Тёмный

Qida allergiyası olan uşaqlara Əlavə Qidalar necə verilməlidir? 

Dr. Günay Rəsulova
Подписаться 60 тыс.
Просмотров 9 тыс.
50% 1

Facebook: Gunay Resulova Pediatr
İnstaqram: dr.gunay.resulova
Tel: (+994) 70 673 83 81
Uşağınızda hansı növ allergiyanın (qida və ya hər hansı digər) olmasından asılı olmayaraq, yüksək allergik xüsusiyyətə malik olan bütün qidaların (balıq, kürü, yumurta, bal, göbələk, sitrus meyvələri, qoz, fındıq, çiyələk, kofe, kakao, şokolad) qəbuluna qadağa qoyulur.
Qida allergiyası olan uşaqlarda allergik reaksiyaya səbəb olan bütün qidalar onun rasionundan çıxarılmalıdır. Təəssüflər olsun ki, bir çox hallarda valideynlər bu və ya digər qidaya (süd, yumurta, bal və s.) qarşı uşaqlarında allergiya olduğunu bilsələr də, “xeyirli” qida hesab olunduğu üçün onları az miqdarda da olsa uşaqlarına verməyə davam edirlər. Burada qəti şəkildə qeyd etmək lazımdır ki, allergiya xəstəliyi uşaqda çox kiçik yaşlarından başlamışsa və bir neçə orqanı zədələmişsə, uşağa allergiyaya səbəb olan qidaları hətta ən az miqdarda belə vermək olmaz! Xəstəlik daha böyük yaşlarda və bir qayda olaraq, mədə-bağırsaq xəstəliklərindən sonra inkişaf etmiş olarsa, allergiyaya səbəb olan qidaların az miqdarda qəbulu uşağa zərər vurmaya bilər. Bu zaman yalnız həmin qidanın uşaqda allergiya törətdiyi “kritik” miqdarını bilmək tələb olunur. Məsələn, ana bilir ki, uşaq 1 portağal yeyərsə, heç nə baş verməyə bilər, 2 portağal yeyərsə, bu onda allergiyaya səbəb olur. Demək, bu halda valideynlər hər vasitə ilə uşağa 2-cini yeməyə imkan verməməlidirlər.
Allergik uşaqların qida rasionunda duz və şəkər həkim tərəfindən məsləhət olunan minimum həddə qədər məhdudlaşdırılmalıdır.
Son zamanlar əksər qida maddələrinə, onlara xoş dad və iy vermək üçün, həmçinin onların saxlanma müddətini artırmaq və s. məqsədlərlə bir sıra qida əlavələrindən istifadə edilir. Məhz bu qida əlavələri bir çox hallarda allergiya mexanizminin işə düşməsinə səbəb olur.
Allergiyası olan kiçik uşaqların pəhriz qidalandırılması üçün müasir qida sənayesi tərəfindən istehsal edilən uşaq konservləri daha uyğun gəlir. Bu məhsul uşaq qidası istehsalı üzrə tanınmış şırkət tərəfindən buraxıldığı halda onlara etibar etmək olar. Belə şirkətlər istifadə edilən xammalın ekoloji cəhətdən təmiz olmasına yüksək səviyyədə nəzarət edir, onların tərkibində sağlamlıq üçün zərərli hesab edilən konservantların və aromatlaşdırıcı maddələrin olmamasına zəmanət verir. Onların bütün məhsulları həmçinin, əlavə olaraq vitaminləşdirilmiş, minerallaşdırılmış və steril olur.

Опубликовано:

 

5 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 25   
@ЭльимрНамазов
@ЭльимрНамазов 3 года назад
Sizin mesletinize ehtiyacim var
@AzadeMemmedova-d8z
@AzadeMemmedova-d8z 6 месяцев назад
Gozel hekimimiz bayraminiz mubarek heyatda ne arzunuz varsa ona catasiz insallah menim nevemde pinimaniya olmusdu hekim dedi alergiyasi var 3 aydi saqalib ancaq helede ohu ohu edir 6 yasi var bilmirem ne verimki cekilsin usaqdan bizde ucqar kende yasayiriq elim cox yere catmir gozel qizim xsis edirem hacsn oxusaz cavab yazin
@ЭльимрНамазов
@ЭльимрНамазов 3 года назад
Salam
@ЭльимрНамазов
@ЭльимрНамазов 3 года назад
Doxdur eger yazdiqlarimi gorseniz munasibet saqliyaq Allah yolunda
@jaleferide5638
@jaleferide5638 2 года назад
Salam həkim narahat edirəm sizi həkim mənim oglum 1yaş 10 aylıqdır onu südə qarşir yüksək alergiyasi var gözü şişir qusur yəni ona tərkibində süd olan heç bir qidani verə bilmirəm hətda malocnu konfet şokolad belə verə bilmirəm uşaqi pis vəzyətə salır hərşeydən məhrum etmişəm mən nə etməliyəm? Xahiş edirəm cavablandirasiniz 🙏
@nicateliyev3691
@nicateliyev3691 Год назад
alergiyasi varsa niye şirniyyat verirsiz almalı bananli duyu edin bananli bilincik edin bulyomlu sup versin
@ЭльимрНамазов
@ЭльимрНамазов 3 года назад
Doxdur size bir sual vermek isdirem
@bakumerkez6666
@bakumerkez6666 Год назад
Menim usaqimda alegalidi ne vermek olar
@denizfeyziyeva4518
@denizfeyziyeva4518 Год назад
6 syliq uşaga başladigimiz hər bir qida allergiya verir uşaga nə yedirəcəyimizi bilmirik artiq.
@Mamedova-7of
@Mamedova-7of 6 месяцев назад
mende eleyem baci ne verirem uzu sepir bilmirem neyleyim siz bir cozum tapdin izmi
@denizfeyziyeva4518
@denizfeyziyeva4518 6 месяцев назад
@@Mamedova-7of can baci, yox. Gələn ay 2 yaşi bitəcək. Hələ də eyni vəziyyətdir.Qoruyuruq da, yenə də hər şeydən allergiya verir. Ömür boyu üz gözü qip - qirmizi, səpgili olur. Bizdə genetikdir, atasi da eynən elədi. İnşAllah sizdə ötüb keçər.
@Mamedova-7of
@Mamedova-7of 6 месяцев назад
allah özu kömey olsun canim mende birtek üzüdu baci ele bilki yanib o cür qizarti var ama havaya cixanda kecib gedir nisbeten evi isdi edebilmirem soyuq olur hemse unanki cox pus vezyeydem 🥺herde. cox bezirm cox aglayir usaq narahatdi hemese yenede sagolun allah sefa versin🙏
@denizfeyziyeva4518
@denizfeyziyeva4518 6 месяцев назад
@@Mamedova-7of aminn, sizə də. Yaxşi olar İnşAllah.
@Evde_oturaraq_pul_qazan_
@Evde_oturaraq_pul_qazan_ 5 месяцев назад
En yaxsisi analiz verin. Men bilmezdim usagim sutden alergiyasi olar. Hergun sut falan verirdim. Dekabrda hali pislesdi nefes alanda qarni obbanirdi sanki. Hekime apardim alergiyasi varmis. En ucuz yerde 90 azn analiz verdik 22 dene neye qarsi alergiyasi oldugu bilindi. Sut. Skalat. Qoz ve. S Sizede meslehetim indiden gedin yoxladinki sonra menim kimi gecikdirmeyin. Usaq pis hala dusur her ay nefes almagi eledi isdesez instama yazin videosunu atim
@HuseynNovruzov-jy5dp
@HuseynNovruzov-jy5dp 5 месяцев назад
Salam hekim menim oglum 4ayliq 5 gunlukdu uzunde alninda sepkiler var tikan kimi batir neyniye bilerem
@NehayetMurtuzayeva-bf2oj
@NehayetMurtuzayeva-bf2oj 5 месяцев назад
❤❤❤😂❤😂❤😂❤
@ЭльимрНамазов
@ЭльимрНамазов 3 года назад
Mene meslehet vererdiz
@seyidemustafayeva562
@seyidemustafayeva562 2 года назад
Salam doktor nevem bir yaş yarımdır burun tutulmaları olur xırda sepgileri olur tez tez bayıra cıxır sahe hekimine apardık alergiyası var dediler xaiş edirem bize meslehet verin uşaga hansı yemekleri verek nece müalice edek
@frizhmidova8330
@frizhmidova8330 10 месяцев назад
Çoxlu maye su verin. Diazalin uşağlar üçün olan dozada alın 3 hissəyə bölüb suya qatın içirdin
@ЭльимрНамазов
@ЭльимрНамазов 3 года назад
Usaqim cox pis vezyetdedi
@Mamedova-7of
@Mamedova-7of 6 месяцев назад
usag nece oldu göresen insallah sagalib
@ЭльимрНамазов
@ЭльимрНамазов 3 года назад
Gunay xanim menim size sualim olacaq
Далее
Allergik rinit nədir? Hansı Əlamətləri var?
36:28
4-6 aylıq körpə: Nə olar? Nə olmaz?
9:43
Просмотров 218 тыс.
Women’s Goalkeepers + Men’s 🤯🧤
00:20
Просмотров 1,4 млн
这位大哥以后恐怕都不敢再插队了吧…
00:16
Allergiyası Olanlar! Bunları QƏTİYYƏN YEMƏYİN
8:38
8-10 aylıq körpənin bir günlük bahar menyusu
11:23
Women’s Goalkeepers + Men’s 🤯🧤
00:20
Просмотров 1,4 млн