direktoru Leyla İsmayılova, “Ədəbiyyat dünyası” jurnalının baş redaktoru Elmar Şeyxzadə, “Yeni səs” informasiya portalının baş redaktoru Tünzalə Bayramova mötəbər nümayəndə heyətinin tərkibində olublar.
Əzəmətli proqramı ilə diqqəti cəlb edən tədbir Minskin Moskovskiy rayonundakı Rəfiyev küçəsi, ev 1 ünvanında quraşdırılan qəhrəman tankçının memorial lövhəsinə güllərin qoyulması mərasimi ilə başlayıb. Belarusun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq, cəsarət və şücayət nümayiş etdirmiş həmyerlimiz Nəcəfqulu Rəfiyevin əziz xatirəsini nümayəndə heyətinin üzvləri, məktəbin rəhbərliyi və şağırdləri yad ediblər.
Tədbirin bədii hissəsi məktəbdə davam etdirilib. Qonaqlar slavyan ənənəsinə uyğun olaraq qonaqpərvərliyin rəmzi olan düz-çörəklə qarşılanıblar. Belarus məktəblilərinin ifasında xalq və əsgər mahnılarından ibarət rəngarəng konsert proqramı böyük marağa səbəb olub. Tanınmış Azərbaycan şairi Səməd Vurğunun şerlərini və vaxtilə ümumittifaq məhşurluğu qazanmış “Cip, cip, cücələrim” adlı hamımızın sevdiyi Azərbaycan uşaq mahnısının şağırdlər tərəfindən gözəl ifası tamaşaçıların xüsusi rəğbəti ilə qarşılanıb.
Çıxışında Moskva azərbaycanlılarının lideri Bəxtiyar Həsənov qonaqpərvərliyə görə Belarus tərəfinə nümayəndə heyəti adından minnətdarlığını bildirib. Qeyd edib ki, Döyüş Şöhrəti Muzeyinə ekskursiya, Qəhrəman Rəfiyevə həsr olunmuş qüşəsinin ziyarəti və Böyük Vətən müharibəsi qəhrəmanlarının milli mənsubiyyətindən asılı olmayaraq hər birinin xatirəsinin belə əziz şəkildə yad edilməsi xüsusi təşəkkürə layiqdir. Bəxtiyar Həsənov həmçinin onu bildirib ki, biz, azərbaycanlılar, Böyük Vətən müharibəsi qəhrəmanları, o cümlədən də soydaşlarımızla, onların bizə bəxş etdiyi Böyük Qələbə varisləri olduğumuzla fəxr edirik. Onun sözlərinə görə, Belarusun azad olunmasında azərbaycanlıların rolu danılmazdır və həmin illərin məşəqqətini unutmamaq, şanlı Qələbənin ruhunu ürəklərimizdə yaşadıb nəsildən nəsilə ötürmək hər birimizin vətəndaşlıq borcudur.
Çıxışının sonunda Bəxtiyar Həsənov məktəbin direktoru Yelena Ryabovaya təşəkkürnümə təqdim edib və xalqlar arasında dostluğun rəmzi olan suvenir hədiyyə edib, onun peşəkar komandasına isə yüksək səviyyədə təşkil olunmuş tədbir üçün dərin minnətdarlığını ifadə edib.
Qəhrəmanın qardaşı oğlu Azər Rəfiyevin əmisi, eləcə də müharibə iştirakçısı olmuş və hərbi həkim kimi çalışmış atası haqqında hekayələrini məktəblilər və tədbirin qonaqları xüsusi diqqət və maraqla dinləyiblər. Professor Həşim Əliyev isə öz çıxışında qeyd edib ki, Böyük Qələbənin əldə edilməsi üçün verilən olduqca böyük itkilər və qəhrəmanlıq nümunələri övlad və nəvələrimiz tərəfindən unudulmamalır, çünki məhz xalqlarımız arasında möhkəm dostluq telləri faşizm üzərində parlaq zəfərimizi təmin edən ən önəmli amillərdən biridir. Professor Flora Nəciyeva müharibə qəhrəmanlarının xatirəsinə belə qayğıkeş münasibətə görə təşəkkür edərək tədbirdə öz şerlərini oxuyub.
Tədbirdə həmçinin məktəbə Qəhrəman Nəcəfqulu Rəfiyevin adının verilməsinə, eləcə də Azərbaycanın Ordubad və Belarusun Baranoviçi şəhərləri arasında qardaşlıq müqaviləsinin yaxın gələcəkdə imzalanmasına dair müştərək irəli sürülən təşəbbüslər dəstəklənib və gerçəklənməsi razılaşdırılıb.
Dostluq şəraitində ünsiyyət, tanışlıq və planlaşdırılan layihələr ətrafında canlı müzakirələr məktəb müəllimlərinin və valideynlərin hazırladığı Belarus milli mətbəxinin ləziz inciləri ilə bəzədilmiş çay süfrəsi ətrafında davam etdirilib.

Опубликовано:

 

6 дек 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 12   
@sritijha24
@sritijha24 5 месяцев назад
Möhtəşəm! Qəhrəmanlarımızla fəxr edirik.
@dinarasadiqova5578
@dinarasadiqova5578 5 месяцев назад
Qəhrəmanlarımızla fəxr edirik! Yaşasın xalqlar dostluğu, yaşasın Azərbaycan!
@tanuji6814
@tanuji6814 5 месяцев назад
Çox gözəl! Qəhrəmanlarımızın adlarının hər yerdə uca tutulması qürurvericidir. Onlar bizim baş ucalığımızdır!
@user-vf8yo7nt3m
@user-vf8yo7nt3m 5 месяцев назад
Qehremanlarimizla fexr edirik!!! Yashasin Vetenimiz Azerbaycan!!!🇦🇿
@nigarelekberova408
@nigarelekberova408 5 месяцев назад
Çox gözel😊
@user-ez2ui7ui3u
@user-ez2ui7ui3u 5 месяцев назад
Вар оласыз Бахтияр муаллим сизинла фахр едирик
@fuadqedimov1999
@fuadqedimov1999 3 месяца назад
Biz Azərbaycanlı olmagımzla fəxir edirik və vətənimizin qeyrətli oğlularıyla fəxr edirik Bəxtiyar müəllimə təşəkürümü bildirirəm bir Azərbaycanlı olaraq ALLAH sizi qorusun Bextiyar müəllim
@tanuji6814
@tanuji6814 5 месяцев назад
Böyük nüfuz sahibi Bəxtiyar Həsənova və onun komandasına uğurlar.Gördüyünüz işlər həmişə, xüsusi ilə hal-hazırda çox vacibdir.İndiki nəsil bizim hər bir dövrün qəhrəmanlarını tanımalıdır.Gördüyünüz işlər uğurlu və davamlı olsun.
@okssid
@okssid 5 месяцев назад
Çox gözəl, çox sağolun belə faydalı video üçün. Gənclərimiz qəhrəmanlarımızı tanıyır.
@moostmpns4772
@moostmpns4772 5 месяцев назад
Добрый день! С кем можно обсудить проблему с установкой памятника Гусейн Хану Нахичеванскому?
@user-xw2bh8jo8e
@user-xw2bh8jo8e 5 месяцев назад
Qehremanlarimizla fexr edirik!!! Yashasin Vetenimiz Azerbaycanimiz!!!🇦🇿
Далее
Het regent poep en afval in Zuid Korea
2:42
Просмотров 27 тыс.
Scholen in Zuid-Duitsland dicht door noodweer
2:06
Просмотров 36 тыс.
Филимонова Милана Мой БОЙ ❤️
00:16
Waarom zijn er Europese Verkiezingen?
2:50
Просмотров 9 тыс.
Новости / 03.06.2024 / 20:00
31:08
Просмотров 110
Mərhum prezident Heydər Əliyev media önündə
7:42
Филимонова Милана Мой БОЙ ❤️
00:16