Тёмный

Sahildən 300 km aralıda nəhəng dalğalar altında qalan cütlük xilas edilib 

Amerikanın Səsi
Подписаться 89 тыс.
Просмотров 534
50% 1

Yaxtası sıradan çıxdığı üçün Avstraliya sahillərində bütün gecəni sərt sularda keçirməli olan iki nəfər xəsarət almadan xilas edilib.
19 metrlik "Spirit of Mateship" yaxtasında 60 yaşlı kişi və 48 yaşlı qadın olub.
Yaxta səhər saatlarında Yeni Cənubi Uelsin 300 kilometr şərqində polis qayığı tərəfindən xilas edilib.
Yaxta mexaniki nasazlıq səbəbindən idarəetməni itirib və bir gün əvvəl təcili siqnallar verib.
Yaxtanın 5-6 metrlik okean dalğaları və saatda 110 kilometrə çatan küləklər arasında sahildən daha da uzaqlaşdığı bildirilir.
Xilasetmə işləri təhlükəli şəraitə görə ləngidi və səlahiyyətlilər gecə saatlarında xilasetmə cəhdi etməməyi seçdilər. Əvəzində polis qayığı və Avstraliya donanmasının döyüş gəmisi hadisə yerinə gəldi, hava qüvvələri isə qapalı qalan cütlüklə radio əlaqə qurdu.
Hərbi vertolyotla xilasetmə işinə baxıldı, lakin dənizin sərt şərtləri nəzərə alınmaqla çox riskli hesab edildi. Cütlük sağ-salamat polis qayığından suya salınan kiçik qayığa keçərək xilas olunub.

Опубликовано:

 

15 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Tramp Harrisə qarşı 2-ci debatı rədd edir
11:36
Просмотров 1,1 тыс.