Тёмный

Ramiz Rövşən - Köhnə məktublar 

biraddimla YOL
Подписаться 3,9 тыс.
Просмотров 931
50% 1

Şeir: Ramiz Rövşən - Köhnə məktublar
Səsləndirmə: Nurəddin Mehdixanlı
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
RAMİZ RÖVŞƏN - KÖHNƏ MƏKTUBLAR
Xəbər gələr daha ömrün qışından,
Soyuyarsan -
saçlarına qar düşər.
Ancaq köhnə kitabların içindən
Hərdən-hərdən
köhnə məktublar düşər.
Əyilərsən, götürərsən gizlicə,
boylanarsan -
arvad-uşaq görməsin.
Çəkilərsən otağın bir küncünə,
gizli-gizli oxuyarsan hər sözü.
Bu nə sevgi məktubudu, ilahi,
indiyəcən ağrıyır hər sözü də.
Yazan qızın nəydi adı, ilahi,
Yaddan çıxıb sifəti də, üzü də.
Oxuduqca lal sətirlər səslənər,
Yavaş-yavaş səsi düşər yadına.
Bir hərfdən - qaşı düşər yadına,
Bir hərfdən - gözü düşər yadına.
O gözlərdən yadigartək varaqda
Göz yaşının ləkəsini görərsən.
Birdən donu xışıldayar otaqda,
Pəncərədə kölgəsini görərsən.
Diksinərsən, boylanarsan qapıya;
" o kölgəni arvad-uşaq gördümü?!"
Tez məktubu atarsan külqabıya,
yandırarsan hər sözünü, sətrini.
Sözlər yanar - kağızı da yandırar,
Sözlər yanar - o qızı da yandırar.
Sözlər qaçar o alovun içindən,
Sən baxdıqca -
basar səni soyuq tər.
Sıra-sıra qara qarışqalartək
Qaçıb gedər qara-qara hərflər.
Təkcə o qız qaça bilməz bu oddan.
Bir quş olub uça bilməz bu oddan.
O qız yanar o alovun içində,
Göyə qalxar o alovun dilləri.
O alovun dillərinə sarmaşıb
Yanar, yanar uzun-uzun telləri.
Yanar bir vaxt saçlarını oxşayan
Uzun-uzun barmaqları, əlləri.
O qız yanar -
ərşə çıxar tüstüsü,
Kağız yanar -
külqabıda küllənər.
Qəfil birdən
külqabının içindən
Yerə düşüb bir üzük diyirlənər.
Lap özünü itirərsən - baxarsan,
O üzüyü götürərsən - baxarsan;
Bu üzüyü axı harda görmüsən?
Bu üzüyü görməmisən bəlkə heç.
Sən o qıza haçan üzük vermisən?
Ona üzük verməmisən bəlkə heç.
Arvadın da qəfil girər qapıdan:
- Əlindəki nədi? - deyər.
- Üzükdü.
- O üzüyü nə yaxşı ki, tapmısan,
neçə vaxtdı, itirmişdim, gəzirdim.
Sonra gələr, səndən alar üzüyü:
- Bunun rəngi niyə belə qaralıb?
Barmağına güclə salar üzüyü:
- Elə bil ki, bir balaca daralıb.
Külqabıdan tüstü qalxar hələ də,
o məktubun külü hələ işarar.
Maddım-maddım durub baxar arvadın,
o tüstüdən bir cüt gözü yaşarar.
- Heç olmasa pəncərəni aç, - deyər, -
burda necə oturmusan sən, necə?!
Bu nə yanıq qoxusudu, ilahi,
elə bil ki, adam yanıb indicə...
Ramiz Rövşən:
«... Allah mənim ömrümdə nə qədərdirsə, şeirlərimdə də o qədərdir. Nə az, nə çox.1990-cı illərin əvvəlində bir qəzet müsahibəsində məndən soruşmuşdular:
"Şeir yazmayanda Allah yadınıza düşürmü?"
Cavabında demişdim:
"Mən şeir yazanda Allahın yadına düşürəm. Allah həmişə mənim yadımdadır".
Elə həmin illərdə İstanbuldakı bir şeir gecəsində də mənə sual vermişdilər:
“Sizcə, Allahdan qorxmayan adamdan şair olarmı?”
“Yox” demişdim və elə o dəqiqə də əlavə eləmişdim ki, “amma Allahdan qorxan adamdan da şair olmaz”... »
#ramizrövşən #kohnemektublar #nureddinmehdixanli #biraddimla #biraddimlayol

Опубликовано:

 

2 май 2020

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 3   
@tunarserdarov6190
@tunarserdarov6190 5 месяцев назад
Ramiz Rovsan yaradilicligi menden ötru bir möcuzedi sadece dahi sair Allah size ömur versin❤
@narminasdanli
@narminasdanli 3 года назад
💚 Kitabda oxuya-oxuya dinlədim
@dahaintellektvadisi1
@dahaintellektvadisi1 3 года назад
Ugur olsun
Далее
Vahid Əziz
2:17
Просмотров 7 тыс.
Ramiz Rövşən - Persona (1)
17:12
Просмотров 22 тыс.
Ramiz Rövşən - Əzizim
3:13
Просмотров 605
Ramiz Rövşən - Çiçəklər doğulur bu yaz gecəsi
2:01
SUCAYƏT AZƏR
5:04
Просмотров 31 тыс.
Ramiz Rövşən   köhnə məktublar
4:05
Просмотров 770
Quıu Əsgərov - Dolanaram Başına
8:01
Просмотров 1,1 млн
Alim Qasımov - Xatirədir
4:23
Просмотров 9 млн