Тёмный

Səməd Vurğun - Bahar 

biraddimla YOL
Подписаться 4 тыс.
Просмотров 116
50% 1

Şeir: Səməd Vurğun - Bahar
Səsləndirmə: Səfurə İbrahimova
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
SƏMƏD VURĞUN - BAHAR
Bahar, istəklimsən başdan-binadan,
Ən gözəl qızısan sən təbiətin.
Xoşbəxt yaranmısan xoşbəxt anadan,
Gözünün odusan şeirin, sənətin,
Ən gözəl qızısan sən təbiətin.
Mənim də şair tək qanım qaynardır,
Yerdə arzularım gül açır rəng-rəng.
Başımda daima fikirlər vardır,
Daima döyünür sinəmdə ürək,
Yerdə arzularım gül açır rəng-rəng.
Sükuta düşmənsən əzəldən sən də,
Nə yatır, nə də bir sakit olursan.
Çöllərə min yaşıl xalı sərsən də,
Çarpışıb yağışla, boranla, qarla,
Qışın son nəfəsi qasırğalarla
Sən də döyüşlərdə yaşa dolursan,
Nə yatır, nə də bir sakit olursan.
Buludlar qoynunda çaxan şimşəyin,
Sivri qılınc kimi sıyrılır qından.
Tufan da qoparır bəzən küləyin,
Dağlara səs düşür qışqırığından.
Bahar, qoy suların gurhagur axsın,
Sinəmin üstündən keçsin sellərin.
Başımın üstündə şimşək də çaxsın,
Qoy tufan qoparsın əsən yellərin.
Doyunca çarpışıb qasırğalarla,
Göydə qartal kimi yorulum mən də.
Sonra qoşa yatıb dostum baharla,
Baş-başa dincəlim bir göy çəməndə.
Dən olub səpilək gəl səninlə mən,
Göyərək torpaqda sünbüllər kimi.
Qızlar gülab çəksin qoy ətrimizdən,
Baharın zinəti al güllər kimi.
Qoşa çinar olub bitək yol üstə,
Göylərə boy ataq öz ölkəmizdə.
Yayın istisində Muğanda, Mildə,
Yolçular dincəlsin qoy kölgəmizdə.
Ya da dağ döşündə qoşa qaynayan,
Ürək sərinlədən çeşmələr olaq.
Yerdə bulud-bulud axıb oynayan,
Sərin çaylar kimi axdıqca dolaq,
Ürək sərinlədən çeşmələr olaq.
Yer qazaq, su çəkək boz səhralara,
Daş yonaq, söz yazaq iti əl kimi,
Göyləri şimşək tək biz yara-yara,
Gəzək yer üzünü bir əməl kimi.
Bir cüt ala gözlü göyərçin olub,
Gəl, Yer kürəsinin çiyninə qonaq.
Şeir tək dillənib, nəğmə tək ötüb,
Dildən-dilə düşək, əzbər oxunaq.
Bir cüt məşəl olsun ürəklərimiz,
Bir cüt ulduz kimi baş-başa yanaq.
Sülhün, səadətin keşiyində biz
Gəl qoşa dayanaq, qoşa da yanaq.
Min il ömür sürək səninlə qoşa,
Bir canda döyünən iki ürək tək.
Min il nəfəs verək torpağa, daşa,
Nəsildən-nəsilə təzələşərək.
“Azərbaycanda Novruz bayramı ilk dəfə dövlət səviyyəsində Şıxəli Qurbanovun təşəbbüsü ilə 1967-ci ildə qeyd edilib. Novruzu o dövrün Yeni il bayramına bənzədib, onun sovet bayramları içərisində yer tutmasına çalışmaq böyük milli cəhd idi. O zaman Şıxəli Qurbanov bu hərəkətinə görə cavab verəcəyini bilsə də, təşəbbüsünü gerçəkləşdirməyə nail oldu. 1967-ci ildəki tədbirin şahidlərindən olmuş Maarif Teymurun xatirələrindən:
“Həmin yaddaqalan, ümumxalq bayramı səviyyəsində keçirilən tədbirin ssenarisi hər iki dövlət xadiminin - Şıxəli Qurbanovla, Vəli Axundovun - zəhmətini sübut edən sənədlər arxivdə saxlanılır. Həmin vaxt tələbə idim. Yaxşı yadımdadır, iri tonqal qalanmışdı. Bahar qızı - Səfurə İbrahimova bu obrazı gözəl canlandıra bilmişdi. Yadımdadır, məsul dövlət işçiləri olaraq Şıxəli Qurbanov və Vəli Axundov tədbirə necə böyük sevinclə tamaşa edirdilər. Tədbir martın 20-də başlandı. Camaat axın-axın gəlirdi. Hamı üçün bu, sanki təzə bir hadisə idi. Xalq neçə onillərdən sonra qadağan olunmuş bayramın belə bir səviyyədə keçirilməsindən hədsiz sevinirdi. Həmin günün axşamı gecə səhərə kimi adamlar küçələrdən yığışmadılar. Od Suraxanı atəşgahından gətirilmişdi. O zaman çalınan musiqiləri xatırladıqca hələ də sanki qulaqlarımda səslənir. Novruz bayramı mövzusunda ənənəvi meydan tamaşalarına hamı böyük bir maraqla baxırdı. Aktyorlar Fərəc Nağıyev və Əliimran Dəmirov Şirvanski Kosa və Keçəl obrazlarını yaratmışdılar. O zaman Bakıda bu tədbirin keçirilməsi az sonra Orta Asiyadakı sovet respublikalarında da Novruz bayramının keçirilməsinə səbəb oldu”.
Novruz bayramından iki ay keçmişdi. May ayının 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir. Və elə oradaca müəmmalı şəkildə vəfat edir. Həkim dişinə iynə vurarkən Şıxəli Qurbanov ölür, həkim pəncərədən qaçır. Ailəsi onun ölümünün dövlət səviyyəsində hazırlandığını iddia edir”.
#səmədvurğun #bahar #səfurəibrahimova #şıxəliqurbanov #novruzbayramı #şeir #şair #poeziya #ədəbiyyat #biraddimla #biraddimlayol

Опубликовано:

 

30 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Xankəndidə - ERMƏNİ İLƏ QARŞILAŞDIM
36:57
Просмотров 242 тыс.
Sümüyü sızıldayan Müşfiq
5:14
Просмотров 9 тыс.
Hacıbaba Huseynov haqqında bir xatire
7:21
Просмотров 243 тыс.