Тёмный

Qaraqan və Nazryn - Səhraların Ulduzu 

QARAQAN
Подписаться 115 тыс.
Просмотров 136 тыс.
50% 1

Birinci Dərəcəyə Qoşul - İntibah səndən başlayır!
qaraqan.org/bi...
Nazryn
RU-vid: ‪@NazrynMusic‬
Instagram: / nazrynmusic
Facebook: / nazrynmusic
Instagram
/ qaraqanmusic
Spotify
open.spotify.c...
X
/ qvrvqvn
İş birliyi və layihələrlə bağlı təkliflərinizi buraya göndərin
qaraqan.org/elaqe
Rəsmi saytımız:
qaraqan.org
***
Sənə xidmət eləməyə gəldim
Amma içindəki şeytana yox, insana
Tutan ipucularından açar sözlərin uçacaq asimana
Əlbət, məndə açması - niyə gölün adı Xəzər, dağın adı Tərtər
Amma gözlərində zümrüdü “Sonalar” baleti, otuzüç ipək pərdə
Qarşında diz çökməyə gəldim
Yapışıb ayaqlarından
Tullayım səmaya səni
İstərəm ucala göylərə səsin
Səni ucaltmağa gəldim
İçindəki uşağı oyatmağa gəldim
Bilirəm işin, gücün, dərdin
Amma içini yeyənləri parçalayıb atmağa gəldim
Görəcən nədir saxta, nədir düz, nədir atəş, nədir buz
Görəcən kimlər gizlədir, ağbirçəklərində buynuz
Səni öpməyə gəldim, gözlərindən ki, ola aydın
Yalan bağlamış yaralar laxta bitəcək acın, ağrın
Gətirdiyim bir ümman kasanın ölçüsü qədər alacaqsan
Ya sən, sən olacaqsan, ya da bir ömür sərsəm qalacaqsan
Sənin ayaqlarını yumağa gəldim
Bir yerdə girəcəyik məbədə
Hansı? Əlbət, bir gün açılar sandıq, tökülər pambıq
Görünər cənnət
Səhraların ulduzu
Kirpiklərin yuxusu
Karvan ola uzana
Çoban sayır quzusun
Vadilərin quyusu durulsun
Fəryadım səmalara duyulsun
Ayinlərim vəsfi-xuda
Oxur adın hər gül-budaq
Gördüm onun əksin suda
Mən səhraların ulduzu, səhralaşan ürəklərin səsi
Qoy başını çiynimə, baxaq ulduzlara, axı deyilik özgəsi
Gör necə dəyişir gürzə dərisin, elə bil tikir əynini dərzi
Həzin əsər külək, qumsallar bizə söylər əsər ürək dolusu
Fitrəm iki balıq, beş çörək, nə fərqi nə görsən
Xallar necə çiynimdəki bənzər dolça bürcünə
Ötər bitər səhra örtər hər kəsi sümüklərini tüpürər
Geriyə səndən məndən qalacaq bir ovuc kül
Saçlara dən, göz yaşı qəm bir neçə il
Qırx ilə dörd şəbi-cümə, halva-şəkər, abu-çiçək
Bir gün əkən bizi biçər
Səni görməyə gəldim, sənini bulmağa gəldim
Kəndirin olmağa gəldim, heyvanxanadan qaçan aslan
Üç gecə yollarda nəfəsi təngi, çatdı ormana ərdi
Sənin gözlərindəki əksim
Göz bəbəklərindəki kainatlar
Partlar bir gün, güllərin açar bir gün
Ollam qəlbinə açar bir gün
Bəlkə də bənövşələrini dərdim
Səhraların ulduzu
Kirpiklərin yuxusu
Karvan ola uzana
Çoban sayır quzusun
Vadilərin quyusu durulsun
Fəryadım səmalara duyulsun
Ayinlərim vəsfi-xuda
Oxur adın hər gül-budaq
Gördüm onun əksin suda

Опубликовано:

 

27 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1,1 тыс.   
@IQBILIK-Riyaziyyat
@IQBILIK-Riyaziyyat 4 месяца назад
Çoxunun rəyini bəyənirəm,bəyənin bütün rəyləri,aktivlik düşməsin. Biz də belə dəstək olaq. Əlimdən bu gəlir,təəssüf ki...
@gurbanabbasov
@gurbanabbasov 4 месяца назад
28 May 1918! ❤️🇦🇿 O Aydınlar bizə miras bir Dövlət qoydu. Dövlətsizlərdən heçvaxt olmamaq istəyi ilə!
@7eykemiya
@7eykemiya 4 месяца назад
Qaraqan’ı dinləyəndə sadəcə illərin keçdiyini, amma bizim hələ də, eyni hisslərlə yaşlandığımızı fərqində oldum.
@QdmFfa
@QdmFfa 4 месяца назад
🫠 elədi..
@Oldkronos
@Oldkronos 4 месяца назад
Eynən
@ayshanbakhshiyeva
@ayshanbakhshiyeva 4 месяца назад
Bəli..
@sahriyaralizade9407
@sahriyaralizade9407 4 месяца назад
Düz
@Qanadsizseytan
@Qanadsizseytan 4 месяца назад
Qaraqan'ın adından az hype yığda her postda her yerde varsan)
@Cavabdeh
@Cavabdeh 4 месяца назад
*Ayinlərim vəsfi-xuda Oxur adın hər gül-budaq Gördüm onun əksin suda*
@sahileeliyeva1326
@sahileeliyeva1326 4 месяца назад
Qaraqan və Nazryn bu ikilinin yarada biləcəyi çox gözəl əsərlər var... "Səhraların ulduzu" Qütb ulduzudu və bu ulduz qaranlığda karvanlara doğru yolu göstərir necə ki, bizlərin aydınlanmağı üçün yaradılan belə əsərlər...
@suqraaa9034
@suqraaa9034 4 месяца назад
Qatılıram
@the_poems_
@the_poems_ 4 месяца назад
Eynən, çox gözəl vurğuladınız...👏🏻👏🏻
@elvinzeynalov3936
@elvinzeynalov3936 4 месяца назад
Qaraqan fəlsəfəsi deyilən bir mövhum var. Amma ,, Sevilsin isteyirdik sözümüz amma sevildi səsimiz,, deməklə düz dedi.
@anarmisirxanoff
@anarmisirxanoff 4 месяца назад
Tutan ipuclarından açar sözlerin uçacaq asimana🤌🤌🤌🤌🤌👍
@ayselmammadova1221
@ayselmammadova1221 4 месяца назад
Nazryn' nın olması iki planetin birləşməsi kimi hiss etdirdi.
@elgizhesenli4743
@elgizhesenli4743 4 месяца назад
Nazrnlə qaraqan nəvaxtsa oxuyacagi hec aglima gəlməzdi.. Əla alinib..
@ravilcobanzad5852
@ravilcobanzad5852 4 месяца назад
Dedin xalqa "birləşək", dedilər "sən Nəsimi ol!"
@aidanan7_
@aidanan7_ 4 месяца назад
Qaraqan özünəməxsus mahnıları ilə qəlblərimizi fəth edir.Kaş daha öncədən tanısaydım dediklərimdən biri..Gənclərin həyatında, öz yollarını tapmasında rol oynayırsan,dan ulduzumuz💜💫
@em6663
@em6663 4 месяца назад
"Mən səhraların ulduzu, səhralaşan ürəklərin səsi Qoy başını çiynimə, baxaq ulduzlara, axı deyilik özgəsi..."
@QdmFfa
@QdmFfa 4 месяца назад
*Digərlərini olduğu kimi bunuda təkrar-təkrar dinləyəcəm🤍*
@merays1115
@merays1115 4 месяца назад
Bu iller erzinde bir birini itirenler, ayrılanlar bir ortaq nöqtede- Qaraqanda görüşürük, düşünün😢bir birimizden xebersiz❤
@cefferov_05
@cefferov_05 4 месяца назад
Nazryn ayrı bir dünya Qaraqan ayri bir dünya hər ikiside musiqilərinde başqa bir alem var ,səsləri insani sanki başqa bir aləmə aparır 🫠🫠 ikisini bir arada görmək çok gözəl oldu
@Aydin_Gurbanli_
@Aydin_Gurbanli_ 4 месяца назад
Bu ikilidən gözlənti yüksəkdi
@jasmin5461
@jasmin5461 3 месяца назад
Qaraqan bir markadir heyf olur Azerbaycanda
@ShamkhalBaghishov
@ShamkhalBaghishov 3 месяца назад
10 ildir Amerikadadi 😅
@QdmFfa
@QdmFfa 3 месяца назад
*Ya sən,Sən olacaqsan, ya da bir ömür sərsəm qalacaqsan!*
@themostridiculousvideos
@themostridiculousvideos 4 месяца назад
1 aylıq fasilədən sonra qəlbləri oxşayan musiqi❤
@sahilnizamzade5355
@sahilnizamzade5355 3 месяца назад
Bəlkə də tək səsdir məni aparır keçmişə uşaqlığıma ən xoş atam yanımda olan xatirələrimə.🚬
@My_art_is_my_life
@My_art_is_my_life 4 месяца назад
Görəcən kimlər gizlədir, ağ birçəklərində buynuz...
@ysfzdaa
@ysfzdaa 4 месяца назад
İçindəki Uşağı oyatmağa gəldim 🌷 #intibah #birincidərəcə #qaraqan #səhrəlarınulduzu
@saidrahimli
@saidrahimli 3 месяца назад
Bu ölkənin ən dərin yazıb oxuyan iki sənətkarı bir arada...
@Saidaalisova
@Saidaalisova 4 месяца назад
Dinləyə-dinləyə baxış sayının artması çox gözəl hiss verir
@xxxxx____
@xxxxx____ 4 месяца назад
🫠
@tamirlanzeynalov3040
@tamirlanzeynalov3040 4 месяца назад
Zaman bizi qocalda bilmir. Hər zaman eyni həyacanla gözləyirik. 15 il əvvəl olduğu kimi
@Abdulyv
@Abdulyv 4 месяца назад
İnsan tək qalanda ən yaxın dostunu tapır. Yəni, özünü...
@the.alixan
@the.alixan 4 месяца назад
"Çoban sayır quzusun..." Çox dərindir
@Anyonefrom99999
@Anyonefrom99999 3 месяца назад
Xristianlıqda qoyun cənnətə gedənləri işarə edirdi.İsa peyğəmbər də özünü çobana bənzədərək qoyunları və keçiləri ayırar kimi cənnətlə cəhənnəmi ayırmağı işarə edirdi
@gagokhuliyef
@gagokhuliyef 4 месяца назад
Izlenme nie bele azdi axi artig 100000 olsun
@gunelcabbarova2001
@gunelcabbarova2001 4 месяца назад
bu necə möhtəşəm bir əsərdir.. ən sevdiyim iki səs🖤
@sevincebilova4264
@sevincebilova4264 3 месяца назад
Bu yeni yorumum olsun, deyəsən hər dinləyəndə başqa hislərlə dinləyib, ürəyimi boşaltmaq istəyəcəm bu trackdə) bu dəfə keçmişdəki HO.S.T.cularımızla yaz ayında olan görüşlərimiz yadıma düşdü yaz aylarında...🖤
@lale-0409
@lale-0409 4 месяца назад
1:01 İçindəki uşağı oyatmağa gəldim🎶🌝
@Lobritytb
@Lobritytb 4 месяца назад
Köhnə HOSTCULARDAN kimler var sayımızı bilek
@RextonMusic
@RextonMusic 4 месяца назад
bro yaşın max 14dü e nə hostu aq
@ruslanmemmedov570
@ruslanmemmedov570 4 месяца назад
Burdayıq...
@buraharadi0
@buraharadi0 4 месяца назад
👋
@hedef1940
@hedef1940 4 месяца назад
@@ruslanmemmedov570 mesaj aldinmi gmailden?
@madpoetmusic
@madpoetmusic 4 месяца назад
- burdayıq
@newaccount5998
@newaccount5998 3 месяца назад
Oxur Adın hər gül budaq çiçək ot...... ✨️
@IQBILIK-Riyaziyyat
@IQBILIK-Riyaziyyat 4 месяца назад
*MÖHTƏŞƏM*
@blackberry_185
@blackberry_185 4 месяца назад
Qaraqan anlayana bir kitabdır ən qiymətli olanından❤
@habilismayilov838
@habilismayilov838 4 месяца назад
ölməyib sadəcə uzaqda olanlar idik halbuki... möhtəşəm!!
@cavid5051
@cavid5051 4 месяца назад
Artıq Qaraqanı dinləyəndə başqa bir insanda yadıma düşür heyif ki alınmadı kitabları musiqiləri fikirləri barədə uzun sohbətlər edə bilərdik N..... 214
@nietzschegibi1
@nietzschegibi1 4 месяца назад
Qaraqan , Qaraqan ,Qaraqan yenə Qaraqan 🖤
@Host_13
@Host_13 4 месяца назад
Gənclərin ulduzu..
@OwlBook-Nicat
@OwlBook-Nicat 4 месяца назад
İçimdəki uşağı oyatmağa gəldim. Hər vaxtınız xeyir 🤍
@blackblood1999
@blackblood1999 4 месяца назад
2007 dən bu günə qədər, hər track’də, hər misrada, hər kitabında, hər sətrində bizlərə yeni baxış bucağı gətirməyin, yeni nəsli formalaşdırmağın hər birimizdə bugün öz əksini tapır. Yaxşı ki varsan üstad, çox gözəl track idi, çox gözəl sözlər idi, yeni track’ləri səbrsizliklə gözləyirik.
@ruslanzeynall7662
@ruslanzeynall7662 4 месяца назад
Qoy başını çiynimə, baxaq ulduzlara, axı deyilik özgəsi
@Faketrap1
@Faketrap1 3 месяца назад
Elxan bəy, bunu oxuyursuzsa bilin ki yaxşıki varsız. Azərbaycanın sizə ehtiyacı var !
@murad92memmedli10
@murad92memmedli10 4 месяца назад
uzun məsafədən sora yenə bildiriş gəldi gözümüz yollardaydı mahnıyada söz yox çox möhtəşəm 👏👏
@Ayselsoul
@Ayselsoul 4 месяца назад
Nəzrini diqqətdən kənar qoymadığınız üçün çox sevindim
@sevgiiii.
@sevgiiii. 4 месяца назад
Qoy başını baxaq ulduzlara axı deyilik özgesi❤
@zulyasareyu3009
@zulyasareyu3009 4 месяца назад
Yeniden 17-18 yaşinda hiss etdirdiyin təşəkkür, ustad
@Vuqhar222
@Vuqhar222 4 месяца назад
Azğınlaşmış Cəmiyyətə Host şilləsi❤
@sonawkabagrova7444
@sonawkabagrova7444 4 месяца назад
Ruhum sakitləşir ❤
@Jajsshhyy
@Jajsshhyy Месяц назад
Hakkivi halal ele ata,bilmirdim qayiddiqivi Bir anda xoş bext oldum,Sebnemlerin,Valiklerin,Uzdeniraqlarin elinnen al Bu milleti ata,var ol❤
@metamorphic-13
@metamorphic-13 4 месяца назад
Superdii ee.🫠 Səhərdən dəfələrlə dinləmişəm, doymuram dinləməkdən...🫀
@ismayilss
@ismayilss 4 месяца назад
Geriyə səndən məndən qalacaq bir ovuc kül…
@nami_k2750
@nami_k2750 4 месяца назад
Hörmətlər Qaraqan...❤
@OrkhanAsgerov-jd4te
@OrkhanAsgerov-jd4te 3 месяца назад
Tək sözlə mükəmməldi🔥🔥🔥
@JustAlmila
@JustAlmila 4 месяца назад
Gözümüzün kökü saraldı,Ustad!Bir daha xoş gəldin
@MohnetYusifov
@MohnetYusifov 4 месяца назад
Musiqinin həzzi, sözlərin ahəngi ilə birlikdə həzin nəğmə və ən saf duyğuların rəqsi...🤍
@ayxanbeydiyev5194
@ayxanbeydiyev5194 3 месяца назад
Qaraqan necə edirsən axı bunu Mahnı çox qəribədiye hər yönlə əlaqəlidi sevgi də var içərisində, fəlsəfə də, intibah da dinlədikcə hər dəfə yeni nəsə anlayır adam 🤯
@yunis.isgenderli
@yunis.isgenderli 4 месяца назад
Dərzidən sonra ikinci ən yaxşı trekindi bəlkə də ustad. Səsinə qüvvət.
@zeynalkhalilov6774
@zeynalkhalilov6774 4 месяца назад
Çox qəşəngdi həqiqətən, çox içdəndir, çox toxunandır.🖤
@CayrudFkLerik
@CayrudFkLerik 4 месяца назад
Bayaqdan bildiriş gözləyirəm,axırki Qaraqan
@ramoaga2677
@ramoaga2677 4 месяца назад
Həm musiqi ifası ,həm sözlər çox möhtəşəm 🚬
@universemapper4556
@universemapper4556 4 месяца назад
Sözlər elə dərin, gözəl və zərifdir ki..
@fnagiyev
@fnagiyev 4 месяца назад
Bir Bakı konsertində bir araya gəlmək diləyi ilə🖤
@ezizmemmedoVaqif
@ezizmemmedoVaqif 4 месяца назад
Açılar sandıq, tökülər pambıq, Görünər cənnət..🦉
@lale1351
@lale1351 4 месяца назад
Bu adamı həqiqətən sevirəm
@ibrahimnamazov1967
@ibrahimnamazov1967 4 месяца назад
Yenə dinləmək istəyirəm
@pegasusazerbaijan
@pegasusazerbaijan 4 месяца назад
Bu qədər dərd,problemin içində nə gözəlsən sən 🙂
@_ezgi7
@_ezgi7 3 месяца назад
Dolca burcu dediyi üçün bir ayri sevdim)
@ayxanbeydiyev5194
@ayxanbeydiyev5194 4 месяца назад
Nəzrin xanımla daha çox ruhumuzu oxşayacaq mahnılar gözləyirikk🫠
@Y_T_Huseynzade
@Y_T_Huseynzade 4 месяца назад
Böyüdük.. Sizin treklərlə,yaralarımızı sararaq böyüdük.
@lphgh
@lphgh 4 месяца назад
Hooop burdayıq...
@imblck
@imblck 4 месяца назад
İçimdəki şeytan mı? insan mı? Yeyib-çoxalan, ölüb gedən digər canlılardan heç bir fərqimiz yoxdur. Niyə gəlmişik biz bu dünyaya? Axı məğzi nədir bu qədər böyük yaradılışın və gedişatın səbəbi və sonu? Cənnət və cəhənnəm nağılını danışacaqsansa qarnım toxdur ona. Çünki 3-4 kitabda yazılan şey bu yaradılışın qarşısında səhrada qum zərrəsi belə olmur. Və sadəcə yaxşını-pisdən ayırmaq üçün bu boyda səltənət yaratmaq heç anlamlı gəlmir mənə. Əylənmək üçün gəlməmişik buna əminəm. Ama bəs niyə gəlmişik? İnsanlıq çox böyük bir şeyi bu günə kimi gözdən qaçırıb hiss edirəm, bu gün belə qaçırmağa davam edir. Ama nədir bu gözdən qaçırılan? nədir bu məna? anlamış deyiləm
@nergizgiyayi
@nergizgiyayi 3 месяца назад
Sen varsan çünki Varolan terefinden yaradilmisan.. Niye? Cünki Öz Mehebbetini seninle paylashmaq isteyirdi.. Mehebbet bollugundan yaranmisan. Allah səni çox sevir. Cavab Onun məhəbbətindədir
@adilmamedov01
@adilmamedov01 3 месяца назад
Bu gözdən qaçan böyük bir şey insanın özüdür. İnsan elə unutqan varlıqdır ki, çox vaxt bütün ömrü boyu özünü xatırlaya bilmir və beləcə də dünyadan köçür. Bu faciədir, insanın mənliyi insanın özünü xatırlamağına imkan vermir və insan özü ömrü boyu öz mənliyi ilə üz-üzə qalır. Bütün məsələ budur. Bu gizli mənanı anlayan insan öz mənliyini bir kənara qoyub özünü xatırlamaqla, öyrənməklə məşğul olur. Özünü öyrənmiş insan isə öz "mənini" unudur, əvəzində isə məna aləmini, yəni özünü xatırlayır🙂
@nicatmammadli7532
@nicatmammadli7532 3 месяца назад
Yashadigimiz shey sadece Tanrinin oz yaratdigi oyunda hem oyunchu,hem de ssenari muellifi olmagidir,yeni her shey sadece eksperimentdi.Hech bir sheyin menasi yoxdur,eyni zamanda her sheyin menasi var
@rahidmemmedzade9747
@rahidmemmedzade9747 5 дней назад
​@@nergizgiyayi Bəs bizi özünə qarşı məhəbbət olsun deyə yaradıbsa Hardadı qarşılıqsız sevgi axı etik baxımdan o qüsursuz olmalə idi
@vusalmahmudov2777
@vusalmahmudov2777 4 месяца назад
Bu mahnıya qulağ asmırsansa çox şey itirmisən. Qulağ asırsansa hərşey )
@burcler2025
@burcler2025 4 месяца назад
Məsələn nə itirmisən?
@_ezgi7
@_ezgi7 3 месяца назад
Men deyesen qelbimi itirmiwem:)
@muradkerimli9576
@muradkerimli9576 4 месяца назад
2000 lər, 2000 lərdəki syujetlər, köhnə qulaqcıqlar, qaraqan.
@ilqarbeydullayev
@ilqarbeydullayev 4 месяца назад
qoy başını çiynimə baxaq ulduzlara , axı deyilik özgəsi ...
@ibramusic
@ibramusic 3 месяца назад
Nazryn supersən! Uğurlarının bol olması diləyi ilə. 🚀
@rewadrewad45
@rewadrewad45 4 месяца назад
hələki iplər mohkəmdi..
@BlackFa1con
@BlackFa1con 4 месяца назад
Möhtəşəm əsər yaratmış ustad yenə 🤌
@RahilNsirli
@RahilNsirli 4 месяца назад
17 il və hələ neçə 17 illər seviləcək tək sənətçi 👑
@juneydhasanli3097
@juneydhasanli3097 4 месяца назад
möhtəşəmdir, ustad!
@ilaheniftalyeva
@ilaheniftalyeva 4 месяца назад
Fərqli musiqilər, eyni hisslər...🖤
@N.e.z.r.i.n_06
@N.e.z.r.i.n_06 3 месяца назад
Qaraqanın köhnə fanatlarından deyiləm, son zamanlarda diqqət etməyə başlamışam.Reperdir,amma qələmi şair qələmi kimidir.Onun track'lərini çoxumuz adətən zövq üçün yox,yeni bir şeylər öyrənmək,yeni hisslər yaşamaq üçün dinləyirik.Belə möhtəşəm əsərlər yaratdığı üçün nə qədər təşəkkür etsək azdır,Nəzrinsə son zamanların ən yaxşılarındandır, fikirlərini, tərzini çox sevirəm.
@alshanabdullayev
@alshanabdullayev 3 месяца назад
Kitablarını da oxumağı tövsiyə edirəm.
@nigaribrahimova9062
@nigaribrahimova9062 3 месяца назад
🩷 her icimdeki susqunlugum icime atdigim butun ic sesim bu sesde bu musigilerde ♾️
@W1se5
@W1se5 4 месяца назад
Qaraqan hər zaman olduğu kimi fərqini göstərir . Bənzərsiz və özünə məxsus . Geri döndüyü zamanda birinci dərəcə və mahnıları ilə artıq insanlara həqiqətən işıq olmağa gəlib
@babaabdullazade5650
@babaabdullazade5650 4 месяца назад
Nə möhtəşəmlikdir bu.Çox fərqli...Ən fərqli...
@zeyral
@zeyral 4 месяца назад
Mənə elə gəlirki sırf bu üç mahnını(Bənövşə, Mərcan ağacı, Səhraların ulduzu) sevmək üçün sözləri anlamağa belə gərək yoxdur. Mənasını anlamadan bir başa təsir göstərir insanın ruhuna. Qaraqanla Nazrynin səsini birlikdə o qədər bəyəndimki. Mənim üçün əsas önəmli olan sözlər olmuş olsa belə bu səslər həmçinin laylay kimi gəldi ruhumu didib məni narahat edən düşüncələrimə.
@revanepashayeva6768
@revanepashayeva6768 4 месяца назад
Nəzrin bizim sahib olduğumuz nadir incilərdəndi
@deyanetislamov2949
@deyanetislamov2949 4 месяца назад
Möhtəşəmdir, davamı gəlsin.
@aidanan7_
@aidanan7_ 4 месяца назад
Mahnının sözlərindəki dərin məna,səsləri insanın ruhunu oxşayır.Yayınlanma tarixi və səkkizguşəli ulduz isə mükəmməl düşünülüb.Mötəşəmsiniz❤
@aidanan7_
@aidanan7_ 4 месяца назад
"Sənin gözlərindəki əksim Göz bəbəklərindəki kainatlar Partlar bir gün güllərin açar Bir gün ollam qəlbinə açar Bir gün , bəlkə də ,bənövşələrini dərdim".
@Uraqan.A
@Uraqan.A 4 месяца назад
Gözəl
@blackberry_185
@blackberry_185 4 месяца назад
Ustad, qəlbimə toxunan yeganə insansan,ümmansan❤ Çünki səndən vəfalısını görmədim..
@Uraqan.A
@Uraqan.A 4 месяца назад
Nə xoş təsadüf :)
@blackberry_185
@blackberry_185 4 месяца назад
@@Uraqan.A Mənə də xoş oldu.
@valoyara
@valoyara 4 месяца назад
Əffsaanəəə💥
@hezinmusiqiilaska7228
@hezinmusiqiilaska7228 3 месяца назад
Möhtəşəm duet....Hər misrada dərin məna....musiqisə saf su kimi....MaşaALLAH olsun Sizlərə❤
@royasettarova7687
@royasettarova7687 4 месяца назад
Ya sən, sən olacaqsan.. Bizi biz olmaqdan uzaqlaşdıran bu səhrada bizi biz olmağa çağıran Qaraqan,sənlə səhralarda yamyaşıl meşələrə çevriləcək gəncliyimiz.
@AynurAlekberov
@AynurAlekberov 4 месяца назад
Həmişəki kimi əla❤
@suleymanaliyev2588
@suleymanaliyev2588 4 месяца назад
"Hər kəsin bir hekayəsi var.Başlarına gələn hadisələr üzündən dəyişirlər. Ona görə də kimsəyi tanıdığın zamanki halına görə yarqılama." 🌒
@universemapper4556
@universemapper4556 4 месяца назад
Sadə bir insan ruhunun nə qədər şanslı ola bildiyini hiss etdirir
@Fatimasi006
@Fatimasi006 4 месяца назад
Qaraqan və Nazryn-in birləşməsi... Möhtəşəm 😍
@TofiqMamedov27
@TofiqMamedov27 3 месяца назад
Əla
@ayxanbeydiyev5194
@ayxanbeydiyev5194 4 месяца назад
Nazryn çox əladı burdada təşəkkürlər ikinizədə
Далее
Qaraqan - Mərcan Ağacı
4:58
Просмотров 163 тыс.
Əlfəcin - Qaraqan (Səhifə 3)
20:55
Просмотров 183 тыс.
Офицер, я всё объясню
01:00
Просмотров 3,2 млн
Qaraqan - Yetdimi
4:21
Просмотров 219 тыс.
Nazryn - Elyon (official audio)
3:29
Просмотров 1,1 млн
Qaraqan - Mənim Qaranlığım | Reverb Dream
4:46
Просмотров 41 тыс.
Qaraqan - Zəncirbəndi
5:25
Просмотров 175 тыс.
The Half - Hey, Beauty
3:40
Просмотров 2 млн
Nazryn - Simurq
3:28
Просмотров 47 тыс.
Qaraqan - Qızım
4:44
Просмотров 1,5 млн