Тёмный

Salyanda 11-ci sinif şagirdi hamilədir - “Qızımı tanımadığım adam qaçırıb” - APA TV 

APA TV
Подписаться 348 тыс.
Просмотров 10 тыс.
50% 1

#APATV #salyan #qız #ana #şagird #Pambıqkənd #məktəb #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #apa #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #sondeqiqe #sonxeberlerbugun2024 #gundemxeber #apagündəm
Salyan rayon Pambıqkənd kəndində 11-ci sinif şagirdlərindən biri uşaq dünyaya gətirib.
Bundan başqa, yayılan məlumatlarda bildirilir ki, Pambıqkənd məktəbin yuxarı siniflərində təhsil alan qızlar nişanlı olduqları üçün dərsə gəlməsələr də, jurnalda adları qeyd olunur və qiymətləri yazılır.
Erkən nikah halları qeyd edilən Pambıqkənd kəndində qız övladı erkən yaşda evlənən ailələrdən biri ilə əlaqə saxlamaq mümkün oldu. Övladı erkən yaşda evlənən ana Esmira Həşimova bildirir ki, qızı 1 il əvvəl tanımadığı adam tərəfindən qaçırılıb.
Amma ana olan qız onun qızı deyil.
Ananın sözlərindən aydın oldu ki, sözü gedən kənddə erkən nikaha məcbur edilən başqa məktəbli də var. Amma digər erkən nikaha məcbur edilən məktəbli qız haqqında və hamiləlik barədə məlumat əldə edə bilmədik.
Məsələ ilə əlaqədar Salyan rayon Azad İbadov adına Pambıqkənd kənd tam orta məktəbində olduq. Məktəbin müvəqqəti təyin edilmiş direktor əvəzi, Salyan-Şirvan regional idarəsinin əməkdaşı Yeganə Cəfərova suallarımızı belə cavablandırdı.
Məktəbin yuxarı siniflərində təhsil alan qızların nişanlı olduqları üçün dərsə gəlməmələri barədə yayılan məlumatlarla bağlı suallarımız isə cavabsız qaldı.
Suallarımıza Şirvan-Salyan Regional Təhsil İdarəsindən də eyni açıqlama verildi.
Stat:
“Salyan rayonu Pambıqkənd kənd tam orta məktəbin azyaşlı şagirdinin erkən nikaha cəlb olunması barədə sosial şəbəkələrdə yayılan məlumatla bağlı bildiririk ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinə bu barədə məlumat daxil olan kimi dərhal məsələ nəzarətə götürmüş və həmin təhsil müəssisəsində araşdırma aparılmışdır. Azyaşlı şagirdin erkən nikaha cəlb olunması barədə hüquq mühafizə orqanlarına və digər aidiyyəti qurumlara məlumat verilmişdir.”
Məsələ ilə əlaqədar DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inispektoru Nizam Həmidov isə bizə aşağıdakılar bildirdi.
Qeyd edilən məsələ Salyan polis şöbəsi tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalar aparılır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu məsələnin nəzarətə götürüldüyünü və araşdırma aparıldığını bildirib.
Çox cəhd etsək də bəzi suallarımıza cavab tapa bilmədik. Məsələn necə olur ki, tanımadığı adam tərəfindən qaçırılan qız erkən yaşda nikaha məcbur edilir, amma buna dur deyən olmur? Əgər ortada məcburiyyət varsa niyə ailə polisə müraciət etməyib? Şagirdlərə nişanlı olduğu üçün dərsə getməmək hüququnu kim verir?
Araşdırmalar yekunlaşana və suallarımıza cavab tapılana kimi məsələni nəzarətdə saxlayacağıq.
Əlibəy Zeynallı
Elçin Həsənov
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi X səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Опубликовано:

 

11 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 37   
@Escobargmail
@Escobargmail 6 месяцев назад
Qinamayin Çunki qizlar yaşa dolduqca azginlaşirlar indi normal Ağilli qiz tapmaq Çox çetindir Vallah 32 yasim var men normal Ağilli qiz tapa bilmirem neyse
@aynurceferova2040
@aynurceferova2040 6 месяцев назад
Mən də bu kəndənəm mən dərs oxuyanda ,ali məktəbə hazırlaşanda mənim yaşda qızlar ana idilər.Həm də ailə qurmaları ilə fəxr edirdilər.Elə bil Hüquq fakultəsinə qəbul olmuşlar.Şükürlər olsun ki,mənim ailəm oxumağımız üçün dəstək oluduqları üçün
@zks_73
@zks_73 6 месяцев назад
Jurnalistləri az qaldı yeyəsən, qızını niyə tərbiyələndirə bilməmisən?
@Mila.Fizulili
@Mila.Fizulili 6 месяцев назад
Aran zonasinda bu adeti biz ora 93-de qacqin gələndə ilk dəfə gorduk,mat-meettel qaldıq,qız uwaqlari 1-ci sinifden er ucun yetiwdirilir,tarlada terevez yetiwen kimi.
@karadenuz001
@karadenuz001 6 месяцев назад
Qızdan deyir xəbərimiz yoxdu..a kişi necə ola biləre bu canından qanından olan öz evladınızı qaçırırlar ama siz dayanıb baxırsız?.
@Yasarliyev-bu1jr
@Yasarliyev-bu1jr 6 месяцев назад
NECƏ YƏNİ TANIMADIĞI ADAM QAÇIRIB?
@madinamammadli6828
@madinamammadli6828 6 месяцев назад
Güc bəla ilə qiz böyudmisən,əyər tanımadığın qaçıribsa,siz necə valideynsiz, niyə marağlamirsız ki bəlkə öldirməyə aparıb.Özudə deyir yoldaşımin xasiyeti pisti.Atanın hökmü olsaydı,qızın qorxusu olardı,tanımadığina qoşulub qacmazdı.
@İlya_0-0-7
@İlya_0-0-7 6 месяцев назад
Başınan rədd edir qızını tuu
@elza617
@elza617 6 месяцев назад
Boy tund xasiyyetliye bax qizina vaxtinda terbiyye vererdin‼️‼️‼️‼️‼️
@ilkinmemmedov3924
@ilkinmemmedov3924 6 месяцев назад
bunun sifətinə bax danlşmaglna bax
@xatunimanova7917
@xatunimanova7917 6 месяцев назад
Allah bu xilsetli qadinlardan uzaq etsin🤲🏼
@Talis.0042
@Talis.0042 6 месяцев назад
BU MİLLETİN SONU HARA GEDECEK? GEC BİR ÖIKEDE BELE BİABİRCİLİQ YOXDUR
@user-hr8zd2gd9h
@user-hr8zd2gd9h 6 месяцев назад
Bir onu bilirsiz elə oturub qıraqdan vəz verəsiz. Heç nəyi bilmirsiz
@user-eo9pb9or7u
@user-eo9pb9or7u 6 месяцев назад
Так спокойно говорит мать бестыжая. Ещё в косынку укуталась. 11 лет как можно. Это ребёнок. Таких родителей надо в тюрьму сажать
@SharqiyeHuseynova
@SharqiyeHuseynova 6 месяцев назад
11 класс
@ilkinmemmedov3924
@ilkinmemmedov3924 6 месяцев назад
tanlmadlgl adama qlz verir belə ana olar
@xatunimanova7917
@xatunimanova7917 6 месяцев назад
Ele gözel taniyir,özu duz qoş edib veren analardandir🤔
@user-uq7xj8ry7h
@user-uq7xj8ry7h 6 месяцев назад
Йолдашынын хасийети тунтду, гызыны мектеб вахтындан гайырырлар.😂
@babaxanqurbanov3040
@babaxanqurbanov3040 5 месяцев назад
Jurnalistler ancaq sensasya axtarirlar camaatin guzaranindan danisin
@samrcabbarov-ef9rs
@samrcabbarov-ef9rs 6 месяцев назад
Elə də mövzunu böyüdür bu jurnalislər çünkü mövzu yoxdu e başqa o vaxd necə olub e 8-9 cu sinifdən çıxardırdılar evdə otururdular iki ilə də qoşulub birinə qaçırdılarata da küsülü qalırdı qəbul eləmirdi elələri olurdu illərlə barışmayıb bağışlamırdı indi güya da ciddilik yaranıb o vaxd gedən xoşbəxd olurdu e indikilər Vallah vaxdından istər tez istər gec gedir il tamam olmamış razvod olur ayrılıq yəni Vallah bu seriyalları gic gic geyimləri yığışdırın deyək hə görün gələcək nəsil necə gözəl öyüd götürür yoxsa seryala baxır boşanmanı neçə dəfə ərə gedməni saxladığı olmasını da adi bilirlər
@Fessz3377
@Fessz3377 6 месяцев назад
16 yaşdan sonra qızlarımızın ailə qurmasına icazə verilsə, yaxşı olar. Valideynlər və dövlətimiz gənc ailələrə dəstək olmalıdır, övladlarımızın bu dəstəklərə hər zaman ehtiyacları olub. Yalançı təhsil və s. gözə soxulmamalıdır.
@gulnarseferova1533
@gulnarseferova1533 6 месяцев назад
Nə danışırsız
@Minedmaze
@Minedmaze 6 месяцев назад
Cahillikden başqa bir şey deyil savadsız qiz gələcəkdə normal uşaq dünyaya gətirib onu yetişdire bilməz
@turanturkoglu3602
@turanturkoglu3602 6 месяцев назад
Nəyə görə, nə olub ki? Olmaz ki hərə əlinə bir sənət ala heç kim heç kimə möhtac olmaya? Demirəm getsin hüquq oxusun heç olmasa dərzilik, xarici dil kursu, sənətkarliq bir peşə öyrənsin, sabah da bir şey olanda qucağında uşaq Xoşqədəmə üz tutmasın,
@turanturkoglu3602
@turanturkoglu3602 6 месяцев назад
Bir də ki, mən də bir xanımam, mən 16 yasimda olanda gözümün qarasını töküb dərs oxuyurdum, universitet oxudum, indi də işləyirəm, bəli normal yaşayıram amma nəyə görə mən illərlə əziyyət çəkəcəyəm, işləyəcəm, bu qızlar da həyatda heç bir şey etmeyecek , 16 yaşdan hoppanıb qacaqcaq ərə, dövlət də onlara yardım edəcək? Nəyə görə, onun məndən üstünlüyü nədir ki? Mən əziyyət çəkəcəm isləyəcəyəm, diğerleri də oturacaq evdə, dövlət destek olacaq? Xeyir, milleti tənbəlliyə cagirmayin , zəhmət çəksin qadınlı kişili hər kəs həyatının düzgün planını qursun, oxusun, əlinə sənət alsın, işləsin özünü ailəsini dolandırsin,
@Minedmaze
@Minedmaze 6 месяцев назад
@@turanturkoglu3602 belə adamlara fikir verməyin bunlar cahildir heç bir təhsili olmur belə adamların paxıllıqdan deyirlər cahil insan cəmiyyət üçün yararsiz insan hesab olunur
@elsnquliyev8366
@elsnquliyev8366 6 месяцев назад
Qadın məmnun kimi görsənir
@user-hr8zd2gd9h
@user-hr8zd2gd9h 6 месяцев назад
Heç kim heç nədən məmnun deyil bilib bilmədən danışmayın
Далее
Salyanlılar agresiv insandır yoxsa səmimi ?
27:27
Просмотров 53 тыс.
Ənənə Boğçası - Şəmkir rayonu  29.10.2023
42:40
Просмотров 518 тыс.