Тёмный

Sən demə kimin yaşadığı yerdə qaranquş yuva qurursa o evə xoşbəxtlik gətirir 

Sənə Maraqlıdırsa
Подписаться 290 тыс.
Просмотров 51 тыс.
50% 1

Sənə Maraqlıdırsanın bütün videolarını RU-vid-da izləmək üçün kanala ABUNƏ olun: goo.gl/RMf2cF
☪ Musiqi: TrackTribe - Longer Distance
☪ Əziz Dostlar kanala ABUNƏ OLaraq bir birindən maraqlı videoları izləyə bilərsiniz
☪ Bütün Hüquqlar Qorunur © ® ™
Sən demə kimin yasadığı yerdə qaranquş yuva qurursa o eve xosbəxtlik gətirir
Qaranquş haqqında məlumat toplamaq fikri mənə 1 ay olar ki yaşadığım binanın blokunda 2 qaranquşun özlərinə yuva qurmaq üçün nə qədər çalışdığlarını gördükdən sonra gəldi. İnanın ki, videonu izlədikdən sonra heç vaxt qaranquş yuvasını dağıtmaq istəməyəcəksiniz. Hətda Çinin şərqindəki Çjetszyan vilayətində köhnə evi sökməyə hazırlaşan mühəndislər evdə qaranquş yuvası aşkar olunduqdan sonra işləri təxirə salıblar. Beləki geoloji baxımdan təhlükəli bölgədə yerləşən evi sökməyə gələn mühəndislər, civilti eşidəndən sonra 4 yuva, qaranquş balaları və yumurtalar aşkar ediblər. Onların müraciət etdiyi ekologiya şöbəsi quşlara toxunmamağı tövsiyə edib ona görə ki, qaranquşlar, balalarına hopan insan qoxusuna görə onlardan imtina edə bilər. Söküntü işləri quşlar yuvanı tərk edəndən sonra bərpa olunmalıdır.
Çində yeni salınmış məhəllələrdə yeni binalarla əhatə olunan köhnə evlərə rast gəlmək olar ki, onların sahibləri vaxtilə evdən çıxmağa razılaşmayıblar. Çünki deyilənə görə bu quş kimin damının altında yuva qursa həmin evdə əmin amanlıq və xoşbəxtlik olar.
Qaranquş çox gözəl və mehriban quşdur. O, iti uçuşu ilə tutqun və yağışlı, həmçinin açıq yay səmasını canlandırır. Qədim dövrlərdən insanlar qaranquşlara məhəbbətlə yanaşıb.
Qaranquşların həyatı insanlarla sıx bağlıdır. Sinəsi ağ şəhər qaranquşları səliqəli, bağlı yuvalarını daş və taxta evlərin karnizləri altında, kənd qaranquşları isə samanlıq və kənd evlərinin damları altında qurur.
Onlar palçıqdan hazırladıqları açıq yuvalarını tirlərə, taxta divarların və damların çıxıntılarına bərkidir. Qaranquşların gölməçələrin kənarındakı qurumamış palçığı dimdikləri ilə gətirərək kiçik və səliqəli yuvalar tikdiyini görmüşük.
Həm şəhər, həm də kənd qaranquşları yalnız həşəratlarla qidalanır. Demək olar ki, ömürlərini havada - uçaraq keçirir. Qaranquş yay fəslində yarım milyondan bir milyona qədər ağcaqanad və havada olan həşaratları ovlayır.
Havanın dəyişməsindən, ildırımdan öncə qaranquşlar alçaqdan uçur. Onların bu hərəkəti insanlarda yağış əlaməti kimi qəbul edilir. Bəzən sərçə qaranquşun yuvasına girir. Bu zaman qaranquş çağırılmamış qonağı qovmağa çalışaraq təlaşla yuvanın ətrafında dövrə vurur. Bəzən sərçələrin zəbt etdiyi yuvanı tərk edərək yaxınlığında digərini tikməyə başlayır.
Qranquş yuvasının insanlara xoşbəxtlik gətirəcəyinin nə qədər doğru və yalan olduğunu mən bilmirəm. Hər halda yaşadığım binanın blokunda yuva quran qaranquşun mənə və qonşularıma xoşbəxtlik gətirəcəyinə ümüd edirəm. Sözsüs ki, bu bir inancdır. Bizlərin isə ümid yerimiz və xoşbəxtlik gözlədiymiz, yeganə varlıq, yeri goyü xəlq edən tək olan ALLAH dır. Bizlərə xeyir yalnız uca ALLAHdandır. ALLAH hərkəsin ümid qapısını açıq etsin. Amin.
Sonda videonu izlədikdən sonra qaranquş yuvasi ilə bağlı eşiddiyniz və bildiyniz məlumatlar haqqında şərhlərdə yazmağı unutmayın. Onuda deyimki ziyanı olmayan canlıların yuvasını dağıtmağa çalışmayaq. Öznüzə yaxşı baxın, növbəti videolarmızda görüşənədək. ALLAH amanında.
#qaranquş #qaranquşhaqqında #xoşbəxtolmaq #xoşbəxtolmağınsirri #qaranqus

Опубликовано:

 

13 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 75   
@senemaraqlidirsa
@senemaraqlidirsa 4 года назад
*Bizə dəstək üçün kanala ABUNƏ OLun və ZƏNG yəni (ZINQIROV) düyməsini basınki hərdəfə yeni xeyirli, maraqlı videolar paylaşanda sizə bildiriş kimi gəlsin və sizdə videolarımdan faydalanasınız inşALLAH*
@ElnurTagyev-nw4cq
@ElnurTagyev-nw4cq 3 месяца назад
Ümumoyətləhər bor quşun balası şirindi
@gulnarbayramova7077
@gulnarbayramova7077 3 года назад
Bizimdə evdə yuva qurublar.Xoşbəxtlik gətirsələr də , gətirməsələrdə qurbandi evimiz onlara.Qonaqlarimizdi bizim 🤗
@samirqdirov1037
@samirqdirov1037 Год назад
Bizde qonag geleyde
@user-ie7zq6rs3g
@user-ie7zq6rs3g Месяц назад
Caaan gözəl qəlblim
@aidmemmedova9110
@aidmemmedova9110 4 года назад
Amin
@saidr1124
@saidr1124 4 года назад
İnşallah dediyniz kimi olar kimin yaşadığı yerdə yuva varsa xoşbəxtlik gətirər təşəkürlər 🙏👍👍👍
@gulerquliyeva9931
@gulerquliyeva9931 4 года назад
Beli, Keşlədə yaşayıram,qaranquş yuva qurmuşdu,çox xoşbəxt ailəm var,Şükr🤲🤲🤲
@elshadmemmedov2352
@elshadmemmedov2352 2 года назад
Allah xosbextliyinizi daim etsin
@SalamSalam-he2sg
@SalamSalam-he2sg 4 года назад
En sevdiyim quwdur.Qaranquw yuva qurdugu evde xowbextlik olar.Bu el deyimidir. Allah bilen meslehetdir.
@ilhamqocazad5707
@ilhamqocazad5707 3 года назад
Boş şeylərdi o vaxtlar rayonda hamının həyətində yuva qururdu bizdədı vardı ən bədbəxt ailə idik gündə evimizdə dava qırğın idi qardaşım gündə piyan gəlib hamımızı bıçağın qabağına qatırdı bir gün ata evində rahat yatmadım gəncliyim elə gəldi getdi
@sahaneyk2161
@sahaneyk2161 3 года назад
can bacı,indi necə xoşbextsen?
@Arzu.Gurbanov
@Arzu.Gurbanov Месяц назад
Burda məsələ qardaşınızdadır ,Qaranquşda DEYİLKİ, və sizin talehinizdir.
@ilhamqocazad5707
@ilhamqocazad5707 Месяц назад
@@sahaneyk2161 yox artıq gənclik keçdi getdi indi yaşlaşmışam xoşbəxtlik nə onda oldu nə indi
@ulduz7041
@ulduz7041 4 года назад
Sizi bu Cahana bəxş edən Yaradanımıza çox Şükürlər olsun gözəl quşum Qaranquşum səni hər zaman xoş xəbərlər gətirəsən İnşaAllah 🙏🙏🙏😚😚😚
@makarovanuraneelminasss8914
@makarovanuraneelminasss8914 3 года назад
Alah razı olsun
@nbnb3953
@nbnb3953 4 года назад
Cox maraqli cekimdi
@-Amin2009
@-Amin2009 Год назад
Mende inaniram.Cunki o qow bir il yawayir gedir kebe evini ziyaret edib orda.rehmete gedir yeqin xoşbəxtlikde ona gore getirir.Bizim evde yova qorub bir il bala cixarti cox ogurlu il oldu.iki ildi gelib amma bala cixartmir😢
@aqilsafarov6345
@aqilsafarov6345 4 года назад
SALAM muqəddəs kitabımız Qurandada qeyd olunub ALLAH (c.c) buyurur (mənim yaratdıqlarıma mərhəmət göstərin məndə sizə mərhəmətli olaram) yəni tək qaranquş yox butun canlılara ALLAHa xatir rəhmli olmalıyıq.
@azrbaycanturkiy2377
@azrbaycanturkiy2377 4 года назад
Düzdür men özümü bildim bileni bunu eşidib bilirem eşitdiyime göre qaranquş PEYĞEMBER quşudur ele buna göre de harda varsa ora bol bereket uğur getiren quş deyilir uşaq vaxtı bu quşrardan birinin öldüğünü görende ağlamağdan ölürdüm.Çox göz quşdur
@aytacsirinova1969
@aytacsirinova1969 4 года назад
Bu gun yuvaya corek qoydum ki balalarina versinler. Kenarda oturub baxirdim ana girdi gordu ki corek var yuvada getdi 2 qusla geldi. 3de basladi corek qirintilarini yuvadan cixarmaga. Hamisni cixarib atdilar. Cox pis oldum😔
@leyla9051
@leyla9051 2 года назад
qaranquş çörək yemir həşərat qoysaydın sevərək yeyərdilər
@gamersaze.9058
@gamersaze.9058 4 года назад
Qaranquşun balası çox şirindir
@ЕхтирамСафаров
AYALLAH NECE GUNDU GELIR YUVA QURURLAR MEN DAGITDIM CUNKI COX GOZE GORUNEN HEMDE HEREKET OLUNAN YERDE IDI BU VIDYOYA BAXDIM QERARA GELDIMKI DAHA DEYMEREM TEKI XOSBEXTLIK GETIRSIN EVIM QURBANDI ONLARA
@sevgihesenova8640
@sevgihesenova8640 2 месяца назад
Ellerin qirilsin zelil qal niye ele edirsen allah yaradib onu allah belani versin senin
@temenden8820
@temenden8820 4 года назад
Xowbext bir diyarda xowbext bir ailede duyaya gelmiwem yaxwl xatirimdedir heyetizin awagl terefinde inek tovlelerimiz vardl Qaplnln gireceyinde her zaman qaranquw Yuvasl vardl cox gozel wekilde memarcaslna qaranquwlar yuva qurmuwdur uwaq vaxtl nedense baclmla o yuvanl ucurtmaq isteyetdik uzun bir comag goturub qaranquwu qorxudardlq anam deyerdi ne bade qaranquwun yuvaslnl ucurdaslmlz ha o hem xowbextlik hemde ruzi bereket getirir onu ucurtsaz qaranquwun qarglwlna tutularlq bizimde yuvamlz dagllar bizde baclmla fikirimizden dawlnardlq indide gozumun qarwlslna geldi hemin anlar
@saidr1124
@saidr1124 4 года назад
🤔🤔🤔maraqlıdı👍🙏
@Z.zeynalli
@Z.zeynalli 3 месяца назад
Bizdede illerdir qurur yuva . Ama bu il qeribe bir seye rastladim . Yuvasini qurub artiq . Ama indi iki gundur qalin uzun tukler dasiyib getirir . Hec bilmirem ne tükudur uzundur qalin . Aglima tekce at tuku geldi . Dedim yeqin at tukudur . Cunki cox qalindir ve uzun .
@iyosifdoni8399
@iyosifdoni8399 4 года назад
Bunu sınayıb valıdeynlerim.
@user-jx4qt2iu7s
@user-jx4qt2iu7s 3 месяца назад
AMA bizim qarajmız vardı orda yuva qurmuşdular mən,dağıtmışdım yuvalarnı hətta yumurtalarınıda sındırmışdım uşağ idim evimiz dağıldı ATAM evdən getti mən Ailə qurdum 12 ilim puça çıxdı boşandım 2 uşağnan ATA yurdumda hələdə dava dalaşdı bir ovuc torpağ üsdə 2 qardaş qırğındadılar mən də belə elimnən obamnan ayrı düşdüm bir gün üzü görmədim heç, xoş olmadı o QARANQUŞLARIN yuva qurması bizim yurttda😢😢😢
@papatiyamehtizade5947
@papatiyamehtizade5947 4 года назад
Mən kətdə yaşayiram.Mənim həyətimdəki tikilidə 8 qaranquş yuvasi var bu dəqe yaşayir burda mən əyləşib onlar blalarini nece yemləyir baxiram.cox maraqlidir hər il gəlirlər
@flatunsfrov3298
@flatunsfrov3298 4 года назад
Bizdə tövlədə yuva qurublar neçə illərdi orda balalayırlar
@mushvigshemkirli961
@mushvigshemkirli961 4 года назад
Bizim evdədə qaranquş yuva qurub, hər gün onun 4 balasına necə qulluq etməyini seyr edirəm
@SizinTube
@SizinTube 4 года назад
Kanaliniza uqurlar. Heqiqeten maraqli videolar gordum bu kanalda.
@musellimsadiqov8035
@musellimsadiqov8035 4 года назад
Qaranqus nece il yasayir. Qaranqus haqqinda kim ne bilir.
@tahrantahran5776
@tahrantahran5776 4 года назад
Düzdü allah yardxı quşdü
@happiness629
@happiness629 4 года назад
Mən onu uşaqlıqdan bilirəm, nenem rehmetlik deyərdi.İndi şükür heyetimde qurub,oğlum ucurtmaq istəyirdi başa saldım ki, olmaz.
@fazilmmmdli3609
@fazilmmmdli3609 3 года назад
Salam Bəli düz dedn sağ ol
@beyimismayilova5376
@beyimismayilova5376 3 года назад
Cox dogru
@nurideabasova4700
@nurideabasova4700 2 года назад
Mənim nənəm gilde var Onlarn birinci yuvasn dosdum Dağd ve 4 yumurtas qrld Sora 1 fefdeye gene yuba Qurudular tezden yumurtlqdlar
@user-ue4qk8ud9t
@user-ue4qk8ud9t 4 года назад
He usaqliqdan gormusuy ve ucurmamisiq yuvasin. Amma menim balaca heyet evim var orda yuva qurmusdu Men onu ucurdum Andolsun Allaha o gunu bir felaket bas verdi hemin damin usdunu kuley apardi ev suynan doldu ogun bugun daha Men qaranqus yuvasin ucurdmaram eksine serait yaradiram ki balalarin boyutsun onsuzda ozu ucub gede cey de. Bize usaq vaxdi deyirdiler ki bu quslar seyiddi.
@zekimuren2642
@zekimuren2642 4 года назад
Mən çox sərfə yol vermişəm uşaq vaxtı idi aqlım kəsməyib Allah keçsin günahımdan QARANQUŞ YUVASINI DAQITMIŞAM BALALARNI ÖLDÜRMÜŞƏM BƏLKƏDƏ ELƏ ONA GÖRƏDİKİ AİLƏM DAQILDI HEÇ XOŞBƏXT OLMADIM AH NALƏSİ TUTDU YƏQİN QUŞLARIN AMA UŞAQ OLMUŞAM AQLIM KƏSMƏDİYİ ÜŞÜN ETMİŞƏM GÖRƏSƏN DOQRUDANDA BELƏDİ ..😔😔😭😭😭😪😪
@cnanomarova5865
@cnanomarova5865 Год назад
Eynen mende onlar qururdu men dağıdırdım yumurtaları qırlırdı çox etmişem😢😢😢Allah ona göre de menin aylem yarım kaldı genc yoldaşım rehmete geti qızım atasız qalıb 😪😪
@user-ie7zq6rs3g
@user-ie7zq6rs3g Месяц назад
Elə deməyin uşaq olmusuz.agliniz kəsməyib əsas odur indi bucür gözəl qəlbiniz var.Səhvlərini boynuna ala dilə gətirən gözəl qəlblisiz
@iftixaryusif5578
@iftixaryusif5578 3 года назад
Qaranquşu bilmirəm ay millət azərbaycanda sərçə görən var yaxın günlərdə
@ramalmmmdov2506
@ramalmmmdov2506 2 года назад
Bugun iki dənə gəlib mənim evimə ozudə tam yaşadığımız evə
@tahrantahran5776
@tahrantahran5776 4 года назад
Cünkü allah yaradqı 🤲🤲🤲🙏🤲🙏🤲🙏
@fust_30
@fust_30 Год назад
Qaranquşlar çox gözəl quşdu Yazın Gəlməyini Xəbər Verirlər Bizimdə Kuxnamıza çöldən 2 Qaranquş Girdi bir az Uçub Getdilər Bizə də Uğurlu Olacaq
@saidr1124
@saidr1124 4 года назад
Çinlilər çox bilir yəqin ki önəmlidi qaranquş yuvaları ona görə dağıdmırlar yuvanı 🙏👍👍👍
@naiderecebova4179
@naiderecebova4179 4 месяца назад
Xowbextlik getirse de getirmese de Allah qonaqidir Gòzumuz uste yeri var
@babekqehremanov798
@babekqehremanov798 Год назад
Salam bilen var nece il yasayir ??????
@yameddinatayev304
@yameddinatayev304 4 года назад
Yeddi ildir bizim balkonda yuva qurub har il galib balalaylr sonra ucub gedirlar duz 7 ildir cox da ah nalali qusdur hec vaxt onun yuvasln ucurmayln
@zekimuren2642
@zekimuren2642 4 года назад
Mən çox səhv etmişəm ALLAH BAQIŞLARMI MƏNİ GÖRƏSƏN ..İZLƏDİM ÇOX MƏYUS OLDUM AH MƏNİM AQILSIZ AQLIM NƏ ETMİŞƏM MƏN.😪😪😪😔😔
@melek9227
@melek9227 4 года назад
@@zekimuren2642 qaranquşun yuvasın dağıtmısız? Qorxmayın Allah rəhmlidir bağışlayandır Allahdan hər gün bağışlanma diləyin istiğfar edin mütləq bağışlayacaq inşəAllah Allah çox mehruban çox rəhmlidir əstəğfurullah rəbbi ətubi iləyh zikr edin amma qəlbdən ürəkdən bütün günahlarınızı bağışlayacaq özünüz də dəyişikliyi hiss edəcəksiniz yaxşılığa doğru hər şeyin
@DAISY-ZS
@DAISY-ZS 3 года назад
Bu gun mende evimizin warsisinda Qaranqus gordum ele sevindimki 🤗
@48618
@48618 2 года назад
Mən dağıtmamışam ama remont edrdiy yuva qarışıq yumurtasını biraz aralı qoydum ama gelmedi daha göresen niye gelmedi narahat oldum indi mən yuva dağıtmış kimi oluram? Ama məcbur idiy yerini deyişmeye
@iradehuseynova5955
@iradehuseynova5955 3 года назад
5
@SadikKaraevi
@SadikKaraevi Год назад
Mende evime qaranqus yuvasi istiyirem
@residmemmedov5356
@residmemmedov5356 Год назад
Qusral azerbaycana ne vaxt gelir
@huaweipsmart275
@huaweipsmart275 4 года назад
Mən bunu bilmirdim əlaa məlumat 👍👍👍👍👍👍👍
@cokyoruldumhayatgelmeusdum3342
@cokyoruldumhayatgelmeusdum3342 2 года назад
Mən işədiyim bir evde bir işçi bilmədən isdəmədən dagıltdı iksi öldü üçü sağ qaldı məndə bir plasmas qab tapıb içinə ot qoyub dagılmış yuvanın yeri nə qoydum və baxışlarına içinə qoydum.hamı dediki ana balaların qəbul eden deyil ama qəbul etdi və onlara baxmaga davam etdi
@nerminmirzezade289
@nerminmirzezade289 2 года назад
Men dagiitmisam gunah oldugunu bilmirdim.oglum öldü.sonra yene qurdular ikisini .daha dagitmadim bu sefer qaynatam dagitdi .ayridi evimiz.heyet evidi
@ilhamehesimova7484
@ilhamehesimova7484 4 года назад
Beli qaranqus yuva qurdugu evlere xosbextlik getirir.. qaranqusun yaglsdan evvel yere yaxln ucmasl da duzdur.
@sekinememmedli9280
@sekinememmedli9280 3 года назад
bes Qumru quwu yuva qurarsa?
@govhereyvazova129
@govhereyvazova129 2 года назад
Bizim pencerenin yanında yuva qurublar
@cabbarisgenderov438
@cabbarisgenderov438 4 года назад
гарангуш.зехмети.иле.рузи.етирир
@samsungphones5392
@samsungphones5392 3 года назад
👍👍👍👍👍👍
@muradesmer3071
@muradesmer3071 2 года назад
Çox sağ olun
@orxanquliyev6733
@orxanquliyev6733 Год назад
Boş şeylərdi 👎👎👎
@emileskerov4487
@emileskerov4487 2 года назад
Ala bala biyan
@ruslanzeynb218
@ruslanzeynb218 4 года назад
263👍🔔👈
@esmiramusayeva6353
@esmiramusayeva6353 2 года назад
İnanaq
Далее
Üzümü bu şəxslər əsla yeməsinlər
8:11
Просмотров 4 тыс.
Dünya'da Nadir Bulunan 10 Egzotik Kuş Türü
5:43
Почему не Попал?!
00:15
Просмотров 67 тыс.
Alimdən ŞOK təklif:"Paytaxt bura olmalıdır!"
8:51
Bu qan qrupundan olanlarda insult riski daha azdır
4:08
Qız atası - Toy əhvalatı (163-cü bölüm)
44:22
Просмотров 424 тыс.
Bu insanlar əsla qarpız yeməsin
8:11
Просмотров 128 тыс.
Когда у Тебя Человеческий IQ
12:50