Тёмный

Rövşən Саvаdоv və ОМОN hаdisələri hаqdа detаllаr - [15 mart 2012] 

AzadliqRadiosu
Подписаться 832 тыс.
Просмотров 91 тыс.
50% 1

Rəsul Quliyev: «Hökumətdə olanların 90 faizi Cavadov qardaşlarından qorxurdu»
Martın 17-si hökumət qüvvələri ilə Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) arasında yaşanan silahlı qarşıdurmanın 17 ili tamam olacaq. Həmin hadisələr barədə AzadlıqRadiosunun suallarını o vaxt parlamentin sədri olmuş, hazırda mühacirətdə yaşayan Rəsul Quliyev cavablandırır.
- Rəsul bəy, bu günlərdə məlum 17 mart hadisələrinin 17 ili tamam olacaq. Bu gündən baxanda Sizcə, o hadisələrdən qansız-qadasız sovuşmaq olardımı?
- Sözsüz. Ancaq o dövrdə bu məsələnin qansız-qadasız həll olunması məsələsi Cavadov qardaşlarından asılı idi. Azərbaycanda bəzən məsələləri səthiləşdirməyi sevirlər, dərindən təhlil etmək istəmirlər. Amma 1995-ci ilin 17 mart hadisəsini dərindən təhlil etsək, görərik ki, bu, qəfil ortaya çıxan bir problem deyildi.
1988-ci ilin Sumqayıt hadisələrindən başlayaraq həmin ilin dekabr, 90-cı ilin yanvar, 92-nin mart və may, 93-ün iyun hadisələri müəyyən qüvvələrin Azərbaycanda hökumətin mütləq mənada köməksizliyindən istifadə edərək dövlət əleyhinə çıxmaları idi.
Elə bu köməksizliyin nəticəsində də 1994-cü ilin oktyabr və 95-ci ilin mart hadisələri baş verdi. Əlbəttə ki, bu proseslərə son qoymaq lazım idi. 1994-ün oktyabr hadisələrində bu prosesə son qoymaq imkanı var idi.
O vaxt məsələlər qismən qansız-qadasız həll olundu. Bunun da 3 səbəbi var idi. Biri o idi ki, Surət Hüseynovla Cavadov qardaşları bir-biri ilə dil tapa bilmədilər. Çünki onların sahibləri müxtəlif idi. Bax, bu da ikinci səbəb idi. Birinə Türkiyə, digərinə isə Rusiya kəşfiyyatı rəhbərlik edirdi.
Rusiya ilə Türkiyə arasında olan düşmənçilik bunların birləşməsinə imkan vermədi.
Üçüncü-ən əsas məsələlərdən biri isə sözsüz ki, bizim camaatı vaxtında mitinqə çıxartmağa nail olmağımız idi.
Bir çoxları deyir ki, 1994-cü ildə camaat özü axışdı meydana. 30 dəqiqə ərzində 3 minə yaxın adam toplaşdı ora. Amma əslində bu, belə deyil.
- Əhali özü meydana axışmadısa, onda bu qədər adamın az bir vaxta yığışması necə baş verdi?
- Əslində hadisələrin bu cür inkişafından bizim xəbərimiz var idi. Cənab Əliyev (Heydər Əliyev - İ.R. ) onda Amerikada səfərdə idi. Hadisələrin baş verməsinə 5 gün qalmış mən icra başçılarını yığıb təlimatlandırmışdım. Hər rayonda 250 nəfər olmaqla avtobuslarla təmin olunmuş şəkildə hər an üçün hazır vəziyyətə idi. Ona görə də o mitinqə biz dəvət edəndə - baxmayaraq ki, gecənin yarısı idi - 30 dəqiqə ərzində onları avtobuslara yığıb meydana gətirmək mümkün oldu. Bunun nəticəsində də sözsüz ki, qan tökülmədi, onlar geri çəkildilər.
Ancaq bu məsələnin Rusiya variantı ləğv olunandan sonra da proses dayanmadı. O addım-addım həmin bu 17 mart hadisələrini yaxınlaşdırırdı.
Mart hadisələrinin baş verməməsinin, yaxud qansız həll olunmasının yeganə bir yolu var idi. O da ancaq və ancaq Cavadov qardaşlarının OMON-la birlikdə silahları təhvil verib, dövlətin qanunlarına tabe olmaları idi. Təəssüf ki, onlar belə bir addım atmadılar. Silah ancaq dövlətdə ola bilər. Silahlanmış qrupların olması mümkün deyil. Belə şeylərlə dövlət yaşaya bilməz. Təəssüf ki, onlar tərksilah olmadılar. Çünki 100 faiz əmin idilər ki, çox tezliklə qələbə çalacaqlar. Artıq Azərbaycanda belə hadisələr baş vermişdi. Ümid edirdilər ki, yenə də təkrar oluna bilər. Belə bir eyforiya danışıqlara mane oldu və nəhayət qan tökülməsi ilə qurtardı.
- Ümumiyyətlə, bu gün Siz həmin o 17 mart hadisələrini necə dəyərləndirirsiniz?
- Əslində mart hadisələri Azərbaycanın tarixində baş vermiş faciəvi hadisələr sırasında diqqət mərkəzində dayana biləcək hadisə deyil. Məsələn, Horadizin və Cəbrayıl rayonunun azad olunması uğrunda döyüşlərdə 5 minə yaxın adam həlak oldu. O, xatırlanmır, amma məsələn, burada bir qrup OMON-un həlak olması xatırlanır. Niyə? Səbəb nədir? Səbəb odur ki, mart hadisələrində dövlətçiliyi qorumaq, bərpa etmək lazım idi. Bu, aksiomadır. Bunun ikinci variantı yoxdur və ola da bilməz.
- Sizcə, o hadisələrdə dövlətçilik qorundu, bərpa oldumu?
- Görülmüş iş doğru idi. Amma bu görülmüş iş dövlətçiliyin bərpa olunmasına xidmət etmədi. Həmin o hadisədən sonra demokratik yolla dövlətin 3 qolu yaranmasaydı - müstəqil məhkəmə sistemi, müstəqil parlament və seçilmiş prezidentin olmasından söhbət gedir -deməli, dövlətçilik də bərpa olunmayacaqdı. Belə alındı ki, 17 mart hadisələrindən sonra dövlətçiliyin bərpası yox, Heydər Əliyevin diktaturasının bərpası baş verdi.

Опубликовано:

 

29 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 141   
@cingizmammadov6640
@cingizmammadov6640 8 лет назад
Roywen esil Xalq qehremanidir.Omon gelende,ermeniler omon yeqala deyib qacirdilar.
@21векАрмагеддон
@21векАрмагеддон 7 лет назад
Cingiz Mammadov 50 min Dollar o vaxti Cox böyuk pul idi.Rövshenin bashina qoymushdular ermeniler Adi gelende batirirdilar
@mika-bz2st
@mika-bz2st 8 месяцев назад
Rövşen cavadovdan bir daha gelmoyecek Allah rehmet elesin
@heyatheyat9822
@heyatheyat9822 8 лет назад
allah rəhmət eləsin Rövşənə həqiqətən böyük itkidi
@ibrahimqocayev6606
@ibrahimqocayev6606 5 лет назад
Rövşən Cavadov kişi olub Allah rəhmət eləsin.Rövşən Cavadovu istəyən istəmən yaxşı bilir
@hesenhesenov7038
@hesenhesenov7038 7 лет назад
ROVSEN KISILIYIN SIMVOLU IDI ESIL MERD,QEYRETLI VETENPERVER. INDIKILER KIMI YALTAQ DEYILDI..HEYIF BIZ ESIL QEHRAMAN ITIRDIK.
@nurlanibrahimov9093
@nurlanibrahimov9093 7 лет назад
BELE QEHRAMANLARIN HEYKELI UREKLERDE UCALIR.
@sohrabmusazad8598
@sohrabmusazad8598 4 года назад
Allah rəhmət eləsin Rövşən Cavadova O boyda Qarabağda can qoy fədakarlıq elə axırda çevriliş adı ilə öldürsünlər.!
@serxankosayev1407
@serxankosayev1407 4 года назад
Rövşən esil qəhraman idi. Hele onu söyen bir adam görmemişem
@user-du4zj6cy1g
@user-du4zj6cy1g 4 года назад
Eşşək ne bilir zeferan nedir.Resul eşşeyin böyüyü idi
@balayarsgrov1803
@balayarsgrov1803 3 года назад
Allah rehmet elesin basda Rovsen Cavadov olmaqla dunyasini deyisen butun omonlara.Yasiyanlarada Allahdan can saqliqi arzulayiram.Olar hamisi menim emilerimdi.
@muradmmmdov3316
@muradmmmdov3316 2 года назад
😊👍👍❤️❤️❤️
@septembercoldcol9624
@septembercoldcol9624 5 лет назад
Yaltaglar rovsen olmedi qelblerde yasayir yasayacaq
@anaraslanov2743
@anaraslanov2743 3 года назад
Allah rəhmət eləsin Rövşən Cavadov Azərbaycan xalqının mərd , qeyrətli oğlu idi, amma biz xalq olaraq onun qədrini bilmedik. Ona görə də indi elə oğulları itirmeyimizin əziyyətini çəkirik.
@kenanbeybut5978
@kenanbeybut5978 4 года назад
Rəsul mumlada danışma. Rövşən Cavadov səninkimi yaltağ olmuyub kişi adamidi Rövşən
@АРГУМЕНТЫИФАКТЫ-з1г
SƏN RƏSUL QULUYEV RÖVŞƏN ÇAVADOVUN ÖLMUNDƏ SƏNİN BÖYUK GUNAHIN VAR... SƏN RƏSUL QULUYEV HEYDƏR ƏLİYEVLƏ YALTAQLANIRDIN...
@atawmammadov8541
@atawmammadov8541 7 лет назад
HEMMIWE YAXSILAR GEDIR ROVWENDE YAXWILARIN YAXWISI IDI IKINCI ONUN KIMI BIR IGID DAHA GELMIYECEK
@kkavkazes
@kkavkazes 7 лет назад
İller kechecek siz chaqqallar unudulacaqsiz. Ancaq Rovshen ve onun kimi ogullar qelblerde yashayacaq. Ele yashayacaqcaqllarki sizin ne qeder pulunuzda olsa bu meqami ala bilmezsiz. Kishi kimi yashadi, Kishi kimide bu dunyadan kochdu. Sizde bu dunyadan gedeceksiz lakin ...... kimi.
@dagliqqarabag7021
@dagliqqarabag7021 2 года назад
Bu Resula deyin ki ne bilirdin ki Omon qalib gelerdise dehşet olardi?fala baxırdın?ya Rövşən bir ac göz adamıdı?ağzına geleni danışır
@kircawinner702
@kircawinner702 7 лет назад
IGID OLAR ADI GALAR !!!!!!
@hesenhesenov7038
@hesenhesenov7038 8 лет назад
SENIN NE ISLE MESQUL OLDUQUNU BILIRDI DE AY RESUL
@fexrilacin0412
@fexrilacin0412 7 лет назад
Allah rehmet elesin Qəhrəmanlar unudulmur!
@zaurmemmedov471
@zaurmemmedov471 7 лет назад
Allah rehmet elsin
@FreeFireGamer-lp4rl
@FreeFireGamer-lp4rl 4 года назад
Ğuya sen qorxmurdun. İt kimi qorxurdun
@ВагифБалабеков-п7ъ
eyer yaxshi adam idise Allah rehmet elesin yeri cennet olsun. Azerbaycan Turk dushmanlari ALLAHIN lenetine gelsin
@evropa52
@evropa52 Год назад
Rövşən Cavadov allah sənə rəhmət eləsin.
@behlulhuseynov6056
@behlulhuseynov6056 7 лет назад
bugun qarabagda azerbaycan bayragi dalgalanardi
@nurlanibrahimov9093
@nurlanibrahimov9093 7 лет назад
Behlul Huseynov 100%
@thegodfather9809
@thegodfather9809 3 месяца назад
Dalgalanir artiq
@tuncayhassan3725
@tuncayhassan3725 4 года назад
*DİKTATOR: HEYDƏR ƏLİ`YAN`*
@yenihrkat1522
@yenihrkat1522 2 года назад
Allah Rehmey etsin
@xosrovferzeliyev6839
@xosrovferzeliyev6839 Год назад
Dövleti və milləti azad etmək adı altında ixdişaşlara sürükleyenler olduğunuzu sübut etdiniz .
@hesenhesenov7038
@hesenhesenov7038 8 лет назад
ROVSEN HEQIQETENDE .INDUKILERI TAYI DEYILDI O QARABAQDA BOYUK XIDMETI OLAN INSANDI I AZERB....BIR COX ILKLERE IMZA ATIB HEYIF ONDAN VE OQLUNDAN. O HAKLIYDI
@Mexanik1266
@Mexanik1266 8 месяцев назад
Ermənilərə ən çox itki verənlər elə omon idi!
@SinanRza06
@SinanRza06 Год назад
Boş-boş danışma,OMON qalib gəlsə idi,indi Demokratik,Milliyətçi və Tərəqqi yönümlü Azərbaycan var olacaqdı...
@nadireliyev2528
@nadireliyev2528 4 года назад
UŞAQİYDİM HƏYƏTDƏ OYNAYİRDİM 11.YAŞİM VARİYDİ ADİMDA ZAURDU.
@bozkardinal.1581
@bozkardinal.1581 8 месяцев назад
💚
@POLKOVNIK0
@POLKOVNIK0 3 месяца назад
Rövşən Cavadov sağ olsaydı kaş... özdə ilk güllənidə heydərin tərəfdaşları atıb...
@haqqinssi.2147
@haqqinssi.2147 2 года назад
Niyə imkan vermirsiniz özü DANİŞSİN??????
@FirdovsiYəhyayev
@FirdovsiYəhyayev 2 месяца назад
RƏSUL QULİYEV MAFİOZ NÜMAYƏDƏSİ İDİ.
@круткрутой-з6б
@круткрутой-з6б 7 месяцев назад
Hansi Dövlet Ay Oqru
@uuu62uehb11
@uuu62uehb11 2 года назад
Heyif🥺🥺🥺
@ПарвизАбилов-й7л
@ПарвизАбилов-й7л 4 месяца назад
Халг санида таныйыр равшанида . Рошхан халгын гахраманыкми тариха тушду
@babaekqasimov5355
@babaekqasimov5355 5 лет назад
👍
@yusufalhamavi6338
@yusufalhamavi6338 Год назад
Rəsul bəy, madam sizin getməyinizi istəyirdilər, gedərdiniz də, nəticə olaraq yenə də getdiniz
@uuu62uehb11
@uuu62uehb11 2 года назад
🤘🤘🤘
@varismurslob1241
@varismurslob1241 2 года назад
Rəsul Quliyev cindirin quldurun böyüdü hakimiyətə olsaydi danişmazi
@machirdjavadov7351
@machirdjavadov7351 Год назад
Salam, Daniz Ay və Nəsimi Sadigov. Mənə verdiyiniz keçmiş Azərbaycan Baş prokuroru olmuş Eldar Həsənova dair suallara cavab olaraq ! 1994 - 95 - ci illərdə Azərbaycanda haqsizliq biz Cavadov qardaşlarina və bizi özlərinə o zamanlar lider bilən OMON üzvülərinə qarşi məhz Eldar Həsənov, Rəsul Quliyev, İsa Nəcəfov, Elman Qəmbərov tərəfindən TƏŞKİL edilmişdir. Hansilar o zamanlar prezident Heydər Əliyevi ALDADARAK onu inandirmişdilar ki, güya biz Cavadov qardaşlari və bizi özlərinə lider bilən OMON üzvüləri siyasi ona qarşiyiq ! Yani, bizlərə qarşi prezident Heydər Əliyevin ətrafi tərəfindən təşkil edilən QANLİ 1994 - 95- ci il hadisələri, indilərdə prezident İlham Əliyevin ətrafi tərəfindən saxtalaşdirilaraq təşkil etdikləri QANLİ TƏRTƏR hadisələrinin eynisidir. HANSİ MƏKSƏDLƏ ? Hər iki halda, özlərinin PREZİDENT Heydər - İlham Əliyevlərin yaninda ömürlük vəzifədə qalmaq məksədində..! Mənim internetdə dəfələrlə paylaşdigim "Realniy Azerbaydjan" qəzetinin 2007-ci il tarixli nüsxəsində AZADLİQ RADİOSUNUN muxbirinin Eldar Həsənovla müsahibəsi və Azərbaycan Hərbi ƏKS - Kəşviyat idarəsinin zabiti Faiq Rəhimovun Austriyada siyasi siginacaq alarkən təqdim etdiyi sənədlər TAM təstiq edir... Hansilardan aydindir ki, Parlamentimizin sədr müavini A.Cəlilovu və Hərbi Əks - Kəşviyyat idarəsinin rəyisi Şəmsi Rəhimovu Rəsul Quliyev, İsa Nəcəfov və Elman Qəmbərov 1994 - cü ilin 30 Sentyabr tarixində öldürmüşlər, biz Cavadov qardaşlari, OMON üzvüləri YOX ! Məlum edim ki, məhz o tarixdən ƏVVƏL məhz Eldar Həsənov Azərbaycanin Baş prokurorunun 1-ci müavini kimi - o hadisələrdə və o hadisələrdən sonra Baş Prokuror vəzifəsini icra edən ŞƏXS kimi prezident Heydər Əliyevi qəsdən, məksədyönlü olaraq aldadib biz Cavadov qardaşlarini və OMON üzvülərini Parlamentimizin sədr müavini A.Cəlilovun və Hərbi Əks - Kəşviyat idarəsinin rəyisi Ş.Rəhimovun qatilləri kimi və ona siyasi ƏKS kimi təqdim edən ƏN BİRİNCİ şəxsdir.. VƏSSALAM.
@rafiqlvndov7454
@rafiqlvndov7454 Год назад
Йалан.даншанин.атасна.нəhлəт
@machirdjavadov7351
@machirdjavadov7351 Год назад
Salam, Daniz Ay və Nəsimi Sadigov. Mənə verdiyiniz keçmiş Azərbaycan Baş prokuroru olmuş Eldar Həsənova dair suallara cavab olaraq ! 1994 - 95 - ci illərdə Azərbaycanda haqsizliq biz Cavadov qardaşlarina və bizi özlərinə o zamanlar lider bilən OMON üzvülərinə qarşi məhz Eldar Həsənov, Rəsul Quliyev, İsa Nəcəfov, Elman Qəmbərov tərəfindən TƏŞKİL edilmişdir. Hansilar o zamanlar prezident Heydər Əliyevi ALDADARAK onu inandirmişdilar ki, güya biz Cavadov qardaşlari və bizi özlərinə lider bilən OMON üzvüləri siyasi ona qarşiyiq ! Yani, bizlərə qarşi prezident Heydər Əliyevin ətrafi tərəfindən təşkil edilən QANLİ 1994 - 95- ci il hadisələri, indilərdə prezident İlham Əliyevin ətrafi tərəfindən saxtalaşdirilaraq təşkil etdikləri QANLİ TƏRTƏR hadisələrinin eynisidir. HANSİ MƏKSƏDLƏ ? Hər iki halda, özlərinin PREZİDENT Heydər - İlham Əliyevlərin yaninda ömürlük vəzifədə qalmaq məksədində..! Mənim internetdə dəfələrlə paylaşdigim "Realniy Azerbaydjan" qəzetinin 2007-ci il tarixli nüsxəsində AZADLİQ RADİOSUNUN muxbirinin Eldar Həsənovla müsahibəsi və Azərbaycan Hərbi ƏKS - Kəşviyat idarəsinin zabiti Faiq Rəhimovun Austriyada siyasi siginacaq alarkən təqdim etdiyi sənədlər TAM təstiq edir... Hansilardan aydindir ki, Parlamentimizin sədr müavini A.Cəlilovu və Hərbi Əks - Kəşviyyat idarəsinin rəyisi Şəmsi Rəhimovu Rəsul Quliyev, İsa Nəcəfov və Elman Qəmbərov 1994 - cü ilin 30 Sentyabr tarixində öldürmüşlər, biz Cavadov qardaşlari, OMON üzvüləri YOX ! Məlum edim ki, məhz o tarixdən ƏVVƏL məhz Eldar Həsənov Azərbaycanin Baş prokurorunun 1-ci müavini kimi - o hadisələrdə və o hadisələrdən sonra Baş Prokuror vəzifəsini icra edən ŞƏXS kimi prezident Heydər Əliyevi qəsdən, məksədyönlü olaraq aldadib biz Cavadov qardaşlarini və OMON üzvülərini Parlamentimizin sədr müavini A.Cəlilovun və Hərbi Əks - Kəşviyat idarəsinin rəyisi Ş.Rəhimovun qatilləri kimi və ona siyasi ƏKS kimi təqdim edən ƏN BİRİNCİ şəxsdir.. VƏSSALAM.
@machirdjavadov7351
@machirdjavadov7351 Год назад
ANS - in Rövşən Cavadovla 27.09.1994 -cü iL tarixində dərc etdiyi müsahibəni OXUMADAN 1995 - ci iL Mart hadisələri barədə danişanlar, istər - istəz o hadisələr barədə HƏQİQƏTİN qizlədilməsinə xidmət edrlər. VƏSSALAM.
@machirdjavadov7351
@machirdjavadov7351 Год назад
İNTERNETDƏ yazilarini oxumaqla, insanlari daha tez və mükəmməl tanimaq olur, nəyin ki real həyatda söhbət etməklə. Qarabag müharibəsində erməni bayragi altinda olan Rusiya ilə Azərbaycan tərəfində döyüşmək üçün 1992-93-cü illərdə biz Cavadov qardaşlari Azərbaycana 1200 nəfərdən ibarən təcrübəli ALAY gətirmişdik. Rusiyani Azərbaycanda təmsil edən Heydər - iLham Əliyevlər biz Cavadovlardan FƏRQLİ olaraq, əlbətdə ki o əskərlərin Azərbaycana gəirilməsinin ƏLEHİNƏ idi, onlarin geriyə Əfqanistana qaytarilmasinda SİYASİ maraqli idi. Ona görədə o illərdə məhz Əliyevlər öz əlaltilari ilə əfqan əskərlərini LƏKƏLƏMƏ təbliqatina başladi. NECƏ ki, indilərdə biz Cavadov qardaşlarini ləkələmək niyyəti ilə burada o ƏFQAN əskərləri barədə böhtan yaymaga"Teymur Turan Türksoy" adli birisi baçlayibdir. Aşagida ki vərəqə, Azərbaycanda çap edilən "Realniy Azərbaycan" qəzetinin 2007-ci ilə aid nüsxəsindəndəndir. Bu qəzetdə, "AZADLİQ RADİOSUNUN" müxbiri, 1994-95-ci illərdə Azərbaycanda Əliyevlərin Baş Prokuroru olmuş Eldar Həsənovla müsahibəsini dərc etmişdir. Hansinda müxbir, Eldar Həsənova belə sual verir : indi, polis zabiti HACİ MƏMMƏDOVUN məhkəməsindən gəlirəm ! Orada bizlərə məlum oldu, o, və onun dəstəsinin üzvüləri, ƏN agir QƏTİLLƏRİNİ - QARƏTLƏRİNİ məhz 1994-95-ci illərdə Azərbaycanda törətmişdir. Siz o hadisələrdən xəbərdar idiniz ! Niyə tədbir görmürdünüz? Eldar Həsənov müxbirin o sualina söz yiginagi ilə cavab vermişdir. Yani, faktiki olaraq,i müxbirin o sualina cavab verməmişdir. Məlum edim ki, "prezident" Heydər - iLham Əliyevlər, 1994-95-ci illərdə, o cinayətlərdə, polis zabiti Haci Məmmədovu və onun dəstəsinin üzvülərini yox, biz Cavadov qardaşlarini və OMON üzvülərini İTTİHAM etmişdir. 1994-95-ci illərdə, o cinayətlərin məhz polis zabiti HACİ MƏMMDOV və onun həmkarlari tərəfində törədilməsi haqda Azərbaycanda RƏSMİ məlumat yayilmirdi. Onlarin adlari, o cinayətlərdə, əsasən 2007-ci ildə GENİŞ İÇTİMAYƏTƏ məlum olmuşdur. Baxmayaraq ki, 1994-95-ci illərdə, 2007-ci ildə ki kimi, indi ki kimi o cinayətlərdə mən "prezident" Heydər - iLham Əliyevləri və onlarin Haci Məmmədov, "Teymur Turan Türksoy" kimi əlaltilarini ittiham edərək, Austriada 1995-96-ci illərdə, 1998-2003-cü illərdə İranda, 2003-04-cü illərdə Austriada məhkəmələrdə, hansilardan ki, onlar mənim HƏBSİ tələb edirdi, TAM məglub etmişdim. Və Əliyevlər, Austrianin və İranin mənim xeyrimə olan qərarlarindan BEYNALXALQ məhkəmələrə şikayət etməyə CƏSARƏT etməmişdir ! "Teymur Turan Türksoy"-un indilərdə FACEBOOK -da ƏFQAN əskərləri barədə yaydigi BÖHTAN dəsti-xətdi, 1994-95-ci illərdə QATİL - QARƏTÇİ Haci Məmmədovun, QARABAGİMİZİ müdafiə edən biz Cavadov qardaşlarinin -OMON-un adindan törətdiyi cinayət DƏSTİ XƏDTİ ilə eynidir.
@machirdjavadov7351
@machirdjavadov7351 Год назад
Salam. Təşəkkür. Siz necəsiniz ?
@machirdjavadov7351
@machirdjavadov7351 Год назад
@@istanbulsefiri0001 bəli mən müvəkkəti Austriadayam. Gözləyirəm ki sizlər Baki hava limanini təhlükəsiz edib, məni Bakiya dəvət edəcəksiniz....... !
@istanbulsefiri0001
@istanbulsefiri0001 Год назад
@@machirdjavadov7351 inşAllah Biz Sizi Sağ salamat gətirəcik!
@istanbulsefiri0001
@istanbulsefiri0001 Год назад
@@machirdjavadov7351 Mahir Müellim Elçin Emiraslanov haqqinda melumatiniz var? Xeberler gezirki Azadlığa cıxacaq bu yaxnlarda.
@АБро-ж5л
@АБро-ж5л 8 лет назад
фук(((((((.
@vilayetdadashov3406
@vilayetdadashov3406 7 лет назад
А Бро Allah rahmat elasin
@domumorya1
@domumorya1 8 лет назад
bunu indi niye gosterirsiz? arani gizistirmag ucun?
@azadliq-radiosu
@azadliq-radiosu 8 лет назад
AzadlıqRadiosu öz arxivini RU-vid-a yerləşdirir. Siz deyəsən Trolluq edirsiz
@nurlanibrahimov9093
@nurlanibrahimov9093 8 лет назад
hemde indi basa dusubler ki, Rovsen Cavadov Tamamiyle duz eliyirmis bunu gecen uzun vaxt subut eledi.
@hesenhesenov7038
@hesenhesenov7038 8 лет назад
AzadliqRadiosu cox saq olun
@nurlanibrahimov9093
@nurlanibrahimov9093 8 лет назад
+Qarabag veteranl varyoxuvuda. her bir seyinide ...serefsiz
@nurlanibrahimov9093
@nurlanibrahimov9093 7 лет назад
Qarabag veteranl Ayy sen uzsuz insansan bu qeder Rovsene gore sene soyen var utan daa ol indi bildin ki,olen o deyil sensen....
@bbas3296
@bbas3296 5 месяцев назад
Allah Elçin Əmiraslanov un qapısını acsin
Далее
БЕЛКА ЗВОНИТ ДРУГУ#cat
00:20
Просмотров 626 тыс.
I Took An iPhone 16 From A POSTER! 😱📱 #shorts
00:18
Kəlbəcərin işğalından 12 gün sonra 1993.
36:53
Просмотров 625 тыс.