Тёмный

Rəhim Rəhimli hansı məşhurla sevgili olub? -Ona Azərbaycandan getməyə vaxt qoymuşdular? 

1000 Production
Подписаться 155 тыс.
Просмотров 124 тыс.
50% 1

#1000production #trend #birivaridi
Videoda Saleh Abbaszadeh yutub kanalındakı videomaterillardan ( • Video ) istifadə edilmişdir.
Videoda Rehim Rehimli yutub kanalındakı videomateriallardan ( • Video ) istifadə edilmişdir.
O da, ölən kimi qədri bilinənlərdən oldu. Ona ekranda baxanda, elə bilirdin yalnız bir nəfər üçün oxuyur. O da sənsən. Biri var idi, çox istedadlı bəstəkar, şoumen, müğənni Rəhim Rəhimli...
Rəhim Rəhimli 28 dekabr 1976-cı ildə Ağdam şəhərində anadan olub. Musiqiyə olan marağı onu televiziyaya gətirir. 12 yaşından efirlərə çıxan Rəhim “Bənövşə” uşaq xorunun solisti olub. Bir müddət uşaq verilişlərində aparıcılıq edir.
Rəhim Rəhimli “Qal yana-yana”, “Ay maşallah”, “Başım ağrıyor”, “Quzu kəsərəm”, “Qızlar”, “Basdalama damarımı” kimi hitə çevrilən mahnıların ifaçısı olub. Bəstəkar-müğənni kimi fəaliyyət göstərən Rəhim Rəhimli özünün və sənət dostlarının məşhur mahnılarının çoxunu özü yazıb. Əsl sənət nümunəsi olan mahnılarından biri də “Gözümün içinə bax”dır
Bir müddət ATV-də yayımlanan “Rəhimli şou” adlı verilişin aparıcısı olub.
Azərbaycanlı müğənni məşhurluğunun ən yüksək vaxtında ölkəni tərk edib Moskvaya, ordan isə Türkiyəyə gedir. Müsahibələrinin birində Rəhim bu haqda deyir:
“Mən, Azərbaycandan getmək məcburiyyətində idim. Getməyimə bir çox səbəblər qoşdular. Çox yazılar yazdılar. Amma bunun tamam başqa məqsədi var idi və o yazılanların heç biri düzgün deyildi. Bunun özəl bir səbəbi var idi ki, mən onu heç vaxt açıqlamayacağam. Mən heç vaxt bunun səbəbini deməyəcəyəm. Çünki bir daha bu söhbətə qayıtmaq istəmirəm. Əgər mən bunun səbəbini desəm, yenidən söz-söhbətlər qızışacaq. Mən isə bəzi şeyləri təkrar yaşaya bilmərəm. Bu söhbət əbədi olaraq mənimlə qalacaq. Bu sirri hər zaman saxlayacağam. Əslində mənim imkanım var idi ki, qayıdım, amma qayıtmadım. Onda çoxları elə bildi ki, mən Türkiyədəyəm, amma Moskvada idim. Və orada, Moskvada, interneti açıb baxanda ki, mənim haqqımda nə kimi sözlər yazılır, çox məyus oldum. Yazılmışdı ki, guya mənə vaxt qoyulub, Azərbaycandan çıxıb getməliyəm, mənim böyük bir problemim olub və s. Amma bunların heç biri doğru deyildi. Bax, onda mən iyrəndim və qayıtmaq fikrimdən vaz keçdim. Moskvadan da getdim Türkiyəyə”.
Bundan sonra ARB-də qonaq olan müğənni getmə səbəbini qismən açıqlayır. Rəhim qeyd edir ki, o illərdə birilərilə çox yaxın dostluğu olub. Hansı ki, onlar vəzifəli, hörmətli biriləri olub. Sonra bir insan həqiqətə uyğun olmayan xəbərlər çatdırıb və həmin çatdıran şəxs də hazırda həbsxanadadır. Rəhim, ölkədən getməsini belə izah edir.
Müğənni Türkiyədə beş illik müqavilə imzalayaraq orada musiqi fəaliyyətinə başlayır. Azərbaycana gizli-gizli gedib-gəlsə də, uzun müddət burada qalmır. Türkiyədə yaşadığı illər ərzində o, yalnız bir sənətçi, aranjemançı dostu Rafiq Hacıyevlə görüşür.
Rəhimin 5 illik müqaviləsi başa çatandan sonra bir həftəlik Azərbaycana gəlir. Həmin ərəfədə Murad Dadaşov onu israrla "Maşın şou"ya dəvət edir. Çox çətinliklə razı olan Rəhim şou bitəndən sonra elə Murad Dadaşovun israrı ilə Bakıda qalıb yeni layihələr üzərində işləməyə başlayır.
46 altı yaşı olan müğənni heç vaxt ailə həyatı qurmayıb. Onun azərbaycanlı müğənni Vüsalə Əliyeva ilə üç il sevgili olduğu deyilir. Lakin üç ildən sonra sevgililər ayrılır. Vüsalə 2011-ci ildə Türkiyədə iş adamı Mete adlı şəxslə ailə qurur. Bu barədə Rəhimə sual verəndə belə münasibət bildirib:
"Düzün desəm, bəzi məsələlər mənə tərs gəlir. Xüsusi ilə də ailə olmalıdır, toy olmalıdır, bəy kostyumu, gəlinlik donu geyinilməlidir, evdən çıxarılmalıdır, boşqab sınmalıdır, şam tutulmalıdır. Bunlar mənə tərs gəlir. Bunun axı başqa yolları var. Sən vətəndaş nigahı ilə yaşaya bilərsən. Axı biz müasirliyə, Avropaya doğru gedirik. Mənim həyatımda vaxtı ilə biri olub, indi heç kim yoxdur, ola bilər sabah başqa bir adam olsun. Ola bilər səhər qarşıma çıxan insanla münasibətlərimiz ciddiləşsin və tam rəsmi olsun. Ancaq hal-hazırda həyatımı istədiyim kimi yaşayıram. Həyatımda 3 illik bir münasibətim olub. O da müğənni olub. Bunu bütün Azərbaycan şou-biznesi bilir. Münasibətlərimiz bitib və o vaxtdan bu günə qədər yalnızam. Mən düşünmürəm ki, yaşım ötür və evlənmək lazımdır. Bizim ailəmiz çox modern bir ailədir”.
Bir neçə gün əvvəl onun bir videosu yayılır. Videoda o həmkarı Vasif Məhərrəmliyə onun dəvət etdiyi məclisə gələ bilməmə səbəbini açqılayır. Qeyd edir ki, bax, ayaqlarım şişib, ona görə gələ bilmirəm.
O, videoda deyir ki, qara ciyərində problem var. Həkimlər isə onda serroz olduğunu bildirdi. Əlavə olaraq ağ ciyər və ürək çatışmazlığı... Ayaq dərisinin qabıq verməsi, şişməsi, qara ciyər problemi son illər sağlam həyat tərzi keçirmədiyinin açıq göstərirdi.
Müğənni ömrünün son vaxtlarını anasından ayrı yaşasa da həmin gün məhz anasıgilə gəlib və anasının yanında dünyasını dəyişib. Həmin gün isə 30 sentyabr, 2022-ci ildir.
Heç bir fəxri adı olmayan mərhum sənətçi Bülbülə qəbiristanlığında basdırıldı...

Опубликовано:

 

7 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 271   
@allahqorusun3451
@allahqorusun3451 Год назад
Gözəl sənətkar, ifaları ilə zövq oxşayan, hər danışığını, hərəkətinin yerini bilən əsil sənətkar. ALLAH RƏHMƏT ELESIN
@iradebabasova7519
@iradebabasova7519 Год назад
Həqiqətən də elə oldu Rəhim dünyasını dəyişəndən sonra eşitdiyim sözlərin heç bir kəlməsini sag vaxtı eşitməmişdim. Öləndən sonra onu başqa cür tanıdım. Ona görə deyiblər saglıgında qiymət verin insanlara. Allah rəhmət eləsin
@allahverdi5589
@allahverdi5589 Год назад
Sağ olanda dedilər petuxdu
@teoaliyev
@teoaliyev Год назад
Eynən
@sevdaibrahimova7797
@sevdaibrahimova7797 Год назад
Belə bir müğənni bəstəkar var idi bizdə,nə xoşbəxt idik.Öləndən sonra qədrini bildik.Amma heyif,qayıtmayacaq.Məkanı cənnət olsun
@aykataqieva6180
@aykataqieva6180 Год назад
Sağlığında qədrini bilmədiyimiz SƏNƏTKAR...Ruhun şad olsun.ALLAH Sənə rəhmət eləsin🙏😢
@Aliakbar-14
@Aliakbar-14 Год назад
day adam tapmadınız haqqında danışmağa. hələdə hamı Allah rəhmət eləsin yazır. bu insan üzdəniraq petux idi. bunun Azərbaycan cəmiyyətinə ancaq zərəri var idi. pozurdu gəncləri. necə sevmək olar belə bir insanı
@elxandunyamaliyev6432
@elxandunyamaliyev6432 Год назад
@@Aliakbar-14 yaninda olmusan onun qazilere elədiyi yardimi hec bezi mugeniler hec elmiyib ve onu heç kim bilmesin deyib men bunun şahidi olmuşam
@Aliakbar-14
@Aliakbar-14 Год назад
@@elxandunyamaliyev6432 mütləq yanında olmaq lazımdır? Onun hərəkətləri görünmür ki. Gərək onun kimi olasanki onu müdafiə edəsən.
@nurcahan6353
@nurcahan6353 Год назад
Rəhim Rəhimli haqqında ən düzgün informasiyanı onun vakal müəlliməsi deyə bilər...Bir dəfə şahidi olmuşam, müəllimə danışırdı ki, Rəhim yeyəcəklər səni, özün yazırsan, bəstələyirsən, oxuyursan...Rus dilində danışırdı, 2008-vi ildə.....
@aykataqieva6180
@aykataqieva6180 Год назад
@@Aliakbar-14 Sizə aylb həm də çox ayıb olsun.Başqa söz tapmadım deməyə...Heç inanmıram ki savadı mədəniyyəti səviyyəsi zövqü olan insanlar belə Sənətkarı sevməyə...
@user-fc6ek6gi8e
@user-fc6ek6gi8e Год назад
Necə yaxşı insan imiş, Allah qəni-qəni rəhmət eləsin, Allah o dünyasını versin inşallah, Amin🙏🙏🙏
@babat3lekom907
@babat3lekom907 Год назад
Istedadlı,çox sevilən bəstəkar, unudulmaz müğənni Rəhim Rəhimliyə Allah rəhmət eyləsin, ruhu şad olsun! Amin!👐
@helenhelen3301
@helenhelen3301 Год назад
Rehimin senetdeki yeri heç vaxt dolmayacaq. Insan kimi insan idi,senetkar kimi de hemçinin. ALLAH rehmet elesin
@aybenizquliyeva6484
@aybenizquliyeva6484 Год назад
Cox sevdiyim mugenli. Savadli bestekar. Gozel insan. Allah rehmet elesin. Heyif cox genc idi
@user-qy2fy7ey7q
@user-qy2fy7ey7q Год назад
😧😧😧😧😧😧😧goz yawlarimi saxlaya bilmedim Allah senetkara rehmet elesin mekani cennet olsun
@elmiraallahverdi5043
@elmiraallahverdi5043 Год назад
Heyf öləndən sonra qədrini bildik.Gecdi daha😭
@latellae9694
@latellae9694 Год назад
Yerin cennet mekan olsun.. Istedadli insan... 💔💔🌹🌹
@hicranbabayeva7222
@hicranbabayeva7222 Год назад
Dünən Sərin şadlıq sarayında toyda idim.Elə rəhmətlik Rəhimin, Aslanın mahnılarnı oxuyurdular.Ən çox da Rəhimin.Toyda kövrəldim.
@aybenizsultanova8257
@aybenizsultanova8257 Год назад
Ele lazim gelse basqa mugenlerde rehimin mahnilari oxuya bilerler rehim kimi bu mahnilari qeseng hec kim oxuya bilmez
@aybenizsultanova8257
@aybenizsultanova8257 Год назад
Rehim kimi bu gozel sesnen hec kim oxuya bilmez
@nesibeelekberova7316
@nesibeelekberova7316 Год назад
Var idi...., olmayanda əziz oldu. Heyf.., istedadına dəyər vermədiklərimizə heyf... Öləndə badam gözlü.... Ruhun şad olsun.. , ruhlarınız şad olsun.
@tamellammmdova9781
@tamellammmdova9781 Год назад
Onu,hec,vaxt,xoslamamisam,,allah,rəhmət,eləsin!
@afaqismayilova1837
@afaqismayilova1837 Год назад
Mən həmişə sevmişəm,o oxuyanda əlimdə nə işım olmagına baxmayaraq ona qulaq asırdım.Bilirdim cox qeyri adı mahnıya qulaq asacagam .Allah rəhmət etsin Rəhim sənə,.Gözəl bəstəkar,mugənni əsas insan
@parvizzeynalov9067
@parvizzeynalov9067 Год назад
Günlərin birində Artyomda balıq yedik Rəhimlə.Necə yüksək dünyagörüşlü olduğunun şahidi oldum.Allah rəhmət etsin
@serheddinbedelov523
@serheddinbedelov523 Год назад
Əsas odur ki yaxşı insan kimi yadda qaldı. Özünə rəhmət qazandıra bildi sadəliyi ilə. Ruhu şad olsun
@ebulfezbabayev2456
@ebulfezbabayev2456 Год назад
Yaxsi insan olub xeyirxah insan olub allah rehmet elesin
@SK58_az
@SK58_az Год назад
Allah rehmet etsin, nur ichinde yatsin, Amin
@gulshenmufidzade9728
@gulshenmufidzade9728 Год назад
Rehim Rehimli istedadli, savadli, zovqlu bir bestekar idi. O her bir meclisi alovlandira bilirdi, ele ala bilirdi. ( зажигалка») Muasir dovrun en zovqlu , istedadli bestekari, shoumen Rehim Rehimli ruhun shad olsun. Senin musiqilerin , negmelerin hec bir zaman unudulmayacaq.
@ilhamagakisiyev6563
@ilhamagakisiyev6563 Год назад
Duzdeyirsiz Qulwen xanim Rehim kimi istedadli insanlar 100 ilde birdefe qelir dunyaya biz bele senetkara dunya durduqca yad etmeliyik neceki ruslar Yura Watunovu qorursuz helede yad edir bizde bele olmaliyiq eqer sef deyremse deyin sef deyirem amma duz deyirem
@prvanexelilova9274
@prvanexelilova9274 Год назад
Məndə cox sevrdim rəhim rəhmi
@ilhamagakisiyev6563
@ilhamagakisiyev6563 Год назад
@@prvanexelilova9274 Rehim sevilesi muqenniydi
@ilhamagakisiyev6563
@ilhamagakisiyev6563 Год назад
@@prvanexelilova9274 Rehim ela insan idi
@eyvazqubadov1048
@eyvazqubadov1048 Год назад
@@ilhamagakisiyev6563 moophoto
@saraorucova5367
@saraorucova5367 Год назад
Allah Rəhimə rəhmət eləsin o əsil sənətkar idi adi özünə çox yaraşirdi. Məkani cənnət olsun.
@sevdaselimova4810
@sevdaselimova4810 Год назад
Allah rəhmət eləsin. Həqiqətən yaxşı insan idi. Heç kimin bostanına daş atmazdı. Ruhu şad olsun
@kemaleeliyeva4432
@kemaleeliyeva4432 Год назад
Allah rehmet elesin.Heyif cox cavan kocdu bu dunyadan.Allah anasina sebr versin.
@vahidceyhun8598
@vahidceyhun8598 Год назад
Allah Rəhmət Eləsin Ruhu Şad Olsun Amin 🤲🏻💔🥺🥀
@user88815
@user88815 Год назад
Rehim Rehimlinin öz dünyası var idi ..Qalmaqalsiz bir heyat...Ruhu wad olsun. Ölümsüz dünya yox. Terki dünya dedi ve bu fani dünyanın terk etdi.. Özü ile xeyirxah emmellerini apardi.. Allah rehmet etsin Amin
@mestalya
@mestalya Год назад
Caqliqindada cix sevirdik,dunyasin deyiwenden sonrada hemiwe qelbimizde yawayacaqsan,gozrl insan,bestekar muqenni mekanin cennet olsun.😢
@mehparecimsit8417
@mehparecimsit8417 Год назад
ALLAH REHMET ELESIN. 🥀🥀🥀🥀
@haqiqatmamedova4122
@haqiqatmamedova4122 Год назад
Allah rehmet elesin,nur icinde yat hansi mahnisini deyirler,yadimdadi,soz lerini biliram bir coxlarindan ferqli heyif cox istedadlioqlan idi
@rufatbayramov4006
@rufatbayramov4006 Год назад
Allah rehmet elesin.Mekani cennet olsun.
@elmirasalmanova3347
@elmirasalmanova3347 Год назад
Allah səni rəhmət etsin AMİN.Canın qurtardı bu qədir bilməz (bə'zi)insanlardan,dost dediyin:dostlardan.Ruhun və yerin rahat olsun 🙏❤️😭
@kemaleisayeva844
@kemaleisayeva844 Год назад
Allah rehmet elesin
@user-mm7bj8tl2y
@user-mm7bj8tl2y Год назад
Аллах рахмат еласин.
@gunaysharifova411
@gunaysharifova411 Год назад
Bəli necə də düz söylədi. Ölən kimi qiyməti bilindi.
@sahidsiraliyev2810
@sahidsiraliyev2810 Год назад
Allah rehmet etsin
@aliyevaafaq157
@aliyevaafaq157 Год назад
O geder istedadlı bir adam idi .mənim dostum Rəhim (((( mən səni heç vaxt unudmaram (((( yerin beyişdik olsun təmiz gəlbli Rəhim ❤
@xaliq2926
@xaliq2926 Год назад
Afaq onda sən yaxşı bilərsən Rəhim əslən haralidir
@gulnur9786
@gulnur9786 Год назад
Hər nə oldu necə oldu hamısı bitdi onunla getdi tək bu dünyada qalan onun sevilən mahnıları oldu,ondan yadıgar mahnıları qaldı.....
@allahverdi5589
@allahverdi5589 Год назад
Muellimesiz?
@gulnur9786
@gulnur9786 Год назад
@@allahverdi5589 siz sualı mənəmi verdiz?
@allahverdi5589
@allahverdi5589 Год назад
@@gulnur9786 heee
@gulnur9786
@gulnur9786 Год назад
@@allahverdi5589 nəyə görə soruşursuz?
@allahverdi5589
@allahverdi5589 Год назад
@@gulnur9786 instaqramda mənə yaza bilərsiz əyər orda varsizsa
@iradealieva6776
@iradealieva6776 Год назад
Məkanın Cənnət olsun ❤Yaman kədərləndirdin bizləri😔
@letifeaxmedova9158
@letifeaxmedova9158 Год назад
Allah rəhmət eləsin
@ilkinmustafa4796
@ilkinmustafa4796 Год назад
Ruhu şad olsun, gənc öldü
@validebagrzade5820
@validebagrzade5820 Год назад
Allah rəhmət eləsin.❤🇦🇿🇹🇷🇵🇰❤
@gulnarahmedov3908
@gulnarahmedov3908 Год назад
Mekanin cennet olsun .
@allahverdi5589
@allahverdi5589 Год назад
Evlisen?
@aksuvareftalit799
@aksuvareftalit799 Год назад
Allah remet elesin,gozel senetkar idi.Amma bir ad da vermediler.
@user-zo5ie2uc5k
@user-zo5ie2uc5k Год назад
HEYİF ÇOOOX HEYİF TƏƏSSÜFLƏR OLSUN Kİ ONU BİR DAHA GERİYƏ QAYTARA BİLMƏYƏCƏKLƏR. ALLAH RƏHMƏT EYLƏSİN. BİZİM MİLLƏTİMİZ ÖYRƏŞİB VEDRƏ BAĞLAMAĞA ALLAHDAN QORXMURLAR.
@samkasamka5900
@samkasamka5900 Год назад
Allah rəhmət eləsin
@thehell972
@thehell972 Год назад
Inana bilmirdim olumune..genclerin sevimlisi idi.Gor ne qeder rehmet apardi bu da her mugenniye qismet olmur !Allah rehmet etsin Rehime,sehnemizin efsanesi idi..yeri her zaman gorunecek...
@mehemmedhesenof7227
@mehemmedhesenof7227 Год назад
Bu yaxşi sözleri,sağlığında heç danişilmirdi,olenden sonra qedri bilimin 😔🥀
@adsoyad3069
@adsoyad3069 Год назад
Heyiflər. Sənətcinin ruhu şad olsun.
@user-gf7bn5wq2k
@user-gf7bn5wq2k Год назад
Miryusif kimilər xalq artistidi… Rəhim kimi istedadlı, savadlı, zövglü bəstəkar, şoumen, pianoçu, ifaçı… adsız köçür bu həyatdan. Ancaq xalq sevgisi onu yaşadacaq!!! Allah rəhmət eləsin!!!
@ruslanliyev1223
@ruslanliyev1223 Год назад
Bu insan ölüb Allah rəhmət eləsin.Amma ki sayddara fürsət düşüb O ki qaldi qiymət vermək.O saqlıqında qiymətin almışdı hammıda onu sevirdi.
@hikmetseyid6113
@hikmetseyid6113 Год назад
MEN ONUN MAHNILARINI SEVIREM SEHNEMIZIN ESL REALIST MUGENNISI - MEKANIN CENNET. HEYF OZEL MAHNILARINI GOZLERKEN.. SONDUN..
@vusalnur607
@vusalnur607 Год назад
Sağlığında qədrini bilmədik indi nələr nələr deyirik ....Çox heyf Rehimdən.
@afaqismayilova1837
@afaqismayilova1837 Год назад
Xalq bilirdi.Dəyəri olmayanlar bilməsinlər.Onlar ölməmisdən yaddan cıxıblar
@aqilmustafayev3596
@aqilmustafayev3596 Год назад
Rəhim Ağdamda anadan olmyib Bakida doğlub böyüyüb o gün olay .az sayti yazir Salyanda doqlub Rehim. Oz musahibesinde deyib ki Çəmbərəkənde anadan olub usaqliqi ise ana nesinin yanida bulbule kendinde kecib Vefat etdyi evde Tarqovida onun ata evi olub
@hermionegranger8173
@hermionegranger8173 Год назад
DEYİREM YAXŞI Kİ, BU İNSAN BİZİM GÜNLƏRDƏ YAŞAYIB E YOXSA BURDAN BURA 100 DƏNƏ AVTOBİOQRAFİYA FİKİRLƏŞİRLƏR 😃 MƏN DƏ BAXMLŞAM HƏMİN İNTERVYUYA, DÜZ DÜYİRSİNİZ
@ayan0962
@ayan0962 Год назад
xeyir Rehim Rehimli her zaman sevili b ferqlenib sevirik onu😥👏👏👏👏
@Cema-cu1nk
@Cema-cu1nk Год назад
Allah rəhmət etsin Amin
@superisi3026
@superisi3026 Год назад
Əsas indi ruhu şaddır.Cunki hamı haqqında yaxşı sözlər deyir.Allah rəhmət eləsin
@sudabealiyeva943
@sudabealiyeva943 Год назад
Allah rəhmət eləsin Sagliginda qiymət verin insanlara Sagliginda adini cəkmirdilər dünyasini dəyişən kimi hamisi guya pis oldular Afristlər Şou aləm yox şou afristlərdi incəsənətdə
@vuqarimanov9155
@vuqarimanov9155 Год назад
Allah rəhmət elləssin
@ulviqedirli6642
@ulviqedirli6642 Год назад
Gələn həftə rəhmətlik Mirsadig haqqında veriliş hazırlayın. Zəhmət olmasa
@googleuser4053
@googleuser4053 Год назад
nur icinde yat Rehim 💔
@mila6086
@mila6086 Год назад
Allah Rehmet Elesin 👆Erin Cennet Olsun .Rehim Rehimli 1979.Il Dendi ❤
@husynov.sahmurazsahmuraz4504
76dı dəqiq bilirəm
@mila6086
@mila6086 Год назад
Bezileri deyir 79/ Cox Saqolun Düzqün Melumata Qöre
@letafetmemmedova4463
@letafetmemmedova4463 Год назад
Allah rehmet elesin mekani cennet olsun amin allah
@yanahuseynova4019
@yanahuseynova4019 Год назад
Allah rehmet etsin ! Nurlar icinde yatsin senetini ve insan kimi cox isteyirdim bu insani 🙏🤲🌹😥😥😥🕋🕋🕋
@sevincaliyeva4357
@sevincaliyeva4357 Год назад
Allah rəhmət etsin çox zövqlü insan idi.Bəs niyə doğum ilini dəqiq bilən yoxdu?Biri 1979ci il deyir,diğəri 1976cı il deyir.
@haciyevayegane6798
@haciyevayegane6798 Год назад
Bütün yalnışlığa son qoymaq üçün gərək ailəsi dəqiq doğum tarixini desin.
@nergizibrahimova1419
@nergizibrahimova1419 Год назад
28 .12 . 1976 ci ilde dogulub
@taranayusifova1997
@taranayusifova1997 Год назад
Allah rəhmət eləsin 🙏*******
@user-hu2zc5xp4k
@user-hu2zc5xp4k Год назад
АЛЛАХ РАХМАТ ЭЛАСИН,МАКАНЫ ЧАННАТ РУХУ ШАД ОЛСУН.
@ilhamagakisiyev6563
@ilhamagakisiyev6563 Год назад
Azeriler beledir saqliqinda qedirini bilmeyir qulur laq edirler dunyasini deyiwende yaxwi adamiydi deyiller buda bizim xelqin qanindadir
@meryemnehayet9468
@meryemnehayet9468 Год назад
Cox qeribedir,nedi bu kibir,bu qedirbilmezlik....biz nece insaniq...off nye bele olduq nye deyer vermedik sagliginda ? Bele bir hadiseyle rastlasmadiq.Olumunden sonra bu qeder deyerli oldugunun ferqni blmek
@gulrzizova1764
@gulrzizova1764 Год назад
Allah rəhmət eləsin həmişə sevə sevə dinləmişəm heyif
@samayasamedova2517
@samayasamedova2517 Год назад
Var idi😢😢😢.Allah rehmet etsin sene Rehim,arzulari ureyinde qalan eziz ve istedadli insan.
@semayeabbasova7387
@semayeabbasova7387 2 дня назад
Allah rəhmət eləsin Fərqli bəstəkar, mügənni idi.Çox heyf tez geydi
@ilhamerustemova2961
@ilhamerustemova2961 Год назад
ALLAH rehmet elesin 🙏🙏🙏🙏🙏
@hh-uk9ev
@hh-uk9ev Год назад
Allah rəhmət etsin. Ruhun şad olsun yaxşı insan idi
@ArzuAlieva-sy9ne
@ArzuAlieva-sy9ne Год назад
Rəhim ürəyiaçıq adama oxşayırdı,heç kəsdən danışmırdı.Mahnıları çox gözəldir.Axıra qədər qulaq asır adam.
@ofeliyahesenova2417
@ofeliyahesenova2417 Год назад
Yaxşı sənətkar idi!
@ilhameteymurova1786
@ilhameteymurova1786 Год назад
Heyf.Allah rəhmət etsin.
@polatsadixov7758
@polatsadixov7758 Год назад
Allah valideyinlərinə səbir versin
@xuramanqarayeva7975
@xuramanqarayeva7975 Год назад
OZ GEYIM TERZI OLAN REHIM ALLAH SENE REHMET ETSIN.
@zeynbhsnzad7234
@zeynbhsnzad7234 Год назад
Mekanın cennet olsun ölmez senetkar😪
@sabinaiskenderova686
@sabinaiskenderova686 Год назад
Allah Rehmet elesin🤲
@zemazema5221
@zemazema5221 Год назад
Rəhimi çox sevirəm. Hələ usaqlığımdan mahnılarına həmisə qulaq asmışam. İmicini də çox çox bəyənirdim hər zaman. Allah rəhmət eləsin
@ayguneliyeva1620
@ayguneliyeva1620 Год назад
Vüsalə Əliyeva hansı müğənnidir??
@osmanlrtesevdals5724
@osmanlrtesevdals5724 Год назад
İNNA LİLLAHİ VE İNNA İLEYHİ RACİUN MEKÂNIN CENNET MAKAMIN ÂLİ OLSUN 🤲
@sevdahaciyeva1476
@sevdahaciyeva1476 Год назад
ALLAH rəhmət eləsin, ruhu şad olsun İNŞALLAH AMİN YA RABBİ
@sbuhisdli359
@sbuhisdli359 2 месяца назад
ALLAH RƏHMƏT ELƏSİN!🙏
@ofeliyahesenova2417
@ofeliyahesenova2417 Год назад
Allah rəhmət eləsin!
@888lenug
@888lenug Год назад
Esi yetim oldu ,rahat buraxin,ruhu sad olsun,cek cevirmek neye lazim
@raufbeyler8234
@raufbeyler8234 4 месяца назад
Allah qəni-qəni rəhmət eləsin! Çox heyif səndən xalqımın çox istedadlı oqlu!
@rayamammadova3271
@rayamammadova3271 Год назад
Heyf səndən 😪
@maksimakperova6369
@maksimakperova6369 Год назад
Verilise gore cox sagolun Allahdan Rehim Rehimliye rehmet ailsine sebr dileyirem. Ve elece de biz Rehim sevenler başimiz sag olsun.
@sonaabdullaeva238
@sonaabdullaeva238 Год назад
Allah yerin cennet etsin saf usag qelbli senetkar .😰
@anitaalijanova6153
@anitaalijanova6153 Год назад
Hörmətli Sərdar bəy, 1976-ci ildə yo, 1979-cu ildə. Rəhim 43 yaşında vəfat edib(( Məkanı cənnət olsun :(
@asifbabazade7613
@asifbabazade7613 Год назад
Allah rəhmət eləsin çox sevdiyim müğənni bestekar aparıcı idi Remlinin ilk repartajlarinin birində ozu 1978 il olduğunu demisdi
@gunkagunka5944
@gunkagunka5944 Год назад
Allah rehmet etsin ♥️
@ahmadovasvlog5028
@ahmadovasvlog5028 Год назад
Ay Cox heyif Rehim Allah rehmet elesin heyif :(
@hacixanim1901
@hacixanim1901 Год назад
İnsan istər müğənni,müəllim,bəstəkar,mühəndis olsun,insanın qədrini sağ iykən bilmək lazımdır.Allah rəhmət etsin.🤲🥀🤲🥀🤲🥀🤲🥀
@elcinorcaliyev519
@elcinorcaliyev519 Год назад
Heyati menimcun maraqli deyildi ancaq kisi istedad idide allah gunahlarini bagislasin ruhu sad olsun
@R.mikailova
@R.mikailova Год назад
Rehmetlik Bakinin Bülbülə kəndindendi. Ağlınıza gələni yazmayın!
@ilahebabayev5513
@ilahebabayev5513 Год назад
Yazig ölübdə əl çəkmirlər,
@rasimmahmudov3995
@rasimmahmudov3995 Год назад
Allah rehmet elesin!Cox gözel insan idi,taniyirdig, en birinci ele bizim evimizde bütün bu mahnilari ifa edib. Gal Yana Yana mahnisini 1996 ci ilde besdeliyib gardashima hesr eledi.Cox heyf...Rehimin "Deymedüsherim" Mahnisi en birinci mahnilardan biriydi. O harasa yoxa cixib...Ruhun shad olsun Rehim....
@tahireqarayeva7151
@tahireqarayeva7151 Год назад
Heyf.Məkauıu cəuuət olsun.Bizləri tez tək etdiu.Bədtəkar və mügəuui.Nədəudə ölümüudəu soura iusailsrıu qədri biliuir.Təəsdüflər Rəhim Rəhimlidə sıradau bunlardau biri idi.Cox vaxtsız itirdik...
@refiqeresidova3456
@refiqeresidova3456 Год назад
Cox sevirdim Rehim Rehimlini helede aglayiram amma bir adda vermediler oxuya bilmeyenler ad alirlar amma canim menim ruhun wad olsun sen xalqin neinki xalq artisdi sen el catmaz ulduzu idin daim ulduz olaraq qalacaqsan 😥😥😥
@aykizgizemli7040
@aykizgizemli7040 Год назад
Allah rahmet elesin
@natavanaliyeva5769
@natavanaliyeva5769 Год назад
Hə, mən də ayın 3ü toyda idim, Rəhimin mahnısını qoymuşdular, çox pis oldum. Heç bu halı bəyənmədim. Anlayışlı olmaq lazımdı
@yeganequliyeva3779
@yeganequliyeva3779 Год назад
Ay Rehim indi axi senin olen vaxtin deyildi
@nigarvelizade6164
@nigarvelizade6164 Год назад
😭😭😭😭😔😔
@elcinsireliyev4035
@elcinsireliyev4035 Год назад
Çooox üzüldüm ,pis oldum həqiqətən .
@nezaketbaxsova3434
@nezaketbaxsova3434 Год назад
Rəhimə Allah rəhmət etsin qəşəng səsi bəstəkarlıq qabiliyyəti var idi maraqlıdır sağlığında 8nu tərif edən dəyər verən yox idi. öləndən sonra hamı təssüf edir. biz niyə beləyik insan öləndən sonra diqqət mərkəzinə gəlir niyə sağlığında qiymət vermirlər.
Далее
Bike Challenge
00:20
Просмотров 20 млн
Rəhim Rəhimli - Popuri
7:33
Просмотров 371 тыс.