Тёмный

Qarlı havada avtoşluq edənlər həbs olundular 

Qerbinfo TV
Подписаться 38 тыс.
Просмотров 62
50% 1

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları yollarda sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Akif Məmmədov və Fərəc Əmirov idarə etdikləri avtomobil ilə qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, təhlükəli manevrlərlə avtoxuliqanlıq edib, bunu videoya çəkərək sosial şəbəkələrdə paylaşıblar.
Onların barəsində DYPŞ əməkdaşları tərəfindən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə 15 sutkalıq inzibati qaydada həbs cəzası verib.
Bundan başqa, keçirilən monitorinqlər zamanı “Niva” avtomobilinin sürücüsünün qanunla qadağan edilmiş səs siqnalından istifadə etməsi müəyyən olunub. Sürücü barəsində tərtib olunan protokol və səs siqnalı müsadirə edilməsi üçün məhkəməyə göndərilib.

Опубликовано:

 

1 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1   
@ceyhunsuleymanov8772
@ceyhunsuleymanov8772 7 месяцев назад
Vse bununlada ölkənin problemi qurtardı,çox böyük iş görüblər
Далее
Xankəndidə - ERMƏNİ İLƏ QARŞILAŞDIM
36:57
Просмотров 245 тыс.
Qazax şəhəri
3:49
Просмотров 329