Тёмный

Rüfət Əhmədzadə - Dünya gözəlləşdi mən qocalanda 

biraddimla YOL
Подписаться 4 тыс.
Просмотров 1,1 тыс.
50% 1

Şeir: Rüfət Əhmədzadə - Dünya gözəlləşdi mən qocalanda
Səsləndirmə: Şahmar Ələkbərov
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
RÜFƏT ƏHMƏDZADƏ - DÜNYA GÖZƏLLƏŞDİ MƏN QOCALANDA
Neçə aylar keçib, illər ötüşüb
Bir əsər qalmayıb dəcəlliyimdən.
Qara saçlarıma ağ-ağ dən düşüb
Elə bil heç cavan olmamışam mən.
Sevinclər içində dərdsiz- kədərsiz
Bəlkə heç olmayıb uşaqlıq çağı.
O uzaq keçmişdən qalmayıbsa iz
Məni böyütmüşdür bəs hansı qayğı?
Qəlbimə ilk eşqin gözü düşəndə
Ay ürək, səninlə bir əsmədikmi?
Könlümün o qıza gözü düşəndə
Səninlə görüşə tələsmədikmi?
Nə qədər günlər var xatirələrdə
Acısı, şirini, təmtəraqlısı...
Ömürdən çox illər gəlib keçsə də
Bu gündür, sabahdır ən maraqlısı...
Dünya gözəlləşir gözlərimizdə
Ona bəxş etmişik gəncliyimizi.
Bir məna doğulur hər günümüzdə
Ömür qocalığa aparır bizi.
Qaxılıb yerində dayanmır zaman
O, öz qanunuyla hərəkət edir.
Dünyaya min nemət gətirən insan
Dünyadan heç bir şey aparmır gedir.
Bilən yox nə zaman yaranıb aləm
Onun təvəllüdü kimə bəllidi.
İkinci bir dünya cənnət-cəhənnəm
Naşı adamlara bir təsəllidi.
Elə bil görürəm şirin bir yuxu
Ötən günlərimi yada salanda.
Heyif ki, tez keçdi ömrümün çoxu,
Dünya gözəlləşdi mən qocalanda...
“Rüfət Zülfüqar oğlu Əhmədzadə 1933-cü il mart ayının 25-də Bakıda anadan olub. Atası Zülfüqar Əhmədzadə xalq düşməni adı ilə həbs edildiyindən, ailəsi ilə birlikdə Balakən rayonuna köçüb.
1949-1951-ci illərdə orta məktəbi bitirdikdən sonra Balakən rayon kinolaşdırma idarəsində səyyar kinomexanik kimi əmək fəaliyyətinə başlamış şair, 1951-1956-cı illərdə Balakən rayon Mədəniyyət Evinin direktoru işləyib.
Bədii yaradıcılığa 1953-cü ildə “Azərbaycan pioneri” qəzetində çap etdirdiyi “Əziz bayram” adlı ilk şeiri ilə başlayıb.
Bakıya köçdükdən sonra 1956-1959-cu illərdə Xətai rayonundakı Pionerlər Evində direktor vəzifəsində çalışıb.
1952-ci ildə “Kirpi” satirik jurnalının redaktoru Əvəz Sadıq onu jurnalda çalışmağa dəvət edib, Rüfət Əhmədzadə burada korrektor, ədəbi işçi, məsul katib, baş redaktorun müavini vəzifəsinə qədər yüksəlib və ömrünün sonuna qədər bu jurnalda fəaliyyət göstərib. 1963-1968-ci illərdə ADU-nun filologiya fakültəsində təhsil alıb.
1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, SSRİ Yazıçılar və SSRİ Jurnalistlər İttifaqlarının üzvü olub.
11 kitabın (“Səslə məni”, “Zirvədən zirvəyə”, “Ulduz pəncərəmdə yanır”, “Yollara duman çöküb”, “Kainatla üz-üzə” və s.), 4 musiqili komediyanın (“Sizin ilə, gülə-gülə”, “Bildirçinin bəyliyi”, “92 dəqiqə gülüş”, “Hələlik”), 3 televiziya tamaşasının (“Sonuncu məhəbbət”, “Gülüş sanatoriyası”, “Şirbalanın məhəbbəti”) və yüzlərlə satirik televiziya novella-səhnəciklərinin müəllifidir. Bir çox yaddaqalan mahnılar onun şeirlərinə bəstələnib.
Rüfət Əhmədzadə 1988-ci il dekabr ayının 15-də Bakıda vəfat edib”.
Rüfət Əhmədzadənin oğlu Zülfüqar Rüfətoğlu:
“Ailədə üç övlad olmuşuq. “Sülalə peşəsinin” davamçılığı mənim üstünə düşüb. 39 ildir ki, bu peşədəyəm. Ortancıl qardaşım Vüqar bioloqdur, öz sahəsi üzrə çalışır. Sevimli sonbeşik qardaşımız Rəşad Əhmədzadə incəsənət adamıdır, əməkdar mədəniyyət işçisi adına layiq görülüb. O da ömrünün yarıdan çoxunu Azərbaycan teatrına həsr edib. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktorudur. Deməli, o da atamızın layiqli davamçısıdır”.
#rüfətəhmədzadə #dünyagözəlləşdimənqocalanda #şahmarələkbərov #zülfüqarrüfətoğlu #şeir #şair #biraddimla #biraddimlayol

Опубликовано:

 

30 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 5   
@elmael2906
@elmael2906 7 месяцев назад
Аллах рехмет элесин, гезел шаир.Бу шери олюмюнден габаг йазмышдыр.
@elmael2906
@elmael2906 7 месяцев назад
Чох гезел шейир, чох гешенг ифа.Браво!
@babekalkhasov6729
@babekalkhasov6729 8 месяцев назад
Allah rəhmət etsin bòyuk ziyall idi .Qəbri nurla dolsun.
@gulmirapacalavo8288
@gulmirapacalavo8288 2 месяца назад
Allah rəhmət eləsin,can qardaş
@gulmirapacalavo8288
@gulmirapacalavo8288 6 месяцев назад
Allah rəhmət eləsin.
Далее
ТАРАКАН
00:38
Просмотров 1,4 млн
Ко мне подкатил бармен
00:58
Просмотров 165 тыс.
ŞAİR TOFİQ HƏSƏNLİ
3:52
Просмотров 10 тыс.
M.E. Sabir  Neylerdin İlahi...
2:12
Просмотров 63 тыс.