Тёмный

Söhbətgah | Niyə bəzi xalqlar varlı, digərləri kasıbdır? | Sakit Səmədov 

Söhbətgah
Подписаться 63 тыс.
Просмотров 40 тыс.
50% 1

Опубликовано:

 

4 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 150   
@ElshanAkhundov
@ElshanAkhundov 2 года назад
Hardasa 5-ci sinifde oxuyurdum, Sakit onda 10da oxuyurdu deyəsən, yəni onun yanında əməlli balaca idik. Eyni məktəbdə oxuyurduq, Bakı Türk Anadolu Liseyində, evdən ora xeyli yol gedirdik, Sakit isə 164 nömrəli məktəbin yanında qalırdı və yolustü bizimlə gedirdi, yolu keçəndə də əlimizdən tuturdu. Yaş fərginə baxmayaraq, bir dost qardaş kimi münasibəti vardı. Ağzından bir dəfə də olsun küfr eşitmədik, bizi oxumaqda istiqamətləndirirdi və elə o yaşda doğru seçim etməyə yönəldirdi. Məktəbi bitirəndən sonra təssüflər olsun ki Sakiti heç görməmişdim, və Turalın verlişindı görəndə Sakiti tanıdım. Azərbaycana Sakit kimi adamlar çox və çox lazımdır. Uöurlaarı bol olsun, həm Sakitin həm də Turalın! Təşəkkür edirəm bu çəkiliş üçün
@ElshanAkhundov
@ElshanAkhundov 2 года назад
@@eltachsnli.6072 var
@dr.matlabalasov
@dr.matlabalasov 2 года назад
Elşən qardaş mobil nömrənizi qeyd edə bilərsizmi?
@davudisgndrov8415
@davudisgndrov8415 9 месяцев назад
Bu qədər dəyərli ziyalılarımız varmış çox sağ olsun Söhbətgah əmədaşları belə deyərli söhbətə bizi qonaq edirsiniz.Nə qədər dəyərli iş gördüyünüzün fərqindəyik Var olun🙏
@vugarkhalil
@vugarkhalil 4 месяца назад
Möhtəşəm ❤❤❤❤❤❤❤, Belə Qonaqları dəvət edin❤
@Sohbatgah
@Sohbatgah 4 месяца назад
💙💚
@ibrahimibrahimov4147
@ibrahimibrahimov4147 2 года назад
Sakit hocam❤️Üniversitetdə mənim müəllimim olub. Möhtəşəm insan, möhtəşəm hoca, möhtəşəm mentor, möhtəşəm ceo və s... Gənclər üçün əlindən gələni edən bir insandı. Var olun ❤️
@kbragazad1086
@kbragazad1086 2 года назад
Sakit müəllim hər zaman ki, kimi qızıl xırdalayır. Artıq bir neçə dəfə izləmişəm bu çıxışı.👌👏👍
@ziyafataliyev
@ziyafataliyev 2 года назад
Bir vətəndaş kimi istəyim odur ki, ölkədə müharibə olmasın, sülh içində yaşayaq, demokratik olaq, iqtisadiyyatımız sabit, dayanıqlı və parlaq olsun. İnhisar bütün sahələrdən yığışdırılsın. Azərbaycan brendləri ilə sahibkarlar ən azından Türkiyə qədər dünyaya açılsın. Mənim ən sevdiyim, ən maraqla dinlədiyim podcastlar məhz iqtisadi, biznes mövzularında olan podcastlardır. Düşünürəm ki, sözün əsl mənasında biz öz resurslarımız ilə, xammal ehtiyatımız ilə bundan qat qat yaxşı yaşamağa layiq ölkəyik. Bəsdir özümüzü cılız Ermənistanla müqayisə edib insanları bugününə şükür etdiririk. Hollandiya, İzrail, Yaponya, Cənubi Koreya, Sinqapur kimi ölkələr ilə müqayisə etmək lazımdır. Neftimizi, neft məhsullarını çıxanda bizim ÜDM çox aşağı səviyyədədir.
@VloQbyGambarov
@VloQbyGambarov 2 года назад
Sakit müəllim, dəyərdir! Qonaq seçiminiz görə təşəkkürlər
@mansurabbasli4641
@mansurabbasli4641 2 года назад
Əli bəy Tural bəy çoooox sağolun. Çox dəyərli qonaqlar dəvət edirsiniz. Söhbətgah çox böyük layihədir👍
@Aybanizmammadli584
@Aybanizmammadli584 2 года назад
Bu gün də nələrsə öyrəndik sayənizdə, təşəkkürlər🙏🏻💪🏻
@dr.matlabalasov
@dr.matlabalasov 2 года назад
Sakit müəllim bizim dəyərli aydınımızdır, var olsun 🙋‍♂️
@nijatgasim9939
@nijatgasim9939 2 года назад
Sakit müəllim ustad dərsi keçdi anlayana :) Azərbaycan və Türkiyədə iqtisadiyyat yönümlü ixtisaslara qəbul olanların riyazi səviyyəsi arasında azərbaycanlılar leyhhinə çox ciddi fərq olduğunu burda yaşayan biri kimi nə az nə çox 12 ildir təcrübə etmişəm. Amma tətbiqi məsələyə gələndə bizimkilər 4 il sonra çox geridə olur. Əla xammaldan zay məhsul istehsal edir universitetlərimiz, son 5-10 ildə açılan universitetləri nəzərə almasaq,Türkiyədə keyfiyyətsiz xammaldan ortalama üzəri məhsul çıxır . Təhsil sistemimiz də başdan ayağa yenilənməlidir. Yoxsa proqramda deyilənlərin əlçatanlığı çətin məsələdir.
@fatimeimanzade7492
@fatimeimanzade7492 2 года назад
Nə yaxşıdıe çox gözlətmirsiz bizi,əla mənzərədir youtube 'ə daxil olan kimi zirvədə gəlirsiniz 🌱
@shafigasalmanova2144
@shafigasalmanova2144 2 года назад
Bugun de maariflendik :) Tesekkurler!
@munhenazrbaycanllarmdniyyt1406
@munhenazrbaycanllarmdniyyt1406 2 года назад
"Övladları təhsilləndirmək gələcəyə yatırımdır" qoşuluram fikirə. Bravo 🙏
@nurlanrehimli2576
@nurlanrehimli2576 2 года назад
Azərbaycan dilində keyfiyyətli kontent yaratmaq yolunda uğurlu bir təşəbbüsdür. Çox sağolun, uğurlar, davamlı olsun.
@LEO-zi3nc
@LEO-zi3nc 4 месяца назад
Cox gozel sohpet oldu hetta biznesle bagli faydali bilgiler verdiyiniz ucun cox tewekkur edirem
@kamalelatfova2547
@kamalelatfova2547 2 года назад
Çox təşəkkür edirəm. Kaş ki, hər gün belə maraqlı, öyrənə biləcəyimiz insanları dinləmək imkanımız olsa….
@isfndiyarliyev3645
@isfndiyarliyev3645 2 года назад
Super. Sakit məllimiin anlatımı möhtəşəm idi. Təşəkkürlər.
@leylaseferli3084
@leylaseferli3084 10 месяцев назад
Cox tehsilli insandir
@TheKyleHuss
@TheKyleHuss 2 года назад
Çox bəyəndim. Alqışlar.
@togrulveliyev
@togrulveliyev 2 года назад
Sakit bəy, möhtəşəmsiz.
@raminatakisiyev7075
@raminatakisiyev7075 2 года назад
Əla! Bravo ! Şəxsən sahibkar olaraq çox - çox bəyəndim müəllimin düşüncələrini ...sadəcə bayıldım
@frausszade2406
@frausszade2406 2 года назад
Sayənizdə belə gözəl insanı tanıdım Teşekkürler👍 müəllim kimi öz təcrübəmdən bir misal çəkim: dərs dediyim siniflərin birində əqli cəhətdən zəif uşaq var idi və hamıya məlum idi ki onun hətta yazmaq iqtidarı belə zəif idi. Amma mənim fennimden ( xarici dil)bu uşaq dəftər gətirib yazırdı hətta nəsə öyrənirdi. Bir gün kolleqam mənə deyir ki "işin gücün yoxdur onsuz oxuyan zibil deyil. Keç o biriləri yoxla" Həmin anda çox pis oldum həm də qəzəbləndim. Problem məktəbdən və düzgün olmayan valideynden gəlir. Amma biz dövləti günahlandıririq.
@MrsAlmazova
@MrsAlmazova 5 месяцев назад
Çox öyrədici podcastdi👏👏👍🏻Sakit müəllim çox gözəl başa saldı, çox çətin mövzuları👍🏻👏
@vafaaslan9945
@vafaaslan9945 7 месяцев назад
Möhtəşəm
@gencetel2052
@gencetel2052 8 месяцев назад
Möhtəşəm insan!
@oguzxan1
@oguzxan1 2 года назад
Sakit bəy (qısaca S.S.S); özünəməxsus müsbət enerjisi ilə gözəl motivasiya bacarığı olan həqiqi lider, analizlərində reallıqlara görə ölçü aparan bir iqtisadçı olduğu kimi, eyni zamanda keçdiyi yollarda dostluq prinsiplərinə həmişə sadiq olan bir vəfa abidəsidir...❤👍
@arifhuseynov509
@arifhuseynov509 10 месяцев назад
AXIR KI BiR MAARIFLENDIRICI VERILISE BAXIRIQ VERILISINIZ DAIMI OLSUN UGURLAR SIZLERE YAXSI DA SUALLAR VERIRSINIZ INSANIN EMELI SOZU EYNI OLMALIDIR MARAQLI SOHBET UCUN TESEKKURLER SIZLERE!
@xanlarabbasov547
@xanlarabbasov547 2 года назад
Verliş üçün təşəkkürlər. Xeyirli uğurlu olsun. Sakit müəllimi çox bəyəndim. Bir adamın ki, dövlət marağı və milli marağı varsa, bu maraqdan yola çıxırsa, o adam ziyalı biri. Ən vacib olanı isə, bir çox özünü " dahi" hesab edənlərdən fərqli olaraq əzbərlədiklərini və öz işinə gələnləri danışmır. Dərk etdiklərini və hər kəs üçün lazım olanları danışır. Verlişlərinizə, çox xahiş edirəm ki, düşünən insanları dəvət edin, həm də azad düşünə bilən. Azad düşünə bilməyən adamlar nə özünə nə də cəmiyyətə bir şey verə bilməzlər. Gələcəyimiz üçün marifçilik çox vacibdir, amma ki, bu marifçiliyi də doğru adamlar etməlidir ki, nəticə olsun. Möhtəşəmsiniz!
@therepairphone
@therepairphone 7 месяцев назад
Excellent
@narminm.9903
@narminm.9903 2 года назад
Çox informative sessiyadır. Doğrudan da Ticari əxlaq çöx önəmlidi… Təkrar səhvlər, səhvlərin qeydiyyatınln oımaması ayrı problemdi.
@gunelbakhshali
@gunelbakhshali 2 года назад
Bu gün Sakit müəllimin bir qeydini oxudum. Bir neçə saat sonra bu söhbəti görmək çox yerinə düşdü, çox maraqlı təsadüf!
@anarbabayev6132
@anarbabayev6132 2 года назад
Sakit müellimin sosial şebekede profili var? Varsa zehmet olmasa deyinde mene
@gunelbakhshali
@gunelbakhshali 2 года назад
@@anarbabayev6132 Elvin Dadaşsoyun hesabında oxumuşdum, şəklini və başlıq olaraq onun fikrini paylaşmışdı
@gamargasimova
@gamargasimova 6 месяцев назад
​@@anarbabayev6132o hamını görür hamı onu görmür)
@ramilsamedov6567
@ramilsamedov6567 2 года назад
Bizim universitetin belə gözəl müəllimi var.Mütləq tanış olacam
@ferdihuseynli8367
@ferdihuseynli8367 4 месяца назад
Bele dəyərlərimiz var əhsən .eşq olsun .
@mrymqulizad3114
@mrymqulizad3114 2 года назад
Möhtəşəmdir,ləzzət elədi
@ilkinrustamov3424
@ilkinrustamov3424 2 года назад
Təşəkkürlər! Hüquqşünas qonağınızın da olmağın istərdim.
@biologiyatedrisi
@biologiyatedrisi Год назад
En beyendiyim buraxilis indi bu oldu❤
@taste22.
@taste22. Год назад
Teşekkür edirem .bu verilişdeki melumatları belke de 3-4 kitab oxusaydıq bu neticeleri elde ede bilerdik..zengin bir podcast oldu.Xahiş edirem Bele mövzular çox olsun .
@mmmdislamov4250
@mmmdislamov4250 2 года назад
Ağıllı sahibkarlarımız da var,ideyalı insanlarımız da. Rəqabət mühiti, bank faizlərinin yüksək olması, gömrük rüsumlarının yüksək olması hamısı orta və xırda sahibkarlığın inkişafına mənfi təsir göstərən amillərdir. Ən əsası da odur ki,sahibkarlar hər hansı bir sahəyə yatırım etməyə etibar etmir.
@bayramvanatiyev115
@bayramvanatiyev115 2 месяца назад
Gozəl aciqlama. Eynən
@nuranamammadova1924
@nuranamammadova1924 Год назад
Sakit müəllimə təşəkkür edirəm, belə aydın izaha görə. Fikirlərini dinləmək çox xoş oldu. Təşəkkür edirəm Tural və Əli bəy sizə də💚💙
@sebnemhuseynova1418
@sebnemhuseynova1418 2 года назад
Nə yaxşı sevindim belə maraqlı bilgi dolu kanalın bizdə olmasına cox sağolun ki bizi azərbaycanın düşünən beynləri ilə tanış edirsiz.İnşallah bizdədə pelin cift fatih altaylı deniz bayramoğlu cansu cananın ertan özyığitin və s. apardığı proqramlar kimi bizdədə olar bizidə azərbaycanın alımleri professorları başarıqlı insanları ilə bu sayədə tanış olarıq və bu bizə motivasiya olar İcimdə bir ümüd oldu bizdədə istərdim olsun bəzən qısqanırdım oları ki nə qədər gənc elm adamları var . Cahil qalmayaq devzimiz olsun👍
@JavidGAME
@JavidGAME 2 года назад
Sakit m çox gözəl izah edir. Dəvamlı olsun.
@babekmusazade7616
@babekmusazade7616 2 года назад
Dəhşət maraqlı idi. Qonaq üçün dərin təşəkkür edirəm.
@1djmil
@1djmil 2 года назад
Çox faydalı oldu. Təşəkkür edirəm hərbirinizə.
@Ramal_Allahverdiyev
@Ramal_Allahverdiyev 2 года назад
Baxmadan like, comment. Onsuzda faydalı və maraqlı buraxılış olacaq :)
@elvin_pasha
@elvin_pasha 2 года назад
Əjdaha podcast 🖤👍
@lkbrmmmdov7458
@lkbrmmmdov7458 2 года назад
Bomba söhbət,bomba fikirlər!💙💚
@kanankarimov8403
@kanankarimov8403 2 года назад
Əla bölüm idi. Təşəkkür edirəm.
@seyyarmemmedov5948
@seyyarmemmedov5948 3 месяца назад
Sakit müəllimi dinləməkdən insan yorulmur❤
@MemarZinyetRagimova
@MemarZinyetRagimova 2 года назад
Qonağınız Sakit Müəllimin çox xoş danishiq tərzi var 💫
@FaigKhidirov
@FaigKhidirov 2 года назад
Çox faydalı bilgilərlə dolu bir söhbət alındı, təşəkkür edirəm zəhməti keçən hər kəsə. Bircə Sakit müəllimin kasıb və varlı millətləri duyğusal fərqinin olması ilə razı ola bilmirəm. Araşdırma etsəz görərsiz ki, əslində Qərb ölkələri daha duyğusaldır, Şərq isə daha soyuqqanlı və neytral. Ümumiyyətlə bu emosionallıq fərqi o qədər də təsiredici görünmür, düşünürəm ki, bu daha çox təhsil və tərbiyənin keyfiyyətindən asılıdır.
@PhD.Huseynov
@PhD.Huseynov 2 года назад
Bu qonağı tanıyıram. 2005-ci ildə Türkiyədə bakalavrı bitirmişdim. Yenə magistraturaya sənəd vermişdim. 2005-ci ilde Türkiye'de bakalavr ve magistraturani bitirən bütün azərbaycanlı tələbələr arasında ən yüksək qiymətlərlə bitirmiş 5 tələbədən biri idim. Bütün sənədlərim de yerində idi (ales imtahan nəticəsi, tövsiyyə məktubları ve s.). Təhsil naziri o vaxt Misir Merdanov idi. Müavin de o vaxt indiki Bakı Neft Məktəbinin rektoru Elmar Qasımov idi. Bele bir qayda var idi ki, Türkiyəyə mastere ve doktoraya geden her bir telebe 1000 manat vermelidi. Bu 1000 manat Elmar müəllim, Misir müəllim ve sehv elemiremse xaricde təhsil şöbəsinin əməkdaşları (heyif ki, adlarını unutmuşam) arasında paylanırdi. O vaxt nazirliyin qabağında bu qaqaşı gördüm. Söhbət rüşvətdən düşdü. Dedim birincilikle bitirmişəm filan. Adının Sakit olduğunu öyrəndiyim bu qaqaş dedi ki, bu qaydadı. Hamı verməlidir 1000 manatı. Dedim bes sen özün ne qədər vermisən? İrişə-irişə dedi ki, "qaqa, men yerazame". Atam Misir müəllimə bir qonaqlıq verəcək, bu mesele hell olacaq. Men o vaxta qədər Azərbaycanda yaşayan etnik qruplar arasında yerazların olduğunu belə bilmirdim. Ne ise, ele oldu ki, men 1000 manatı tapa bilmedim və bütün göstəricilərim daha yüksek olsa da oxumağa gede bilmedim. Bu sakitkimiler puldan basıb getdiler, 5-6 Türkcə söz öyrənib Azərbaycanda hörmətli insan oldular. İndi de hörmətli qonaq qismində insanlara tövsiyyələr verirlər. İronikdi. Kaş yeraz olaydım. Hamınıza uğurlar diləyirəm.
@azerbaycanlyam25
@azerbaycanlyam25 2 года назад
Yeraz yerli Azerbaycanlı batı Ermenistan ; qerbi Azerbaycan adlanan yerdir . Ordan miqrant olan Azerbaycan Türklerine yeraz yerli Azerbaycan’ın kısaltılmışıdır
@gulayaliyeva28
@gulayaliyeva28 2 года назад
sokdayam, bele bir rey gözlemirdim. :D
@PhD.Huseynov
@PhD.Huseynov 2 года назад
@@gulayaliyeva28 düzgün rəylərə öyrəşməmişik.
@konulaghakishiyeva6961
@konulaghakishiyeva6961 4 месяца назад
Sizi yalanlamaq istemirem. haqlı ola bilərsiniz və size gore çoxx teessüf edirem tehsiliniz kağız parçasına qurban getdi amma yene de ümidvaram ki layiq olduğunuz və ya arzuladığınız yerdesiniz. o ki qaldı Sakit beye o da belli ki tehsilinde irəliləmiş, danışdıqlarından bəlli yeraz olduğuna arxalanmadan özünü inkşaf etdirmiş. Uğur olsun.
@mislimuslim
@mislimuslim 2 года назад
yaman xırdaladı müəllim, sağolsun
@elvinqurbanov3232
@elvinqurbanov3232 2 года назад
Sakit bəy(qısaca S.S.S) ustad dərsi keçdi anlayana:)Möhtəşəm
@leylaaslanova1812
@leylaaslanova1812 11 месяцев назад
Çox gözəl söhbət savadlı bir insanla👍🏻 Bir birimizə inanmağı və dəstəkləməyi öyrənməliyik❤
@mykrosovki9605
@mykrosovki9605 2 года назад
Cox ela👍
@konulguliyeva7226
@konulguliyeva7226 2 года назад
Çox bəyəndim, Sakit müəllimi qiyabi tanıyıram, ancaq o qədər mövzuya və işinə hakimdir ki, eyni zamanda xalqdan, içdən biridir. Mənə sillə kimi dəyən fikirləri oldu, indiyədək diqqət etmirdik məgər 👍
@vitaminazerbaycan
@vitaminazerbaycan Год назад
Müəllimə heyran qaldım.
@abbasovcosqun9203
@abbasovcosqun9203 2 года назад
Həmişə kimi möhtəşəm idiz Sakit müəllim. Təşəkkürlər hər birinizə
@valehagayev6644
@valehagayev6644 2 года назад
Təşəkkür edirəm çox faydalı oldu
@eltachsnli.6072
@eltachsnli.6072 2 года назад
Bir sözlə Möhtəşəm🙏🙏
@anarabbas2728
@anarabbas2728 2 года назад
Sakit hoca ve sizlere çooooox teşekkürler. Super üreyimden keçenleri ela anlatdı
@zarif_emin_interiors
@zarif_emin_interiors 8 месяцев назад
Sakit hoca ilə bir görüş biznes həyatımı kordinal şəkildə dəyişdi! Hər zaman ona təşəkkür edəcəm🙌🏽🙌🏽🙌🏽!
@huseyinyunusoglu
@huseyinyunusoglu 2 года назад
Ekonomi biliminden çok istifade ettim bilgi degil aynı zamanda ahlakından istifade ettiğim örnek aldığım Aziz şahsiyet… SAKİT AĞA..!!!
@sevdamammadova4306
@sevdamammadova4306 2 года назад
Nece tapa bilerik Sakit beyi?
@arzumammadovansk
@arzumammadovansk 2 года назад
En sevdiyim movzu “ekonomika”
@Aybanizmammadli584
@Aybanizmammadli584 2 года назад
ADA Universiteti DR. Anar Valiyevi də sizin proqramda görməyi çoox istərdim.
@zebiremuseyibova3043
@zebiremuseyibova3043 2 года назад
Təşəkkür edirəm👏👏👏
@rahibnecef3296
@rahibnecef3296 Год назад
Deməli insanımızda şüur formalaşdırılmalıdır, geleceyi görən milli ruh ve fədakarlıq.
@parimursalova
@parimursalova 9 месяцев назад
Kaş bütün tələbələr düzgün istiqamətləndirilə bilsə!
@Gulnar006
@Gulnar006 Год назад
Tesekkurler.
@vusalmusayev9793
@vusalmusayev9793 Год назад
Mohtasam iki dafa baxdim yenada doymadim
@bakhishaliquliyev6636
@bakhishaliquliyev6636 2 года назад
Çox gözəl podcast oldu.Cox sağolun təşəkkürlər
@glrasadli
@glrasadli 2 года назад
İstədim fikirlərimi məndə qeyd edim.Mən verilişinizlə yeni tanış olmuşam. RU-vid dan endirib yolda dinləyirəm çox vaxt. Danışdıqlarınız o qədər öyrədici-innovativ təsir bağışlayırki,yanvar ayında olan imtahanlarımı unudub sizin fikirlərinizi dinləyirəm. İnşAllah bu veriliş uzun müddət gənclərə fayda verər.Uğurlar
@fidanqarayeva7657
@fidanqarayeva7657 2 года назад
Möhtəşəmsiniz, müəllim🔥
@vahidabazari1868
@vahidabazari1868 11 месяцев назад
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ehmednamazov1164
@ehmednamazov1164 2 года назад
Cox beyendim
@turalkazimov4934
@turalkazimov4934 2 года назад
çox gözəl...zəhmət olmasa sualları əvvəlcədən yazın, söhbət gedə-gedə qeydlər aparıb yeni suallar da hazırlaya bilərsiniz...amma xahiş edirəm düşünə-düşünə və uzun-uzadı sual verməyin......qısa və konkret....əks halda yorucu təsir bağışlayır
@asikomezahiri5443
@asikomezahiri5443 Год назад
Sakit müəllim təşəkkürlər çıxışınıza görə mən özüm sahibkaram xammal kimi pambıq istədim vermədilər dedilər ancaq bir şirkətə verilir bu hələm 1000 də 1 problemidir
@mehrachesenli2456
@mehrachesenli2456 2 года назад
Allah Korusun.Maşallah 👍🏻🥰
@salehvalehoglu
@salehvalehoglu 2 года назад
O da gedəcək müştəri ilə yatmaq dönəmi gələcək 😂😂😂
@abdalov1987
@abdalov1987 2 года назад
Azərbaycan dili
@ramilsamedov6567
@ramilsamedov6567 2 года назад
Salam aleykum
@fitosanitar9397
@fitosanitar9397 Год назад
Azərbaycan turkcəsində çox zəif danışır müəllim
@avenger6463
@avenger6463 2 года назад
Bəylər Kəramət Böyukçöl ilə musahibə eləsəz əla olar
@nijatmikayil
@nijatmikayil 2 года назад
Podkasta qulaq asandan sonra adamın ölkəyə olan ümidi artır
@alizaminrasulov4734
@alizaminrasulov4734 10 месяцев назад
Sakit bəy
@gullusohbetler
@gullusohbetler 2 года назад
Işinin ustadı olan bele keyfiyyetli insanlar gorende oksigeni istifade etdiyime utanıram 😑
@samiremirzeyeva3350
@samiremirzeyeva3350 Год назад
Aldığımız bir şeyin ' xarici 'olmağıyla fəxr edən millətik.
@ulfthaqverdiyev7353
@ulfthaqverdiyev7353 2 года назад
Nə qədər faydalı bir işlə məşqul olduğunuzun fərqində olmaya bilərsiniz, amma onu bildirmək istərdim ki, həqiqətən çox faydanız toxunur insanlara. Özümdən götürsəm həqiqətən sizdən çox "SÖHBƏTGAH" dan çox şey öyrənirəm. Sizə çox təşşəkkürümü bildirirəm. Hər kəsə də tövsiyə edirəm sizi dinləməyi, izləməyi. Bir insan niyə Komedyxanaya baxsınki və ya niyə Tosunu izləsin axı. Faydalı olmayan çox işlərlə məşquldur bizim cəmiyyət ən azından faydalı nəsə dinləməklə məşqul olsalar daya yaxşı olar.
@abbasovs1985
@abbasovs1985 2 года назад
Rəylərin 90%-də Sakit Səmədovu tərifləyirlər. Mövzu isə tamam başqadır. Bizim xalqın kasıb olmasının əsas səbəbiinin hamı yaxşı bilir. Mövzuda isə heç kim qorxusundan ona toxunmur. :)
@asikomezahiri5443
@asikomezahiri5443 Год назад
👍👍
@See88..88
@See88..88 Год назад
👍👍👍
@ramilsamedov6567
@ramilsamedov6567 2 года назад
Bu podcastdan sonra comment yazmaq vaxt itkisidir.Gedim işimlə məşğul olum
@elvinqachayli4840
@elvinqachayli4840 7 месяцев назад
Muradla müzakirə edilən senzura söhbətini Sakit müəllim xırdalayın və gözəldir qulaq asırlar ona görə deyirdim Murad haqlidir
@arzumammadovansk
@arzumammadovansk 2 года назад
Sakit muellimi bir daha devet edin lutfen
@kamranhuseynli8443
@kamranhuseynli8443 2 года назад
Dovletin sahibkarliqda hec bir rolu olmamalidi, Dovlet ozunu sirket, zavod kimi fealiyyetlerle ozunu yuklememelidi. Dovlet ve qurumlar sadece keyfiyyet standardlari teyin etmeki ve bunun monitorinqini etmelidir. Dovletin strateji obyekt nuansida deyilen bir sey yoxdu. Liberal iqtisadiyyat anlayisi basa dusulmur bizim cemiyyetde. Dovlet hec vaxt bir isi, proyekti, biznesi ozel sahibkardan daha yaxsi ede bilmez!
@vugarmirzaliyev9309
@vugarmirzaliyev9309 2 года назад
Aparılmış tədqiqatlar göstərir ki, Yapon şirkətləri menecer vəzifəsinə mühəndis, Amerikan isə maliyyəçi təyin edirlər. Maliyyəçi qısamuddətli gəlirə, mühəndis isə innovasiya yaratmaqla uzunmuddətli dayanıqlı gəlirə fokuslanır.
@ferhadabbasov3363
@ferhadabbasov3363 7 месяцев назад
Yarı Türk yarı Azərbaycan dilində heç bir şey başa düşünülmür ki nə deyir.
@anarsgrov8044
@anarsgrov8044 Год назад
Çünki ağılları var.
@parvinsayilov
@parvinsayilov Год назад
Adam Sənaye Naziri olmalıdı
@munasibsadiqov2941
@munasibsadiqov2941 2 года назад
Nə yaxşı ki, Sakit müəllimin tələbəsiyəm♥️ Bu insandan öyrənəcəyimiz çox şey var!
Далее
Recai Çakır | Nə çətin deyil? | Söhbətgah
54:28