İfa: Rəşid Behbudov
Musiqi: Andrey Babayev
Söz: İslam Səfərli
Dəydi saçlarıma bahar küləyi,
Nazəndə sevgilim, yadıma düşdün.
Hərənin baxtına bir gözəl düşər,
Sən də təkcə mənim adıma düşdün,
Nazəndə sevgilim, yadıma düşdün…
Sənsiz dağ döşünə çıxdım bu səhər,
Ötdü qumru kimi gur şəlalələr.
De, niyə yalqızsan, sordu lalələr,
Qövr etdi nisgilim, yadıma düşdün…
Nazəndə sevgilim, yadıma düşdün…
Gözlərim yoldadır, qulağım səsdə,
Səni unutmaram mən son nəfəsdə.
Ey ceyran baxışlım, ey boyu bəstə,
Ey tazə-tər gülüm, yadıma düşdün,
Nazəndə sevgilim, yadıma düşdün.
5 дек 2023