qarabağ fk/ yeni trasferler
Ölkəmizi uefa çempionlar liqasında təmsil edəcək Qarabağda, mövsüm bitər bitməz transfer xəbərləri yayılmağa başlamışdır demək olar ki hər gün gah xarici mediada gah da yerli mediada Qarabağ haqqında transfer xəbərləri yayılmaqdadır. Maraqlıdır ki yayılan xəbərlər daha çox komandadan ayrılacaq futbolçular haqqındadır Bu videoda həm qarabağdan getmə ehtimalı olan futbolçular həm də qarabağla adı hallanan futbolçular haqqında bəhs edəcəyik. Videoya başlamadan öncə hər brinizdən kanala abunə olub bizə dəstək olmağınızı xahiş edirk.
Ilk öncə qarabağı tərk etmə ehtimalı olan futbolçulardan başlayaq.
Başlayaq qapıçı mövqeyindən qarabağ deyəsən bu mövsüm hər üç qapıçısını itirəcək. əsas qapıçı Andrey Lunyovla müqavilənin yenilənməsini gözləsək də yayılan xəbərlər bunun əksini gösdərir. Son həftələrə qədər əlcək sahibiylə danışıqlar getsə də deyəsən bu danışıqlar müsbət nəticə verməyib. Buna səbəb kimi rusiyalı qapıçının yüksək məvacib tələb etməsidir. Həmçinin də son dövürlər Andreylə keçmiş agenti arasında baş verən qalmaqal da müqavilənin yenilənməməsində səbəb kimi göstərilir. Digər səbəb kimi isə qapıçının qışdan sonra qeyri stabil çıxışıdır. Luka Quqeşaşvili və Amin Ramazanovun da klubu tərk etməsi gözlənilir. Hər iki qapıçı daha çox oynayacağı kluba keçmək istədiyindən, komandayla yollarını ayırmaq istəməsi yayılan xəbərlərdə öz əksini tapıb. Lukanın klubu avro 2024-dən sonra birdəfəlik tərk etməsi gözlənilirsə digər qapıçı Amin Ramazanovun icarə əsasında premyer liqaya yeni qayıdan Şamaxıya keçməsi ehtimal olunur. Hər üç qapıçısının itirilmə ehtimalı olan Qarabağ FK dərhal qapıçı axtarışına başladığı da yayılan xəbərlər arasındadı. Yeni qapıçının kimliyi haqqında ilk məlumatı isə Serbiya mətbuatı yazıb. Söhbət serbiyalı qapıçı Aleksandr Yovanoviçdən gedir. Müqaviləylə Partizana məxsus qapıçının Qarabağın maraq dairəsində olduğunu bu ölkənin mətbuatı yazıb. Məlumtda Qarabağın bu qapıçıyla hələ ötən ilin yayında Kipir Apallonunda çıxış edərkən transfer etmək isdədiyi lakin həmin vaxt qapıçının bu keçidə müsbət yanaşmamsı iddia olunub. Bu il yenidən Qarabağın bu futbolçuyla maraqlandığı xəbərdə öz əksini tapıb. 31 yaşlı əlcək sahibinə Fransa liqa 1-dən də təkliflərin olduğu söylənənlər arasındadı. Yovanoviç karyerası ərzində bir dəfə Serbiya millisində çıxış edib. Klub karyerası ərzində isə“Rad”, “Donji Srem”, “Radniçki”, “Orhus”, “Hueska”, “Deportivo”nun da qapısını qoruyub.
28 сен 2024