Тёмный

SARIBAŞ kəndində bir gün - QAX 

Region 34
Подписаться 38 тыс.
Просмотров 14 тыс.
50% 1

/ omarqurbanov34
►facebook
/ region-34-292839349187871
►Kanalımıza Abunə Olun Əziz Dostlar
/ @region34
Qax rayonunun ərazisində olan Sarıbaş kəndi Azərbaycanın ən gözəl gu­şələrinin birində, Ulu Qafqaz dağlarının sinəsində yerləşmişdir. Çoxlu tarixi abi­də­ləri, gözəl təbiəti, əməkçi və qonaqpərvər adamları, görkəmli sə­nət­kar­la­rı, özünəməxsus daxili idarə və idarəetmə və sosial münasibətləri, strateji möv­qe­yi olan Sarıbaş gəlib-gedənlərdə özünə qarşı misilsiz maraq doğur­muş­du.Azərbaycanın qədim yaşayış məntəqələrindən olan bu kənd qədim Albaniyanın 26 türk tayfasından biri olan legilərin bu ərazidə məskunlaşması nəticəsində yaranmışdır.
Azərbaycan Respublikasının Qax rayonunun eyni adlı inzibati ərazi vahidində - Baş Qafqaz silsiləsinin cənub yamacında, Kürmük çayının başlanğıcında - onun qolları olan Bulanğçayla Günəxayçayın qovuşduğu yerdə, qədim (III dövr) çay terrasında yerləşir.​​Sarıbaşın gözəl təbiəti, sərin və təmiz suları, dağları, dərələri, meşələri, çəmənlikləri haqqında səyyahların hələ keçən əsrlərdən qeydləri vardır. Lap düzünü danışsaq bu bölməni yazmaq üçün mən ruhi bir çətinlik qarşısında qalmışam. Mən bu gözəllikləri necə təsvir edim? Buna sözmü çatdırmaq, qələmmi işlətmək olar? Nədən başlayım, harada qurtarım? Yenə də “Allah kərimdir...”-deyə işə başlayıram.
Sarıbaş Azərbaycanın şimal-qərbindəki Qax rayonunun indi dağılıb getməkdə olan qədim bir kəndidir. O, dəniz səviyyəsindən 1800 metr hündürlükdə Yamac adlı bir dağın tən ortasında olan talada yerləşmişdir. O, 46016/ şimal en dairəsi ilə 460 10/ şərq uzunluq dairəsi arasında bərqərardır.Sarıbaşa məxsus olan ərazi şimaldan Yamac dağının, şimal-şərqdən Ağbulaq və Qaraqaya dağlarının, şimal-qərbdən Gönəxay dağının hündür zirvələri ilə Dağıstana yanaşır. Qərbdən isə Qarşı dağının zirvələri və kedikləri ilə Zaqatala rayonunun Suvagil dərəsinə yan alır. Cənubdan Sərhəddərə adlı yerdən İlisu kəndinə məxsus torpaqlarla sərhəddir.
Dağlarda Sarıbaşın sahibi olduğu ərazi min hektara yaxındır. Lakin bu ərazinin çox hissəsi sıldırım qayalardan, uçurumlardan, daşlıq-qayalıq yerlərdən, zinzilələrdən ibarətdir. Buralardan keçmişlərdən ibtidai texnika ilə ancaq 50 hektara qədər sahə becərilmişdir. Müasir tex­ni­kadan istifadə etmək üçün isə bu torpaqlar tamamilə yararsızdır. Dağlar­dakı torpaqlardan biçənəklər və yaylaqlar kimi istifadə olunmuş­dur.Sarıbaşlılar türk dilinin xüsusi ləhcəsində danışırlar. Sarıbaşda 1873-cü ildə 115 tüstünün, 860 nəfər adamın yaşaması haqqında məlumat vardır. Bunların 450‑si kişi, 410-nu qadın olmuşdur. Sarıbaşda bu zaman iki imtiyazlı nəsl var idi ki, bunlardan birisi Əhməd uşağından Əbdullah gel, o birisi isə Appay uşağından Xəlilovlar idilər.1950-ci ildə burada 200-ə yaxın ailə və 1000 nəfərə qədər adam olmuşdur. Hazırda isə burada 75-ə yaxın adam qalmışdır ki, bunlar da 24 ailədən ibarətdir.Sarıbaş kəndində əhalinin belə azalmasının əsas səbəbi 1950-ci illərdən başlayaraq dağ kəndlərinin düzənliklərə köçürülməsi haqqında zorla həyata keçirilən ağılsız siyasət olmuşdur. Bundan əlavə əhalinin burada azalmasının başqa səbəbləri də olmuşdur ki, onları sonrakı bölmələrdə izah edəcəyik.Sarıbaşı hər tərəfdən dağlar əhatə edir. Bu dağların hündürlüyü 3200 metrdən 3500 metrə qədərdir. Sinəsinə Sarıbaşı götürmüş dağa Yamac deyilir. Lakin onun ikinci adı da Gürcüqoşundur. Bu ad orta əsrlərdə gürcü basqınlarının məhz bu dağdan tez-tez kəndə basqınlar etməsi nəticəsində meydana gələn bir addır.Sağ tərəfdə Calayer dağı, uzaqlardan isə Gönəxay dağları görünür. Kənd ilə üzbəüz, onun lap qənşərində bir tərəfdə Qarşı, o biri tərəfdə isə Alagöz və ya Alagözü dağı başlarını buludlara dirəmişlər. Alagözünün lap zirvəsi Yellitəpə adlanır. Kəndin solundan uzaqlardan Karal, başı əbədi buludlu və qarlı olan Ağbulaq dağları görünür. Bunların həndəvərində yazı-qışı daim qapqara rəngdə olan Qaraqaya adlı dağ təbiətə meydan oxuyur.Sarıbaş dağlarının yüksək zirvələri vardır. Alagözündəki Yellitəpə zirvəsinin 3200 metr, Yamacdakı Çanaxurru zirvəsinin 3100 metr, Könəxay zirvəsinin 3032 metr, Ağbulaq zirvəsinin 3072 metr, Qarşı dağının zirvəsinin 2700 metr hündürlüyü vardır.
Buradan Dağıstana iki istiqamətdə keçmək olar: kəndin şərq tərəfindən Ağbulaq gediyindən və kəndin qərb tərəfindəki Gönəxay dağının keçidindən. Ağbulaq dağından Dağıstanın Qurdul və Gelmes kəndlərinə, Attağay gediyindən isə Zaxur kəndinə keçmək olar.Böyük Qafqaz sıra dağlarının Sarıbaş kəndi və başqa yaşayış məskənlərinin yerləşdiyi ərazi Azəbaycanın coğrafi rayonlaşmasında müstəqil coğrafi vahid hesab olunur. Ümumiyyətlə Böyük Qafqazın bu sahəsini iki hissəyə bölürlər:2200-3500 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşmiş yüksək dağ çəmənlikləri, laylalar, sıldırım zirvələr və qayalardır. Buralar Alp, subalp və layla bitkiləri ilə zəngindir.
#qurbanovmedia #region34 #aboneol

Опубликовано:

 

28 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 22   
@sehriyarorucov5039
@sehriyarorucov5039 2 года назад
Beh beh yurdumun nur uzlu insanlara.sanki kend iyini hiss eledim
@AvtomobilTV
@AvtomobilTV 2 года назад
Bu qedim kendden maraqli reportajlara göre teşekkür edirem
@gunaymammadli2464
@gunaymammadli2464 2 года назад
Axira kimi boyuk hevesle baxdim
@naileehmedova5817
@naileehmedova5817 2 года назад
coz gozel sirin baba
@gulcunyusifova4870
@gulcunyusifova4870 2 года назад
Mawinin sonunu merak etdim
@gulnarehesretova5399
@gulnarehesretova5399 Год назад
Indi Saribaslilar hara kocub?
@Mbappe.Official
@Mbappe.Official 10 месяцев назад
Calayır kəndinə
@hacarqadasova5938
@hacarqadasova5938 2 года назад
Nedi qıda qısqanmax🤣
@nuruibadov5838
@nuruibadov5838 Год назад
Gözəl Saribash Ata yurdumuz❤️❤️
@kf063
@kf063 2 года назад
Maşının axırı nə oldu?Getdimi təmirə?
@raxibmoskovsky346
@raxibmoskovsky346 2 года назад
Halaldi sizin kanala
@eliskeserli4489
@eliskeserli4489 Год назад
Sarlbas kendinin beylerine xanlmlarlna salamlar . Sehidlerimize Allah rehmet elesin .
@ЕвгенийМосин-я3д
@ЕвгенийМосин-я3д 2 года назад
Кайф
@МирзаМир-е5з
@МирзаМир-е5з 2 года назад
GUZEL🌟🌼
@МегафонМегафон-у7к
Загид дайы салам из Дагестана ! Крепкого здоровья долгих лет жизни .
@cavidhesimoglu3065
@cavidhesimoglu3065 Год назад
Cox maraqli reportajdir
@ruslanmuradov9070
@ruslanmuradov9070 Год назад
Çox gözəl videodur əməyinizə aağlıq. Sadəcə çox tez bitdi elə bil watsapp status videosuna baxdım 30 saniyəlik bir dəfədə geniş çəksəz lap gözəl olar 👍🏻
@gulnarguseynova8826
@gulnarguseynova8826 Год назад
Əhsən ❤❤❤❤
@xursudibrahimxelilovsaqolu494
Musiqi Xurşud müəllimdir zurnada
@parvizparviz1998
@parvizparviz1998 Год назад
Səmimi insanlar Allah ömür versin 👍🏻
@AXMEDMAQALASVILI
@AXMEDMAQALASVILI Год назад
qaxda qiymet artimlarindan bezmisik...ARAZ marketde her sey 3 qat qiymete satiliy ha bu millet ne vaxt gozunu acacax
Далее
Sarıbaş kəndi film
20:12
Просмотров 11 тыс.
Ay ev yiyəsi Sarıbaş 2
8:57
Просмотров 8 тыс.
Sarıbaş-1971
7:31
Просмотров 19 тыс.
SARIBAŞ ( Saribash ) - Film
19:32
Просмотров 50 тыс.