#BirBax #xalqtəbabəti #qohum #evlilik #elçi #toy
Qonağımız Uşaq kardioloqu Elnur İmanovdur.
Əlaqə nömrəsi :
050 647 - 41 - 29
070 647 - 41 - 29
055 210 - 30 - 15
Qərb ölkələrində qohum evliliklərə az rast gəlinir. Məsələn, İngiltərədə əhalinin 0.5 faizi, Hollandiyada 0.3 faizi öz qohumuyla evlənir. Dünyanın ən xoşbəxt millətlərindən biri sayılan isveçlərdə isə bu rəqəm 0.9 faizdir.
Rəqəmlərin xeyli yüksək olduğu ölkələr də var. Almaniyada yəhudilərin 35.8 faizi, Küveytdə 54.3 faizi öz qohumuyla evlənir. Yəni təxminə əhalinin yarıdan çoxu. Məsələn, ABŞ-ın 24 ştatında ən yaxın qohumların evliliyi rəsmi şəkildə qadağan edilib. Əmi, dayı, xala, bibi uşaqlarıyla, yəni 1-ci dərəcəli qohumlarla ailə qurmaq qadağandır. 6 ştatda evlənmək istəyən qohumların qarşısına bəzi şərtlər qoyulub. Məsələn, Arizondakı qaydalara görə, yaşın 65-i keçibsə və ikinizdən biriniz sonsuzsunuzsa, onda evlənə bilərsiniz. Ona görə də amerikalılar əvvəldən heç bir beşiyin başında bizdəki kimi "göbəkkəsdi" etmirlər.
Katoliklər 4-cü nəslə qədər qohumların nikahlarını kəsmirlər. Onlara görə, dördüncü nəsilə qədər evlilik insest, yəni, ailə üzvlərindən sayılır. Pravoslavlarda və protestantlarda da bu qaydalar mövcuddur. Lakin Asiya və İslam ölkələrində qohumlar arası evliliklərə daha çox rast gəlinir. Şərq ölkələri sıralamasında Türkiyə bütün ölkələri geridə qoyub. Türkiyənin müxtəlif bölgələrində aparılan sorğuya görə, ümumilikdə hər 100 evlilikdən 15-i qohumlar arasında olur.
Hər insanda 23 cüt xromosom var. Hər bir cüt xromosomun biri anadan, digəri atadan gəlir. Bizlər nəsillər öncəsi atalarımızın bizə hədiyyə etdiyi genetik xüsusiyyətlərlə yaşayırıq. Qısası, bu genlər bizim bütün həyat tərzimizin divarlarını hörür. Bir və ya bir neçə gen bizdəki özəlliyin məlumatını özündə daşıyır. Qohum evlilər eyni soydan gəldikləri üçün ana və atanın eyni genin sürətini daşıyırlar. Qouhum evliliklərdə zərərli genlərin birbiri ilə qarşılaşma ehtimalı yüksəlir. Ona görə də onların uşaqlarının müəyyən xəstəliklərə tutulması ehtimalı çox yüksək olur.
28 сен 2024