RelaxBeats kanalına xoş gəlmisiniz...
Vocal : Vüqar Biləcəri, Ruslan Müşfiqabadlı, Orxan Lökbatanlı, Rəşad Dağlı, Tərlan Maştağalı
Meyxana : Bu gecə
Remix : RelaxBeats
RU-vid Menecer : Pərvin Baxışlı
Menecerlə əlaqə : 0559201474
Sosial şəbəkələrdə RelaxBeats
Instagram : itisrelaxbeats
TikTok : itisrelaxbeats
Müəlliflik hüquqları NK Media tərəfindən qorunur. Audio - Vizual faylların təkrar yayımlanması qadağandır.
Sözləri :
Vardır ey gül ürəyim qan elədin,
Ürəyim qəmlərə ünvan elədin.
Qara zülfün ki pərişan elədin,
Qarışıb fikri xəyalın bu gecə,
Qarışıb fikri xəyalın bu gecə,
Gəl mehman ol mənə zalım bu gecə.
Yar mənim qədrimi heç bilmədi ki,
Mənimlə sevgisini bölmədi ki.
Dedilər yar gələcək gəlmədi ki,
Bilmirəm ölüm ya qalım bu gecə.
Bilmirəm ölüm ya qalım bu gecə,
Gəl mehman ol mənə zalım bu gecə.
Sənə məxsusdur ki, o ünvan get ki,
Gəlib ora hərdən canan get ki.
Məni tərk eylə ey hicran get ki,
Gedə məxsuda vüsalım bu gecə.
Gedə məxsuda vüsalım bu gecə,
Ay sənün arazuvu alım bu gecə.
Ay sənün arazuvu alım bu gecə.
Gəl mehman ol mənə zalım bu gecə.
Aşiqin parələnibdir bədəni,
Ki olub qəmlərə ünvan vətəni.
Həsrətin vadar edibdir ki səni,
Ey ay üzlüm yada salım bu gecə
Mənimçün çətin keçir keçən gecə,
Hələ də yadımdadır ötən gecə.
Yara namə yazmışam dünən gecə,
Gələcək var ehtimalım bu gecə.
Gəl mehman ol mənə zalım bu gecə,
Gəlməsən dəyişəcək halım bu gecə.
Səni heç silməmişəm yaddaşdan,
Sənə məlumdur axan göz yaşdan.
Bilsəm sabah gələcəksən başdan,
Çıxacaq əqli-kəmalım bu gecə.
Deməsən gözlərimə qan gələcək,
Can itirmiş bədənə can gələcək.
Dedilər sevgili canan gələcək,
Qorxuram ki, yada salım bu gecə.
Məcburam ki, yada salım bu gecə,
Tək odur cahi-cəlalım bu gecə.
Gəlməsə dəyişəcək halım bu gecə,
Gəl mehman ol mənə zalım bu gecə.
Sevməkə sevgi yalan oldu tamam,
Aşiqin gözləri qan oldu tamam.
Eşq bağı soldu xəzan oldu tamam,
Barı mən qoyma saralım bu gecə.
Eşq bağı soldu xəzan oldu tamam,
Barı mən qoyma saralım bu gecə.
Üzüyün sahibi daşdan da keçir,
Ömür ötür get-gedə yaşdan da keçir.
Dedilər göz yaşı qaşdan da keçir,
Ağlayıb bəlkə boşalım bu gecə. ( 2x )
6 дек 2023