Azerbaycan cox boyuk medeniyyete, gozel ureye sahib milletdi. Fexr edirem Azerbaycanliyam. Bele gozel senet eserlerine sahib olan milletin numayendesiyem
Hörmətli saz sevənlər! bu havanın adı Azaflı dubeytisidir.Tovuz rayonu Azaflı kəndində doğulmuş dahi şair MİKAYIL AZAFLININ YAZMASIDIR. ALLAH RƏHMƏT ETSİN DAHİ ŞAİRƏ.
Eynen menim atam da bu iki musiqini dinleyerdi.İndi dinledikçe içim parçalanır.Allah rehmet eylesin inşaallah hetta baş sarıtel telefonun zengine qoymuşdu😢😢
Altaylarda qurd yoldaşı olmuşam, Börküt tutub obalara dalmışam Dəniz kimi dalğalanıb daşmışam. Türk dediyin yağıya qıy olar mı? Poyraz yeli dalğalarla sınar mı? Atam Bilgə, dədəm Oğuzdur mənim, Balkanlarda atım, Çində yəhərim Gör ki bitməz obalarım, yerlərim. Türkün soyu abırsıza qanar mı? Poyraz yeli dalğalarla sınar mı? Necələri soyuna ad qoşanda, Vardı mənim yazıtım da, adım da Manasçıarlar oxurdu dastanında: Türk balası soysuz, boysuz olar mı? Poyraz yeli dalğalarla sınar mı? Ötükəndən neçə yollar qazmışam, At belində İstanbula varmışam, Gök Törəmdən Törük adın almışam Türk dediyin çətin yoldan qalar mı? Poyraz yeli dalğalarla sınar mı? Dağ ayazı isidərdi tənimi, Qızılqumlar yıldırmazdı ərimi Mete xan da yıxdı Çinin səddini, Türkün oğlu cəng önündən qaçar mı? Poyraz yeli dalğalarla sınar mı? Bilgələrim Törələri yazdılar, Kımız içib bir yola boylandılar Bəy balalar Tanrı-dağı aşdılar, Türk igidlər dağa, çaya baxar mı? Poyraz yeli dalğalarla sınar mı? Min yazıyla bitməz gələnəklərim, Doğam qutlu, Tanrı-inancım mənim Yağız yerə Ana demiş ərlərim! Türk balası bir kitaba uyar mı? Poyraz yeli sınırlara sığar mı?
Bu havanı eşidəndə Azərbaycanın🇦🇿 Milli QƏHRƏMANI Şəhid ALLAHVERDİ Bağırov yadıma düşür.Onun ən çox sevdiyi bir hava olub. ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ETSİN 💔🥀
Cavanlıqda çox gəzmişəm Yamaclarda izim, dağlar. Qəriblikdən lap bezmişəm Qalıb həsrət gözüm, dağlar. *** Tənhalıqdır indi payım, Nə dostum var, nə həmtayım, Nə sırdaşım. Hansın sayım? Sizə qurban özüm, dağlar. *** Dönük düşdüm mən bivəfa Yaddan çıxdı seyrü səfa. Necə deyim verin şəfa Axı gəlmir üzüm, dağlar? *** Yeriyirəm qısa-qısa Addımları pusa-pusa. Gəzəmmirəm yoxsa əsa Daha tutmur dizim, dağlar. *** Zirvənizdən qar əriməz, Bulaqların heç kiriməz. Daha sizdə türk yeriməz Buna necə dözüm, dağlar? *** Gücüm olsa ün salardım, Ya ölərdim, ya qalardım. Sizi yağıdan alardım. Öləziyib közüm, dağlar. ***
🎶Ustad Mikayıl Azaflı Azərbaycan aşıq sənətinin ən böyük xəzinəsidir. Aşıq sənətinin Qoca qartalı məkanın cənnət olsun. 🙏 Sənətinin davamçıları olan qızı Gülarə Azaflı və nəvəsi Roman Azaflı bu gün Azaflı sənətin layiqincə yaşadır .💙❤💚🌜🌟🌹
Mikayıl Azafli yerin cənnət olsun sənətkar....bu şeirin gözəl tarixçəsi var... dostunu ziyarete gedən şair getdiyi məclisdə bu şeiri elə oradaca dostunun yarımçıq qalan sevgisinə həsr edir...