Тёмный
No video :(

Qax aqroparkina mediatur teshkil edilib... | Kanal S Xeber 

Kanal S
Подписаться 256 тыс.
Просмотров 987
50% 1

Abone OL: goo.gl/W99fFm
Copyright © Kanal S_official
Sayt: kanal-s.az
Facebook: goo.gl/XVhVzG
Media nümayəndələri aqroparkın fəaliyyəti ilə yaxından tanış olublar. Bildirilib ki, 2018-ci ilin oktyabrından fəaliyyətə başlayan Aqroparkın ümumi ərazisi 2044 hektar təşkil edir. Bunun da 795 hektarında müasir meyvə bağları salınıb. Eyni zamanda bu il aqroparkda 200 hektarda arpa, 850 hektarda buğda, 200 hektarda erkən qarğıdalı əkilib. Hazırda aqroparkda buğda biçini aparılır və hər hektardan 6,5 7 ton məhsul əldə edilir. 200 hektarlıq qarğıdalı sahəsinin hər hektarından isə 14-15 ton həcmində məhsul götürülməsi planlaşdırılır. Aqroparkda 112 nəfər daimi, 600 nəfərdən çox insan mövsümi işlə təmin edilib. Qeyd edək ki, Aqroparkların yaradılması kənd təsərrüfatı sahəsində elmi yanaşma və qabaqcıl texnologiyanın tətbiqi, məhsuldarlığın artırılması və maya dəyərinin aşağı salınması, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, idxaldan asılılıq səviyyəsinin azaldılması və ixrac potensialının artırılması ilə yanaşı, regionların tarazlı inkişafının və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə töhfə verməkdədir. Hazırda ölkənin 32 rayonu üzrə 239 312 hektar ərazidə ümumi layihə dəyəri 2,3 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir.
#KanalS #aqropark #Qax

Опубликовано:

 

4 июл 2022

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1   
@zaqa1tala754
@zaqa1tala754 2 года назад
Xeyirli bereketli olsun
Далее
Мелл хочешь сына от Дилары
00:50
Просмотров 212 тыс.
아이스크림으로 진짜 친구 구별하는법
00:17
Toyuq kababı
21:51
Просмотров 214 тыс.