Тёмный
No video :(

Səməd Vurğun - Qəzəl 

Dr. Ali Mammadli
Подписаться 10 тыс.
Просмотров 11 тыс.
50% 1

Ey könül! Min namə yaz bir gülüzarın eşqinə,
Can evindən seyrə çıx bir xoş güzarın eşqinə.
Hansı rəssamın əlilə canlanır dünya evi?
Hər çəmən min qönçə açmış novbaharın eşqinə!
Gəl, gəl, ey sevdalı bülbül, gəl gəzək gülşənləri,
Sən gülün eşqilə dillən, mən də yarın eşqinə.
Məcnun öz şurilə çox da aləmə səs salmasın,
Hansı namərd can əsirgər bir nigarın eşqinə?
Gün keçir, dövran keçir... Öz hökmünü vermiş zaman;
Ney tutulsun, badə gəlsin ruzigarın eşqinə!
İnsan oğlu can verər pərvanətək atəşlərə
Düz sözün, düz ilqarın, düz etibarın eşqinə!
Vurğunun öz aləmi, öz qəlbi, öz ilhamı var
Mehri-ülfətdən yaranmış bir diyarın eşqinə!
------------------------------------------
Aləmin seyrinə gəl, gör nə gözəl fitrəti var,
Hər gülün,hər çiçəyin öz adı var, surəti var.
Qulaq as bülbülün avazına,sevda dəmidir,
O çəmən güllərinin bir-birinə ülfəti var.
Sığmaz idrakə bu dünya evinin sirrləri,
Varlığın hüsnü-əzəldən nə böyük qüdrəti var.
Dolaşıb aləmi Loğman kimi məna gəzirəm,
Çünki mənali keçən günlərin ülviyyəti var.
Ay da, ulduz da, günəş də yerə həsrətlə baxır,
Hər bəşər qəlbinin öz məclisi, öz söhbəti var.
Məni yelkən kimi qərq etsə də dəryada zaman,
Vurğun öldü deməyin, bir əbədi sənəti var.

Опубликовано:

 

29 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 18   
@ilqarhacyev8067
@ilqarhacyev8067 9 месяцев назад
S.Vurğun bir daha gəlməyəcək
@user-nt1dc1wp7r
@user-nt1dc1wp7r 8 месяцев назад
Şeiri , qəzəli belə söyləyərlər ! Həsən Turabov , Allah sənə rəhmət eləsin !
@bakcellcin1177
@bakcellcin1177 3 дня назад
Yerin cənnət olsun DAHİ ŞAİR, ruhun şad olsun, yerin ürəklərdə əbədi yaşayacaq
@telekom4492
@telekom4492 4 года назад
Özunun dediyi kimi ölməz şairin ölməz sənəti var.
@azreloglu4670
@azreloglu4670 3 года назад
👍👍👍👍👍
@aniq3012
@aniq3012 4 года назад
Super ifa
@cerkezmemmedov1700
@cerkezmemmedov1700 5 лет назад
SƏMƏD VURĞUN poeziyanın başqa janrlarında olduğu kimi qəzəl janrında da xüsusi istedad nümyiş etdirmişdir. Hər bir qəzəli insan qəlbinə çox asanlıqla yol tapır. S.VURĞUNUN bütün əsərləri son dərəcə sadə üslubda olduğuna görə çox asanlıqla qavranılır. Xalqının, Vətənin vurğunu olan VURĞUN Azərdaycanımızın fəxridir. SƏMƏD VURĞUN-AZƏRBAYCAN əbədiyaşardır.
@salimov-8398
@salimov-8398 9 месяцев назад
Həsən Turalov !
@m.abbasova6567
@m.abbasova6567 7 месяцев назад
Böyük unudulmaz sevimli şairimiz Səməd Vurğuna Allah qəni qəni rəhmət eləsin, məkanı cənnət olsun, nurlu olsun. Unutmaq olmaz ki, qəzəli kim ifa edir, necə ifa edir. Kim Zeynəb xanım qədər ürəkləri yandırıb yaxar? Kimin səsi ürəkləri titrədər? Zeynəb xanım qədər səlis, aydın ifa edən sənətkar varmı? Zeynəb xanım bütün ifalarına möhür vurub, istər mahnı olsun, istər qəzəl olsun, istər muğam. Şairlər qəzəli, şeri qələmə alır. Musiqili şəkildə onu dinləyəciyə sevdirən, çatdıran xanəndədir, müğənnidir. Zeynəb xanımın böyük sənətini qeyd etməmək ən azı insafsızlıqdır. Allah sevimli əvəzsiz böyük sənətkarımız Zeynəb xanıma sağlığlı uzun ömür versin, Allah onu qorusun. Amin Allahım. ❤️💝💞💕💖⚘️⚘️⚘️🌹🌹🌹💯💯💯🙏🙏🙏
@Yusifovaserqiye
@Yusifovaserqiye 10 месяцев назад
Ə'la
@salimov-8398
@salimov-8398 9 месяцев назад
Həsən Turabov !
@cerkezmemmedov1700
@cerkezmemmedov1700 4 года назад
SƏMƏD VURĞUN poeziyası oxucu qəlbinə asanlıqla yol tapır. Çünkü o dahini yaratdığı hər bir poeziya nümunəsi hər kəsin başa düşə biləcəyi sadə dildə yazılmışdır.
@sweetbaby6195
@sweetbaby6195 4 года назад
Cerkez Memmedov Musvig galardi gerek sairlerin Sahi
@frdi4017
@frdi4017 2 года назад
@@sweetbaby6195 düz deyirsiniz.
@phonephoness8379
@phonephoness8379 Год назад
Var olun
@ceyhunosmanov6362
@ceyhunosmanov6362 9 месяцев назад
Bəli Eşq olsun böyük şəxsiyyət böyük insan Cərkəz müəllimə
@rasimmmmdkrimov2763
@rasimmmmdkrimov2763 9 дней назад
ALLAH BÜTÜN DÜNYASINI DƏYİŞƏN ŞAİRLƏRİMİZƏ RƏHMƏT ELƏSİN.ANCAQ HEÇ KİM SƏMƏD VURĞUNUN HEÇ YARISI DA OLA BİLMƏZ..
Далее
Səməd Vurğun Mən tələsmirəm
3:47
Просмотров 2,8 тыс.
НЕ ИГРАЙ В ЭТУ ИГРУ! 😂 #Shorts
00:28
Просмотров 287 тыс.
what will you choose? #tiktok
00:14
Просмотров 7 млн
Mutellim Mutellimov "Segah"
8:09
Просмотров 71 тыс.
Cəfər Cabbarlı - Ana (səs.Aydın Qaradağlı)
2:31
Mirzə Hüseyn Segahı
8:08
Просмотров 3 тыс.
Axund Azər - Eşq karvanı. Məhərrəm söhbətləri
33:29
Azərbaycan - Səməd Vurğun
5:59
Просмотров 61 тыс.
Səməd Vurğunun dəfn mərasimi - 1956
2:47
Просмотров 42 тыс.
Məmməd Araz. Dünənimə qaytar məni
2:21
Просмотров 118 тыс.