Тёмный

Rəsul Rza - Payız yarpaqları 

biraddimla YOL
Подписаться 4 тыс.
Просмотров 108
50% 1

Şeir: Rəsul Rza - Payız yarpaqları
Səsləndirmə: Əminə Yusifqızı
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
RƏSUL RZA - PAYIZ YARPAQLARI
Sarısı, qırmızısı, solğun yaşılı var.
Elə bil,
Müxtəlif rəssamların
fırçasından düşüb
yarpaqlar.
Budaqbir,
kökbir.
Torpaq, su, havabir.
Düşünürəm: bu müxtəliflik nədir?
Nə bütün ağaclar
bir vaxtda bar verir,
nə bir vaxtda çiçək açır.
Görünür, təbiət də yeknəsəklikdən qaçır.
Açıq püstəyi də olur
yarpaqlar;
gümüşü, qızılı da.
Alavı da, mərcanı da olur
yarpaqlar.
Hər fəslin, hər iqlimin
tükənməyən rənglər kataloqu var.
Baxıram:
artıq baharı gedib, yayı gedib
payız yarpaqlarının.
Uşaqlıq günləri,
gənclik ayı gedib
payız yarpaqlarının.
Yoxsa, həsrətinin şiddətini, göynəyini
artırmaqçın yarpaqlar
belə al-əlvan eləyib köynəyini?
Amansızdır təbiətin hökmü;
hər canlının bir gün gəlir
yarpaq tökümü.
Bunu unutmasam,
unutmasa,
unutmasan;
daha xoşbəxt yaşayar insan.
Noyabr, 1966
"Əminə Yusifqardaş qızı Yusifova 24 sentyabr 1936-cı ildə Bakının Bakıxanov qəsəbəsində anadan olub. İnstitutun birinci kursundan artıq Gənc Tamaşaçılar Teatrında işləməyə başlayan Əminə xanım yenicə ailə qurduğundan azyaşlı uşağını böyütməklə bərabər, həm də karyerasını qurmağa çalışır. Günün on səkkiz saatı işlədiyini deyən aktrisa radio verilişlərinə, teatrda, dublyaj studiyasında çalışmaqla yanaşı, həm də ali təhsilini davam etdirməyə müvəffəq olur.
Ancaq bütün bunlarla yanaşı aktrisa dövlət tərəfindən verilən imtiyazlara çox gec nail olub. İllərlə evi olmayan aktrisa sonralar çox çətinliklə dövlət tərəfindən evlə təmin olunub. O, 46 yaşında Əməkdar artist, 74 yaşında isə Xalq artisti adına layiq görülüb. Bu barədə o, müsahibələrinin birində deyir:
“Camaat bu barədə maraqlanırdı, amma mən bu söhbətləri ürəyimə yaxın buraxmırdım. Mən özümü mərd aparırdım. Həmişə deyirdim ki, eybi yoxdur, bir sağlamlığım, bir də pulum olsun. İş də elə gətirmişdi ki, imkanım yaxşı idi. O vaxtı aktyorlar arasında söhbət gəzirdi ki, Əminənin kassada çoxlu pulları var”.
Aktrisa orta məktəbdə birlikdə oxuduğu sinif yoldaşı ilə sonralar erkən yaşda ailə qurur. Bu evlilikdən onun Səadət adlı bir qız övladı dünyaya gəlir. Ancaq iş elə gətirir ki, onun bu evliliyi sonacan davam etmir. Belə ki, həyat yoldaşının ailəsi Əminə xanıma təzyiq göstərirlər ki, o, aktrisalıq sənətindən uzaqlaşsın. Sənətini çox sevən aktrisa yoldaşına sənəti seçəcəyini deyərək ondan ayrılır. Bu barədə o, deyir:
“Mən incəsənətə görə ailəmdən ayrıldım. Onlar deyirdi, ya səhnə, ya həyat. Mən incəsənəti seçdim. Amma etiraf edirəm ki, ailəmin dağılmasında günah məndə oldu. Yaxşı olardı ki, biz bir yerdə olaq. Elə insandan ayrıldığıma görə həmişə peşman oldum. Ancaq mən sənətimi çox sevirdim. Onunla birlikdə olanda, mən sənəti atdım, teatrdan uzaqlaşdım. Yoldaşım gördü ki, mən sənətsiz yaşaya bilmirdim. Nə yemək yeyirdim, nə su içirdim. Yoldaşım onda mənə dedi ki, sən allah get, yoxsa, sən ayaq üstə öləcəksən”.
#rəsulrza #payızyarpaqları #əminəyusifqızı #resulrza #emineyusifqizi #sahibəhmədov #sahibahmadov #şeir #şair #poeziya #ədəbiyyat #sənət #sənətkar #ədib #kitab #yazar #musiqi #biraddimla #biraddimlayol

Опубликовано:

 

30 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Komedixana  390-cı Bölüm 28.09.2024
55:57
Просмотров 441 тыс.
Почему?
00:22
Просмотров 426 тыс.
Редакция. News: 136-я неделя
45:09
Просмотров 1,5 млн
Xəyanət (2-ci mövsüm 202-ci Seriya)
58:26
Просмотров 17 тыс.
MANPASI   MIRT COLLECTION 2013/2014 #3
9:17
Просмотров 505 тыс.