Тёмный

Ramiz Rövşən-Son görüş (səs: Xəzər Süleymanlı ) 

Xəzər Süleymanlı
Подписаться 126 тыс.
Просмотров 284 тыс.
50% 1

#xezersuleymanli #ramizrovsen #eminsabitoglu
şeir: Ramiz Rövşən
səs: Xəzər Süleymanlı
Fon musiqi: Ölsəm bağışla filmi , bəstəkar Emin sabitoğlu
Bu vaxtsız sevginin əcəli yetdi
Buydu qismətimiz ya tez ya da gec.
Hərə öz dərdini apardı getdi
Bəs niyə dərdimiz azalmadı heç... ?
Dünya dağılmadı biz ayrılanda,
Göylər biraz yağış çilədi ancaq...
Mən sənə xoşbəxtlik dilədim onda,
Sən mənə rahatlıq dilədin ancaq...
Rahatlıq dilədin ev eşiyimə,
körpəmin beşiyinə,
Nəvəsi diziüstə çıxan
atama - anama da.
Bir vaxt səndən öncə rastıma çıxan,
Səni məndən alan qadınıma da...
İstədim son dəfə basım bağrıma
Dedin - "nəyə lazım, yox yaxşı deyil..."
Ağladın dedim ki, "kiri ağlama"
Dedin ki, "yağışdı göz yaşım deyil..."
Bu görüş sonuncu görüşdü daha
"Bu gün ayrılırıq" deyib gəlmişdin
Bəs niyə mənimlə son ayrılığa
Ən gözəl donunu geyib gəlmişdin..?
Bəs niyə o cürə gözəldin onda?
İndi bunu necə yozum bilmirəm.
Bəlkə də son dəfə mənim yadımda
Gözəl qalmaq idi arzun, bilmirəm...
Bir sevgi yarımçıq qırıldı o gün
Yağış da kəsildi bulud da getdi
Bir qızla bir kişi ayrıldı o gün
Hərəsi bir yana üz tutub getdi .
O qızdan gözəl qız tapılmaz daha
Daha o kişidən igidi yoxdur.
Amma bu dünyada xoşbəxt olmağa
Daha heç birinin ümidi yoxdur...

Опубликовано:

 

14 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 454   
@XezerSuleymanli
@XezerSuleymanli 4 года назад
Dostlar, videoları bəyənməyi və kanala abunə olmağı unutmayın. Hər birinizə xoş sözləriniz üçün təşəkkür edirəm. Varlığınıza şükür! 🙏🏻💞
@turkanbalasova9220
@turkanbalasova9220 4 года назад
Sizi çox sevirəm
@turkanbalasova9220
@turkanbalasova9220 4 года назад
Sizi sevirəm xəyallarımda Xəzər Süleymanlı ♥️♥️♥️♥️♥️♥️
@ayamovzumova9430
@ayamovzumova9430 4 года назад
Çox xaiş edirəm Getməy isdeyisen bəhanəsiz get bu şeir ifa edsez sevinerem 👍 sizin ifanizda əla olardı 😊şeirNüsrət Kəsəmənli
@aynurseferova4536
@aynurseferova4536 4 года назад
Var olasiz
@assass6145
@assass6145 4 года назад
Nece de gozel oxuyursuz
@leylaaaa9460
@leylaaaa9460 4 года назад
Amma bu dünyada xoşbəxt olmağa daha heç birinin ümidi yoxdur ...
@tahirebagirova7017
@tahirebagirova7017 2 года назад
😪😪💔
@geydarrova
@geydarrova Год назад
Umud verin amma umud’e qalmiyin..
@dovlataliyev2679
@dovlataliyev2679 4 года назад
Evvelki kimi darixmiram senin üçün....daha ağlamiram yeri geldi,gelmedi.....adinin olduğu cümlelerde gözlerim dolmur,,,yoxluqunun teqvimi tutmuram artiq...........biraz yorğunam,,,,biraz halsiz,,,,birazda sensizlik sindirdi meni......nece yaxşi olurlar bilmirem,,amma yaxşiyam kelmesini yapişdirmişam dilime,,kim soruşsa yaxşiyam deyirem.......Dönmeni gözlemirem artiq,,hetta istemirem gelesen,,tez tez ağlima gelirsen ama "mene ne " deyirem,,,,,,menim derdim mene bes eder "mene neee"....Yoxluğuna alişirammi?...varliğindan elmi cekirem?? Coxxxx sinmişam eslinde....Birden başqasini severem??...Eger ele bir şey olsa ve bir gün men başqasini sevsem bax o zaman seni heyatim boyu BAĞIŞLAMAYACAM..........SeNi SeViReM....
@gyunayquliyeva3305
@gyunayquliyeva3305 4 года назад
...
@dovlataliyev2679
@dovlataliyev2679 4 года назад
@@gyunayquliyeva3305 .....???
@turkanbalasova9220
@turkanbalasova9220 4 года назад
Bağışlamağı da zaten
@dovlataliyev2679
@dovlataliyev2679 4 года назад
@@turkanbalasova9220 Novruz bayraminiz mubarek.....yazdiginiz komment aydin olmadi
@cahandarcavadoglu4067
@cahandarcavadoglu4067 4 года назад
Çox sağol gözəl sözlər
@spingame3959
@spingame3959 Год назад
Bilmezdim ki ayriliq bir ömür dərd verecekmis.
@ulviibrahim5157
@ulviibrahim5157 4 года назад
Hərə öz dərdini apardı getdi, Bəs niyə dərdimiz azalmadı heç?!
@turkanbalasova9220
@turkanbalasova9220 4 года назад
Dərdimiz həp bizimle
@ulviibrahim5157
@ulviibrahim5157 4 года назад
@@turkanbalasova9220, bir gün hər şeyin yaxşı olması ümidi ilə.
@gunaymiriyeva8328
@gunaymiriyeva8328 4 года назад
@@turkanbalasova9220 ggfcc yu IUFFZffgggnpp piu gvvgghhhhhhhhjhbbbbnx CD ssa qaqa as xxsassqssuiiiiio
@YusubovaAysha.90
@YusubovaAysha.90 3 года назад
❤️
@aykaaxmedova9346
@aykaaxmedova9346 3 года назад
Her kes aparib oz derdin sadece Hiss ediyimiz o derdin yaralardi Hele de bilirik o derdler Bizimle qalib..
@sevincnovruzova9686
@sevincnovruzova9686 4 года назад
Ən gözəl donu ayrılıq üçün saxlayan qızlar varmı hələ də...
@Leyla-517
@Leyla-517 4 года назад
Mən də ən son gördüyümdə çox gözəl görünürdüm. Elə həmin gün ayırdılar bizi zorla. Məhv oldum. İndi yarım qalan arzularımı kimlərinsə sətirlərində, şərhlərində, şeirlərində axtarıram. Elə hey axtarış içindəyəm. Amma hələ də axtarıram heç özüm də niyə axtardığımı bilmədən. İndi bilmirəm yarım qalan arzularımamı yanım, yoxsa yarım qalan içi boş həyatımamı yanım😥
@lemangafarzade6027
@lemangafarzade6027 4 года назад
Mən artıq geydim istəmədən olsa, təki o xoşbəxt olsun yetər🖤
@MrNeman91
@MrNeman91 3 года назад
Var.
@gulaynurullayeva7454
@gulaynurullayeva7454 2 года назад
Var men de teesufki o qizlardan biri oldum
@mamedova_0
@mamedova_0 Год назад
Yada o'ndan sora gozel donlarini yirtip atan qizlar...
@ulvixudiyev6348
@ulvixudiyev6348 Год назад
"Son görüş"ü yaşamadan gedənlərdə var. Son görüş, bəlkədə yeni başlanğıcdı...
@nadirovaa
@nadirovaa 4 года назад
... Bəs niyə mənimlə son ayrılığa ən gözəl donunu geyib gəlmişdin?!..🥀🖤
@kamranmammedli3413
@kamranmammedli3413 4 года назад
🙁
@mehribannagiyeva
@mehribannagiyeva 2 месяца назад
gözel
@vusalenebiyeva7080
@vusalenebiyeva7080 3 года назад
Nifert edirem ayriliqlarin her curune.nifert edirem. Seve seve ayrilmaga. Nifert edirem ayrilmaga mecbur olmaga. Nifert edirem ayriliq kelimesine nifret edirem.
@MehmanHəsənov-e3q
@MehmanHəsənov-e3q 2 месяца назад
Sonra sevmey olmur inanmaq olmur cox cetin imiw unutmaq olur ne sevmek(
@dogruxeberazerbaycan
@dogruxeberazerbaycan 4 года назад
Ayriliq dehwetdi bir hissdi(((allah heckime gorsetmesin
@arzualiyeva8057
@arzualiyeva8057 3 года назад
1 nömrəli qiraətçi Xəzər Süleymanlıdır mənim üçün, çox sağ olun
@gunayaslan2895
@gunayaslan2895 8 месяцев назад
bir vaxt senden once rastima cixan Seni menden alan qadinima da.... Felsefedir Ramiz Rovshen
@yoxluq5431
@yoxluq5431 4 года назад
😔....son cumlede umid sonda ölur demek istedim, amma men ölenden sonra qalan ûmid neyime lazim...
@elnuraliyevaliyev204
@elnuraliyevaliyev204 3 года назад
Ehh bizim şairlərin zinadan başqa mövzuları yoxdur mu gören. Rəbbim Ramiz Rövşən iman versin! İman dolu şeirini eşitmək xəyalımdır Möhtəşəm şairidir amma...
@kamalequliyeva1559
@kamalequliyeva1559 4 года назад
Hər dəfə bu şeiri dinlədikcə gözlərimdən o yağışın seli səssiz - səssiz axıb gedir😢😢
@aylamirzeyeva3995
@aylamirzeyeva3995 3 года назад
Mən sizi niyə bu qədər çox istəyirəm bilmirəm. Bəlkədə bütün şerlərinizdə məndən bəhs etməyinizdir. ...❤
@nubarseyidova433
@nubarseyidova433 2 года назад
Mən sənə xoşbəxtlik dilədim, amma xoşbəxtliyinin məni öldürəcəyini düşünməmişdim.........
@ilahezalovlu8567
@ilahezalovlu8567 4 года назад
İfa etdiyiniz bütün şeirlər insanın qəlbinə işləyir.. İnsanı özündən alır aparır.. Xəyala dalmamaq mümkün deyil. Var olun Daima gözəl insan 🌺
@vuqarmemmedli1991
@vuqarmemmedli1991 4 года назад
Bu səs altında səhərə kimi şeirə qulaq asaram.Səsinizə qüvvət 👍
@amilsuleymanov6514
@amilsuleymanov6514 2 года назад
Ümüd sadəcə yasamaga məcbur edən hissdir
@ressebsum
@ressebsum 10 месяцев назад
Amma bu dünyada xoşbəxt olmağa Bu tənha qəlbimin ümidi yoxdu
@zulfiyyealiyeva603
@zulfiyyealiyeva603 Год назад
Unudulmayan sevgilər Nakam məhəbbət.....
@etibarabbasov6805
@etibarabbasov6805 3 года назад
Ne isdirse Ramiz Rovsenin serleri basqa sairlerin serlerinden yernen goy qeder ferqlenir
@natiqlizad2718
@natiqlizad2718 2 года назад
Son görüş ölümdən daha ağırdı.😒
@dilsadsukurova7014
@dilsadsukurova7014 4 года назад
Allah uzun sağlam bərəkətli ömür versin sizə
@ceferovagunay5900
@ceferovagunay5900 4 года назад
Ama bu dünyada xoşbəxt olmağa daha heç birinin ümidi yoxdur
@arifcabbarli9000
@arifcabbarli9000 3 года назад
Allah Ezze ve Celleleye dua et inseAllah her seyin xeyirlisini nasib edecek inseAllah.
@ruslanilyasov6382
@ruslanilyasov6382 4 года назад
Mənə o 8 nəfər bəyənməyən maraqlıdı. Nə isdiyillər görəsən )))
@bizikimizdfhhg4572
@bizikimizdfhhg4572 4 года назад
Usaq-musaqdi olar.)
@sevincsuleymanova3424
@sevincsuleymanova3424 4 года назад
Seviyyesizdiler
@sebrsebr9683
@sebrsebr9683 4 года назад
Onlar gozellik nedi bilmirlerde
@mustafazadeis
@mustafazadeis 3 года назад
Belke de şeirdeki o heyat yoldaşlaridi.
@celaleguliyeva3914
@celaleguliyeva3914 3 года назад
Artıb 29 olublar )
@konulrahimova6546
@konulrahimova6546 4 года назад
Sizi dinlemek cox xowdu.Sesinize sagliq.Min defe mawaAllah olsun .
@ilka-Taro.
@ilka-Taro. 6 месяцев назад
Piterdən salamlar..Allah səsinizi qorusun.
@sahnazmlk7201
@sahnazmlk7201 4 года назад
Bir vaxt məndən qabağ rastına çıxan, səni məndən alan Qadınınada ...
@samirzizov315
@samirzizov315 4 года назад
Xəzər Suleymanli istənilən bir eserə həqiqətən ruh verir,sadece sus və ruhun dincəlsin.Təbiki fon musiqisi və sözlərə də söz ola bilməz👍
@ceferxendan276
@ceferxendan276 4 года назад
Kaş bütün dərdlər göz yaşı ilə axıb gede gözəl şer gözəl ifa Təşəkkürlər
@naibamanafova6438
@naibamanafova6438 4 года назад
Bu sair, bu seir, bu musiqi tesekkurler sonsuz.....
@yegaali4104
@yegaali4104 3 года назад
Niyə belə ağır şerlər var. Niyə belə şeyləri qulaqlarım eşidir. Ürək dözmür belə şeiri eşitməyə, Vallah. Ramiz Rövşən qələmi bir ayrı, Xəzər Süleymanlı səsi bir ayrı məhv edir insanı...
@cabirabdurahmanov7634
@cabirabdurahmanov7634 3 года назад
Can
@fsanisgndrova6685
@fsanisgndrova6685 2 года назад
Yaddaşda gözəl qalmaq🌼🌸
@xanimrehimova7431
@xanimrehimova7431 2 года назад
Ve ayrildiq
@lamiy3184
@lamiy3184 2 года назад
Bu bəlkə də bir son görüş, üzdə acı bir gülüş. Qəlbə necə deyim ki, bunu anla, başa düş🌬🍃
@ordanburdan1175
@ordanburdan1175 5 месяцев назад
Xoşbəxtlik ya keçmişdə qaldı Yada gelecekdedir Ama mən indini yaşayıram 😢
@kamranferziyev3392
@kamranferziyev3392 3 года назад
İlk sevgi unudulmur 13 ildi ayrilmişiq məktəbdə anma yenədə unutmaq olmur ilk sevgini
@selaleeldarova8536
@selaleeldarova8536 4 года назад
Amma bu dunyada xosbext olmaqa daha hec birinin umidi yoxdu.Ayriliq cetin dersdir Allah hec kime gosdermesin.en azindan sevenler ayrilmasin
@saadatmustafayeva4237
@saadatmustafayeva4237 4 года назад
Ramiz Řövşen Xezer Suleymanli ne yaxşi sizi tanimişiq,varsiniz, yaşayin,yaradin,soyleyin, ruhumuz duncelsin, hisslerimiz yatmasin.
@azreynullazd3966
@azreynullazd3966 14 дней назад
Hərə öz dərdini apardı getdi.bəs niyə dərdimiz azalmadı heç.
@Ramalxudayarov
@Ramalxudayarov 4 года назад
O qizdan gozel qız tapılmaz daha ,daha o kişidən igidi yoxdu
@nurka9571
@nurka9571 4 года назад
Allahim kaski sevenler ayrilmayardi hec. Cox ezab cekirem ayrildigima😪
@ayxanilyasov7381
@ayxanilyasov7381 2 года назад
...cox
@ayxanh.3571
@ayxanh.3571 4 года назад
Super.Dunya dagilmadi biz ayrilanda.Sadece 2 insan uzuldu.
@sahnazmlk7201
@sahnazmlk7201 4 года назад
Bir Qızla bir Kişi ayrıldı o gün......
@suryyababayeva2357
@suryyababayeva2357 4 года назад
Mən sənə xoşbəxtlik dilədim onda Çox xoşbəxt ol(
@hikmet4511
@hikmet4511 2 года назад
Ay daaaaa anam ay anam
@qabilkhalilov4773
@qabilkhalilov4773 4 года назад
Şeir bu qədərmi insan həyatından danışar.......
@qaybovaaytac7624
@qaybovaaytac7624 4 года назад
Bu gün ayrılırıq, deyib gəlmişdin Bəs niyə mənimlə son ayrılığa Ən gözəl donunu geyib gəlmişdin.... 💦
@bizikimiz128
@bizikimiz128 4 года назад
Men de tam burda agladim
@MirKamalYunusov123
@MirKamalYunusov123 4 года назад
Gozlerim doldu
@ayinisigi7258
@ayinisigi7258 2 года назад
Ayrldig sonda 😣💔
@azrbaycanigidi6568
@azrbaycanigidi6568 Год назад
Super seir
@bumeranqdunya7161
@bumeranqdunya7161 4 года назад
Əladl.Səsinizə qüvvət.Maşallah uğurlar.
@kemalehuseyinova7800
@kemalehuseyinova7800 4 месяца назад
Ayrılığın əzabı...
@deniz926
@deniz926 2 года назад
Sagol wayir icimi mene danwan wayir😔
@muradaliyev4915
@muradaliyev4915 9 месяцев назад
Qızıl sözlər 😢😢😢
@pacific9054
@pacific9054 2 года назад
Sairin qelemine ,seslendirenin sesine quvvet ,mohtesem musiqide oz imzasiyla
@cavidqeribov3442
@cavidqeribov3442 4 года назад
Son gorusu cox isderdim ki son sozumu deyim sonda onun gozderine baxim o bawqa yana mende bawqa bi yana gedim bu sevgiye son qoyub uzaglara gedim xatirelerde qalan gozel anlarida bitirmey isdiyirem sona kimi
@Namelum-q8o
@Namelum-q8o Год назад
O qadinnan gozeli varmi yoxmu bilmirem. Amma o kiwi igid olsaydi sevdiyinin elini hecvaxt buraxmazdi .
@Ramiz-y9c
@Ramiz-y9c 2 года назад
Neynək yəqin taleyim düşməndir mənə.
@yasayanolusabr8457
@yasayanolusabr8457 4 года назад
Son görüş belə olmadı .eləcə ayırdı zalim həyat bizi.
@TVYouTube21
@TVYouTube21 2 года назад
Ümid həmişə var.
@cavidqeribov3347
@cavidqeribov3347 4 года назад
Son dəfə görüşə desəm gələrmisən son dəfə üzüzə durub mənim gözümdə görünəsən son dəyq saatı mənlə bölüşərmisən!?
@anaranarh1467
@anaranarh1467 4 года назад
Bezen bir kelme soz nece illik sevgiye son qoyur
@nrgizhuseynova2671
@nrgizhuseynova2671 Год назад
Cox bəyəndim,super!😊❤ygurlar!
@atlaskerimova8827
@atlaskerimova8827 9 месяцев назад
Həyat yoldaşının günahı nədir ki onu sevməyən birisi ilə ömür sürsün.Başqasını sevən birisinin həyat yoldaşı olmaq əzabdır
@sabinaaliyeva4110
@sabinaaliyeva4110 4 года назад
Sizi dinlerken insan dincelir sesinize ureyinize quvvetttt🙏Allah sizi qorusun
@spingame3959
@spingame3959 Год назад
Amin!
@melahetcavadova5293
@melahetcavadova5293 3 года назад
Xəzər. Mənim qardaşım. Xəzər. Mənim. Sirdaşım. Mən. Ölən. Gün. XƏZƏRƏ. QURBAN OLSUN. BAŞ. DAŞIMA.
@krblayixanm5789
@krblayixanm5789 4 года назад
AllAh Səsinizə qüvvət versin. Səsiniz, ifa etdiyuniz şeirlər çox mükəmməldi. Qulaq asdıqca xəyala dalmamaq mümkün deyil.
@gunsayl361
@gunsayl361 4 года назад
Gözlərimi yumuram səsin məni məndən alır aparır
@yusufbs6280
@yusufbs6280 3 года назад
Mən sənə xosbextliy dilədim ancaq. Sən mənə rahatlıq diledin ancaq😔
@aze9475
@aze9475 4 года назад
Men bu weiri cox amma lap cox sevirem ele bilirem Ramiz muellim bu weiri mehz mene Xezer bey de mene soyleyib😔😔😔😔😔her gun en azi 7 -8 defe dinleyirem
@leylaeliyeva6557
@leylaeliyeva6557 4 года назад
Ürəyinizə əməyinizə və səsinizə sağlıq.📲🎧🎼📚🙋‍♀️💐💖🙏
@hikmetvelizade7066
@hikmetvelizade7066 3 года назад
Mən bu səsin vurğunuyam bəlkədə necə necə insanları şeri şeriyyatı Xəzər bəyin ifasında seviblər cooxx sağ olun o gözəl səsiniz özünüzə allah qıymasın 👏👏👍👍
@fuadmirzeyev9117
@fuadmirzeyev9117 3 года назад
Dunya dagilmadi, ama dunyam dagildi.
@elmirakerimova2913
@elmirakerimova2913 4 года назад
Dunya dagilmadi derde azalmadi belkede coxaldi
@rkamilli2
@rkamilli2 3 года назад
Istedim son defe basim bagrima...
@МелекИбрагимова-у8е
Xəzər bəy Allah sizi qorusun,səsiniz insanin ruhunu oxşayir.Qürbət eldə izləyiçiniz var biləsiniz.
@MrNeman91
@MrNeman91 2 года назад
Sevdiyin insanı sonuncu dəfə görmək ya bir daha görə bilməmək.
@АбульфазМамедов-е6м
Валлах чох тесирлендим еле бил меним учун язылыб вар ол сени Хезер лап агладым
@sebinememmedova7215
@sebinememmedova7215 4 года назад
7 ildi rehmete gedib.hec umudum yoxdu sabaha
@azrbaycanigidi6568
@azrbaycanigidi6568 Год назад
Супер стихи
@castenbiber6271
@castenbiber6271 4 года назад
Men seninle o son gorusu aglima bele getire bilmirem, nece olacaq, nece???😔😔😥
@aygunrzayev6537
@aygunrzayev6537 3 года назад
Ilahi necede gozel soyleyir elebilem talehimi soyleyor
@SSFFQQ
@SSFFQQ 3 года назад
💙
@cemilememmedova9265
@cemilememmedova9265 2 года назад
Xezer m bu sozlerinizle adami aqladlrsiz musiqiside cox kederli
@ilahahuseynova4364
@ilahahuseynova4364 4 года назад
Amma bu dunyada xowbext olmaga daha hec birinin umidi yoxdur,,,
@sebr1256
@sebr1256 4 года назад
Xoşbext olmaq ümidim yoxdu
@ceferxendan276
@ceferxendan276 4 года назад
Əla 👍👍👍
@okeanokean4071
@okeanokean4071 3 года назад
Teseli tapdigim ses 😔. Tesekur edirem
@bizikimiz128
@bizikimiz128 4 года назад
Hec aglimiza gelmeyecek kimi ayrildiq illerle hesret cekdik qovuwduq. qovuwan gun ayrildiq hemde omurluk
@laviniasafa631
@laviniasafa631 4 года назад
Niye yeniden ayrildiz? 😪
@ayinisigi7258
@ayinisigi7258 2 года назад
Ayrlig cox pis sey😣
@מיכלחנוכייב
@מיכלחנוכייב 2 года назад
Браво 👏
@yedinkayedinka6635
@yedinkayedinka6635 4 года назад
Bizim demey isteyibde deye bilmediklerimizi,ifade ve etiraf ede bilmediyimiz sevgimizi tesevvur etdiyinizcun cooox sagolun.menimde sevdiyimden ayrilanda xowbext olmaga umudum olmadi ve hec xowbext olmadim.axi hansi insan sevmediyinin yaninda xowbextdirki?
@fuadcover9922
@fuadcover9922 2 года назад
👍əla şeirdi Xəzər
@arzurzayeva4380
@arzurzayeva4380 4 года назад
Səsində huzur tapdığım insan👏
@qiyazqadirov-9418
@qiyazqadirov-9418 Год назад
😀😇😇😇😇
@mahmudqedirli9286
@mahmudqedirli9286 Год назад
Üzumdə təbəssum,qəlbimdə aci Cunki yanimda yox uzaqlardasan Qəlbimə sənsizkən vuruldu sanci Canimi yandiran canan hardasan??
@samaungstore9792
@samaungstore9792 4 года назад
Ramiz Rövşəni cox sevirəm. Var ol şair.
@aytenramazanova6783
@aytenramazanova6783 3 года назад
Allah rəhmət eləsin Ədəbiyyat müəllimmiz Nadir beyə həyat yoldaşı Nəsibə Xanıma yeriniz cənnət olsun Ədəbiyyatı mənə sevdirdiz həmişə deyərdiz Şeiri intenasiyanan demək lazımdı Xəzər bey uğurlarnız bol olsun
@azercellazercell5683
@azercellazercell5683 4 года назад
Onsuz da dolmuşdum., lap ağlatdız, hönkür hönkür, hıçqıra hıçq😓😪😥😣😞
Далее
小丑调戏黑天使的后果#short #angel #clown
00:16
Sevgi şeirləri(#1) - Ramiz Rövşən
30:19
Просмотров 45 тыс.
Orxan Lokbatanli & Xezer Suleymanli   Popurri
8:42
Просмотров 148 тыс.
Xəzər Süleymanlı-Doktor
4:36
Просмотров 129 тыс.