Тёмный

Rusiyanın doktrinanı dəyişməsi Qərbi nəyə vadar edəcək? - “Nəticəsi ağır olacaq!” 

Baku TV
Подписаться 1,2 млн
Просмотров 918
50% 1

Rusiyanın doktrinanı dəyişməsi Qərbi nəyə vadar edəcək? - “Nəticəsi ağır olacaq!”
Rusiyanın yeni nüvə doktrinası, əslində, Rusiya-Ukrayna müharibəsində Moskvanın mövcud doktrinasının Qərbi çəkindirmədiyi düşüncəsinin nəticəsidir. Yəni mövcud nüvə doktrinası Qərbin Ukraynaya günbəgün artan yardımının qarşısını almadığı, Moskvanın heç vaxt bu silahdan istifadə etməyəcəyinə dair düşüncəsinin formalaşdığına görə dəyişdirildi. Aydındır ki, Rusiyanın nüvə arsenalından istifadə qaydası Qərbi çəkindirməyə kifayət etmir.
Bu sözləri Axar.az-a türkiyəli hərbi ekspert Ünal Atabəy Rusiyanın nüvə doktrinasının dəyişdirilməsini şərh edərkən deyib.
O, Rusiyanın daha qərarlı bir duruş sərgiləməsi, maraqlarını diktə etməsi üçün belə bir varianta əl atmasının gözlənilən olduğunu bildirib:
“Yeni nüvə doktrinasında əsas diqqətçəkən məqamlardar biri odur ki, nüvə silahına malik olmayan dövlət bu silaha sahib bir dövlətin dəstəyi ilə Rusiyaya hücum edərsə, bu, ortaq hücum kimi dəyərləndiriləcək. Məqsəd ABŞ başda olmaqla, Ukraynaya dəstək verən Qərb dünyasına gözdağı vermək, onları atacağı addımlardan çəkindirməkdir. Nüvə doktrinasına yenidən baxılması adı açıqlanmayan müharibənin - Rusiya ilə NATO arasında gedən savaşın sərhədlərin pozulacağı halında ciddi nəticəsi olacağına işarə edir. Doktrinanın dəyişdirilməsi ilə Kreml istənilən hava hücumuna nüvə silahı ilə cavab verilə biləcəyini bəyan edərək, Qərbi uzaqmənzilli hücumlara icazə verməkdən çəkindirməyə çalışır. Bir sözlə, Rusiya yeni qərarı ilə Qərbin Ukraynaya daha güclü dəstək verməsinin qarşısını almaq niyyətindədir”.
O bildirib ki, Rusiyanın nüvə doktrinasını dəyişməsi Qərbi ciddi anlamda addımlarından çəkindirə bilər:
“Təbii ki, bu, Ukraynanın Rusiyanın daxili ərazilərinə hücumuna qarşı tutacağı mövqedən asılıdır. Qərb ölkələri bu məqamda Rusiyanı yoxlayacaq addımlar ataraq, Moskvanın əks reaksiyasına uyğun hərəkət edəcək. Rusiya yeni qərarının arxasında qətiyyətlə durub, praktiki olaraq da tətbiq eləsə, hədəfinə nail olacaq. Eyni zamanda düşünürəm ki, Qərb indiki mərhələdə Ukrayna sərhədinə göndərdiyi silah sistemlərini məhdudlaşdıracaq”.
Qeyd edək ki, Rusiya nüvə doktrinasını dəyişəcəyini elan edib.
Bizi WhatsApp-da izləyin whatsapp.com/c...
t.me/bakutvxeber
/ baku.tv
/ bakutvofficial
www.baku.tv
ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
QAPQARA ➧ • QAPQARA
AYDIN TARİX ➧ • AYDIN TARİX
ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
O VAXTLAR ➧ • O VAXTLAR
SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
BAKU MED ➧ • BAKU MED
RƏSMİLƏR ➧ • RƏSMİLƏR
BAKU AKTUAL ➧ • BAKU AKTUAL
RETRO BAKU ➧ • RETRO BAKU
ARAŞDIRMA ➧ • ARAŞDIRMA
44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
Rusiyanın doktrinanı dəyişməsi Qərbi nəyə vadar edəcək? - “Nəticəsi ağır olacaq!”
2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
#bakutv #rusiya #ukrayna #nüvəsilahı #doktrina #qərb #müharibə #putin #nüvədoktrinası #nüvəhücumu

Опубликовано:

 

26 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 2   
@IlgarMamedov-k5f
@IlgarMamedov-k5f Час назад
Kimse gorxmur
Далее
История Hamster Kombat ⚡️ Hamster Academy
04:14
Я ИДЕАЛЬНО ПОЮ
00:31
Просмотров 362 тыс.