Тёмный

SƏYAVUŞ ASLANIN AİLƏSİNİ KİM DAĞITDI ŞOK FAKTLAR 

UCAL MEDİA
Подписаться 69 тыс.
Просмотров 16 тыс.
50% 1

SƏYAVUŞ ASLANIN AİLƏSİNİ KİM DAĞITDI ŞOK FAKTLAR
“Atam vəfat edəndən sonra Siyavuş Aslan mənə dedi ki…” - Rübabə Səməndər
Globalinfo.az Azərbaycan teatr və kino aktyoru, qiraət ustası, Azərbaycan SSR əməkdar artisti Səməndər Rzayevin qızı teatrşünas Rübabə Rzayevanın müsahibəsini təqdim edir:
- Rübabə xanım, bildiyiniz kimi, mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov vəfat edib. Çingiz Akademik Milli Dram Teatrı tərəfindən dəfn olundu. Dəfndə iştirak etdiniz?
- Xeyir, iştirak edə bilmədim. Vəfat etdiyini eşitsəm də, dəfn edildiyini yeni bilmişəm. Allah rəhmət eləsin!
- Çingiz Aslanovu tanıyırdınız?
- Mən Xalq artisti Siyavuş Aslanın övladlarını şəxsən tanımırdım, ancaq özü ilə tanış idim. Şəxsi münasibətimiz, ünsiyyətimiz olub. Bir neçə dəfə görüşmüşük, verilişlərə dəvət etmişəm, həmsöhbət olmuşuq.
Deyə bilərəm ki, Siyavuş Aslan çox gözəl, səmimi, qayğıkeş insan olub. Xüsusilə qeyd edim ki, teatrdakı gənclər ilə yaxından maraqlanar, onların qayğısına qalardı.
Mənim qardaşıma qarşı da çox qayğıkeş olub, onu qoruyub. Atam Səməndər Rzayev vəfat edəndə bizə dəstək olub. Dəfələrlə mənə deyib ki, nə lazım olsa, çəkinmə, de mənə, sənin əminəm, tək deyilsən. Bir sözlə, insana mənəvi dəyər verməyi çox yaxşı bacarırdı.
Bu gün Siyavuş Aslan kimi bir insanın övladının belə acı sonla üzləşməsi həqiqətən çox ürək ağrıdır.
- Rübabə xanım, mərhum Çingiz Aslanovun həyat tərzi hər kəsə bəlli idi…
- Təəssüf ki, gəncik illərindən bəri o, düzgün həyat tərzi yaşamayıb. Daha çox tüfeyli həyat keçirib. Özünə də, ailəsinə də çox problemlər yaşatdı. Hər halda Çingiz vəfat edib və onun keçirdiyi mənfi həyat tərzi haqda uzun-uzadı danışmağa dəyməz.
- Başda Xalq artisti Siyavuş Aslan olmaqla bir çox sənətkarın mədəniyyət, incəsənət xadiminin nümunəvi vətəndaş, örnək insan olmalarına baxmayaraq övladlarının taleyi acınacaqlı oldu. Sizin atanız da belə örnək insanlardan olub. Sizcə, bu insanların övladlarının belə tale ilə üzləşməsinin səbəbi nədir?Mən bir qədər öncə Siyavuş Aslanın dostlarına, sevdiklərinə, iş kollektivinə necə münasibət bəslədiyi haqda dedim. Hesab edirəm onu tanıyan biri kimi ailəsinə qarşı necə olması haqda da demək lazımdır.
O övladlarını çox sevib. Onlar üçün də əlindən gələni edib. Lakin bəzən bütün bunlar kifayət etməyə bilər. Bilirsiniz, insanların həyat tərzinə təsir edən bir çox amil var. Yəni bir insan bədbəxtdirsə və ya uğursuz həyat yaşayıbsa, bunda günahkar təkcə valideyn deyil. Mən tez-tez görürəm, eşidirəm Çingizin həyat tərzi ilə bağlı atasını günahlandırırlar. Halbuki onun həyat tərzinin belə olması ilə atasının, ailəsinin heç bir aidiyyəti yox idi. Bəzən sevgi dolu nümunəvi ailədən də problemli uşaqlar çıxa bilir.
Mühit, dost-tanış faktorunu unutmamaq lazımdır. O, tanınmış bir şəxsin oğlu idi. Bütün imkanlara sahib idi. Ola bilər ki, ətrafındakı mənfi insanların təsirinə düşüb, ya da yoldan çıxarıblar. Lakin büsbütün ailəsini, valideynlərini günahlandırmaq doğru deyil.
Sənətkarların bir çoxuna nəzər saldıqda görə bilərsiniz ki, ya xoşbəxt deyil, ya da ailə həyatı uğursuz alınır. Əslində bu çox təzadlı bir vəziyyətdir. Onlar şan-şöhrətə sahib olsalar da, sevilsələr də əslində dünyanın ən tənha insanları olur.
Çünki bu insanlar bir insanın deyil, canlandırdıqları obrazların həyatını yaşamalı olur. Bir aktyor görün neçə obraza girir, əhval-ruhiyyəsini dəyişir. Bu istər-istəməz psixologiyaya təsirsiz ötüşmür.
Buna görə də bu gün Çingiz Aslanovun ölümü və həyat tərzində atasını günahlandırıb rişxənd edənlərə səslənib demək istəyirəm ki, etdiyiniz bu mənfi əməl sadəcə onun ruhunu incidir. Onsuz da Siyavuş Aslan ömrünün sonlarında çox peşman idi.
- Bu peşmançılıq nə ilə bağlı idi?
- Daha çox övladları ilə bağlı idi. Çingizin taleyinin belə olmasında özünü günahkar bilirdi. Hətta o qədər ki, ömrünün sonları hər kəsdən təcrid olunmuş, hər şeyi bir kənara buraxmışdı. Yəni günahı olmadığı halda belə sənətkar özü-özünü kifayət qədər cəzalandırmışdı.
- Rübabə xanım, Çingiz Aslanovun nəşi ölümündən sonra sahibsiz qaldı. Heç kəs onun nəşinə sahib çıxmaq istəmədi…
- Hər şeyi bir kənara qoysaq dünyasını dəyişəndən sonra doğmaları onun nəşinə sahib çıxmalı idi. Yəni sağlığında sahib çıxmasalar belə cənazəsində çıxmalı idi. Bunu niyə etmədilər, anlamıram.
Ofeliya Aslan da tanınmış aktrisa idi. Onun özünün də kifayət qədər ətrafı, hörməti vardı. Yəni bir nəfər tapılmadı ki, bu biçarəyə ölümündən sonra sahib çıxsın? Ən azından Siyavuş Aslanın ruhuna hörmətən sahib çıxılmalı idi. Mən mühakimə etmək istəmirəm. Ancaq bəzi reallıqlar çox acıdır.
Yeni videolardan, ölkə gündəmində baş verən maraqlı hadisələrdən xəbərdar olmaq istəyirsinizsə kanala abunə olub, BİLDİRİŞLƏRİ AÇMAĞI UNUTMAYIN!
Abonə ol linki: bit.ly/3eH9EYI
Kanalımda yayımlanan materialların müəllif hüquqları qorunur. Kanaldakı videoların paylaşılmasına icazə verilmir.
2023 © All Rights Reserved Ucal Media

Опубликовано:

 

13 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 42   
@fgghgghnnn
@fgghgghnnn 15 часов назад
Gozel senetkarlar Allah sizi rehmet elasin 🤲sizden bir daha gelmiyecey uzumuz sizinle guldu 🤲kim kimin evi yixirsan Allah belasin versin bu dunyada odunyada hec uzu gulmesin 🤲🤲🤲🤲🤲🤲İllahi Amin
@Skxxlfl
@Skxxlfl 17 часов назад
Ev yıxanların evi yıxılsın 🤲🤲🤲Nifrət sevgidən güclüdü...
@максимиванов-г5п
@максимиванов-г5п 10 часов назад
Амин 🤲🏻🤲🏻
@bestibedelova5119
@bestibedelova5119 11 часов назад
Kohne senetkarlari gorende atam nenelerim Duwur yadma Allah cemi olenlere rehmet elesin rehmetdig atam Nesibe zeynalova yawar nuri siyaguw aslana baxib diyirdiki bunlar yawayib gedib dunyadan mende gedecem didiyi ilde rehmete getdi yaw o gunler geri geleydi Allah hec bir evi boyugsuz etmesun
@gularequliyeva1281
@gularequliyeva1281 15 часов назад
Gərəy insan axır gününüdə fikirləşə səhv buraxmiyə axırı belə olur
@seltenetrzayeva8259
@seltenetrzayeva8259 16 часов назад
DÜZ DEYİR KÜBRAXANIM ÇADIRIN QARŞISINA STOLDA OTURUB ÇƏLİYƏ SÖYKƏNMİŞDİ QƏMLİ QƏMLİ .😢😢😢😢😢😢
@SaraQurbanova-d5l
@SaraQurbanova-d5l 12 часов назад
Siyavuş öz gününə ağlayibda😊
18 часов назад
Hansı Aktırısa Xalq Artistin evini yıxıb
@АйбанизКулиева
@АйбанизКулиева 38 минут назад
Xeyanet qadının qəlbini qırır, ürək bulandırır., ona gorəde etməyin axırı pis olur. Mən Ofelya xanımı yaxşı başa düşürem, bu çox agır zərbədir.Sonrakı peşmanlıq faydası olmaz, xanımlarınıza dəyər verin.
@ElmiraMemmedova-t2l
@ElmiraMemmedova-t2l Час назад
Bunlari eşitmişikdə təzə hecnə yoxdu aktrisanun adini deyərdizdə
@yeganhacyev659
@yeganhacyev659 3 часа назад
Sizin kimi sənətkarlar bir daha dünyaya gəlməyəcək
@reyhane8626
@reyhane8626 12 часов назад
Kimdi oo???????????
@Samireliyeva-tf8uj
@Samireliyeva-tf8uj 2 часа назад
Kommentlərə baxdım, müxtəlif adlar gördüm. Deməli gerçəyi gizlətmək də başqa şaiyələrin yaranmasına səbəb olur. Kimdirsə onu da qeyd etmək lazım idi ki, yeni dedi qodular yaranmasın
@tofiqalpasayev3305
@tofiqalpasayev3305 10 часов назад
Hamısi paxilliğdan ğozləri goturmuyubdə görüblər mehriban ailədi deyiblər necə edək ğorən dagiltağ amma yuva yıxanın cəzası boýuk olur Allah tərəfindən
@davudbaxshaliyev5786
@davudbaxshaliyev5786 20 минут назад
2:28
@asafetahmedova3237
@asafetahmedova3237 Час назад
Düz edib xəyanət bağışlanmaz
@Rehane-t6s
@Rehane-t6s 16 часов назад
Kişiler gerey Vaxtnda Qadnn deyerini bilmey lazmdr itirenen sora gecdi cavanlğda qadnn qedirini bilmiyen Qocalanda qaydr men sef etmisem bağşla ama gecdi çox gec
@GagagagHshshshshsh
@GagagagHshshshshsh 16 часов назад
Земфира Нериманова
@LətafətKerpiyev
@LətafətKerpiyev 14 часов назад
HARDAN BİLİRSİZ?
@reyhane8626
@reyhane8626 12 часов назад
​@@LətafətKerpiyevdoqurdan.belke sherdi
@İlhaməOsmanova
@İlhaməOsmanova 11 часов назад
Zemmfira ölməyibki Kübra xanım deyor o ölüb artıq
@reyhane8626
@reyhane8626 11 часов назад
@@İlhaməOsmanova Kubra kimdiki
@arzuliyeva4295
@arzuliyeva4295 59 минут назад
Kubra olub yəqin,kobra
@BambesBambino
@BambesBambino 11 часов назад
"Şirbalanın məhəbbəti" tamaşasında Nazlını oynayan o aktrisanı deyirlər.
@My97340
@My97340 11 часов назад
O xanım Həmidə Ömərovadır. Oda sağdır.😊
@BambesBambino
@BambesBambino 10 часов назад
@@My97340 Mən filmi demirəm, tamaşanı deyirəm. 1985-ci ildə həmin məzmuna tamaşa da çəkilmişdi. Orada Nazlını bir yekəpər xanım oynamışdı, saçı qara, çənəsində də bir xalı var idi. Adını unutmuşam. Artıq rəhmətə gedib. Film 1991-ci ildə çəkildi.
@nonamenomeee
@nonamenomeee 6 часов назад
Lütfiyyə Səfərova​@@BambesBambino
@emircanxile
@emircanxile 5 часов назад
Lütfiyyə Səfərova ? 😮
@seltenetrzayeva8259
@seltenetrzayeva8259 16 часов назад
RÜBABƏ SƏMƏNDƏR
@Rehane-t6s
@Rehane-t6s 16 часов назад
Ele aktirse yoxdu ax
@АйгульМириев
@АйгульМириев 12 часов назад
Təranə Vəlizadə​@@Rehane-t6s
@АйгульМириев
@АйгульМириев 12 часов назад
​@@Rehane-t6sTəranə Vəlizadə
@Rehane-t6s
@Rehane-t6s 12 часов назад
@@АйгульМириев O muğenidi aktrisa deyil bunlar dediyi aktrisa olub ozüde Oflya xanmn rəfiqəsi olub Təranə Vəlizadə in yoldaş ise avariyada olüb o xanım uzun müddet xeste depirisyada olub. Onu bilərəkdən yayblar yalan dr
@Hgigt-ji2jv
@Hgigt-ji2jv 3 часа назад
SaLam KUBRA XANIM MƏN SİZDƏN XAHİŞ EDİRƏM Kİ HƏR ŞEYİ DANIŞİN SƏYAVÜŞ ÇOX YAXŞI SƏNƏTKAR İDİ ÖFELYADA GÖZƏL XANIM İDİ. ONLAR ÇOX XOŞBƏXT İDİLƏR.SƏYAVÜŞ MÜƏLLİM OFELİYANI ÇOX SEVİRDİ..BOŞ ..BOŞ SÖHBƏTLƏR ONLARIN AİLƏSİNİ DAĞITDI.ƏVVALA KİŞİ AİLƏSİNƏ YAXŞI BAXARSA ONUN NƏ ETDİYİNİ ÜZƏ VURMAQ OLMAZ.MƏN İNANIRAM Kİ SƏYAVÜŞLA QISQANCLIQ ZƏMİNİNDƏ ARALARINDA SÖZ..SÖHBƏT YARANDI. SƏYAVÜŞ MÜƏLLİM OFELYANI ÇOX SEVİRDİ.ONA GÖRƏDƏ EVLƏNMİRDİ.HƏM DƏ OFELİYA XANIM ÖLÜM AYAĞINDA SƏYAVÜŞƏ DEDİ Kİ SƏYAVÜŞ MƏNİ BAĞIŞLA.SƏYAVÜŞ OFELYA XANIMI İTİRƏNDƏN SONRA O HƏR GÜN ŞƏKLİNƏ BAXIB AĞLAYARDI.ÇÜNKÜ OFELYA SEVGİYƏ LAYİQ BİR XANIM İDİ.GÖZƏL QƏŞƏNG MEHRİBAN BİR XANIM İDİ.ALLAH RƏHMƏT ELƏSİN.HƏR İKİSİNİN QƏBRİ NURLA DOLSUN. AMİN.❤❤❤🎉🎉🎉❤❤
@Hgigt-ji2jv
@Hgigt-ji2jv 2 часа назад
MƏN ÇOX XAHİŞ EFİRƏM Kİ XALQ ARTİSTLƏRİ SƏYAVÜŞ ASLANLA OFELYA ASLANIN GÖZƏL SƏNƏTKAR OLDUXLARINI BİR YERDƏ SƏHNƏDƏ OYNADIXLARI ROLLARDAN FRAQMENTLƏR GÖSTƏRƏDİNİZ QOY GÖRSÜNLƏR Kİ BELƏ Bİ SƏNƏT ADAMLARI OLUB HAMINİN SEVİMLİSİ İDİ.HƏR İKİ AİLƏ BAŞÇILARININ VAXTSIZ HƏYATDAN KÖÇ ETMƏLƏRİ HAMIYA VƏ DƏNƏT DOSTLARINA ÇOX PİS TƏSİR ETDİ.OMLARIN ÖLEMÜ TEATR KOLLEKTİVİNİ DƏ SARSIT DI. MƏN BELƏ DEYƏ BİLƏRƏM Kİ AZƏRBAYCAN BÖYÜK SƏNƏTKARINI İTİRDİ ALLAH RƏHMƏT ELƏSİN. BELƏLİKLƏ SƏYAVÜŞÜN AİLƏSİ DARMADAĞIN OLDU.OĞLANLARI DA SƏYAVÜŞÜN ADINA LƏKƏ GƏTİRDİ. OĞLU NARKOMAN OLDU.PİS GÜNƏ DÜŞDÜ ONUN EVİNİ SATDI.DAHA DONRA OĞLU KÜÇƏLƏRDƏ QALDI. DÖVLƏT TƏRƏFİNDƏN ONA YARDIM EDİLDİ .İNDİ SONU OLMAYAN BİR ADAM KİMİ HARDADIR BİLİNMİR.BƏLKƏDƏ ÖLÜB.SƏYAVÜŞÜN ÖVLADLARIDA ATA ANASINA YAXŞI OLMADI.SƏYAVÜŞ HAQDA ÇOX SÖZLƏR DEMƏK VƏ YAZMAX OLAR.ALLAH RƏHMƏT ELƏSİN.❤❤❤🎉🎉🎉❤❤❤❤❤❤❤
@Hgigt-ji2jv
@Hgigt-ji2jv 2 часа назад
BU DÜNYA BİR PƏNCƏRƏDİR HƏR GƏLƏN BAXAR GEDƏR.HEÇ KİMSƏYƏ QALMAYAN DÜNYA.❤🎉❤
Далее
How many can you smash?🍫 IB : Florin
00:19
Просмотров 2,5 млн
Səyavuş Aslan - Ay Zaur (22.05.2010)
20:52
Просмотров 393 тыс.
AybənizTv Agdaş rayonu Leki kendinden salamllayiriq
6:58
Komedixana  395-ci Bölüm 13.10.2024
55:27
Просмотров 59 тыс.
Ölüm ayağında Səyavuş Aslana "bağışla" dedi
3:19