Тёмный

Rusiya güclənir, bəs NATO-nun fəaliyyəti niyə dayandırılır? - APA TV 

APA TV
Подписаться 350 тыс.
Просмотров 9 тыс.
50% 1

#APATV #NATO #rusiya #ukrayna #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #apa #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #sondeqiqe #sonxeberlerbugun2024 #gundemxeber #apagündəm
Rusiya güclənir, bəs NATO-nun fəaliyyəti niyə dayandırılır? - APA TV
NATO-nun yeni genişmiqyaslı təlimləri başlayıb. Finlandiya, Norveç və İsveçin şimal bölgələrində keçirilən təlim iki həftə davam edəcək. Ümumilikdə, təlimdə 13 ölkədən 20 mindən çox hərbçi iştirak edir. Vəziyyəti yaxından izləyən Moskva təlimi təxribat adlandırıb. Maraqlıdır ki, NATO genişhəcmli təlim keçirsə də, bir çox siyasətçilər və hərbi ekspertlər təşkilatın sonunun yaxınlaşdığını bildirirlər. Bu proqnozla amerikalı iş adamı Devid Saks və milyarder İlon Mask da razıdır. Onlar fikirlərini belə əsaslandırırlar ki, təşkilatın yaradılma məqsədi SSRİ-yə qarşı idi və həmin ittifaq dağılıbsa, NATO-nun qalmasının bir mənası yoxdur. ABŞ-nin NATO-dakı keçmiş daimi nümayəndəsi İvo Daalderin məlumatına görə, Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Tyeri Burxardt NATO-dakı həmkarlarına Ukraynada alyans qoşunlarının yerləşdirilməsi məsələsini nəzərdən keçirmək təklifi göndərib, lakin mənfi cavab alıb. Polşa parlamenti də Fransa prezidentinin “NATO həbrçiləri Ukraynada fəaliyyətə başlamalıdır” fikrinə münasibət bildirib. Vurğulanıb ki, Alyans qüvvələrinin Ukraynada aktiv fəaliyyəti yanlış addımdır və Ukraynanın hərbçilərə deyil, müasir sursatlara ehtiyacı var. Spiker Şimon Qolovnya çıxışında bildirib ki, hər hansı bir üzvün Ukraynada öldürülməsi təşkilata qarşı atılmış addım və NATO-ya hücum kimi qəbul ediləcək. “The Atlantic” jurnalında ötən il dərc olunan məqalədə qeyd olunub ki, Rusiya-Ukrayna müharibəsi Şimali Atlantika alyansının fəaliyyətinə təsir edəcək və hərbi təşkilat 2025-ci ildə dağılacaq. Yazıda əksər Avropa ölkələrinin təhlükəsizlik sahəsində maraqları ilə ABŞ Respublikaçılar Partiyasının maraqları arasındakı uçuruma toxunulub. Çünki alyansın əsas dağılma səbəbi də məhz bu ola bilər. Ukraynadakı münaqişə isə alyansın dağılması üçün katalizator rolunu oynamaq gücündədir və Respublikaçılar Ukraynaya kömək etməyin ekzistensial vəzifə olduğuna inanmırlar. Buna görə də Vaşinqtonun Ukraynanı dəstəkləməkdən imtinası təmin olunacaq. “Bu, ABŞ-ni Avropa üçün daha az etibarlı müttəfiq edəcək”, - deyə nəşrdə bildirib.
Görəsən NATO dağıla bilərmi? Bu addımın atılmasında kimlər və ya hansı ölkələr maraqlıdır? APA TV-yə açıqlama verən siyasi şərhçi İlyas Hüseynov bildirib ki, Rusiya-Ukrayna müharibəsindən sonra Avropa başa düşdü ki, region üçün vacib olan amil təhlükəsizlik məsələsidir və NATO çətiri də elə də effektiv deyil. O əlavə edib ki, istənilən müharibə vəziyyətində ABŞ digər NATO ölkələrinin müdafiəsi üçün cəld reaksiya verə bilməyəcək.
NATO dağılarsa, Vaşinqton hansı cinahda dayanacaq? ABŞ eks-prezidenti və hazırki namizəd Donald Tramp çıxışnda bildirmişdi ki, ABŞ təşkilata az pul ödəyən üzv ölkələri Rusiyadan qorumayacaq. “Tramp Putinə NATO-dakı bəzi müttəfiqlərimizi işğal etmək üçün dəvət göndərdi.” Bunu isə açıqlamasında ABŞ prezidenti Co Bayden deyib. O vurğulayıb ki, ABŞ tarixində heç bir prezident Rusiya qarşısında boyun əyməyib. Mediaya açıqlama verən qərb dəstəkli hərbi ekspertlərin məlumatına görə, Avropa ölkələrində sursat və döyüş texnikaları təchizatı zəifdir. Qeyd olunub ki, buna səbəb Avropanın müdafiə sənayesində istehsal imkanlarının yetərli olmamasıdır. Üstəlik o da vurğulanıb ki, hətta Avropa İttifaqı Ukraynaya bir milyon ədəd əl qumbarası tədarük edəcəyini bildirsə də, bu proses bir ildən çoxdur ki, yubanmaqdadır. Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi qlobal miqyasda daha geniş geosiyasi dəyişikliyi əks etdirdiyindən dövlətlər müdafiə immunitetlərini gücləndirirlər. Eyni zamanda ABŞ - dəki prezident seçkilərinin nəticəsi də NATO daxilindəki həmrəyliyə təsir edə bilər. Belə ki, əgər seçkilərdə Respublikaçılar qalib gəlsə, onda Rusiya ilə münasibətlər qismən loyallaşacaq. Bu isə digər müttəfiqlərin Vaşinqtonla bağlı narazılığı ilə nəticələnəcək. Beləliklə, NATO- nun parçalanması üçün kifayət qədər əsas var. Əlbəttə, bu, birdən - birə olmayacaq. Ancaq proses məhz Alyansın dağılmasına doğru gedir. Bundan sonra isə yeni dünya nizamı formalaşacaq.
Fuad Sadıqov
APA TV
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi X səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Опубликовано:

 

14 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 13   
@SalahetdinMr
@SalahetdinMr 7 месяцев назад
Sülh olsun dünyamızda❤
@АлизаминИсмаилов-ш8б
@АлизаминИсмаилов-ш8б 7 месяцев назад
Халал олсун Русмия нато дахылсын❤👍🇷🇺
@vaxidniyazli4202
@vaxidniyazli4202 7 месяцев назад
Ay gic millət bizi nato dağıdmayib Rusiya dağıdıb. Böyük Azərbaycanı. Ay taxtada baş bizim ən böyük düşmənmiz Rusiya olub
@romanfarming7241
@romanfarming7241 7 месяцев назад
@@vaxidniyazli4202DƏDƏVİ DEYƏN RUSS ÖLDRÜB?🤣 100 FAYİZ XAXOLDUR DƏDƏN🤣🤣🤣
@videoGame-oe8uc
@videoGame-oe8uc 7 месяцев назад
​@@vaxidniyazli4202 ay agac bas Azerbaycan varsa bugun Russiyanin sotuna var ! Yoxsa hecvaxt olmiyacagdi Tarixdeki kimi ! Irani quvub Russiya aldi Azerbaycani ve hemin gunden bu gunki Azerbaycan qalib
@Кадуци
@Кадуци 7 месяцев назад
А бала НАТО чийни шишдирилмиш амма урейи олмаян пехлаван. кимиди Русия бейук гючду заман ер шейи гестересек себр един бура Ливия я Ирак дейил😂😂😂❤
@vaxidniyazli4202
@vaxidniyazli4202 7 месяцев назад
Россия проиграл же. Понял?
@RəfayilAslanov
@RəfayilAslanov 7 месяцев назад
Bu palyaklar satqındılar.
@senanezizov8001
@senanezizov8001 7 месяцев назад
MOskva zept edecek dunyani
@ЭльданизЮсифов-л5э
@ЭльданизЮсифов-л5э 7 месяцев назад
red olsun rus imperiasi
@РомаБакинец-ч1н
@РомаБакинец-ч1н 7 месяцев назад
Aminnnnnnnn
@Omrliyev-jj1py
@Omrliyev-jj1py 7 месяцев назад
yenə sovetlər qurulacaq,və insanlar yenidən gün görəgək.
Далее
НЮША РОЖАЕТ?
00:17
Просмотров 893 тыс.