Тёмный

Ramiz Əzizbəyli Azərbaycan əsgərini ölümdən qurtardığı üçün niyə cəzalandırıldı? 

1000 Production
Подписаться 156 тыс.
Просмотров 118 тыс.
50% 1

#1000production #trend #ramizezizbeyli
Xalqın sevimlisi bir möhtəşəm iş görəndə sevilir, bir də öləndə xatırlanır. Toplumun öz sevimlisinə iki cür reaksiyası var: anidən möhkəm alqışlamaq və ağlamaq. Durğun günlərdə, kədərli anlarda bu qüvvənin, yəni, xalqın sevgisinə ümid olmaq çox adamları bədbəxt edib.
Biri var idi, bu dünyadan gileylə köçən Ramiz Əzizbəyli...
Ramiz Hacı Ağa oğlu Əzizbəyli 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. Atası Hacıağa ömrünün son illərinə qədər 11 uşaqlı ailəsini "Yasin" oxumaqla dolandırıb.
10 yaşı olanda atası dünyasını dəyişir. Ailənin kiçiyi olduğu üçün anası və bacısı ona hər cür şərait yaradıblar. 190 nömrəli məktəbdə təhsil alıb. Rəsm dərnəyinə də gedib. Qılıncoynatma, üzgüçülük, gimnastika, güləş, futbol, atçılıqla da məşğul olub.
Ramiz Əzizbəylinin sənətə gəlişi 1957-ci ildən - 9 yaşından başlayıb. Veriliş və televiziya tamaşalarında azyaşlı aktyor kimi çıxış edib. İlk dəfə AzTV-nin uşaq redaksiyasında daimi üzv kimi işləməyə başlayır. Hətta adına müvəqqəti əmək kitabçası da açılır. Əmək kitabçası müvəqqəti olsa da, redaksiyanın daimi üzvü olur. Azyaşlı olduğu üçün maaşı onun özünə verməyib, poçtla evə göndərirmişlər.
1959-cu ildə kinostudiyanın dublyaj redaksiyasına cəlb olunur. O vaxta qədər uşaq rollarını da böyüklər səsləndirirdilər. İlk dəfə uşaq obrazlarını səsləndirməyi ona həvalə edirlər.
Uşaq yaşlarından bu sahəyə olan sevgisi içindəki incəsnət, rejisorluq potensialını açıq ifadə edirdi:
Bundan sonra kinostudiyada fəhlə kimi işə başlayır. Növbəti cəhddə Ramiz Əzizbəyli İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində qiyabi təhsil almağa başlayır. Oranı bitirəndən sonra aktyor və rejissor kimi fəaliyyət göstərir. 1987-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə özünü rejissor kimi təsdiqləyir. Bu film bir neçə beynəlxalq festivalda Azərbaycan kino sənətini uğurla təmsil edib, Kiyev şəhərində keçirilən Ümumittifaq Kinofestivalda "ən yaxşı rejissor debütünə görə" nominasiyasının qalibi olur.
O, xalqımızın nə istədiyini çox gözəl bilirdi və bütün işləri ilə də tamaşaçıların sevimlisi olmağı bacarmışdı. Təkcə “Bəxt üzüyü” filmi hər şeyi deyir.
Düzdür, böyük Vaqif Səmədoğlunun pyesi, Orxan Fikrətoğlunun ssenarist kimi unikallığı “Bəxt üzüyü”nün film taleyini, bəxtini yetərincə aydın etmişdi, bununla belə, həmin filmin rejissoru Ramiz olmasaydı, yəqin ki, “Bəxt üzüyü” də eləcə, əksər yaxşı filmlərdən biri kimi Xəzərin sahillərində mürgüləyə-mürgüləyə mamırla örtüləcəkdi
"Bəxt üzüyü” müasir kino tariximizə yüksək bədii keyfiyyətli və ən yüksək kassa gəliri gətirən film kimi daxil olub. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin ənənəvi kinofestivalında xüsusi diploma layiq görülüb.
“Bəxt üzüyü” filminə Ramiz Əzizbəyli həyat yoldaşı Zümrüd xanımı çəksə də, sonradan o, çəkilən hissələri montaj edir.
Yazıçılar Birliyinin üzvü idi. 2010-cu ildə "Cızma-qaralar" adlı bədii yaradıcılıq toplusu işıq üzü görüb.
Ramiz Əzizbəyli aktyor kimi "Dərviş Parisi partladır", "Şeytan göz qabağında", "Gümüşgöl əfsanəsi", "Kişiləri qoruyun", "Bağ mövsümü", "Bəxt üzüyü", "Bəyin oğurlanması" filmlərində rol alıb.
Rejissorun iki qızı var. Qızı Xədicə xanımı o, yaxın dostu olan Rasim Balayevin baldızının oğluna verib. Lakin Xədicənin ailə həyatı alınmır və həyat yoldaşından ayrılır. Bu məsələ Ramiz Əzizbəylini çox sarsıdır. O, Rasim Balayevdən küsür və ömrünün sonuna qədər onu bağışlamır.
Ramiz Əzizbəyli yaxın dostu Afaq Bəşirqızından da incik idi. Bu haqda o, müsahibələrinin birində deyir: “Mənim çəkdiyim filmlə zirvəyə çıxdı, sonra o zirvədən mənə daş atdı. Acığıma gedib “Bəxt üzüyü - 2”ni çəkdi. Çox pis təsir etdi mənə. Çox bərbad, səviyyəsiz bir iş çıxdı ortalığa”.
Xalq artisti üç dəfə insult keçirib. O, uzun müddət yüksək qan təzyiqi və şəkər xəstəliyindən əziyyət çəkib. Onun bir ayağındakı barmaqları amputasiya edilmişdi. Ramiz Əzizbəyli 8 dəfə əməliyyat keçirib. Hər dəfə narkozdan ayılanda Allaha şükür edirmiş. Bir müddət əvvəl sənətkar Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitala yerləşdirilmişdi. İnfarkt keçirdiyi açıqlanmışdı.
Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edir.
Xalq Ramizi o günə qədər alqışladı ki, o, insanları güldürür, ağladır...
90-cı illərdə sənətin belini qıran amansız gedişat yaşıdları kimi Ramizin də ömrünün gül illərini soldurdu. Ramizin uğurlu silsiləsinin arası kəsiləndə ortada biganəlik qaldı və o biganə biyabanlıqda Ramiz xeyli müddət kədərlə uzaqlara baxdı.
Son illər içindəki bu şirin aldanış onu giley-güzara gətirib çıxardı. Hər nə qədər sevilsə də, bir gün anladı ki, artıq o böyük gəmi buralardan çox-çox uzaqdadır, xiffətini çəkdiyi o sahillərə bir daha yetə bilməyəcək
Ömrünün son illərində verdiyi müsahibələrinin birində deyir: “Ən çox incikliyim anamdandır. Onu tez-tez yuxumda görürəm. Gərək məni bu dünyaya gətirməyəydi”.

Опубликовано:

 

5 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 244   
@MaxsudovaHusniyye-r4i
@MaxsudovaHusniyye-r4i 3 года назад
Cox sevdiyim hormet etdiyim dahi senetgar mekanin cennet olsun nur icinde yat.
@minayqaraisayeva973
@minayqaraisayeva973 3 года назад
Ramiz Əzizbəyli gözəl səsi gözəl aktyor və gözəl rejissor və hər tərəfli ziyalı olan Ramiz müəllim ruhun şad olsun.Məkanin cənnət olsun
@afaqqasimova021
@afaqqasimova021 3 года назад
Istedadli Senetkarlarimizdan biri Ramiz Ezizbeyli ♥️♥️♥️ Mekani cennet olsun 🥀🥀🥀
@qarateleyvazova913
@qarateleyvazova913 3 года назад
Allah rəhmət eləsin gözəl sənətkarımıza.Heyf belə insanlardan!!Kaş bu dünyada pislik edəninsanlat nə fikirləşirlər??
@ilduzeatakisiyeva6196
@ilduzeatakisiyeva6196 3 года назад
❤❤❤❤❤🙏🙏🙏
@letifeabbasova6865
@letifeabbasova6865 3 года назад
Ən çox sevdiyim sənətkar idi Ramiz Əzizbəyli Xəstə də olsa əsəbi də olsa incik də olsa nurlu üzündə həmişə təbəssüm olurdu Elə insanların qəlbini qırmaq böyük günah idi Məkanı cənnət olsun🤲
@mehi9147
@mehi9147 3 года назад
Çox istedadlı evezsiz aktyor idi,Allah rehmet elesin.Size derin teşekkür edirem
@user-cg5nk7ez4e
@user-cg5nk7ez4e 3 года назад
Cox sagolun. Bu gozel insanlardan senetkarlardan bize maraqli melumatlar verir siz. Allahim olenlere rehmet qalanlara can sagligi versin amin
@nigarnajafguliyeva1047
@nigarnajafguliyeva1047 3 года назад
Allah rehmet elesin gözel senetkarımıza. Çox sevdiyim aktyor idi. Uşaqlıqdan izleyirdik Seher göruşlerinde. Ancaq sonra televiziyaya çıxmırdı. Gözel sesi var idi.
@faiqceferov3836
@faiqceferov3836 3 года назад
Ramiz Əzizbəyliyə ad verilməsədə bəzi xalq artistlərindən böyük aktyor idi. Ramiz Əzizbəyli bizim xalqımızın artisti idi onu həmişə xatırlayacağıq gözəl sənətkar ruhun şad olsun
@fatostv1523
@fatostv1523 3 года назад
ALLAH RƏHMƏT ETSİN RAMİZ MÜƏLLİMƏ YERİ CƏNNƏT OLAR İNŞALLAH AMİN ERMƏNİSTAN YOX IRƏVAN 🇦🇿🇦🇿🇦🇿❤👍👍👍
@selimenikbin958
@selimenikbin958 3 года назад
nece ki, Hüseyin Deryanın yoxlugu yandirdisa, senin yoxluğun da ele yandirdi bizleri. Bu küsduyun dünya senle maragli idi 😭ey gözel İNSAN! Ey gözel SENETKAR!
@vusalbdlova2210
@vusalbdlova2210 3 года назад
Məkaniniz cənnət olsun, dahi sənətkar. Daima qəlbimizdəsiniz. Nə qədər Azərbaycan var, bu cür sənətkarlar unudulmayacaq.
@sevdiyarisrayilov1690
@sevdiyarisrayilov1690 3 года назад
Allah Rəhmət Eləsin Böyük Sənətkara Ruhun Şad Olsun Ramiz Əzizbəyli
@labidaqurbanova3304
@labidaqurbanova3304 3 года назад
Аллах Рахмет.елесин Еаез.олунмаз.сенеткар.
@zumrudceferova7695
@zumrudceferova7695 2 года назад
Məncə də ölməyib axı
@tomitomi3573
@tomitomi3573 2 года назад
Gözəl sənətkar .Xalqın sevimlisi.Sesi də özü də sənəti də gözəl .Həmişə xalqın sevimlisi olaraq qalacaq.Allah rəhmət etsin gözəl sənətkar .Beyin oğurlanması Tello mahnısı beynimizə həkk olub .Şirin ses gözəl avaz .Allah seni rehmət etsin gözəl senetkar
@tomitomi3573
@tomitomi3573 2 года назад
Afaqi həyatda Soylu rolundakı Afaqdir xalq üçün.Pinti kifir iyrənc .Ac uşaqların ahi tutsun .Zeyneble .Afaqı .Çünki Milli məclisdə bunlar uşaq puluna qarşı çıxdılar .Gorbagorlar .It kimi gebereceksiniz .Həmin kasıb uşaqlar pox tökəcək qebrinize
@nadideengin1303
@nadideengin1303 3 года назад
ALLAH rehmet eylesin.xalqın ürəyində yaşayan böyük sənətkardır Ramiz müəllim. Sız də sağ olun bu işləri gördüyünüz üçün.
@nargizmammadova7397
@nargizmammadova7397 3 года назад
Allah rəhmət eləsin.Şərhlərdə bəziləri yazırlar ki,"fəxri ad verilməyib"amma Ramiz Əzizbəyli Azərbaycanın xalq artisti idi.
@metanetmiriyeva4228
@metanetmiriyeva4228 3 года назад
O mənim çox sevdiyiym incəsənət adamıdır .Bu qədər bacarıqlardan sonra o həm də gözəl,məlahətli səsilə mahnı oxuyurdu .O həmişə qəlbimizdə yaşayacaq sənətkardır .Allah rəhmət eləsin Amin
@heyran232
@heyran232 3 года назад
Mənə görə Ramiz Əzizbəyli ölməyib, sağdı.Belə insanlar sadəcə ölmür, fiziki cəhətdən aramızdan getsə də ruhən həmişə qalır.Çox təəssüf ki, sağlığında sənətkarın qədrini bilmirik
@zeynebmemmedova1676
@zeynebmemmedova1676 3 года назад
Allah rehmet elesin menim en cox sevdiyim insan.Afaq cox ozunden razi insandir
@xatunterlan2990
@xatunterlan2990 3 года назад
Allah rəhmət eləsin! Öz xarizması olan bir şəxs idi. Ruhu şad olsun!
@nesibeesedova2645
@nesibeesedova2645 3 года назад
ALLAH qəni- qəni rəhmət, məkanını cənnət eləsin. İNŞAALLAH! Nurüzlü insan.
@feridekamilova3851
@feridekamilova3851 2 года назад
Allah rəhmət eləsin gözəl sənətkarimiza 😥 çox gözəl sənətkar idi çox heyif ki, vaxtında lazımi qiymət vermədiyi 😥😥😥
@selimenikbin958
@selimenikbin958 3 года назад
görduyun bütün işleri qoyaq kenara, tekce "beyin ogrulanması"nda okuduğun "tello " mahnisina bayilmamaq olur mu hiç? Şahane bir ifa! 100 defe dinlesem de doymadigim bir ifa! Allah seni gözel mekan sahibi eder inşallah! Amin inşallah! Bizler seni çox sevirdik. Allah da seni sevir İnşallah!
@metanetmiriyeva4228
@metanetmiriyeva4228 3 года назад
Çox doğru .
@00004601
@00004601 3 года назад
Xədicə xanım çox gözəl insandır. Allah Ramiz müəllimə rəhmət eləsin, inanmadım eşidəndə
@vuqarahadov732
@vuqarahadov732 3 года назад
Videonu hazırlıyanlara xüsusi təşəkkürümü bildirirəm. Azərbaycanın sayca çox olmayan ən şərəfli kişilərindən biri haqqında video hazırlamısız. Allah Ramız müəllimə rəhmət, sizə isə can sağlığı arzu edirəm. İşlərinizdə uğurlar.
@UserName-lk6jq
@UserName-lk6jq 3 года назад
Ramiz bəy əsl kişi idi,qızı Xədicə x. hələ tələbə vaxtından tanıyırdım.Qeyrətli kişinin ismətli qızı.Atası onu göz bəbəyi kimi qoruyurdu.Allah Ramiz bəyə Rəhmət,ailəsinə Səbir versin.
@selimenikbin958
@selimenikbin958 3 года назад
caaaaaaanım Ramiz bey, senin ölümün de cox yandirdi ve üzdü meni.Men seni lap çox isteyirdim. Çünkü sen bir esl oğul idin. Getdiyin mekanın geniş, nurlu ve mübarek olsun! İnşallah! Amin inşallah!
@sedaqetelekberova8695
@sedaqetelekberova8695 3 года назад
Allah rəhmət eləsin! Rejissor u olduğu. Bəxt üzüyü filmi mədəniyyətimizin üzüyüdür!!
@nailmhrrmova4911
@nailmhrrmova4911 3 года назад
ƏLBƏTTƏ İNSAN TEZ UNUDULUR YATAĞA DÜŞDÜN VƏ YAXUD TƏQAÜDƏ ĞETDİN VƏSSALAM HEC KİM SƏNİ YADA SALMIR
@YasarBirsoy-y5v
@YasarBirsoy-y5v 11 месяцев назад
Kül başına, o kino düşük bambılı kinodu
@sedaqetelekberova8695
@sedaqetelekberova8695 11 месяцев назад
@@YasarBirsoy-y5v sözlərinizə fikir verin, danışığından mədəniyyətin görünür!
@vagifmammadov5533
@vagifmammadov5533 3 года назад
Allah rəhmət eləsin Sizi, Dahi şəxsiyyət və dahi sənətkar!!!
@helimebabayeva1153
@helimebabayeva1153 3 года назад
Allah Ramiz m. qənə qəni rəhmət eıəsinQözəl sənətkar.
@svetlanaahmedova8775
@svetlanaahmedova8775 3 года назад
Allah rəhmət eləsin, məkanın cənnət, ruhun şad olsun dahi sənətkar, gözəl rejisor və sevimli aktyor. Amin
@sovqatsuleymanova5819
@sovqatsuleymanova5819 3 года назад
Allah rəhmət eləsin mekanı cənnət olsun sözün əsil mənasında sənətkar deyərdim çox sevirdim rollarını gözəl aktyorumuz seni xalqımız unutmayacaq
@elnurqasimov4584
@elnurqasimov4584 3 года назад
Ramiz bəy nəhəng sənətkar idi.
@mesmeeliyeva1208
@mesmeeliyeva1208 3 года назад
Allah o dünyasını versin...gözəl,unudulmaz sənətkar
@emil1692
@emil1692 3 года назад
Allah rehmet etsin. Boyuk senetkar. Tarixde qaldi oz rollari ve filmlerile. Cox qeyri adi seside var idi. Sizede tewekkur bir daha yad edirsiniz dahi senetkarimizi.
@kemalebabayeva2226
@kemalebabayeva2226 3 года назад
Rehmetlik gözel aktiyor gözel rejissor ve melahetli sese malik idi Ruhu şad mekanı cennet olsun
@xuramanisayeva1151
@xuramanisayeva1151 3 года назад
Allah rəhmıt eləsin.Gözəl səs,gözəl ifa,gözəl nitq.Bir sözlə butun gözəlliklər bu insanda vardi.
@melahetceferova4437
@melahetceferova4437 3 года назад
Allah rehmet elesin kisi adam idi. Cox incitdiler onu bezileri kuskun getdi... Afag cox hagsizlik hormetsizlik etdi ramiz muellime
@imranrzayev7385
@imranrzayev7385 2 года назад
Afaq neyniyib ki yadımdan cıxıb yazarsan vaxtın olsa zəhmət olmasa
@rikacerrahpasa5567
@rikacerrahpasa5567 3 года назад
Allah rəhmət eləsin Çox güclü Sənətkar idi Heyif 😪
@gulsenzulfuqarova7775
@gulsenzulfuqarova7775 3 года назад
Allah rəhmət etsin. Gözəl insan , istedadlı rejissor , duzlu aktyor....Heyif yeri hər zaman görünəcək.
@zenfiraesgerova957
@zenfiraesgerova957 3 года назад
Cox istedadli aktyor idi. Heyif ondan. Allah rəhmət elesin. Yeri behiştlik olsun
@ilkinmustafayev3899
@ilkinmustafayev3899 3 года назад
Allah rəhmət eləsin!
@seidsalmanlu549
@seidsalmanlu549 3 года назад
Bəyin oğurlanması filmində çox gözəl rol almışdı. Məkanı cənnət olsun
@m1965t
@m1965t 3 года назад
ALLAH rəhmət etsin... ALLAH dünyadan incik gedən məşhurları incidənləri islah etsin.
@alimmiriyeva3306
@alimmiriyeva3306 3 года назад
Allah rehmet elesin.dahi evez olunmaz senetkar idi.duzgun semimi insan idi.getmeyin cox cox tessuf etdiyim adamlardandir.
@seideelili.6265
@seideelili.6265 3 года назад
ALLAH rəhmət eləsin....yad etdiyiniz üçün sağ olun ALLAH RAZİ OLSUN ...
@gioulzarkassoumova5678
@gioulzarkassoumova5678 3 года назад
ALLAH Rehmet elesin gozel Senetkarimiza! Mekani Cennet olsun! Ruhu shad olsun! Amin Ya Rebbim!!!!! 🇦🇿🇹🇷🇵🇰🇦🇺
@ecinzamanov1893
@ecinzamanov1893 3 года назад
Allah qəni qəni rəhmət eləsin gözəl sənətkarımıza ! Azərbaycan incəsənətində Ramiz müəllimin öz yeri var idi ! Heyf ondan , belə sənətkar hələm hələm dünyaya gəlmir !
@gulnarcavadova2351
@gulnarcavadova2351 3 года назад
Allah rehmet elesin
@keremelizade7529
@keremelizade7529 3 года назад
Ruh adamlarina yaşamaq işgəncə kimi gəlir,Allah rəhmət eləsin
@hicranefendiyeva1709
@hicranefendiyeva1709 3 года назад
Allah Sizə rəhmət eləsin, Azərbaycanın Xalq Artisti, Böyük Sənətkar, Ramiz müəllim! Məkanınız Cənnət, Ruhunuz şad olsun! Tam səmimiyyətlə deyirəm ki, "Tello"nu onun ifasında sevdim.
@xatinmemmedova6190
@xatinmemmedova6190 3 года назад
Allah rəhmət eləsin , böyük sənətkarımız !
@edileeflaki8454
@edileeflaki8454 3 года назад
ALLAH RƏHMƏT ELƏSİN. YAXŞI SƏNƏTKAR ÖLMÜR, CİSMİ GEDİR. YARATDIQLARI ELƏ SƏNƏTKARIN YAŞAMASIDIR.
@gencegence9659
@gencegence9659 3 года назад
Allah rəhmət eləsib Əvəzsiz Sənətkar Ustad Aktyor Gözəl Rejisor Gülərüz İnsan Məkanın cənnət olsun. Ramiz Əzizbəyli kimi Sənətkarlar hec vaxt yaddan cıxmayacaq. Ürəklərdə yaşayacaq.💔🤲🤲
@atillahun544
@atillahun544 3 года назад
Allah rəhmət eləsin əsl sənətkarlar artiq az qalib Kimler gəldi kimlər getdi
@ilhamaliyev246
@ilhamaliyev246 3 года назад
Allah rəhmət eləsin ruhu şad olsun Böyük Sənətkarımızın
@_love__love_4884
@_love__love_4884 3 года назад
ALLAH TEALA REHMET ETSİN İNŞALLAH MƏKANI CƏNNƏT OLSUN AMİN🤲🏼🤲🏼🤲🏼🤲🏼🤲🏼🤲🏼🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀😭😭😭😭
@isimsiz223
@isimsiz223 3 года назад
Çox gözəl sənətkaridi,Allah rəhmət eləsin.Amin.
@elxanhuseyinov8180
@elxanhuseyinov8180 3 года назад
Аллах рехмет елесин ...Йери ченет олсун ...Амин...
@sarasevinc4464
@sarasevinc4464 3 года назад
Onun gözəl səsi də vardı. Müğənni də ola bilərdj. Əsası odur ki, biz onu tanıdıq və sevdik. Yaddaşlarımızda gözəl sənətkar kimi qalıb, elə də gələcək nəsillərə ötürüləçək.
@fridr1235
@fridr1235 3 года назад
Sevdiyim sənətkarlardan idi Allah rəhmət eləsin
@solmazcabbarzade9086
@solmazcabbarzade9086 3 года назад
Çoox super,,aparıcısan..adam bütün çəkilişlərinə baxmaq istəyir.Nir içində yatsın..hörmətli sənətkarıməz
@emmaabdulalimova3376
@emmaabdulalimova3376 3 года назад
Allah rəhmət eləsin hörmətli sənətkar məkanın cənnət olsun
@nabatveiyeva2909
@nabatveiyeva2909 3 года назад
Qebrin nurla dolsun gozel sirin avazli senetkarimiz sen hemise qelblerde o sux qametin semimi baxisinla qalacaqsan Allah rehmet elesin!
@РашадГасанов-э3г
@РашадГасанов-э3г 3 года назад
Allah rəhmət eləsin Ruhu şad olsun Amin
@emilmemmedli2588
@emilmemmedli2588 3 года назад
Sevdiyim senetkarlardan biri belkede birincisiydi Allah rehmet elesin mekani cennet olsun
@vusal960
@vusal960 3 года назад
Böyük sənətkara Allahdan rəhmət diləyirəm.
@xanmceferova5250
@xanmceferova5250 3 года назад
Bu heyattda olmasada iller kecsede Ramiz Ezizbeyli sevilecek.Cox sevimli senetkarimiz daima qelbimizdedir.
@madinarustamova1847
@madinarustamova1847 3 года назад
Allah rəhmət eləsin, gözəl aktyor Ramiz Əzizbəyliyə
@nazilerza8904
@nazilerza8904 3 года назад
Allah rəhmət eylesin 🙏🏼🌹 nur içində yatsın məkanı çennet olsun gözəl sənətkar 💔😢
@errorexe1313
@errorexe1313 3 года назад
Аллах рехмет етсн..
@resadhaciyev8079
@resadhaciyev8079 3 года назад
Dahi sənətkar Allah rəhmət eləsin..
@umunagiyeva4825
@umunagiyeva4825 3 года назад
Məkanın cənnət Ruhun şad olsun. Böyük sənətkar
@elshanhasanov6159
@elshanhasanov6159 3 года назад
Allah qəni-qəni rəhmət eləsin. Çox gözəl, istedadlı sənətkar idi.
@nadjibazeynalova8735
@nadjibazeynalova8735 3 года назад
Gözəl Sənətkar Allah rəhmət eləsin👐🏼
@ЯЯяяя-ч8х
@ЯЯяяя-ч8х 3 года назад
Allah rəhmət eləsin .Özunə hörmət eliyən vəsavadlı sevilən bir insan idi mənim həmişə efirlərdə tanıdıgım bu insana hörmətim olub
@СамедСамедов-с8к
@СамедСамедов-с8к 3 года назад
Allah rehmet elesin.Ramiz müellimi.Mekanı cennet olsun.Allahtala Ramiz müellime men deyerdim anadan gelme aktyorluq bexş etmişdi.Çox çox talanlı idi.Adamın bele aktyorun rehmete getmeyine inanmağı gelmir.Ruhun şad olsun
@nergizmikayilova271
@nergizmikayilova271 3 года назад
Allah rehmət etsin gozəl sənətkar.
@gulzarmehdiyeva4383
@gulzarmehdiyeva4383 3 года назад
Allah rəhmət eləsin mehriban gózəl insan Məkanı cənnət olsun
@vtnimazrbaycan5083
@vtnimazrbaycan5083 3 года назад
RAMİZ ƏZİZBƏYLİ......nə yaxşı ki,,sizin o gözəl sənətinizi,sənətkarlığınızı canlı şəkildə görmüşəm...
@BAKili.Balasi03
@BAKili.Balasi03 3 года назад
ALLAH RƏHMƏT ELƏSİN.YERİ CƏNNƏT OLSUN.ATAMİN BİBİSİNİN KÜRƏKƏNİ İDİ.QÖZƏL İNSAN İDİ.
@aotelekom2517
@aotelekom2517 3 года назад
Tello mahnıslnı Ramiz bəy kimi heç bir mügənni oxuya bilməyib.möhürünü vurub
@sevilia.m.1078
@sevilia.m.1078 3 года назад
Dogrudur, "Bəyin ogurlanmasi"nda həm oxuyur, həm rol oynayir.Əvəzolunmazdur.
@nailmhrrmova4911
@nailmhrrmova4911 3 года назад
ALLAH RƏHMƏT ELƏSİN ,MƏNCƏ AKTYOR 2020 İLIN İYUNUNDA RƏHMƏTƏ ĞETMİŞDİR
@mahirqurbanova706
@mahirqurbanova706 Год назад
Belə sənətkarları gərək dövlət tərəfindən qiymət verib qoruyardı vaxtında.Allah rəhmət eləsin.
@vuqarbxtiyarov5842
@vuqarbxtiyarov5842 3 года назад
Allah atanı ananı rəhməteləsinki Ramiz məlim sizinkimi gözəl insanı sənətkarı şəxsiyəti bu dünyaya gətirib həyatından şikayət etməyə haq veməməlisən cox gözəl yaşayıb yaradmısan arxança gözəl dürüs təmiz işlər əmələr baş uçaldan işlər qoymusan allah səni rəhmət eləsin mərd insan
@metanetmiriyeva4228
@metanetmiriyeva4228 3 года назад
Bacısının da rolu böyük əməyi,yardımı olub,onu müxtəlif dərnəklərə göndərib atasından sonra...
@shrekplz6965
@shrekplz6965 3 года назад
Əsl BaklLl balàsl.ALLAH rəhmət eləsin.
@stochmiroslav6383
@stochmiroslav6383 3 года назад
Cooox Istedadli evezolunmaz senetkarimiz idi Allah rehmet elesin
@iradadadashova2343
@iradadadashova2343 3 года назад
Allah rehmet etsin, boyuk senetkara
@xatireceferova1598
@xatireceferova1598 3 года назад
SUPER SƏNƏTKAR SUPER REJİSOR SUPER İNSAN VƏ GÖZƏL AİLƏ BAŞÇİSİ DEVLƏT ONUN İŞİNƏ GÜCLÜ MALİYYƏ QOYULSAYDİ HOLUVUD MÜKAFATİ ALARDİ 😔😔😔😔
@aydinaydin8923
@aydinaydin8923 3 года назад
BELƏ İSTE'DADLI İNSAN İXTİSASDAN NECƏ KƏSİLİB,,ÇOX QƏRİBƏDİR😔 RUHU ŞAD OLSUN🕋🙏🕋😔🤲🥀
@tehminamemmedova9970
@tehminamemmedova9970 3 года назад
Məkanın cənnət olsun gözəl sənətkar!
@rehileehedova8711
@rehileehedova8711 3 года назад
Allah rəhmət eləsin
@realme0708
@realme0708 3 года назад
ALLAH SİZƏ rəhmət eləsin AZƏRBAYCANIN guldürən,gülən sənətkarı,MOŞU və Söylunu bizlər üçün qoyub gedən Ramiz Əzizbəyli,sizlərin qədri bilinmədi,nələr yaradardız, yeriniz cənnət olsun😥🥺😔bizlər sizləri unutmayacayıq nə qədər varıq,heyif
@YasarBirsoy-y5v
@YasarBirsoy-y5v 11 месяцев назад
Düşük, bambılı kinodu
@sryoznuwr2626
@sryoznuwr2626 3 года назад
1000 protuction yeni qisa bir filim çekseydiz sevinerdik💕👏👏👏
@alialiyev6446
@alialiyev6446 3 года назад
Allah rehmət eləsin,inşallah
@vasifadigozelov8754
@vasifadigozelov8754 3 года назад
Allah Ramiz muellime rehmet elesin.bu verlisde emeyi kecen her kese tesekkur edirem.
@cingizeliesger5046
@cingizeliesger5046 3 года назад
Mən onun rəhmətə getməyini heç cür qəbul edə bilmirəm ruhu şad olsun ona baxanda ancaq gülürük
@vahidquliyev8254
@vahidquliyev8254 Год назад
Allah rəhmət eləsin.Yaxşı insan gözəl sənətkar idi.Ruhu şad olsun.Cox sağ olun ki belə sənətkarları gənclərə tanıdırsınız.❤❤❤❤❤
@zenfiraesgerova957
@zenfiraesgerova957 3 года назад
Bes bu cur istedadli xalgin sevimli aktyoruna hec bir fexri ad verilmemişdi?
@sevilia.m.1078
@sevilia.m.1078 Год назад
O Xalq artisti idi.
@rizvanquliyev6935
@rizvanquliyev6935 3 года назад
Çox istedadlı böyük insan.
@elnaraaga3583
@elnaraaga3583 3 года назад
Allah rehmet elesin evezolunmaz senetkar!
@iradatalishinskaya7035
@iradatalishinskaya7035 3 года назад
Allax raxmet elesin,yeri cennet olsun.
@allahnbndsi8743
@allahnbndsi8743 3 года назад
ALLAH rəhmət eləsin dahi INSAN RAMİZ ƏZİZBƏYLİ
Далее
Bro's Using 3 Weapons
00:36
Просмотров 3,5 млн