Тёмный

Ramiz Rövşən - Qocalıq [ YENİ ŞEİR ] 

Poeziya Klubu
Подписаться 30 тыс.
Просмотров 8 тыс.
50% 1

Şeirin Adı: "Qocalıq"
Şeirin Müəllifi: Ramiz Rövşən
Şeiri Səsləndirən: Ramiz Rövşən
Covered By: Tural Hüseynov ( ‪@turalhuseyn0v‬ )
Yayım: Poeziya Klubu ( ‪@poeziyaklubu‬ )
Əlaqə:
E-mail: poeziyaklubu@mail.ru
WhatsApp: 0556442723 (Tural Hüseynov)
İnstagram @poeziyaklubu
TikTok: @poeziyaklubu
Teleqram: @poeziyaklubuofficial
Şeirin Sözləri:
Tənhalıq başlayır burdan o yana,
Keçdikcə keçilməz, atam balası.
Ayları, illəri tutsan boyuna,
Çayları, çölləri tutsan boyuna,
Ölçdükcə ölçülməz, atam balası.
Daha çoxlarıyla aram sərinlər,
Çoxları boyuma sevinməz daha.
23 yaşımda məni sevənlər
33 yaşımda sevəmməz daha.
Mən axı nə Çöləm, nə Yol, nə Küçə,
Mən axı hamının ola bilmərəm.
Məni sevənlərdən ötrü-ölüncə
23 yaşımda qala bilmərəm.
Nə qədər sözlər var sözümdən cavan,
Daha çığırmağa nəfəsim gəlmir.
Daha bu dünyada özümdən cavan
Şeirlər yazmağa həvəsim gəlmir.
Kiriyir, yumşalır şeirlərim də,
Qocalır misralar, sözlər mənimlə.
Dostlar cavan qalır şeirlərimdən,
qocalmaq istəmir dostlar mənimlə.
İlahi, qocalıq buymuş deməli,
Dostlardan səssizcə qırılır adam.
Ömür bir bulanıq suymuş deməli,
Ömür azaldıqca durulur adam.
İçimin-çölümün yuyulur pası,
Sətirlər göyərir bu ağ varaqda.
Nə çoxmuş ürəklə əlin arası,
Nə yaxşı, ölmədim bu aralıqda.
Sözlər ürəyimdən əlimə yetdi,
Bir azca soluxdu-soldu, nə olar.
Bir azca şaxlığı-şuxluğu itdi,
Heç kəs qınamasın, yoldu, nə olar
Daha balta kəsməz ağlım kəsəni,
Dünyanın dadını bilirəm daha.
Bu qoca dünyada hər nəfəsimi
ağacdan meyvətək dərirəm daha.
Son nəfəs dünyada hər şeydən şirin,
Şair də qocalır, ölür, bilirəm.
Sözündən qan iyi gələn şairin
ağzından süd iyi gəlir, bilirəm.
Bu dünya bir qaynar qazanmış demə,
Söndürməz odunu nə qar, nə yağış.
Dünyayla dalaşmaq asanmış demə,
Çətini dünyayla barışmaq imiş.
#RamizRövşən #Şeir #Poeziya #Ədəbiyyat #Edebiyyat #RamizRovsen

Опубликовано:

 

6 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 9   
Далее
Sevgi şeirləri(#1) - Ramiz Rövşən
30:19
Просмотров 6 тыс.
@ItsMamix учу делать сигму😎
00:12
Просмотров 679 тыс.
would you eat this? #shorts
00:13
Просмотров 2 млн
Ramiz Tekani - Ograsi artib
5:17
Просмотров 1,6 млн
Zelimxan Yaqub - Yigma Seirler Yeni
8:05
Просмотров 152 тыс.
Ramiz Rövşən - "Sevgi Şeirləri" [Öz İfasında]
3:42
@ItsMamix учу делать сигму😎
00:12
Просмотров 679 тыс.