Тёмный

Qlaukoma(gözdaxili təzyiq) nədir?  

Dr.Rəfadar Xəlilov
Подписаться 4,7 тыс.
Просмотров 11 тыс.
50% 1

⚫Daha əvvəl qlaukoma(gözdaxili təzyiq), xüsusilə də anadangəlmə qlaukoma haqqında məlumatları sizinlə bölüşmüşəm. Lakin gələn suallardan hiss etdim ki, yeni bilgiləri əhatə edəcək bir videoya ehtiyac var. İzləməyi və suallarınızı qeyd etməyi unutmayın.
Qlaukoma ilə bağlı digər videolarımı izləmək üçün #RXqlaukoma etiketinə daxil olun.
Aşağıdakı linklərə daxil olaraq məni digər sosial şəbəkələrdən də izləyə bilərsiniz.
Facebook: / rafadarxalilov
İnstagram: / rafadarxali. .
Qlaukomaya el arasında qara su da deyilir. Mən çox baxdım bu qara suyun mənasına. Ağlıma batan bir məna tapa bilmədim. Öz-özümə belə bir fəlsəfi bir şey çıxartdım. Nəzarətsiz qalanda doğrudan da çox ciddi problemlər çıxarır. Qara günə qoyur insanı, yəni doğrudan da qlaukoma kor edir. Nəzarətsiz və səhlənkarlıq olduğu müddətdə korluğa qədər gətirib çıxara bilir. Mirvari suyu olanda gözün rəngində bozlaşma olur, bəbəyin arxasında bozumtul bir rəng olur, mirvariyə bənzəyir. Ona görə ona mirvari suyu deyirlər. Qara suya da xəstəlik çox pisləşəndə artıq gözün təzyiqi o qədər qalxır ki, bəbək həddindən artıq genəlmiş olur və qara rəngdə görsənir gözün içərisi. Bəlkə də ona görə qara su deyilir. Tibdə qara su gözdaxili təzyiqin yüksəlməsinə deyilir. Gözümüz dairəvi, yumru orqandır. Bunun dairəvi qala bilməsi üçün, yəni turqor gərginliyinin ola bilməsi üçün onun içərisində maye olmalıdır göz dairəvi qalsın deyə. O mayenin də özünün bir təzyiqi var. O təzyiq nəticəsində əlimizi gözə vururuq, göz batmır. Olduğu yerdə qalır. Gözün də bəlli bir turqoru var, o turqoru yerində olsun deyə, yəni ölçülər normal olsun deyə onun içərisində maye var. Maye kifli cisim dediyimiz gözün arxasında siliyer cisimdən ifraz olunur. Orada damarlar genəlir və durğunluq əmələ gəlir. Durğunluq olunca maye başlayır damarlardan sızmağa. O sızan maye gözün daxilindəki orqanların qidalanması üçün çox əhəmiyyətli qidalar gətirir özləri ilə. Həm şüşəyəbənzər cismin ön tərəfi, həm billur, həm də buynuz qişanın arxa tərəfi həmin maye ilə qidalanır. O maye siliyer cisim tərəfindən sekresiya olunur, ifraz olunur. Ön tərəfdə trabikulyar şəbəkədən sovrulub işləm kanalları ilə təkrar venoz sistemə gedir. Problem nə vaxt əmələ gəlir? Gözün daxili təzyiqinin yüksəlməyinin bir neçə halı mövcuddur. Bir - ifraz olunan, sekresiya olunan yerdə sekresiya normadan həddindən artıq çoxdur, amma trabikulyar şəbəkədə, yəni bunu kanalizasiyamı deyək, kanalizasiya daşıyan sistemdə normaldır. Bu səfər gözdaxili təzyiq çoxalır və göz gərginləşməyə başlayır. 2-ci hal - sekresiya normaldır, amma trabikulyar şəbəkə daralmış olur və mayeni tam sovurub apara bilmir, yenə gözdaxili təzyiq yüksəlmiş olur. 3-cü halda qarışıqdır. Həm trabikulyar şəbəkə daralmış olur, həm sekresiya çoxalmış olur. Bir də 4-cü hal var ki, sekresiya da normaldır, atım da, çıxma da normaldır. Fəqət ortada bloq var. Hər hansı bir şəkildə, yəni arxa kameradan ön kameraya mayenin axmağına maneçilik törədilir və bunun nəticəsində də gözdaxili təzyiq yüksəlmiş olur. İstənilən halda, nə olur olsun, səbəbi, mənbəyi və ya mənşəyi nə olur olsun, gözün daxilində təzyiq çoxalır. Gözdaxili təzyiq norma qəbul olunur 10-dan 21-ə qədər. Əgər təzyiq 10-dan aşağı düşərsə, bu səfər gözün daxilindəki orqanların bayaq dediyim turqor qəbul olunan gərginlik azaldığından qidalanma pozulur, toxumalar qidasız qalır. 21-dən çox olunca da gözün daxilində təzyiq yüksəlmiş olur və sinirlərin ən önəmli hissəsi, sinirləri, gözün arxasındakı sinirləri sıxır, onları zədələyir və onların ölümünə səbəb olur. Məlumdur ki, sinir toxuması elə toxumadır ki, bərpa olunmur, regenerasiyası olmur. Yəni ölmüş sinir hüceyrələri bir daha bərpa olmur.. Qlaukomanın da ən qorxduğumuz hissəsi torlu qişadakı sinirlərin sıxılıb məhv edilməsidir. Bunun nəticəsində başda görmə sahəmiz yavaş-yavaş daralmağa başlayır və sonra da tamamilə itir. Mirvari suyu ilə qara su ikisi də xəstəlikdir. Bunların fərqi mirvari suyuna görə itirilmiş görmə əməliyyat vasitəsi ilə bərpa oluna bilir sinir sağlam qaldığına görə. Amma qara suya görə itmiş görməni geri qaytarmaq mümkün deyil.
Bəzi xəstələrimiz gəlir. Daha çox erkən mərhələdə qlaukoma diaqnozunu qoyuruq. Xəstə: “Həkim, məndə qlaukoma var? Nə danışırsan?”. Depressiyaya düşür, panikləyir. Qlaukoma nə vaxt təhlükəlidir? Nəzarətsiz qalarsa. 2008-ci ildən müşahidə etdiyimiz xəstəmiz var, hələ də bu gün belə bir dənə də, yəni qlaukomaya görə bir dənə belə hüceyrə ölməyib. OCT vasitəsi ilə biz sinirlərin qalınlığını, hüceyrələrin sayını təqib edirik 6 aydan bir, ildə bir dəfə. Yəni qlaukoma nəzarətsiz qalarsa, risklidir, təhlükəlidir. Amma ağlı başında adam üçün qlaukoma o qədər də qorxulu deyil. Necə ki, şəkər xəstəliyi bir yaşım tərzidir. Xoş deyil, amma məcbursaq, qəbullanarıq. Hipertoniyanı qəbullanırıq, qlaukomanı da o şəkildə qəbullanmalıyıq. “Məndə qara su var, mən kor olacam” qəbul olunacaq şey deyil. Qlaukoma nəzarətdə olduğu müddətcə qorxulduğu qədər də təhlükəli xəstəlik deyil.

Опубликовано:

 

31 май 2020

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 74   
@miragaagamirov4341
@miragaagamirov4341 Год назад
Allahdan gəlmişik Allah'a doneceyik Əlhəmdulillah 🏴🏴
@aygunbabayeva8673
@aygunbabayeva8673 2 года назад
Var olun !!!
@doctordoctor7999
@doctordoctor7999 3 года назад
Çox gözəl anlatdız.təşəkkürlər
@RafadarXalilov
@RafadarXalilov 3 года назад
Təşəkkür edirəm.
@lemanabbaszade2599
@lemanabbaszade2599 3 года назад
Siz çox gözəl doktorsuz 2010 cu ildə Brizldə işləyəndə mənim gözümü əməliyyat etmişdiniz var olasınız hər zaman
@RafadarXalilov
@RafadarXalilov 3 года назад
Təşəkkür edirəm. Gözləriniz nurlu olsun.
@kemaleagayeva1981
@kemaleagayeva1981 Год назад
Salam həkim,çox sağ olun insanı başa düşəcək qədər dəqiq izah edirsiniz,həkim mənim sol gözüm tez rez gözüm çıxacaq qədər şiddətli ağrıyır,,əvvəl başım ağrıyır sonra sol gözüm ağrıyır,bu göz təziqidi,yoxsa başqa bir xəstəlikdi?Bir fəsadları ola bilərmi?
@eminmmmedov4861
@eminmmmedov4861 11 месяцев назад
Salam doxtur cox gözel danşirsız adamin üreyine bir rahatlıq cökür doxtur çenim gözü mde evveler yanma olardi qaşinma birdefe burda şekide hekime getdim su damcilar yazdilar sehlankarliq eledim o damcikardanda biraz qirxub elemedim in di ondada gözlerim qaşinirdi demişdilerki alerqiya var bulari elijin kecicey indi bu iki üc gündü sol ğözümde cox bele gergin yanma ağrı var ama sebebi nedir bilmirem cox xahis edirem deyerdizki ne edeg sebebi ne ola biler
@Legioner399
@Legioner399 2 года назад
Salam Doktor menim gözlerim yeriyerken ve danisarken qizarir yigilir göyneme olur ele bil tikan batır ne ola biler.birde gözümde Vitroz parçalari çoxalır qara lekeler var gözümde
@ottomancoball
@ottomancoball 3 года назад
Salam Hekim menim sağ gözum 3cu defediki yiqişir 5 deqiqe erzinde aça bilmirem 😔çox pis olur neqeder edirrm açilmir ve menim gözum 10 faiz görur emelyatdan qorxuram mene ne meslehet edersiz
@mesumeenserli8745
@mesumeenserli8745 2 года назад
Salam doktor, axsaminiz xeyir olsun.Men Oguzdan , Mesme xalan. Necesiz? Teki hemise yaxsi olasiz. Allah sizden razi olsun.Sizin mualiceden sonra yoldasimin gozu yaxsi oldu.Nece ildi hec sikayeti yox idi.Indi seherler isiga birden baxa bilmir.Yavas- yavas alisir. Menim de gozumun birinde iltihab yaranir.Bu yaxinlarda burnuma ud hi ndi yagi tokmusdum , qaymorid ucun.Ondan olarmi Evvelceden tesekkurumu bildirirem
@vuqarmeheddinov5643
@vuqarmeheddinov5643 3 года назад
Salam doktor mənim sol gözümdə torqişanın qopması diaqnozu qoyulub indi isə hal hazırda gözümdə təyziq və qıcıqlanma var həmdə sulanır qızarıb ollduğum yerdə həkimə müraciət etmişəm damcı dərman yazıb adını da yaza bilərəm təyziqə təsir edir amma qıcıqlanma sulanmaya etmir
@simaqehremanova6621
@simaqehremanova6621 2 года назад
Salam həkim,mən sizdən bir bilgi almaq istəyirəm,mümkünsə açıqlayasınız.Belə ki ,nəvəmin gözündə ağ ləkə əmələ gəlib,yenicə görmüşük,sanki dünya uçub altında qalmışıq,sizin qəbulunuza da yazılmışıq,növbəmizdə olacağıq yanınızda,amma istərdim ki,bu gözün nə xəstəliyi adlanır və müalicəyə tabe olurmur ,bu barədə bir bilgi verəsiniz,bəlkə,mənim kimi insanlar da bunu bilmək istəyirlər,əvvəlcədən təşəkkür edirəm
@hebibaslanova8386
@hebibaslanova8386 2 года назад
Salam hekim 2003 ilde menim emeliyatimda ve sonra siz baxirdız Kerem keremovla
@faiqhesenov9665
@faiqhesenov9665 2 года назад
Saĺam doktor menim yoldaslm qlakomadan 10gundur emeliyyat olub yoxlama vaxt hekim dedi slzlntl var yeniden 1tikis atmaq lazlmdl bele bir sey ola bilermi xahis edirem cavab yazaslnlz tesekur edirem
@RafadarXalilov
@RafadarXalilov 2 года назад
Salam. Bəli, mümkündür.
@zehracavidi7660
@zehracavidi7660 3 года назад
Mən yazmışdım sizə.əvvəlcə gözümdə işıqlar.kölgələr göründü anidən.2aydan sonra həkimə getdim.işıqlar yoxa çıxmışdı.amma az miqdarda sol gözümdə kölgə qalmışdı.göz təzyiqi diaqnozu qoyuldu.5 günlük damcı yazıldı.hələ nəticəsi bilmirəm necə olacaq.görməm saq gözüm 20faiz.sol isə 10faiz görür.yaxını görürəm.həkim eynək yazacam deyir.eynəyin gözümə xeyri varmı.mütləqdimi eynək? Xahiş edirəm cavablandırın.təşəkkürlər
@RafadarXalilov
@RafadarXalilov 3 года назад
Salam. Eynəyinizin sizin üçün nə qədər faydalı olacağını bilmək üçün sizin detallı subyektiv və obyektiv müayinə nəticələrinizi bilmək lazımdır.
@rafiqaliyev5779
@rafiqaliyev5779 3 года назад
Salam doktor mende göz təzyiqi var gözüm qızarır siz hansı klinikada falliyyet gösterirdim xaiş edirəm cavab yazasiz
@RafadarXalilov
@RafadarXalilov 3 года назад
Salam. Ünvanımız: Spero klinikası, (əvvəlki Dobromed klinikası). 20 yanvar küçəsi 1b . 2-ci mərtəbə, Ayna Göz Lazer Mərkəzi. Şamaxinka. 050 391 94 22 qeydiyyat nömrəmizdir. Təşəkkür edirəm.
@zehracavidi7660
@zehracavidi7660 3 года назад
Sizə qulaq asanda adam rahatlayır.qorxuları gedir.Allah qorusun oqluna. Amin
@RafadarXalilov
@RafadarXalilov 3 года назад
Təşəkkür edirəm. Cümləmizi.
@miragaagamirov4341
@miragaagamirov4341 Год назад
Allahdan gəlmişik Allah'a doneceyik Əlhəmdulillah 🏴🏴
@pervinabdiyeva3802
@pervinabdiyeva3802 3 года назад
Salam dr çox çox xahiş edirem menim de sualima cavab veresiz? Menim qizimin 10 yaşi var 2 il bundan əvvəl gözün zeif olmasini bildik. Gencede hekime apardiq sehv müalicə getdi gözü biraz da zeifledi. Basqa hekime getirdik 1 ildirki müalicededir. Bu defe müayine edende dedi ki gözünde teziq var. Başqa bir söz demedi. Sadece açkisini deyişdi. Birde damcı derman yazdi. Çox qorxuram onun gelecekde bele böyük problemi olmaz ki.
@RafadarXalilov
@RafadarXalilov 3 года назад
Salam. Təzyiq mövzusu varsa buna ciddi yanaşılmalıdır. Ancaq göz haqqında heç bir dəqiq məlumatım olmadığına görə gələcəkdə ehtimal ola biləcək problemləri proqnoz etmək mümkün deyil.
@telnararizvanl1074
@telnararizvanl1074 11 месяцев назад
@@RafadarXalilov salam həkim gözümdə zəiflik var çox güclü baş ağrılarım olur gözümdə sanki çıxacaq kimi olur .bu nədən olar
@ceyrannebiyeva3116
@ceyrannebiyeva3116 2 года назад
Salam doktor.mənim gözümün yaşı dayanmadan axır dərman tökürəm amma heç fərq etmir.görməmdə zəifləyib.mən neyniyim məsləhət verin xaiş edirəm
@RafadarXalilov
@RafadarXalilov 2 года назад
Salam. Oftalmoloq müayinəsində olmağınız məsləhətdir ki, göz yaşı kanalının vəziyyəti dəyərləndirilsin.
@sakura0026
@sakura0026 3 года назад
Papama 3 il evvel qlaukom diaqnoz qoyublar,bir gozu temiz tutulmus ikincibiraz gorurdu,qardasim muharibeye gedende hergun agladi az goren ikinci gozude kor oldu,bunu emeliyyati varmi hec olmasa bir gozu de olsa gorsun onu sagaldag?
@RafadarXalilov
@RafadarXalilov 3 года назад
Salam. Glaukoma ciddi göz xəstəliyidir və ciddi kontrol tələb edir. Vəziyyətin ciddiliyini nəzərə alaraq bu suala qiyabi, gözü tanımadan cavab vermək doğru olmaz.
@RomanOrucov-jq9dq
@RomanOrucov-jq9dq 12 дней назад
Salam Hekim menim Anam emelyat olub 5aydi torlu qisa ayrilmisdi emelyat oldu silicon qoyuldu sonra cixarildi indi gozde teziq emele gelib mayine etdi hekim dedi qlakomadi ola biler emelyat duz etmeyin qlakoma yaranib emelyatdan sonra?
@RafadarXalilov
@RafadarXalilov 10 дней назад
Salam. Nə əməliyyatdan öncə nə sonra görmədiyim və müayinə etmədiyim pasient barədə heç bir fikir söyləyə bilmərəm.
@djelax_mixTime
@djelax_mixTime 2 года назад
Salam, travma (zədə) alan gözdə təziq yuksəlməsi yarana bilər?
@RafadarXalilov
@RafadarXalilov 2 года назад
Salam. Zədənin yerinə və tipinə görə göz təzyiqi yaranma ehtimalı ola bilir.
@amileliyev7433
@amileliyev7433 Год назад
@@RafadarXalilovgoz teziqinin beyin daxili teziqle elaqesi varmi meselen 150 nin 100 e olmaqi goz teziqinden olar?
@peri3601
@peri3601 2 года назад
Doktur salam sizinle elaqe saxlaya bilerem Cox xais edrem
@RafadarXalilov
@RafadarXalilov 2 года назад
Salam. 050 391 94 22 - qeydiyyat nömrəmizdir. Əlaqə saxlayaraq sizə uyğun vaxt üçün qəbula yazıla bilərsiniz.
@lemanabbaszade2599
@lemanabbaszade2599 3 года назад
Sizə bir sualm olacaqdı doktor mənim 1 gözüm sağlamdı ancaq sol gözümdə qlaukoma var tüp qoymusuz onu soruşmaq istirdimki mən gözümü dəyişdirə bilərəmi belə birşey mövcudurmu?
@RafadarXalilov
@RafadarXalilov 3 года назад
Salam. Gözü tam orqan olaraq dəyişməyi nəzərdə tutursunuzsa, belə bir şey müasir dövrümüzdə mümkün deyil.
@lemanabbaszade2599
@lemanabbaszade2599 3 года назад
Onu bilirəm bəs buynuz qişanın dəyişilməsi mənim gözümün xəstəliyi üçün nəzərdə tutulur yoxsa başqa xəstəlik olduqda bu əməliyyat icra olunur?
@ennnn1522
@ennnn1522 3 года назад
Salam həkim mənim gözumdə ağrılar var gozümdə zəifləyib yazılari uzaqdan aydın şəkildə görə bilmirəm bunun səbəbi nə ola bilər zəhmət olmasa cavab yazardız
@RafadarXalilov
@RafadarXalilov 3 года назад
Salam. Göz zəifliyinin və ağrının səbəbi çox müxtəlif ola bilir. Bu müalicə ilə asan aradan qalxan səbəbdən tutmuş çox ciddi problemə qədər dəyişir. Səbəbi dəqiqləşdirmək üçün həkim - oftalmoloq müayinəsində olmanız məsləhətdir.
@ennnn1522
@ennnn1522 3 года назад
@@RafadarXalilov Salam əvvələr başimin arxasi ağriyirdı ağrı gözümə vururdu indidə gözüm zeifleyibdi
@RomanOrucov-jq9dq
@RomanOrucov-jq9dq 12 дней назад
Salam Hekim qlakoma emelyati ya muslicesi nece edirsiz
@RafadarXalilov
@RafadarXalilov 12 дней назад
Salam. Qiymətlə bağlı məlumat almaq üçün 0503055850 nömrəsi ilə əlaqə saxlayın, zəhmət olmasa.
@farizeliyev9569
@farizeliyev9569 Год назад
Bu hekim unvani harda yerlewir yaza bilerisiz xala
@RafadarXalilov
@RafadarXalilov Год назад
Salam. Ünvanımız: Ayna Göz Lazer mərkəzi (Spero Klinikası (köhnə Dobromed klinikası), 2-ci mərtəbə), 20 Yanvar küçəsi 1/ B, Şamaxinka 050 391 94 22 - qeydiyyat nömrəmizdir. Əlaqə saxlayaraq sizə uyğun vaxt üçün qəbula yazıla bilərsiniz.
@guldesteresulova993
@guldesteresulova993 3 года назад
Göz davlenisinin müalicəsi var?
@RafadarXalilov
@RafadarXalilov 3 года назад
Salam, göz təzyiqinin yüksək olması çox ciddi bir durumdur. Əgər təzyiq verilən damlalara tabe olmursa bir müddət təqibdən sonra artıq əməliyyata göstəriş yaranır. Göz təzyiqi yüksək olan pasientlərdə görmə hələ də varsa və damcılarla normallaşmırsa, əlbəttə ki, əməliyyatla görməni saxlamaq bizim üçün əsas şərtdir.
@turabmeherremli38
@turabmeherremli38 2 года назад
Salam doktur menim bir gozmun dibi bezen qizarir bawim agriyir bezende bu neticede burnumdan qan aclir bu neden ola biler zehmet olmasa cavablandirardiz
@RafadarXalilov
@RafadarXalilov 2 года назад
Salam. Burundan qan açılması gözə bağlı problem deyil. Bu durumda qan təzyiqinizi kontrol etməniz məsləhətdir.
@AytekinAliyeva-lh5oq
@AytekinAliyeva-lh5oq 7 месяцев назад
​@RafadarXaliSalam hekim Allah rızası xatrine yazın bu Glikoma xesteliyende pehriz varmı ne yemek olar ne olmaz? Cox xais edirem cvb yazin.lov
@AytekinAliyeva-lh5oq
@AytekinAliyeva-lh5oq 7 месяцев назад
Adetten ne yetim xais edirem gözlerime ziyan olmasın siz Cox gozel savadli hekimsiz.Allah sizi qorusun insallah
@user-mc3lr9mx5p
@user-mc3lr9mx5p 2 месяца назад
Salam hekim.Qlakomadan emeliiyatdan nece gun sonra gorme berpa olur?
@RafadarXalilov
@RafadarXalilov 2 месяца назад
Salam. Qlaukoma əməliyyatının görmə ilə əlaqəsi yoxdur. Əməliyyat göz təzyiqini kontrola salmaq üçün icra edilir.
@RomanOrucov-jq9dq
@RomanOrucov-jq9dq 12 дней назад
​@@RafadarXalilovsalam Hekim qlakoma xesteliyi goz siniri eyni deyil
@elvinfeteliyev4442
@elvinfeteliyev4442 Год назад
Goz teyziqini yoxladanda goze temas olurmu.Nece yoxlanur
@RafadarXalilov
@RafadarXalilov Год назад
Salam. Göz təzyiqinin yoxlanışının fərqli metodları var. Müayinənin təmaslı və təmas olmayan növləri mövcuddur.
@bozkardinal.1581
@bozkardinal.1581 7 месяцев назад
@@RafadarXalilov Salam doktor torlu qişa əməliiyyatından sonra göz təzyiqinin yaranmasının səbəbi nədir ?
@Feride_editleri
@Feride_editleri 3 года назад
Salam menim anamda gilikoma diaqnozu qoyulub həkim hələki damcılar yazıb mən bir şeydən narahatam ki anamin gələcəkdə gözləri tutula bilərmi? dərmanlarda vaxtı vaxtında tokur
@RafadarXalilov
@RafadarXalilov 3 года назад
Salam. Glaukoma xəstəliyi çox ciddi xəstəlikdir və ömür boyu mütəmadi həkim kontrolu tələb edir.Əgər pasient kontrolsuz qalarsa korluğa səbəb olar.
@sakura0026
@sakura0026 3 года назад
Vaxdi vaxdinda edin mualucesi papam kor olub oqeder pis oluram onun gizlerinin tutulmasina ,insallah bir caresi tapilar azda olsa bir umud olar,rebbim sefa versin
@RomanOrucov-jq9dq
@RomanOrucov-jq9dq 12 дней назад
​@@sakura0026salam ne qeder mudete tutuldu gozleri menim Anamda var 15gun olar diyaqnoz qoyulub
@sebuhiismayilov8959
@sebuhiismayilov8959 Год назад
Hekim sabahnlz xeyir bizim xestenin basnda qlyoma var deyiler gozleri ikside tutulub bize ne komeklik ede bilersiz 30 yasl var cox xais edrem hec olmya azca olsa gore bilsin cox xais edrem
@RafadarXalilov
@RafadarXalilov Год назад
Salam. Baş beyin problemləri ilə əlaqədar olaraq neyrocərrah həkimlərə müraciət edə bilərsiniz.
@sebuhiismayilov8959
@sebuhiismayilov8959 Год назад
@@RafadarXalilov cox sagolun
@AytekinAliyeva-lh5oq
@AytekinAliyeva-lh5oq 7 месяцев назад
​@@sebuhiismayilov8959can Bacı men de sizin kimi burda da rastlasdiq mende eynen
@AytekinAliyeva-lh5oq
@AytekinAliyeva-lh5oq 7 месяцев назад
Ezab cekirem
@Vetenim39
@Vetenim39 2 года назад
Of😔
@Sabir-bq6nv
@Sabir-bq6nv Год назад
Sala zehmet olmasa biz sizin nomrevizi isdiyirik nece tapaq
@RafadarXalilov
@RafadarXalilov Год назад
Salam. 050 391 94 22 - qeydiyyat nömrəmizdir. Əlaqə saxlayaraq sizə uyğun vaxt üçün qəbula yazıla bilərsiniz. Ünvanımız: Spero Klinikası (köhnə Dobromed klinikası), 2-ci mərtəbə, Ayna Göz Lazer mərkəzi, 20 Yanvar küçəsi 1/ B, Şamaxinka
@rsadgulhmdov7293
@rsadgulhmdov7293 2 года назад
Bu sovxa qalmış musiqinin səsini kəsin kişi nə deyir eşidəy də. Başıvıza dəysin musiqi
@azerveliyev5437
@azerveliyev5437 2 года назад
Xahiş edirəm həkimin telefon nömrəsin bilən varsa yazsın
@RafadarXalilov
@RafadarXalilov 2 года назад
Salam. 050 391 94 22 - qeydiyyat nömrəmizdir. Əlaqə saxlayaraq sizə uyğun vaxt üçün qəbula yazıla bilərsiniz.
Далее
Qlaukoma,qara su və ya gözdaxili təzyiq
10:40
Просмотров 3,2 тыс.
РУБИН - ЗЕНИТ: ВСЕ ГОЛЫ
01:03
Просмотров 205 тыс.
Gözdə uçan nöqtələr #RafadarXalilov
6:38
Просмотров 48 тыс.
Qlaukoma, bir xestenin tarixçesi
5:11
Просмотров 12 тыс.
Mirvari suyu əməliyyatından sonra nə etməli?
23:37